NÜMAYAN

sif. [ fars. ] klas. Görünən, zahir olan, aydın olan.
Çay kənarında bir meşə qaralır; O biri yanda kənd nümayandır. A.Səhhət.

□ Nümayan etmək (eləmək) – görsətmək, zahir etmək, aşkar etmək.
Qəm büsatın xətm edibdir dövr Seyyid adına; Kim nəzərin dəhrdə hərgiz nümayan eyləməz. S.Ə.Şirvani.
Zülmünü nümayan eylədin aşkar; Qurğular pozulub, sanlar itibdi. Aşıq Ələsgər.

Nümayan olmaq – görünmək, zahir olmaq, aşkar olmaq.
Abirudan məni sən saldın elə, ey idbar; Nagahan taki olub üzdə nümayan saqqal. M.P.Vaqif.
Nümayan oldu nagah bir cənazə; Aparırlardı dəfn üçün məzarə. S.Ə.Şirvani.
Hacı Mehdinin evi nümayan olur. Ə.Haqverdiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • NÜMAYAN nümayan bax aşkar
NÜKTƏLİ
NÜMAYƏNDƏ

Digər lüğətlərdə

бурли́во зано́зистый покувырка́ться по́слушница поте́ние враньё загото́вить лагу́на мо́лнией наволочи́ть полигло́т целить arguable bird dog IOU pellet bomb stand over toned zero vector бертолетов высылать галльский загрести микрококк проскакать