nəbatişünaslıq
nəbilik
OBASTAN VİKİ
Ayişə Nəbi
Ayişə Nəbi — araşdırmaçı yazar-şair, jurnalist, tərcüməçi, ilahiyyatçı. == Həyatı == Ayişə Məhəmməd qızı Nəbi martın 21-də 1967-ci ildə Qərbi Azərbaycanın Karvansara (İcevan) rayonunun Haqqıxlı (S.Vurğun) kəndində ziyalı ailəsində doğulub. Həmin kənddə orta məktəbi əla qiymətlərlə başa vurub həmin il Az.Neft-Kimya institutuna daxil olub 1990-cı ildə mühəndis-elektrik ixtisası üzrə məzun oldu. Bir il Az.Sənaye Layihə institutunda gənc mütəxəssis kimi işlərkən “Gənclik” jurnalına dəvət aldı və bir il də orada işlədi. Sonra “Fəryad” və s.qəzetlərdə işlədi. Bu müddət ərzində bədii-publisistik yazılarla dövri mətbuatda müntəzəm çıxış etdi. İlk şeiri “Sovet Ermənistanı” qəzetində çap olundu. Sonra İstanbulda dini təhsil aldıqdan sonra vətənə qayıdaraq yenidən şeir, hekayə, məqalə, araşdırma, tərcümələr edərək ölkə qəzet və dərgilərində çap etdirdi. Türk və dünya ədəbiyyatından bir çox örnəyi dilimizə çevirərək Azərbaycan oxucusuna tanıtmış, eləcə də 20-də çox yerli müəllifin şeir, hekayə, povest, monoqrafiya, elmi əsər və romanlarını Türkiyə türkcəsinə, Edqar A.Po, Edqar Li Masters, Emili Dikinson kimi tanınmışların əsərlərini isə rus dilindən dilimizə çevirmişdir. Yaradıcılığa şeirlə başlayan Ayişə Nəbi “Sükut” (1997, Ağrıdağ), “Laməkan” (2008, Nurlan), “Qaf dağı Anka” (2011, Nurlan) “Qutlu vadiyə vardım” şeirlər, “Ərəb olmaq istəmirəm” (2014) məqalələr, “Yalınayaq şeirlər” tərcümə, “Eşq gözəlləməsi”(uzun hekayə) kitablarının, biri çox araşdırma və publisist məqalələrin müəllifidir.
Malik ibn Nəbi
Malik ibn Nəbi (ərəb. مالك بن نبي‎; 1905[…], Qüsəntinə, Qüsəntinə vilayəti[d] – 31 oktyabr 1973, Əlcəzair) — Əlcəzair yazıçısı və filosofu. == Həyatı == Malik ibn Nəbi Əlcəzairdə dünyaya gəlmişdir. Orta təhsilini öz ölkəsində müvəffəqiyyətlə bitirmiş, həmin yaşlarında islami tədqiqatlara başlamışdır. 1930-cu ildə Parisə getmiş və oradakı Ali Texnika Məktəbinə girmişdir. Bu məktəbi mühəndis olaraq bitirdikdən sonra müstəmləkəçilərin köləsi kimi bir mühəndislik vəzifəsini icra etməkdənsə, kasıb və cahil qalmış qardaşları, məmləkətinin sadə adamları ilə çiyin-çiyinə sərbəst işləməyi seçmişdir. Marselə köçmüş, əlcəzairli həmyerlilərinin yanına gedərək onlarla birlikdə ağır şərtlər altında işləmiş və bir tərəfdən də onlara islami həqiqətləri çatdırmağa çalışmışdır. Gündüzləri iş zamanı müsəlman qardaşlarını maarifləndirməyə çalışan Malik bin Nəbi gecələrini və boş vaxtlarını islam və islam xalqları haqqında düşünmək və tədqiqat aparmaqla keçirirdi. 1940-cı ilin sonlarına doğru Marseldəki mühacir əlcəzairlilərin təhsil almaları üçün bir təhsil mərkəzi açmağa müvəffəq oldu. Burada gecə-gündüz işləyərək bir çox din qardaşının islami biliklərini inkişaf etdirdi, onları müstəmləkə həyatından xilas olmanın tək yolunun, islami prinsiplərə qayıtmaq və dini haqqı ilə tətbiq etmək olduğu xüsusunda tamamən razı salmağa müvəffəq oldu.
Mirzə Nəbi Qayıbzadə
Mirzə Nəbi Qayıbzadə (1810-1869) şair == Həyatı == Mirzə Nəbi əfənd Qazax distansiyasının Salahlı kəndində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Mirzə Nəbi Qayıbzadə XIX əsrin əvvəllərində yaşamış Azərbaycan şairlərdn biri. Abbas ağa Nazir in atasıdır. == Yaradıcılığı == "Bəyani-hal" poemasıOnun yazdığı şerdən ancaq Şair İskəndər ağaya müraciətən inşad qıldığı "Vəsfi-yaran"ı və "Dərdi-pünhan"ı və "Əhvali-dövran"ı bəyan etmək xüsusunda yazdığı əsərdir.
Nəbi
Peyğəmbər — İslam dinin ənənəsinə görə Allahın elçisi, digər dinlərin ənənələrinə görə Allahın göstərişlərini, buyruqlarını, vəhylərini insanlara çatdıran mömin şəxs, vaiz, gələcəyi öncədən xəbər verən şəxs. == Peyğəmbərlik == Qədim yəhudi dinində nəvi (ərəb dilində nəbi) adlandırmışlar. Qədim Fələstində ekstatik vəziyyətdə Allahın adından danışan vaizə, VIII əsrdən isə belə dini natiqlərə və vaizlərə Peyğəməbər deyilirdi. İsrail-Yəhudi cəmiyyətində sosial-siyasi ziddiyyətlərin kəskinləşməsi nəticəsində baş vermiş hərəkat Peyğəmbərlər hərəkatı adlandırılmışdır. “Peyğəmbər” sözü fars dilindən çevrilmişdir. Peyam xəbər, peyğəmbər “elçi” deməkdir. Peyğəmbər ərəbcə rəsul sözünün qarşılığıdır. Ərəbcə “Rəsul” (رسول) oxşar məna daşır .“Nəbi” (نبي) sözü də “nəbə” kökündən törəmiş, xəbər verən, “elçi” mənasını verən sözdür. Ərəbcə Nebi sözünün mənşəyinin Nabuya əsaslandığı güman edilir. Bundan əlavə yalvaç sözü peyğəmbər deməkdir.
Məscidül-Nəbi
24°28′08″ şm. e. 39°36′41″ ş. u. Peyğəmbər məscidi və ya Məscid ən-Nəbəvi (ərəb. المسجد النبوي‎) — Mədinədə məscid. Dünyanın ən böyük məscidlərindən biri. İslamda Məkkədə yerləşən Məscidül-Həramdan sonra ikinci müqəddəs məscid hesab olunur. Məscidi-Nəbəvi Hicrətdən sonra Mədinədə Məhəmməd ibn Abdullah ilə əshabı tərəfindən inşa edilən, Məhəmmədin qəbrini ehtiva edən məsciddir. Məscid günümüzdə ətrafını əhatə edən mərmər örtülmüş avlusu daxil olmaqla 400.000 m² ümumi sahəyə malikdir.
Nəbi Babayev
Nəbi Ələkbər oğlu Babayev (Nəbi Xəzri) (10 dekabr 1924, Xırdalan, Bakı qəzası – 15 yanvar 2007, Bakı) — Azərbaycan şairi, nasir, dramaturq, publisist, tərcüməçi, ssenarist, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq şairi (1984), SSRİ (1973) və Azərbaycan SSR (1982) Dövlət mükafatları laureatı. == Həyatı == Nəbi Xəzri 1924-cü il dekabrın 10-da Bakı şəhəri yaxınlığındakı Xırdalan kəndində tacir ailəsində anadan olmuşdur. Atası Kərbəlayi Ələkbər Baba oğlu (1873–1933) kəndin tanınmış tacirlərindən olub. Bir ilin içində üç oğlunun vəfatına dözməyib həmin il özü də dünyasını dəyişmişdir. Anası Pərixanım Cəfər qızı (1882–1969) evdar qadın idi. Orta məktəbi bitirib əmək fəaliyyətinə başlayan Nəbi Xəzri 1942–1943-cü illərdə İkinci dünya müharibəsində arxa cəbhədə iştirak etmiş, ordudan tərxis olunduqdan sonra isə 1943–1945-ci illərdə "Kommunist" qəzeti redaksiyasında korrektor və Azərbaycan radiosunda diktor vəzifələrində çalışmışdır. 20 yaşlı gənc şairin yaradıcılığı Səməd Vurğunun nəzərindən qaçmır və onu təkidlə 1945-ci ildə Yazıçılar İttifaqına üzvlüyə keçirir. "Çiçəklənən arzular" adlı ilk şerlər kitabı 1950-ci ildə çap olunmuşdur. O, 1945–1947-ci illərdə Azərbaycan Dövlət Universitetində, 1947–1949-cu illərdə Leninqrad Dövlət Universitetində, 1949–1952-ci illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil almışdır. Dənizi hədsiz sevdiyindən, xəzri küləyinin də insanlara dəniz ətrini bəxş etdiyinə görə 1958-ci ildə "Xəzri" təxəllüsü götürmüşdür.
Nəbi Hüseynov
Nəbi Hacıbala oğlu Hüseynov, (9 iyul 1992; Birinci Şıxlı, Qazax rayonu, Azərbaycan SSR, SSRİ — 9 oktyabr 2020; Hadrut, Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nəbi 1992-ci il iyulun 8-də Qazaxın Birinci Şıxlı kəndində anadan olub. Uşaqlığı elə, həmin kənddə keçib. Yaxınları deyir ki, çox mehriban, hər bir şəraitə tez uyğunlaşan uşaq olub. 8-ci sinifdə C.Naxçıvanski adına hərbi liseyə qəbul olunur. Liseyi bitirdikdən sonra isə H.Əliyev adına Ali Hərbi Məktəbdə hərbi təhsilini davam etdirir. Hərbi təhsilini bitirdikdən sonra orduda xidmətə başlayır. == Hərbi fəaliyyəti == Nəbi Hüseynov, "Aprel döyüşləri" zamanı Qusarda "N" saylı hərbi hissədə topçu komandiri idi və döyüşlərə də elə, topçu kimi qatılır. Döyüşlərdə ərazi bütövlüyümüzün təmin olunmasında yaxından iştirak edir.Döyüşlərdən sonra Xüsusi Təyinatlı Qüvvələrə qatılmaq üçün kurslarda iştirak edir və yüksək dəqiqliklə bitirərərək, kəşfiyyatçı kimi xidmətə başlayır. Daha sonra isə baş kəşfiyyatçı olur.
Nəbi Həsənoğlu
Məhərrəmov Nəbi Həsən оğlu (1934, Daşkənd, Basarkeçər rayonu – 13 avqust 1979, Yeni Daşkənd, Bərdə rayonu) — dastançı-şair. == Həyatı == Nəbi Həsənоğlu 1934-cü ildə Qərbi Azərbaycanın qədim Göyçə mahalının Daşkənd kəndində məşhur еl şairi Həsən Xəyallının оcağında anadan оlmuşdur. İlkin yaşlarından atası Həsəndən dərin ruhani təhsili almış, ərəb və fars dillərində nəinki yazıb охumaq, hətta danışıq dillərini də öyrənmişdir. Nəbi sözün həqiqi mənasında qarеyi-quran оlmuşdur. 1941-ci ildə Daşkənd kənd оrta məktəbində təhsil almağa başlayan Nəbi 1951-ci ildə Daşkənd kənd оrta məktəbini bitirmişdir. Hələ məktəbli оlarkən 1941–1945-ci illərdə Böyük Vətən Müharibəsi zamanı atası Həsənin müharibəyə gеtməsi ilə əlaqədar ailənin çətinliyi böyük оğul kimi оnun üzərinə düşmüşdür. 1953-cü ildə Göyçə mahalından dеpоrtasiya оlunduqdan sоnra Bərdə rayоnunun Yеni Daşkənd kəndində məskunlaşmışdır. Nəbi mükəmməl ruhani təhsili alsa da hеç vaхt ruhanilik, mоllalıq еtməmişdir. Uzun illər bənnalıq sənətində işləmişdir. Nəbi Həsənоğlu əsasən dastanlar müəllifi kimi tanınmışdır.
Nəbi Məmmədov
Nəbi Məmmədov (tələbə) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına və xalq maarifi nazirinə müraciətinə əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Nəbi Məmmədov (döyüşçü) — Azərbaycanlı MMA və Sambo idmançısı.
Nəbi Nəbiyev
Nəbi Nəbiyev Əliabbas oğlu (1925, Karrar, Göyçay qəzası) — coğrafiya üzrə fəlsəfə doktoru, iqtisad elmləri doktoru, professor, akademik. == Həyatı == N. Ə. Nəbiyev 1925-ci ildə Azərbaycanın Kürdəmir rayonunun Karlar kəndində anadan olmuşdur. 1941-ci ildə orta məktəbi bitirib. Böyük Vətən müharibəsində 2 orden və 15 medalla təltif edilmişdir. 1947-ci ildə keçmiş V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə daxil olmuşdu. 4 övladı var. 2011-ci il fevral ayının 25-də Bakıda rəhmətə getmişdir. == Elmi fəaliyyəti == 1951-ci ildən Azərbaycan EA Coğrafiya institutunda elmi katib, kiçik elmi işçi işləyib. 1957-ci ildə Akademiyanın İqtisadiyyat İnstitutuna keçirilmişdir. Orada aparıcı elmi işçi vəzifəsində işləyib.
Nəbi Tamayev
Nəbi Koroğlu oğlu Tamayev (1887, Sust, Naxçıvan qəzası – 2 iyun 1957, Sust) — çoban, Sosialist Əməyi Qəhrəmanı (1948). == Həyat və əmək fəaliyyəti == Nəbi Tamayev 1887-ci ildə İrəvan quberniyasının Naxçıvan qəzasının (indiki Babək rayonu) Sust kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə "26 Bakı komissarı" kolxozunda başlamış, bu kolxozda çoban işləmişdir. 1947-ci ildə qoyunçuluq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 17 avqust 1948-ci il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni, ilə təltif olunmuşdur. Nəbi Tamayev 2 iyun 1957-ci ildə Babək rayonunda vəfat etmişdir.
Nəbi Tamoyev
Nəbi Koroğlu oğlu Tamayev (1887, Sust, Naxçıvan qəzası – 2 iyun 1957, Sust) — çoban, Sosialist Əməyi Qəhrəmanı (1948). == Həyat və əmək fəaliyyəti == Nəbi Tamayev 1887-ci ildə İrəvan quberniyasının Naxçıvan qəzasının (indiki Babək rayonu) Sust kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə "26 Bakı komissarı" kolxozunda başlamış, bu kolxozda çoban işləmişdir. 1947-ci ildə qoyunçuluq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 17 avqust 1948-ci il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni, ilə təltif olunmuşdur. Nəbi Tamayev 2 iyun 1957-ci ildə Babək rayonunda vəfat etmişdir.
Nəbi Xəzri
Nəbi Ələkbər oğlu Babayev (Nəbi Xəzri) (10 dekabr 1924, Xırdalan, Bakı qəzası – 15 yanvar 2007, Bakı) — Azərbaycan şairi, nasir, dramaturq, publisist, tərcüməçi, ssenarist, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq şairi (1984), SSRİ (1973) və Azərbaycan SSR (1982) Dövlət mükafatları laureatı. == Həyatı == Nəbi Xəzri 1924-cü il dekabrın 10-da Bakı şəhəri yaxınlığındakı Xırdalan kəndində tacir ailəsində anadan olmuşdur. Atası Kərbəlayi Ələkbər Baba oğlu (1873–1933) kəndin tanınmış tacirlərindən olub. Bir ilin içində üç oğlunun vəfatına dözməyib həmin il özü də dünyasını dəyişmişdir. Anası Pərixanım Cəfər qızı (1882–1969) evdar qadın idi. Orta məktəbi bitirib əmək fəaliyyətinə başlayan Nəbi Xəzri 1942–1943-cü illərdə İkinci dünya müharibəsində arxa cəbhədə iştirak etmiş, ordudan tərxis olunduqdan sonra isə 1943–1945-ci illərdə "Kommunist" qəzeti redaksiyasında korrektor və Azərbaycan radiosunda diktor vəzifələrində çalışmışdır. 20 yaşlı gənc şairin yaradıcılığı Səməd Vurğunun nəzərindən qaçmır və onu təkidlə 1945-ci ildə Yazıçılar İttifaqına üzvlüyə keçirir. "Çiçəklənən arzular" adlı ilk şerlər kitabı 1950-ci ildə çap olunmuşdur. O, 1945–1947-ci illərdə Azərbaycan Dövlət Universitetində, 1947–1949-cu illərdə Leninqrad Dövlət Universitetində, 1949–1952-ci illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil almışdır. Dənizi hədsiz sevdiyindən, xəzri küləyinin də insanlara dəniz ətrini bəxş etdiyinə görə 1958-ci ildə "Xəzri" təxəllüsü götürmüşdür.
Nəbi Yaqubov
Nəbi Yaqubov — Neft və Kimya İnstitutunun (indiki Neft Akademiyası)“Nəzəri mexanika” kafedrasının (1970-1990-cı illər) müdiri olmuşdur, texnika elmləri doktoru, professor. İbrahim Nəbioğlunun atasıdır. == Həyatı == Nəbi Yaqubov 1933-cü ildə Qazaxda anadan olmuşdur. İbrahim Nəbioğlunun atasıdır.
Nəbi Zeynalov
Nəbi Surxay oğlu Zeynalov (1 fevral 1975, Daşkənd, Vardenis rayonu – 31 iyul 1993, Ağdərə rayonu) — Azərbaycan ordusunun əsgəri, Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nəbi Zeynalov 1 fevral 1975-ci ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. 1982-ci ildə Daşkənd kənd orta məktəbinin I sinfinə getmişdir. 1992-ci ildə Quşçu kənd orta məktəbini bitirmişdir. 1988-ci ildə ermənilərin məkirli siyasəti nəticəsində doğma yurdundan ailəsi ilə birlikdə indiki Göygöl rayonunun Quşçu kəndində məskunlaşmışdır. == Hərbi xidməti == Nəbi Zeynalov 1993-cü ildə Xanlar (indiki Göygöl) rayon Hərbi Komisarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. 1993-cü il iyul ayının 31-də Ağdərə bölgəsində gedən döyüş əməliyyatı zamanı şəhid olmuşdur. Məzarı Göygöl rayonunun Quşçu kəndindədir. == Xatirəsi == 1996-cı ildən Göygöl rayonunun Quşçu Kənd Folklor Evi şəhid Nəbi Zeynalovun adını daşıyır. == İstinadlar == == Ədəbiyyat == "Sərhəd" qəzeti, 27 iyul 1994-cü il.
Nəbi kəndi
Nəbi kəndi (Takab)
Nəbi qalası
Culfa rayonunun Gal kəndindən şimal-şərqdə, İlandağın şimal yamacında, sıldırım qayalarla əhatə olunmuş orta əsrlərə aid İlandağ yaşayış yerinin əhalisi arasında yayılmış adı "Nəbi qalası"dır. Bu abidədə 1991–ci ildə kəşfiyyat xarakterli tədqiqat işləri aparılmışdır. Qalanın ətrafı möhrədən tikilmiş divarlarla əhatə edilmişdir. Mədəni təbəqənin qalınlığı 0,5 m – dən 1 m - ə çatır. Yerüstü materiallar əsasən gil qab qırıqlarından (çəhrayı rəngli küpə, kasa tipli qablar) ibarətdir. İlandağ yaşayış yerinin XI – XVIII əsrlərə aid olması güman edilir. Tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə bu ərazinin orta əsr mənbələrində, o cümlədən Həmdullah Qəzvininin xatırladığı dörd Naxçıvan qalasından biri olan Tağmar qalası olması fikrini irəli sürmüşdür.
Qaçaq Nəbi
Qaçaq Nəbi (1854, Aşağı Mollu, Qubadlı rayonu – 1896) — Azərbaycanın xalq qəhrəmanı, XIX əsrin ikinci yarısında Azərbaycanda "Qaçaq Hərəkatı"nın fəal iştirakçısı. == Həyatı == Qaçaq Nəbi 1854-cü ildə Zəngəzur qəzasının Aşağı Mollu kəndində (indiki Qubadlı rayonununda) anadan olmuşdur. Bəzi mənbələrə görə o, mənşəcə kürddür, digərlərinə görə isə türkdür. 1896-cı ilin mart ayında Nəbi Kərbəladan dönərkən Türkiyə ilə İran sərhədi arasında olan Larni kəndində rus casusları tərəfindən əvvəlcədən hazırlanmış pusqunun qurbanı olmuşdur. Nəbinin xatirəsi indi də Azərbaycan xalqının qəlbində yaşayır. Onun qəhrəmanlığını əks etdirən dastanlar, nəğmələr, şeirlər söylənilir. == Ailəsi == Nəbi Yuxarı Mollu kəndindən olan Həcər xanımla ailə qurmuşdur. Həcər xanım da öz həyat yoldaşı Nəbi ilə çiyin-çiyinə, at belində haqsızlığa qarşı mübarizə aparmışdır. Nəbinin həyat yoldaşı Həcər xanımla yanaşı baldızı Mehri xanım da bu mübarizədə yaxından iştirak etmişdir. Qaçaq Nəbinin atası Alı kişi ailəsindəki çətinlikləri nəzərə alaraq onu Aşağı Mollu kəndindəki bir varlıya muzdur verir.
Şair Nəbi
Nəbi Kərim oğlu Nəcəfov (1898, Kəlbəcər rayonu – 1969) — şair. == Həyatı == Nəbi Kərim oğlu Nəcəfov 1898-ci ildə Kəlbəcər rayonunun Milli kəndində anadan olmuşdur. O çox kasıb həyat keçirmişdir. Atası Kərimlə birlikdə 1924-cü ilə kimi rəncbərlik etmiş, böyük bir ailəni çətinliklə dolandırmışdır. O həm də ən kamil sazbənddir. 1924-cü ildən 1930-cu ilə kimi kənd soveti katibi olmuşdur. 1930-cu ildən sonra rayonda müxtəlif vəzifələrdə işləmişdir. Şair Nəbi 1969-cu ildə vəfat etmişdir.
Nəbi Məmmədov ( tələbə)
[mənbə göstərin] Nəbi Məmmədov (18 noyabr 1900) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına və xalq maarifi nazirinə müraciətinə əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == 1919-cu ildə Kiyev Dövlət Kommersiya İnstitutunun tələbəsi olmuş, maddi çətinlik üzündən təhsilini yarımçıq buraxıb geri qayıtmış və bütün sənədləri Kiyevdə qalmışdır. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini bitirmək üçün yenidən Kiyevə göndərilmişdir. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Nəbi Məmmədov (cüdoçu)
Nəbi Məmmədov (7 avqust 1991, Cəbrayıl) — Azərbaycanlı MMA və Sambo idmançısı, 2018 Avropa Sambo çempionatının bürünc medalçısıdır. == İdmançı kariyerası/nailiyyətləri == Nəbi Məmmədov ilk dəfə 2013-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən sambo üzrə dünya çempionatında 100 kiloqram çəki dərəcəsində çıxış edib.Daha sonra 2016-cı ildə Rusiyanın Kazan şəhərində keçirilən Avropa sambo çempionatını Məmmədov 5-ci sırada tamamlayıb.2018-ci ildə Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən Avropa çempionatında 98 kiloqram çəki dərəcəsində mübarizə aparan Nəbi Məmmədov yarışın bürünc medalına sahib olub.MMA üzrə 4 dəfə Azərbaycan çempionu; 2013-cü ildə Gürcüstanda keçirilən "Asian CHI-1 golden belt championship"in qalibi; 2018-ci ildə Afina,Yunanıstanda keçirilən Sambo üzrə Avropa çempionatının bürünc medalçısıdır"Tapologiya"nın hesablamalarına görə, Nəbi Məmmədov Qafqazın MMA üzrə ağır çəki dərəcəsinin ən reytinqli 22-ci idmançısıdır.
Nəbi Məmmədov (döyüşçü)
Nəbi Məmmədov (7 avqust 1991, Cəbrayıl) — Azərbaycanlı MMA və Sambo idmançısı, 2018 Avropa Sambo çempionatının bürünc medalçısıdır. == İdmançı kariyerası/nailiyyətləri == Nəbi Məmmədov ilk dəfə 2013-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən sambo üzrə dünya çempionatında 100 kiloqram çəki dərəcəsində çıxış edib.Daha sonra 2016-cı ildə Rusiyanın Kazan şəhərində keçirilən Avropa sambo çempionatını Məmmədov 5-ci sırada tamamlayıb.2018-ci ildə Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən Avropa çempionatında 98 kiloqram çəki dərəcəsində mübarizə aparan Nəbi Məmmədov yarışın bürünc medalına sahib olub.MMA üzrə 4 dəfə Azərbaycan çempionu; 2013-cü ildə Gürcüstanda keçirilən "Asian CHI-1 golden belt championship"in qalibi; 2018-ci ildə Afina,Yunanıstanda keçirilən Sambo üzrə Avropa çempionatının bürünc medalçısıdır"Tapologiya"nın hesablamalarına görə, Nəbi Məmmədov Qafqazın MMA üzrə ağır çəki dərəcəsinin ən reytinqli 22-ci idmançısıdır.
Nəbi Məmmədov (idmançı)
Nəbi Məmmədov (7 avqust 1991, Cəbrayıl) — Azərbaycanlı MMA və Sambo idmançısı, 2018 Avropa Sambo çempionatının bürünc medalçısıdır. == İdmançı kariyerası/nailiyyətləri == Nəbi Məmmədov ilk dəfə 2013-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən sambo üzrə dünya çempionatında 100 kiloqram çəki dərəcəsində çıxış edib.Daha sonra 2016-cı ildə Rusiyanın Kazan şəhərində keçirilən Avropa sambo çempionatını Məmmədov 5-ci sırada tamamlayıb.2018-ci ildə Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən Avropa çempionatında 98 kiloqram çəki dərəcəsində mübarizə aparan Nəbi Məmmədov yarışın bürünc medalına sahib olub.MMA üzrə 4 dəfə Azərbaycan çempionu; 2013-cü ildə Gürcüstanda keçirilən "Asian CHI-1 golden belt championship"in qalibi; 2018-ci ildə Afina,Yunanıstanda keçirilən Sambo üzrə Avropa çempionatının bürünc medalçısıdır"Tapologiya"nın hesablamalarına görə, Nəbi Məmmədov Qafqazın MMA üzrə ağır çəki dərəcəsinin ən reytinqli 22-ci idmançısıdır.
Nəbi Məmmədov (tələbə)
[mənbə göstərin] Nəbi Məmmədov (18 noyabr 1900) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına və xalq maarifi nazirinə müraciətinə əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == 1919-cu ildə Kiyev Dövlət Kommersiya İnstitutunun tələbəsi olmuş, maddi çətinlik üzündən təhsilini yarımçıq buraxıb geri qayıtmış və bütün sənədləri Kiyevdə qalmışdır. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini bitirmək üçün yenidən Kiyevə göndərilmişdir. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Qaçaq Nəbi (Axundov)
Qaçaq Nəbi — Əhliman Axundovun tərtib etdiyi və ilk dəfə 1941-ci ildə nəşr edilən Azərbaycanın xalq qəhramanı Qaçaq Nəbidən bəhs edən dastan. == Məzmun == "Qaçaq Nəbi" dastanı həyatını və qısa ömrünü xalqına, onun azad yaşamasına həsr etmiş və bu yolda həlak olmuş Nəbi Alı oğlu haqqındadır. == Nəşr və tərcümə == Dastan ilk dəfə Bakıda kiril qrafikalı Azərbaycan əlifbası ilə 1941-ci ildə, 2-ci dəfə 1961-ci ildə Azərnəşrdə çap edilib. Latın qrafikalı Azərbaycan əlifbası ilə 2009-cu ildə Çıraq nəşriyyatında 440, 2016-cı ildə Bakı Kitab Klubunda 504 səhifədə çap edilib. == İstinadlar == == Həmçinin bax == Qaçaq Nəbinin tarixi == Xarici keçidlər == "Qaçaq Nəbi" ( (az.)). bbclub.az. 2019-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-31.
Afaq Nəbiqızı
Cavadova Afaq Nəbi qızı (Afaq Nəbiqızı) — yazıçı. == Həyatı == Afaq Nəbiqızı 1950-ci il dekabrın 23-də Ağcabədi rayonunda anadan olmuşdur. Uşaq ikən ailəsi Beyləqan rayonuna köçmüşdür. Beyləqandakı 1 saylı şəhər orta məktəbi, 1975-ci ildə isə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Beyləqan 1 saylı şəhər və Yardımlı rayonunun Hamarkənd kənd orta məktəbində ədəbiyyat müəllimi işləmişdir. 1983-cü il mayın 6-da Bakıda vəfat etmişdir. Beyləqan rayonunda dəfn olunmuşdur. Aynur adında qızı, Məhəmməd, Yağmur və Afaq adlı nəvəsi var. == Yaradıcılığı == Afaq Nəbiqızının sağlığında dövri mətbuatda cəmi bir neçə hekayəsi dərc olunmuşdur. "Acıbağırsaq" adlı ilk hekayəsi 1980-ci ildə "Ədəbiyyat qəzeti"ndə işıq üzü görmüşdür.
Aqil Nəbiyev
Aqil Eldar oğlu Nəbiyev (16 iyun 1982, Tovuz) — azərbaycanlı keçmiş futbolçu və məşqçi. "Şüvəlan" klubunun məşqçisidir. == Həyatı == Aqil Nəbiyev Tovuzda anadan olub. Uşaq yaşlarından doğma rayonda futbolla məşğul olmağa başlayıb. İlk məşqçisi Rəşid Alıyev olub. Daha sonra Nəriman Qasımovun rəhbərliyi altında futbolun sirlərinə yiyələnməyə başlayıb.Aqil Nəbiyev Gəncə Texnologiya Universitetini bitirib. Bədən Tərbiyyəsi və İdman Akademiyasında ikinci təhsil alır. Ailəlidir, 3 övladı var. İkisi oğlan, biri qızdır. == Karyerası == 18 yaşında ikən Xanoğlan Abbasovun rəhbərlik etdiyi Turanın əsas komandasına cəlb edilib.
Azad Nəbiyev
Nəbiyev Azad Mövlud oğlu (20 aprel 1945, İkinci Nügədi, Quba rayonu – 13 fevral 2012, Bakı) — ədəbiyyatşünas, folklorşünas, filologiya elmləri doktoru (1980), professor (1981), Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki (1997), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1999), Əməkdar müəllim (2000), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2001). == Həyatı == Azad Nəbiyev 1945-ci il aprelin 20-də Quba rayonunun İkinci Nügədi kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin Jurnalistika şöbəsində təhsil almışdır (1963–1967). Əmək fəaliyyətinə Azərbaycan Dövlət Nəşriyyatında redaktor kimi başlamışdır (1967–1974). "Gənclik" nəşriyyatında redaksiya müdiri (1974–1976), Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində müəllim, baş müəllim, professor vəzifələrində çalışmışdır (1976–1989). Azərbaycan Dirçəliş və Tərəqqi Partiyasının sədri olmuşdur (1992–2000). Beynəlxalq Ekoenergetika Akademiyasına həqiqi üzv seçilmişdir (1997). Beynəlxalq Əlillər Federasiyası idarə heyətinin üzvü olub (1998-ci ildən ölümünə qədər).Ədəbi fəaliyyətə 60-cı illərdən başlamışdır. İlk mətbu şeri 1962-ci ildə "Qızıl Quba" rayon qəzetində çap olunmuşdur. Bundan sonra qəzet və jurnallarda şeir, hekayə, povest, oçerk və məqalələrlə çıxış etmişdir.
Bəhram bəy Nəbibəyov
Nəbibəyov Bəhram bəy Qasım bəy oğlu (6 dekabr 1884 — iyul 1930) — Çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti və Sovet ordusunun zabiti, polkovnik, 1930-cu il Şəki üsyanının rəhbərlərindən biri. == Həyatı == Bəhram Nəbibəyov 1884-cü ildə Azərbaycanın Şəki şəhərində bəy ailəsində anadan olmuşdu. İlk təhsilini Kutaisi Realnı məktəbində alıb. Sonra Peterburq Konstantin artilleriya məktəbinin tələbəsi olmuşdu. 1904-cü il 2 sentyabrda oranı birinci dərəcəli diplomla başa vurmuşdu. Elə həmin il Qafqazdakı iyirminci artilleriya briqadasında podporuçik kimi hərbi xidmətə başlayıb. Bəhram bəy 1909-cu il 7 sentyabrda poruçik, 1912-ci il 31 avqustda isə ştabs-kapitan rütbəsinə layiq görülmüşdü. == Fəaliyyəti == Bəhram Nəbibəyov 1904-cü ildən Rusiya ordusunun Qafqazdakı topçu briqadasında xidmətə başlamışdır. İkinci dərəcəli "Müqəddəs Anna" və "Müqəddəs Stanislav" ordenləri ilə təltif edilmişdir. 1918-ci il 27 noyabrda Azərbaycan topçu briqadasına təyinat almış, sonra isə 2-ci topçu briqadasının 3-cü batareya komandiri vəzifəsində xidmət etmişdir.
Bəkir Nəbiyev
Bəkir Əhməd oğlu Nəbiyev (21 avqust 1930, Ağdaş – 15 mart 2012, Bakı) — Azərbaycan ədəbiyyatşünası, tənqidçisi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1989), filologiya elmləri doktoru (1970), professor (1982), Azərbaycan SSR Əməkdar elm xadimi (1990), Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü. == Həyatı == Bəkir Nəbiyev 21 avqust 1930-cu ildə Ağdaş rayonu Üçqovaq kəndində ziyalı ailəsində doğulmuşdur. Ağdaşda 1 saylı orta məktəbi bitirmişdir (1947). 1949-cu ildə məktəbi qurtardıqdan sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olan Bəkir Nəbiyev 1954-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. O,1956–1959-cu illərdə universitetin Azərbaycan ədəbiyyatı kafedrasının aspirantı olmuşdur.Atası Əhməd Məhəmməd oğlu Nəbiyev 1888-ci ildə doğulub. İlk təhsilini atasından alıb, Qurani-Kərimi babasından öyrənib. O, keçən əsrin əvvəllərində Ağdaşda "Darülürfan" məktəbi açmış həmyerlimiz, məşhur maarif xadimi Muxtar Əfəndizadənin (1880–1975) yanında ərəbcəsini daha da təkmilləşdirib, rus dilini öyrənib, coğrafiya, həndəsə, tarix, ədəbiyyat, nücum sahəsində yeni biliklər əxz edib.1937-ci ildə atası və əmisi həbs edilir. Arxangelskdə,Komidə "cəzasını" çəkərkən atası taleyinə düşən işgəncələrə dözməyib,1942-ci ildə Ural dağlarının ətəklərində yerləşən məhbəs baraklarının birində həlak olub.Anası Seyid Zəhra 1898-ci ildə Ağdaşın, Üçqovaq kəndinin "Yuxarı başında", gənc yaşlarında dünyasını dəyişdiyi üçün üzünü görmədiyi Mir Sadıq babasının ailəsində doğulub. Namaz qılar,Quran oxuyar, oruc tutardı. Öz davranış və əməlləri ilə daim ailəsinə başucalığı gətirən anası Seyid Zəhra 1967-ci ildə vəfat edib.
Bəxtiyar Nəbiyev
Bəxtiyar Nəbiyev — YAP Yasamal Rayon Təşkilatının sədri, tarix elmləri namizədi, dosent. == Həyatı == 1978-ci il oktyabrın 19-da Qərbi Azərbaycanda, ziyalı ailəsində anadan olub. 1988-1995 illərində Nəsimi rayonu 19 saylı orta məktəbdə təhsil almışdır. === Təhsili və elmi dərəcə, elmi adları === 1995-1999-cu illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsinin bakalavr pilləsini təhsil alıb 1999-2001 illərdə həmin ixtisasın magistr pilləsini fəqlənmə diplomu ilə bitirib 2004-cü ildə BDU-nun Benəlxalq hüquq ixtisasına daxil olub 2007-ci noyabrın 30-da "Heydər Əliyev və Azərbaycan SSR-in iqtisadi inkişafı (1969-1982-ci illər) " adlı mövzusunda namizədli dissertasiyası müdafiə edib. 2008-ci ildə BDU-nun Benəlxalq Hüquq ixtisasını fərqlənmə diplomu ilə bitirib 2009-cu ildə Prezidenti yanında Ali Atestasiya komissiyanın qərarı ilə tarix elmləri namizədlik dərəcəsi alimlik adı verilib 30-dan çox Elmi əsərlərin müəllifidir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1999-2004-cü illərdə BDU-nun Tələbə Şurasının sədirlik edib Həmin illərdə BDU-nun Böyük Elmi Şurasının üzvi olub 1999-2001-ci illərdə Təhsil Nazirliyi yanında Tələbə Şurasının İdarə heyətinin üzvü olub 2002-ci ildə YAP Yasamal rayonu gənclər təşkilatının sədri seçilib 2002-ci ildə BDU-nun Qiyabı şöbəsində inspektor 2005-ci ildə BDU-nun Qiyabı şöbəsində metodist 2008-ci illərdə Azərbaycan Respublikasında keçirilən Prezident seçkilərində 16 saylı Yasamal II seçki dairəsinin 11 saylı seçki məntəqəsinin sədr olub 2010-cu ildə Beynəlxalq münasibətlər kafedrasının 0,5 ştat müəllim 2011-cü ildə YAP Gənclər Birliyinin III hesabat, seçki konfransında YAP-Gənclər Birliyinin idarə Heyətinin üzvi seçilib 2013-cü ild YAP-ın V Qurultayinda Mərkəzi Nəzarət-Təftiş komissiyasının üzvü seçilib 2015 ildən fevral ayından tarix fakültəsinin tədris işlər üzrə dekan müavini vəzifəsində çalışır 2016-cı ildə BDU-nun Beynəlxalq münasibətlər kafedrasının 0,5 dosentidir == Seçilmiş əsərləri == XX yüzilliyin 70-ci illərində Azərbaycan SSR-də kənd təsərrüfatının inkişafında texniki təhcizatın rolu Tarix və onun problemləri baki 2006 №4 177-182 .XX yüzilliyin 70-ci illərində respublika sənayesində müasir istehsal sahələrinin yaradılmasında Heydər Əliyevin rolu Bakı Universiteti Xəbərləri Bakı 2006 №3 s139-143 Azərbaycan SSR-də Heydər əliyevin hakimiyyətə gəldiyi dövrdə respublikada iqtisadi vəziyyət Tarix və onun problemləri əlavə Baki 2006 №2 98-102 1969-1982-ci illərdə Azərbaycanın kənd təsərrüfatının inkişafı Bakı Universiteti Xəbərləri Bakı 2005 №4 285-289 Azərbaycanın yüngül və yeyinti sənayesi (1969-1982-ci illər) Pedaqoji Universistet Xəbərləri № 2006 №3 212-218 Müharibədən sonrakı illərdə sənaye sahələrinin tarixinin öyrənilməsində statistik mənbə Tarix və onun problemləri Baki 2000 194 Nəbiyev Bəxtiyar Heydər Əliyev və müstəqil Azərbaycanda torpaq islahatı Tarix və onun problemləri əlavə №3 Baki 2007 107-112 Nabiyev Bakhtiyar Sakina Abbasova USA politic economic and security interests toward gulf cooperation council 145 -150 (inglis dildə) 2008 Nəbiyev Bəxtiyar XX yüzilliyin sonlarında Türkiyənin Avropa siyasəti: problemlər və perspektivlər51–56 2010 Azərbaycan respublikası uğurlar və perspektivlər 16 noyabr 2011-ci il Beynəlxaq elmi konfransın materialları Bakı 2012 Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycxanda üzümçülüyün inkişafı (1969-1982-ci illər)235-240 Pedaqoji Universistet Xəbərləri Nəbiyev B. Heydər Əliyevin Azərbaycan SSR-yə rəhbərliyi dövründə respublikanın kənd təsərrüfatında tütünçülüyün inkişafı (1962-1982-ci illər) Bakı № 4 2011 144-146 Heydər Əliyev və gənclər siyasəti Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş "Azərbaycanın sosial iqtisadi inkişafının aktual problemləri mövzusunda elmi praktiki konfransının materiallı", Bakı, 2013 il 131-136. Qloballaşama şəraitində diplomatik mansibətlərin iqtisadi və siyasi xüsusiyyətləri mövzusunda Bakı Dövlət Universitetinin 95 illik yubileyinə həsrn olunmuş respublika səviyyəli elmi konfransın materialları Bakı 2014 Nəbiyev B. I dünya müharibəsindən sonran beynəlxalq vəziyyətin səciyyəvi xüsusiyyətləri 161-167 Tarix və onun problemləri N 2 Bakı 2015 Azərbaycanda milli dövlətçiliyin bərpa olunması Zeynalov, Nəbiyev Bakı Universiteti Xəbərləri Bakı 2015 N 2 94-100 Azərbaycan-Gürcüstan münasibətlərinin geosiyasi dəyəndərdirilməsi. Tarix və Onun problemləri N3. Bakı.2017. səh.116-121 Зарубежные и национальные геополитические теории, повлиявшие на изменения порядка в системе международных отношений "Гілея: науковий вісник": Збірник наукових праць.- К., 2017.
Cilingir Nəbiyev
Cilingir Azad oğlu Nəbiyev (18 yanvar 1996, Tovuz rayonu – 27 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cilingir Nəbiyev 1996-cı il yanvarın 18-də Tovuz rayonunun Şıxheybət kəndində anadan olub. 2013-2015-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Kollecində "Texnologiya müəllimliyi" üzrə təhsil alıb. Ailəli idi. Bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Cilingir Nəbiyev 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun giziri olan Cilingir Nəbiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cilingir Nəbiyev oktyabrın 27-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Tovuz rayonunda dəfn olunub.
Daməd Nəbiyev
Daməd Nəbiyev(Daməd Məcid oğlu Nəbiyev;d.1925, Yevlax rayonu, Varvara kəndi) - Böyük Vətən müharibəsi veteranı, mayor. == Həyatı == Daməd Nəbiyev 1925-ci ildə oktyabr ayının 15-də Yevlax rayonunun Varvara kəndində anadan olmuşdur. 1943-cü ildə Gürcustanın Qambori rayonunda yerləşən hərbi məktəbə yollanmışdır. İkinci dünya müharibəsində D.Nəbiyev Birinci Belarusiya cəbhəsinin 221-ci aviabombardmançı diviziyasının 8-ci qvardiya bombardmançı polkunda hava atıcı radisti kimi iştirak etmişdir. Müharibə bitdikdən sonra 1946-cı ilin payızında D. Nəbiyevin polku Ukraynanın Zaporoje şəhərinə gəlir və 5 ay qaldıqdan sonra hərbi hissəsi dağılır və D. Nəbiyev Leninqrada göndərilir. 1949-cu ilə kimi Leninqradda təlim uçuşları həyata keçirmişdir. 1950-ci ildə hərbi nazir marşal Jukovun əmri ilə D. Nəbiyev səhəti ilə əlaqədar aviasiyanın tərkibindən çıxarılmış və Bakı hərbi dairəsinə göndərilmişdir. Bir neçə il Bakıda, daha sonra Ağdamda qulluq etmişdir. 1960-cı ilin əvvəllərində D. Nəbiyevin hərbi hissəni ləğv etdilər və onu Gəncə şəhərinə göndərirlər. 1963-cü ildə qiyabi olaraq Gəncə Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsinə daxil olmuşdur.
Elmar Nəbiyev
Elmar Nəbiyev (tam adı: Nəbiyev Elmar Elman oğlu; 22 mart 2001, Pirallahı, Bakı, Azərbaycan – 5 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Nəbiyev Elmar Elman oğlu 22 mart 2001-ci ildə Bakı şəhərinin Pirallahı rayonunda anadan olmuşdur.2007-ci ildə həmin rayonun 186 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. O, boş vaxtlarında idmanla məşğul olmağı sevirdi. 2018-ci il 186 nömrəli məktəbi bitirib həmin ildə də Odlar Yurdu Kollecinin Bank işi fakültəsinə (qiyabi) qəbul olmuşdur. Subay idi. == Hərbi xidməti == Elmar Nəbiyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin əvvəlcə Ağcabədi rayonunda, sonra isə Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Elmar Nəbiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elmar Nəbiyev oktyabrın 5-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Bakı şəhərinin Pirallahı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nəbiyev Elmar ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nəbiyev Elmar ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nəbiyev Elmar ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elçin Nəbiyev
Elçin Nəbiyev (10 dekabr 1967, Xalatala, Balakən rayonu – 30 noyabr 2021, Xızı rayonu) — Azərbaycanlı hərbçi-şturman, polkovnik. Azərbaycan Hərbi Hava Qüvvələrinin baş şturmanı, A. R. Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ & HHMQ) qərargah rəisi əvəzedicisi, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində rəis, Birinci Qarabağ müharibəsinin iştirakçısı. İlk və yeganə azərbaycanlı olaraq Sovet vaxtı MİQ-31 qırıcı təyyarəsində uçuşlar həyata keçirib.Elçin Nəbiyev sonra könüllü olaraq Azərbaycan Ordusuna dönərək Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Vətən müharibəsində də, onun təcrübəsindən istifadə olunub. Hətta birinci müharibədə Nəbiyevin olduğu qırıcı ermənilər tərəfindən vurulub. Vurulmuş vəziyyətdə həmin təyyarəni aeroporta endirib. Müharibə zamanı ön cəbhədə düşmənin koordinatlarını və atəş nöqtələrini artilleriya və aviasiyaya ötürüb. Sonralar Mİ-24 və Mİ-8 helikopterinə şturman kimi keçid alıb.44 günlük İkinci Qarabağ Müharibəsində uğurlu əməliyyatların tərtibinidə müəlliflərdən, ön cəbhədə məxfi qərargahda birbaşa iştirakı olan Azərbaycanın gizli qəhrəmanlarından biridir.30 noyabr 2021-ci ildə Qaraheybət aviasiya poliqonunda helikopter qəzasında həlak olub. Dövlət Sərhəd Xidmətinin hadisə ilə bağlı mətbuata yazılı rəsmi açıqlamasında ehtiyatda olan polkovnikin "işçi Nəbiyev" kimi qeyd olunması Azərbaycan mediasında birmənalı qarşılanmayıb. == İstinadlar == == Xarici keçidlər == Şəki Ensiklopediyasında — Elçin Nəbiyev Aytəkin Alxaslı.
Fatmaxanım Nəbiyeva
Nəbiyeva Fatmaxanım Xalid qızı (2 may 1958, Yuxarı Ləki, Ağdaş rayonu) - AMEA Naxçıvan bölməsi Bioresurslar İnstitutunun Bitki sistematikasi şöbəsinin aparıcı elmi işçisi, biologiya üzrə elmlər doktoru, dosent == Həyatı == 1958-ci ildə Ağdaş rayonunun Yuxarı Ləki kəndində anadan olmuşdur. 1975-ci ildə orta məktəbi, 1979-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin biologiya-coğrafiya fakultəsini qırmızı diplomla bitirmişdir. == Elmi yaradıcılığı == 1979-cu ildə ADPİ-nun coğrafiya-biologiya fakultəsini qırmızı diplomla bitirmiş, 1979-1985-ci illərdə orta məktəbdə coğrafiya-biologiya müəllimi vəzifəsində işləmişdir. 1986-cı ildə qiyabi aspiranturaya daxil olmuş, 1992-ci ildə “Türyançayın orta hövzəsində eroziyaya uğramış yamacların fitomeliorasiya yolu ilə bərkidilməsi” mövzusunda dissertasiya işini akademik Vahid Cəlal oğlu Hacıyevin rəhbərliyi ilə müdafiə edərək, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır . 1985-ci ildən elmi institutda çalışır. Elmi stajı 32 ildir. Elmi fəaliyyəti dövründə kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, elmi katib vəzifələrində çalışmışdır. 1985-2002-ci illərdə Eroziya və Suvarma Elmi-Tədqiqat İnstitutunun “Səhralaşma və torpaqların mühafizəsi” laboratoriyasında, 2002-2004-cü illərdə Botanika İnstitutunun “Geobotanika” şöbəsində, 2004-2008-ci illərdə Genetik Ehtiyatlar İnstitutunun “Bioekologiya” laboratoriyasında işləmiş və 2008-ci ildən AMEA Naxçıvan Bölməsinin “Bitki sistematikası” şöbəsində aparıcı elmi işçi vəzifəsində işləyir. Laboratoriya işlərində, layihələrin hazırlanmasında, ekspedisiyalarda və çöl-tədqiqat işlərində yaxından iştirak edir. Herbari materiallarının toplanmasında, öyrənilməsində, sistemə salınmasında, qorunub saxlanmasında, “Herbari Fondu”nun zənginləşdirilməsində və elmi məqsədlərlə istifadə olunması sahəsində səmərəli elmi-tədqiqat işləri aparır.
Firudin Nəbiyev
Firudin Nəbiyev (4 avqust 1960, Ermənistan SSR – 3 avqust 2020, Türkiyə) — Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri. == Həyatı == Firudin Hilal oğlu Nəbiyev 4 avqust 1960-cı ildə Ermənistan SSR-in Dərələyəz mahalında anadan olmuşdur. 1988-ci ildə İvanov şəhər Kimya Texnologiya İnstitutunu, 2009-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1988-ci ilin avqust ayından Azərbaycan Respublikasının Yüngül Sənaye Nazirliyinin müəssisələrində müxtəlif vəzifələrdə çalışmışdır. 24 sentyabr 2001-ci il tarixdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2003-cü il tarixli, 1286 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin maddi-texniki təminat üzrə müavini — Maddi-Texniki Təminat İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2006-cı il tarixli, 1613 nömrəli Sərəncamı ilə ona General-mayor hərbi rütbəsi verilmişdir. 16 yanvar 2008-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 2627 saylı Sərəncamı ilə Dövlət Sərhəd Xidməti rəisinin 1-ci müavini –Sərhəd Qoşunlarının Baş Qərargah rəisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2012-ci il tarixli, 2050 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 mart 2012-ci il tarixli 2078 saylı Sərəncamı ilə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilmişdir.
Fərid Nəbiyev
Fərid Nəbiyev (22 iyul 1999, Ağstafa) — Azərbaycan futbolçusu, Çexiya futbol klubu olan "Viktoriya Zijkov" klubunun hücumçusu. == Klub karyerası == === Qəbələ === Nəbiyev "Qəbələ" akademiyası vasitəsilə inkişaf etmişdir. Nəbiyev əsas komanda ilə debütünü 21 dekabr 2016-cı ildə etmişdir. O, 90-cı dəqiqədə "AZAL" klubu ilə qarşılaşmada Teo Uiksi əvəz etmişdir. Həmin görüşdə Qəbələ Azərbaycan Kuboku görüşündə AZAL-a 2-0 hesabı ilə qalib gəlmişdir. === Slaviya Praqa === Nəbiyev 2017-ci ilin avqust ayında Çexiya Gənclər Liqası təmsilçilərindən olan "Slaviya Praqa" klubunun 21 yaşadək futbolçulardan ibarət komandası ilə 3 illik bir müqavilə imzalamışdır. O, 4 sentyabr 2017-ci ildə "Prşibram" klubunun 21 yaşadək futbolçulardan ibarət komandası ilə keçirilən qarşılaşmada debüt etmişdir. Matç 1:2 hesabla "Slaviya Praqa" komandasının məğlubiyyəti ilə başa çatmışdır. Start heyətində yer alan Nəbiyev 84-cü dəqiqədə əvəzlənmişdir. Nəbiyev 2018-ci ilin avqust ayında cari mövsümdə 5 oyunda çıxış etdiyinə, 4 qol vurduğuna və 3 məhsuldar ötürmə etdiyinə görə əsas komandaya dəvət almışdır.
Fərman Nəbiyev
Fərman Bəhram oğlu Nəbiyev (28 fevral 1960, Mingəçevir) — Azərbaycan Respublikasının "Əməkdar jurnalist"i (2010), "Qızıl qələm", "H.B.Zərdabi" mükafatları laureatı, "Mingəçevir işıqları" qəzetinin baş redaktoru, "Mingəçevir Valideynlər Assosiasiyası" İctimai Birliyinin rəhbəri. == Həyatı == Fərman Nəbiyev 28 fevral 1960-cı ildə Mingəçevir şəhərində anadan olmuşdur. == Təhsili == 1977-ci ildə Mingəçevirdəki 3 saylı orta məktəbi, 1986-cı ildə ADU-nun (hazırda BDU) jurnalistika fakültəsini bitirmişdir. == Karyerası == 1980-ci ildən mətbuatda çalışır. Bir müddət korrektor işlədikdən sonra, yerli qəzetlərdə müxbir və şöbə müdiri ("Mingəçevir işıqları" və "Səda"), respublika qəzetlərinin bölgə müxbiri ("Ülfət", "Həyat") olmuşdur. 1992-1993-cü illərdə Mingəşevir İcra hakimiyyəti başçısı yanında mətbuat xidmətinin rəisi olmuşdur. 1999-cu ildə "Mingəçevir işıqları" adı ilə şəxsi qəzetini təsis edib və həmin vaxtdan qəzetin baş redaktorudur. 2009-cu ilin noyabrında ABŞ səfirliyinin maliyyə dəstəyi ilə Mingəçevir Media Mərkəzini açıb. 2004-cü ilin dekabrından "Mingəçevir Valideynlər Assosiasiyası" İctimai Birliyinin prezidentidir. 2010-cu ilin iyulunda İREX-lə partnyor kimi Mingəçevirdə İcma Məlumat Mərkəzini, avqust ayından isə Beynəlxalq Miqrasiya Təşkilatının maliyyə yardımı ilə İnsan alveri qurbanları üçün reabilitasita və reinteqrasiya mərkəzini yaradıb.
Gülnarə Nəbibəyova
Gülnarə Nəbibəyova — texnika üzrə fəlsəfə doktoru, AR Elm və Təhsil Nazirliyi-nın İnformasiya Texnologiyaları İnstitutunda şöbə müdiri. == Həyatı == Gülnarə Çingiz qızı Nəbibəyova 1958-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1979-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) “Mexanika-riyaziyyat” fakültəsini bitirmişdir. Gülnarə Nəbibəyova Azərbaycan Elmlər Akademiyasının (AEA) Kibernetika İnstitutunda proqramçı, AEA AİS şöbəsində böyük mühəndis, daha sonra isə aparıcı mühəndis vəzifələrində işləmişdir. 2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda şöbə müdiri vəzifəsində çalışır. == Elmi fəaliyyəti == Gülnarə Nəbibəyova avtomatlaşdırılmış idarə sistemlərinin yaradılması məsələləri ilə məşğul olmuş, ”ETM pasportları”, TPAİS və digər sistemlərin proqram təminatının yaradılmasında iştirak etmişdir. İnformasiya texnologiyaları istiqamətində analitik informasiya və veb-texnologiyaların problemləri ilə bağlı elmi-nəzəri və praktiki işlər görmüş: xarici siyasət sahəsində qərarların qəbul edilməsini dəstəkləyən informasiya-analitik sistemin işlənməsi üzrə tədqiqatlar və bununla bağlı Verilənlər anbarı, OLAP və Data Mining texnologiyaları üzrə araşdırmalar aparmışdır. 2018-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda 3338.01 – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə “Elektron dövlət mühitində ölkələrarası inteqrasiya proseslərinin ölçülməsi üçün metod və alqoritmlərin işlənilməsi" mövzusunda dissertasiya işini müdafiə etmiş və texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Gülnarə Nəbibəyova elektron demografiya sahəsində qərarların qəbul edilməsini dəstəkləyən informasiya-analitik sistemin işlənməsi üzrə tədqiqatlar və bununla bağlı Verilənlər anbarı, OLAP və Data Mining texnologiyaları üzrə araşdırmalar aparır. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının “Tətbiqi riyaziyyat” fakültəsində Dövlət İmtahan Komissiyasının üzvüdür.
Gülər Nəbiyeva
Gülər Nəbiyeva (tam adı: Gülər Nəbi qızı Nəbiyeva; d. 15 iyul 1970) — Azərbaycanın tanınmış teatr və kino aktrisası, Azərbaycan Respublikası Əməkdar artisti, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisası, Prezident mükafatçısı. == Həyatı == 1970-ci ildə Azərbaycan Respublikası Yevlax rayonu Yuxarı Bucaq kəndində anadan olub. Ailədə 5 uşaq olublar. Aktrisa atasının icazəsilə aktrisa peşəsinə yiyələnib. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Dram və kino aktyorluğu» fakültəsini bitirib. == Fəaliyyəti == 1992-ci ildən Bakı Kamera Teatrının, 2009-cu il oktyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır. Bir çox Beynəlxalq teatr və kino festivallarında iştirak etmişdir. Gülər Nəbiyeva teatrda çalışdığı illər ərzində 30-dən çox rol ifa etmiş, bədii və telefilmlərdə, televiziya tamaşalarında iştirak etmişdir. Teatr və kino sahəsindən əlavə aktrisa Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin Estetika kafedrasının müəllimi çalışır.
Hüseyn bəy Nəbibəyov
Nəbibəyov Hüseyn bəy Qasım bəy oğlu (15 yanvar 1892–1931) — Çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyətinin zabiti, polkovnik, Sovet dönəmində hərbi hazırlıq müəllimi, 1930-cu il Şəki üsyanının rəhbərlərindən biri olmuş polkovnik Bəhram bəy Nəbibəyovun, AXC ordusunun podpolkovniki Zahid bəy Nəbibəyovun və AXC Birinci Cavanşir piyada alayının kapitanı Vahid bəy Nəbibəyovun qardaşı. == Həyatı == Hüseyn bəy Nəbibəyov 1892-ci ildə Azərbaycanın Şəki şəhərində bəy ailəsində anadan olub. Şəkidə Rus-Tatar məktəbində bir müddt oxuduqdan sonra təhsilini Kutaisi Realnı məktəbində davam etdirib. Sonra Sankt-Peterburqdakı Konstantin artilleriya məktəbini birinci dərəcəli diplomla başa vurub. Böyük qardaşı Bəhram bəy Nəbibəyovun komandiri olduğu Qafqaz iyirminci artilleriya briqadasında podporuçik kimi hərbi xidmətə başlayıb. Hüseyn bəy 1914-cü ildə poruçik, 1916-cı ildə ştabs-kapitan rütbəsinə layiq görülüb. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Ordusunda podpolkovnik rütbəsi ilə yüksək vəzifədə çalışıb. Bir müddət Bakı hərbi dairəsi məhkəməsinin hakimi olub. Hakim işlədiyi dövrdə Cümhuriyyətin hərbi naziri, atilleriya generalı Səməd bəy Mehmandarova sui qəsd edən dəstənin məhkəmə işini aparan Hüseyn bəy cinayətkarların layiqli cəzalandrılmasına nail olmuşdur. 1920-ci ildə polkovnik rütbəsi almışdır.
Kamilə Nəbiyeva
Kamilə Nəbiyeva (25 noyabr 1991, Xanagah, İsmayıllı rayonu) — müğənni, xanəndə. == Həyatı == Kamilə Nəbiyeva 25 noyabr 1991-ci ildə İsmayıllı rayonunun Xanagah kəndində musiqiçi ailəsində doğulub. Atası Tahir Nəbiyev xanəndə olub. İlk dəfə 6 yaşından oxumağa başlayıb. İlk musiqi təhsilini atasından alıb. 1998-2007-cu illərdə İsmayıllı rayon Xanagah kənd ümumi orta məktəbdə, 2009-2012-ci illərdə Bakı Humanitar Kollecin (köhnə adı Mədəni-Maarif Texnikomu) xanəndəlik fakültəsində, 2015-2018-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xanəndəlik fakültəsində təhsil alıb. Təhsil illərində xalq artistləri Gülyaz Məmmədova və Gülyanaq Məmmədovadan dərs alıb. == Fəaliyyəti == 2011-ci ildən Azərbaycan Televiziyasının solisti kimi fəaliyyət göstərir. Beynəlxalq Muğam Mərkəzinin solistidir. == Xarici səfərləri == ABŞ, Fransa, Almaniya, Avstraliya, İsveç, İtaliya, Mərakeş və digər ölkələrdə keçrilən konsert və festivallarda Azərbaycanı təmsil edib.
Kamran Nəbizadə
Kamran Nəbizadə — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı, Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü. == Həyatı == Kamran Nəbizadə 5 fevral 1971-ci ildə Bakı şəhərində tanınmış neftçi Telman Nəbiyevin ailəsində anadan olub. Əslən Qazax rayonunun İkinci Şıxlı kəndindəndir.[mənbə göstərin]1987-ci ildə Bakı şəhəri 6 saylı orta məktəbi bitirib, həmən il Lomonosov adına Moskva Dövlət Universitenin iqtisadiyyat fakültəsinə daxil olub və 1992-ci ildə həmin universiteti "iqtisadiyyatçı", "maliyyə mütəxəssisi" ixtisası ilə bitirib. Daha sonra Türkiyənin "Garanti Bankasında" ezamiyyət keçib.[mənbə göstərin]1993-cü ildən 1998-ci ilə gədər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsində maliyyə xidmətinin rəisi vəzifəsində çalışıb.1998-ci ildən 2003-cü ilə gədər "LUKoil Marine İnternational" şirkətinin vitse-prezidenti olub.2001-ci ildə Ümumrusiya Xarici Ticarət Akademiyasının Xarici İqtisadi Əlaqələr fakültəsini "Dünya iqtisadiyyatı üzrə mütəxəssisi" ixtisası ilə bitirib.2003–2006-cı illərdə Azərbaycan Respublikası Sənaye və Enerqetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətində məsul vəzifələrdə çalışıb. 2006-cı ildən sahibkarlıq fəaliyyəti[hansı?] ilə məşğul olub. 2015-ci ilin noyabr ayının 1-də Qazax rayonu 107 saylı seçki dairəsindən Milli Məclisin deputatı seçilib. Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavinidir. Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəridir. ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 noyabr tarixli 1665 nömrəli Fərmanı ilə yaradılmış "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin baş direktoru vəzifəsinə təyin.
Mahmud Nəbiyev
Nəbiyev Mahmud (3.4.1893, Nuxa - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilməsi nəzərdə tutulmuş tələbələrdən biri. == Həyatı == Tiflisdəki İmperator 1-ci Aleksandr kişi gimnaziyasını bitirmiş (1914), Kiyev Universitetinin fızika-riyaziyyat şöbəsində 3 il oxumuş, lakin maddi çətinliklə əlaqədar təhsilini davam etdirə bilməmişdi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1919-cu il 1 sentyabr tarixli qərarı ilə adı Rusiyaya göndəriləcək tələbələrin siyahısına daxil edilmişdi. Lakin Vətəndaş müharibəsi ilə əlaqədar yaranmış mürəkkəb vəziyyətdə oraya tələbə göndərmək mümkün olmamışdır. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Murad Nəbibəyov
Musa Nəbioğlu
Musa Nəbioğlu (azərb. Musa Nəbi oğlu Çobanov‎; 26 dekabr 1958, Darbaz, Bolnisi rayonu) — "Əməkdar mədəniyyət işçisi" (2015), Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü və Azərbaycan Aşıqlar Birliyinin katibi, "Ozan dünyası" jurnalının baş redaktoru. == Həyatı == Musa Nəbioğlu 1958-ci il dekabrın 26-da Borçalı mahalında - Gürcüstan SSR-nin Bolnisi rayonunun Darvaz kəndində anadan olub. 1975-ci ildə həmin kənddəki orta məktəbi, 1980-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (indiki ADPU) bitirib. İnstitutu bitirdikdən sonra Gürcüstan Maarif Nazirliyinin sərəncamına göndərilib və bu nazirliyin təyinatı ilə Zalqa rayonundakı Tecis kənd orta məktəbində müəllim, direktor müavini kimi fəaliyyət göstərib. 1986-1997-ci illərdə pedaqoji fəaliyyətini Darvaz kəndində davam etdirib.Uzun illərdir ki, həm də jurnalistlik fəaliyyəti məşğul olur. O, pedaqoji fəaliyyətlə yanaşı Gürcüstanda Azərbaycan dilində nəşr olunan qəzetlərlə müntəzəm əməkdaşlıq edib, Gürcüstan Radiosunun Azərbaycan dilində verilişlər redaksiyasında çalışıb. 1997-ci ildən Bakıda yaşayıb fəaliyyət göstərən Musa Nəbioğlu bir sıra mətbuat orqanlarında çalışıb. 2003-cü ildən isə təsisçisi olduğu "Ulu körpü" qəzetinə redaktorluq edib. 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Digər lüğətlərdə

звукопроводя́щий кре́четий ма́гма натасова́ть но́венькая обеща́ться подви́жник так как швейца́рка земляни́ка и́менно призёрша ту́фельки across-the-board deserve impolicy labor magnesium swarf symphonist антоновка боксёрский иззябший соединяться террикон