NƏDAMƏT

[ ər. ]
1. is. Peşmanlıq, peşman olma.
Əyyaşlığın sonu yorğunluq və nədamət, səfalətin – heçlik və fəlakətdir… A.Şaiq.

□ Nədamət çəkmək – peşman olmaq, peşmançılıq çəkmək.
Lalə yanağından, nərgiz gözündən; Qönçə gülüşündən nədamət çəkər. Aşıq Valeh.

2. Nədamətlə şəklində zərf – peşmanlıqla, peşmançılıqla.
Şirin … dərin bir nədamətlə pıçıldadı. İ.Əfəndiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • NƏDAMƏT nədamət bax peşmançılıq
NƏÇİ
NƏDƏN

Digər lüğətlərdə

выкри́кивание ёра иша́чий ко́кнуться кофе́йня кошни́ца мрак окла́дчик прихлеба́тель талмуди́ческий вшива́ть детони́ровать дозапра́вка изы́сканно име́ть в своих руках шали́шь эста́мп Alameda doff forclose money-market operetta reigning стремянный телефонизация