NÜDRƏT
NÜRƏDDİN
OBASTAN VİKİ
1 May nümayişi (1919)
Bir May Nümayişi (1919) — Azərbaycan Xalq Cümhuriyyəti siyasi xadimlərinin iştirakı ilə 1 May bayramının Bakıda qeyd olunması. == Haqqında == "Müsavat" partiyasının 1919 il aprelin 29-da təşkil etdiyi fəhlə konfransında 1 May nümayişinə "Yaşasın müstəqil Azərbaycan!" şüarı ilə çıxmaq qərara alındı. Konfrans nümayəndələri dünya demokratik qüvvələrinin səsinə səs vermək əzmi göstərdilər. Azərbaycanın siyasi xadimlərinin 1 May bayramında iştirak etmək arzusu, bu münasibətlə azərbaycanlı fəhlələrə müraciəti bolşeviklər üçün gözlənilməz oldu. Azərbaycanlı fəhlələr mütəşəkkil surətdə nümayişə çıxdılar. Bolşeviklərin "Yaşasın Sovet Rusiyası" şüarına qarşı azərbaycanlı fəhlələrin "Yaşasın istiqlalı qoruyan millət və partiya" şüarı nümayişdə alqışlarla qarşılandı. 1 May bayramının təntənəli qeyd olunması rəsmi dövlət qəzeti olan "Azərbaycan"da da işıqlandırıldı. Mayın 1-də səhər tezdən küçələrdə əmək təşkilatlarının qırmızı bayraqları ilə yanaşı, müsəlman təşkilatlarının üçrəngli bayraqları da dalğalanırdı. Şəhərin müsəlman fəhlələrinin nümayəndələri zurna sədaları altında rəqs edir, müsəlman natiqlərin çıxışları sürəkli alqışlarla qarşılanırdı. Dövlət opera teatrının xoru orkestrin müşayiəti ilə inqilabi mahnılar ifa edərək, bayram şənliyini daha da rövnəqləndirirdi.
Dövlət nümayişləri
Dövlət nümayişləri — Nümayişlərin keçirildiyi ölkənin hökuməti tərəfindən təşkil olunan və əsasən iqtidaryönlü olan nüməyişlər. İran İslam Respublikası, Çin Xalq Respublikası, Kuba Respublikası, kirçenerist Argentina, Sovet Sosialist Respublikaları İttifaqı, İtaliya Krallığı, faşist Almaniya və başqa ölkələr dövlət nümayişləri keçiriblər. İranda İslam İnqilabının ildönümü kimi nümayişlər hökumət tərəfindən təşkil edilmişdir. Əvvəllər bu nümayişlərdə "Rədd olsun İsrail!" və "Amerikaya ölüm!" şüarları səslənirdi.Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) belə nümayişləri ABŞ, Yaponiya və Cənubi Koreyaya qarşı tez-tez keçirir. 16 noyabr 2013-cü il tarixində Bolqarıstanın Oreşarski hökuməti və hakimiyyətdə olan Bolqarıstan Sosialist Partiyası (keçmişdə kommunist) iqtidaryönlü nümayişlər keçirmişdir. Buna oxşar bir nümunə 13 dekabr 2015-ci il tarixində Polşada baş vermişdir. Həmin tarixdə, Polşa prezidenti Yaroslav Kaçinskinin partiyası Hüquq və ədalət hərbi vəziyyətin təqdim edilməsinin ildönümünü qeyd edən qeyri-rəsmi bayramı iqtidaryönlü mitinqlərə çevirmişdir.
Gürcüstanda nümayişlər (1978)
Gürcüstanda nümayişlər (1978) (gürc. თბილისის დემონსტრაციები) — 14 aprel 1978-ci ildə gürcü ziyalılarının və digər fəalların Gürcüstan SSR-də, ilk növbədə respublikanın paytaxtı Tbilisidə keçirdikləri kütləvi mitinqlər. Mitinqlərin səbəbi 1977-ci ildə qəbul edilmiş yeni SSRİ konstitusiyasında gürcü dilinin dövlət dili olması maddəsinin daxil edilməməsi idi. == Tarixi == 7 oktyabr 1977-ci il tarixində SSRİ Ali Soveti tərəfindən SSRİ-nin yeni əsas qanunu Konstitusiya qəbul edildi. Bununla da 1936-cı il SSRİ Konstitusiyası qüvvədən düşmüş oldu. SSRİ-nin yeni konstitusiyasını qəbul edilməsi ilə respublikalar yeni konstitusiya layihələrini hazırlamağa başladılar. 1978-ci ildə rus dilində nəşr olunan Gürcüstanın "Zarya Vostoka" qəzeti Gürcüstan SSR konstitusiya layihəsinin 75-ci maddəsini aşağıdakı məzmunla dərc etdi: Lakdin həmin dövrdə qüvvədə olan 1937-ci il konstitusiyasında dil haqqında maddə belə yazılmışdı: Beləliklə, əgər yuxarıdakı ifadə qəbul edilsəydi, gürcü dili Gürcüstan SSR-in dövlət dili statusunu itirərdi. Tələbə və tədris mühiti arasında, yeni Gürcüstan konstitusiyasına görə, gürcü dilinin artıq dövlət dili olmayacağı barədə şayiələr dolaşmağa başladı. Mitinqlər özbaşına başlamadı. "Gürcü-Film" in direktoru Rezo Çxeidzenin qızı, Tbilisi Dövlət Universitetinin tələbəsi Tamriko Çxeidze nümayişə çağırış vərəqələri paylayırdı.Hadisələr, iki dilliliyin və hətta çoxdilliliyin artıq standart, milli respublikaların qalan hissəsi və SSRİ muxtariyyətləri üçün qanuni olaraq təsdiqlənmiş bir təcrübəyə çevrildiyinə görə, gürcü ziyalılarının rus dili ilə yanaşı, gürcü dilinin də rəsmi dil olaraq Gürcüstan dilini qorumaq istəyi ilə meydana çıxmışdı.
Nümayişi seçki
Nümayişi seçki (ing. Show election)əldəqayırma seçki və ya rezin möhür seçki kimi də tanınan, hər hansı əhəmiyyətli siyasi məqsədi olmayan seçkidirlər ki, sırf nümayiş üçün keçirilir. Nümayişi seçkilər diktator rejimlərədə yayılmış bir hadisədir ki ictimai qanuniliklərin təbliğ edirlər. == Mənbə == What Are Sham Elections?
Nümayişi seçkilər
Nümayişi seçki (ing. Show election)əldəqayırma seçki və ya rezin möhür seçki kimi də tanınan, hər hansı əhəmiyyətli siyasi məqsədi olmayan seçkidirlər ki, sırf nümayiş üçün keçirilir. Nümayişi seçkilər diktator rejimlərədə yayılmış bir hadisədir ki ictimai qanuniliklərin təbliğ edirlər. == Mənbə == What Are Sham Elections?
Hyue şəhərində buddist nümayişlərinin dağıdılması
Hyue şəhərində buddist nümayişlərinin dağıdılması — 8 may 1963-cü ildə Vyetnam Respublikasında (Cənubi Vyetnam) minlərlə buddistin Hyue şəhərində din azadlığı tələbi ilə nümayiş keçirdiyi hadisələr. == Hadisələr == Nümayiş Vesak bayramına təsadüf etmişdir. Burada dindarlar Roma Katolik kilsəsi tərəfindən buddistlərə qarşı diskriminasiyaya, buddist bayraqlarının asılmasına, dini ayin və mərasimlərin yerinə yetirilməsinə qadağalara etiraz etmişdilər. Nümayişlər zamanı camaata atəş açılmış və bir neçə qumbara atılmışdır. Nəticədə 9 dinc sakin həlak olmuşdur. Nqo Din Zyem hökuməti hadisəyə görə məsuliyyəti üzərinə götürməkdən imtina etmişdir. Onlar hadisəni Vyetkonqun üzərinə atmış və bu, əksər buddistlər arasında artan narazılığa səbəb olmuşdur. == Nəticələr == Sonradan yaranan gərginlik Vyetnam Respublikasında buddist böhranı adlanan hadisələr və genişmiqyaslı itaətsizlik aksiyaları ilə nəticələnmişdir. 1 noyabr 1963-cü ildə hərbi çevriliş baş vermiş, nəticədə prezident Nqo Din Zyem öldürülmüşdür. == Əlavə ədəbiyyat == Buttinger, Joseph.

Digər lüğətlərdə

Бык крестоно́сец ми́рика прочека́нивание разбо́йный субтропи́ческий хлюп де́мпинг достреля́ть древесинове́дение лицо́м в грязь не ударить перфо... пить пусти́ть рэндзи́стка birth pill chromatism dead stage Glockenspiel playsuit ложечка манёвр полинезиец проснуться фарадизация