NƏF

сущ. устар.
1. польза, выгода
2. прибыль (доход, полученный отчего-л.); nəf etmək (eləmək) получать пользу, прибыль, выгоду, nəf gözləmək ожидать выгоду
NƏDİMLİK
NƏFBƏRDAR
OBASTAN VİKİ
Bir məhəllədən iki nəfər (film, 1957)
Bir məhəllədən iki nəfər tammetrajlı bədii filmi rejissorlar İlya Qurin və Əjdər İbrahimov tərəfindən 1957-ci ildə ekranlaşdırılmışdır. Bakı Kinostudiyası və Maksim Qorki adına kinostudiyanın istehsalıdır. Film şərq ölkələrindən birində sadə adamların sülh və istiqlaliyyət uğrunda apardıqları mübarizədən bəhs edir. Əsas rolları Vadim Medvedev, Semyon Sokolovski, Fateh Fətullayev, İsmayıl Osmanlı və Tamara Kokova ifa edirlər. 1957-ci ildə Moskvada I Ümumittifaq Film Festivalında filmin musiqisinə görə bəstəkar Qara Qarayevə mükafat verilmişdir. == Məzmun == Film şərq ölkələrindən birində sadə adamların sülh və istiqlaliyyət uğrunda apardıqları mübarizədən bəhs edir. Filmdə dəqiq ünvan göstərilməmişdir. Bu ölkənin xalqı üçün sülh, milli istiqlaliyyət uğrunda mübarizə, müstəmləkəçilik əleyhinə mübarizə, hərbi bloklara qoşulmamaq deməkdir. Film qüvvə və həyatlarını bu mübarizəyə həsr edən adamların taleyi haqqındadır. == Festival və mükafat == 1957-ci ildə Moskvada I Ümumittifaq Film Festivalında filmin musiqisinə görə bəstəkar Qara Qarayevə mükafat verilmişdir.
Bir nəfər hamıya görə (film, 1989)
Bir nəfər hamıya görə qısametrajlı bədii filmi rejissor Murad İbrahimbəyov tərəfindən 1989-cu ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film yalançı liderin iç üzünü açıb göstərir. Əsas rolları İqor Kostalevski, Mixail Filippov, Vladimir Yermolayev, Yelena Romanova və Aleksandr Şarovski ifa edirlər. == Məzmun == Səhvə yol verilir. Əllərində etibarsız biletləri olan bir qrup təyyarə sərnişini yersiz qalır. Onlardan biri təşəbbüsü əlinə alıb şuluqluq salır. Bərk hiddətlənmiş cavan oğlan hamı üçün ədalət tələb edir... Lakin təyyarədə onun üçün yer tapılan kimi qəhrəmanın xeyirxahlıqdan coşmuş qəzəbi ani olaraq soyuyur.Film yalançı liderin iç üzünü açıb göstərir. O, həqiqət haqqında gurultulu sözlər deməklə özü üçün xeyir axtarır.
Hamı bir nəfər üçün (film, 1984)
== Məzmun == Film SSRİ Dövlət Mükafatı laureatı, tökmə ustası Sabir Musayevə həsr edilmişdir.
Hüseyn xan Nəfər
Hüseyn xan Nəfər (?-?) —Nadir şah Qırxlı-Avşar tərəfindən Baharlı oymağının kələntəri təyin edilmişdi. == Həyatı == Hüseyn xan Nəfərin mənsub olduğu tayfa əvvəllər qaşqaylarla yaşayırdı. O, Baharlı oymağından əlavə öz tayfası olan Nəfər elinin də kələntəri idi. Hüseyn xan Kərim xan Zəndin hökmranlığı dövründə də həmin vəzifədə qalmışdı. Kərim xanın sarayında böyük hörmətə malik idi. == Ailəsi == Hüseyn xan Nəfərin Məhəmmədtağı xan adlı oğlu vardı. == Mənbə == Ənvər Çingizoğlu, Onlar neçə nəfərdilər? "Soy" dərgisi, №1 (34). Bakı, 2010.səh.42-45.
Min nəfərin ekspedisiyası
Min nəfərin ekspedisiyası (it. Spedizione dei Mille) — inqilabi general Cüzeppe Qaribaldinin 1860-1861 il kampaniyası. Min nəfərlik dəstə ilə İtaliyanın cənubuna enən Haribaldi, “Hər iki Siciliya krallığını” məğlubiyətə uğradır, nəticədə onun ərazisi Sardiniya krallığı tərəfindən zəbt olunur və birləşmiş İtaliya krallığına daxil olur. Ekspedisiya, “Sardiniya krallığının” baş naziri Kamillo Kavurun ilhamverdiyi, İtaliyanın birləşdirilməsi kampaniyasının bir hissəsi idi. 1860-cı ilin martında krallığ öz ərazisinə “Mərkəzi İtaliyanın birləşmiş vilayətlərini” birləşdirdi. Birləşmə kampaniyasının növbəti mərhələsi, Appenin yarımadasının güney hissəsini və Siciliyanı əhatə edən Hər iki Siciliya krallığının ərazisinin zəbt edilməsi idi. Ekspedisiya çox təhlükəli və riskli idi. Çünki ekspedisiya iştirakçılarını sayı cəmi min nəfər ikən qarşı tərəf olan İki Siciliya krallığı daha böyük nizami orduya və daha güclü donanmaya sahib idi. Lakin ekspedisiya uğurlu oldu və sonda keçirilən referendumla Siciliya, Cənubi İtaliya Sardiniya krallığına birləşdirildi, İtaliya krallığının yaradıldığı elan edildi. Ekspedisiya təşəbbüsü italyan millətinin "dörd qurucu ata"sı hesab edilən Haribaldi, Mazzini, II Viktor Emanuel və Kamillo Kavur tərəfindən ortaq olaraq hazırlanmışdı.
Molla Nəfəs
Molla Nəfəs (Tanrıverdi; 1810, Türkmənistan – 1862) – şair. "Zöhrə-Tahif", "Baba Rövşən", "Gülüstan" adlı əsərlərin müəllifi. == Həyatı == Molla Nəfəs 1810-cu ildə Türkmənistanın( horasanin)Serahs ilcesinde (Saragt ilcesinde) dunyaya geliyor... Bu uşaq ilk təhsilini dövrünün ziyalı sənətkarlarından olan atası Qədirverdinin evində açdığı məktəbdə alır. Sonra Mәrvdә məşhur pedaqoq kimi tanınan Molla Məmmədsalihin yanında təhsilini davam etdirir.. Oranı bitirdikdə isə atası onu o dövrün məşhur təhsil ocaqlarından olan Buxara və Xivə mədrəsələrində oxumağa göndərir. Gələcəyin şairi bu şəhərlərdəki mədrəsələrdə tanınmış alimlərdən dərs alır, Türk, ərəb və fars dillərini öyrənməklə yanaşı həmin dövrdə tədris olunan elmləri, o cümlədən ilahiyyat, riyaziyyat, hesab, həndəsə, nücum, kimya, dil, ədəbiyyat, tarix, coğrafiya fənlərinin də sahəsində dərin bilik əldə edir.. Ədəbiyyata xüsusi maraq duyan gənc şair Buxarada və Xivədə klassik Şərq poeziyasının Xoca Əhməd Yəsəvi, Füzuli, Nəsimi, Nəvai, Nizami, Sədi, Hafiz, Cami kimi nümayəndələrinin əsərlərini, habelə şifahi xalq ədəbiyyatını, dastan və nağılları diqqətlə öyrənir. Ədəbiyyat nəzəriyyəsi, bədii ifadə vasitələri, ədəbi janrlar, bir sözlə, Şərq poetik sistemi haqqında dərin bilik qazanır. Mәrvdәn Tanrıverdi kimi gedən uşaq illər sonra vətəninə mükəmməl təhsil görmüş ziyalı və heca vəznində şeirlər yazan şair Molla Nəfəs kimi qayıdır.
Nəfi
Nəfisə Xatun
Nəfisə Mələk Sultan (1363, Bursa – 1400, Konya) — 3-cü Osmanlı sultanı Murad Hüdavəndigarın qızı. == Həyatı == Nəfisə Sultan 1363-cü ildə Bursada dünyaya gəldi. Atası Osmanlı sultanı Murad Hüdavəndigar, anası isə onun kənizlərindən biridir. Uşaqlıq illəri Bursada keçən Nəfisə Sultan 1378-ci ilin baharında Qaramanoğlu Ələddin Əli bəylə evləndirildi. Eyni mərasimlə qardaşı Şahzadə Bəyazid də Gərmiyanoğlu Süleyman bəyin qızı Dövlətşah Xatunla nigahlandı. Siyasi məqsədlərlə baş tutan bu nigahdan 3 oğlu dünyaya gələn Nəfisə Sultan evliliyi boyunca əriylə atası Murad Hüdavəndigar və qardaşı İldırım Bəyazid arasında vasitəçi rolunu oynadı. Əri Ələddin Əli bəyin Osmanlılara qarşı Anadolu bəyliklərini ayaqlandırması nəticəsində Osmanlı ordusu dəfələrlə Konyanı mühasirəyə almış, ancaq hər dəfə Nəfisə Sultan araya girərək tərəflər arasında sülhü təmin etmişdir. Bu səfərlərdən ən önəmlisi isə 1385 tarixli Qaraman səfəridir. Nəfisə Sultanın xahişiylə Konya qalası mühasirədən azad edilmiş, Ələddin Əli bəy Murad Hüdavəndigarın əlini öpərək yenidən Osmanlı təbəəliyini qəbul etmişdir. Ancaq Murad Hüdavəndigarın vəfatından sonra Ələddin Əli bəy yenidən Osmanlı hakimiyyətinə qarşı ayaqlandı.
Nəft Sefid
Nəft Sefid (fars. نفت سفيد‎; fars dilində mənası: "Ağ neft") — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Gəzin dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 128 ailədə 218 nəfəri kişilər və 258 nəfəri qadınlar olmaqla cəmi 476 nəfərdir.
Nəftəluq
Söyüdlü (əvvəlki adı: Nəftəluq) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Svetlaya Zarya kənd inzibati ərazi dairəsi tərkibindəki Nəftəluq kəndi Söyüdlü kəndi adlandırılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi XIX əsrdə müxtəlif yerlərdən gəlmiş ailələrin Nəftəluq adlanan yerdə məskunlaşması nəticəsində yaranmışdır. Yerli əhalinin məlumatına görə, keçmişdə tuluqlara doldurulmuş neft dəvələrlə gətirilib burada satılırdı. Bu fikrə əsaslanan tədqiqatçılar oykonimin neft və tuluq sözlərindən ibarət olduğunu bildirirlər. Başqa bir fikrə görə isə, oykonim neft sözü və məkan bildirən -luq şəkilçisindən (-ə bitişdirici saitdir) ibarət olub, "neftli yer" mənasındadır. Kəndin adı 2001-ci ildə dəyişdirilərək Söyüdlü (söyüd ağacları çox olan yer) adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Kənd Lənkəran ovalığında yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 880 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Nəfər eli
Nəfər eli — Türk əsilli Azərbaycan tayfası. == Tarixi == Nəfər eli əvvəlcə qaşqayların tərkibində olub. Sonra isə ixtilaflar nəticəsində eldöndülük edərək müstəqil bir quruma çevrilmişdir. XIX əsrin 70-ci illərində baharlı, inallı, baseri və ərəb tayfaları ilə birlikdə Xəmsə elini yaratmışlar. == Qolları == Bədəkli oymağı Tatımlı oymağı Çonqarı oymağı Dəvəlixanlı oymağı Zamanxanlı oymağı Səttarlı oymağı Səncərli oymağı Şuli oymağı Çini oymağı Tatım oymağı Əraçi oymağı Qadlı oymağı Qubadlı oymağı Qarabacaqlı oymağı Qeydərli oymağı == Elin tanınmış nümayəndələri == Hüseyn xan Nəfər—Nadir şah Qırxlı-Avşar tərəfindən Baharlı oymağının kələntəri təyin edilmişdi. Məhəmmədtağı xan Nəfər—atası Hüseyn xandan sonra Nəfər elinin və Baharlı oymağının kələntəri. Ələkbər xan Nəfər—atası Məhəmmədtağı xandan sonra Nəfər elinin və Baharlı oymağının kələntəri. == Mənbə == Ənvər Çingizoğlu, Onlar neçə nəfərdilər? "Soy" dərgisi, №1 (34). Bakı, 2010.səh.42-45.
Nəfəs
Nəfəs alma — havanın ağciyərlərə alınıb verilməsi prosesi.
Nəfəs (dəqiqləşdirmə)
Nəfəs alma — havanın ağciyərlərə alınıb verilməsi prosesi.
Nəfəs alma
Nəfəs alma — havanın ağciyərlərə alınıb verilməsi prosesidir. Aerobik orqanizmlər enerji çıxarmaq üçün tənəffüs yolu ilə oksigenə ehtiyac duyar. Nəfəs almaq bədənin ehtiyacı olan oksigenin alınıb karbondioksidin atıldığı yeganə prosesdir. Qaz dəyişimi, ağciyər alveoları və ağciyər kapilyar damarlarındakı qan arasında, qazların passiv diffuziyası ilə meydana gəlir. Qandakı ayrılmış qazlar, ürəyin qanı dövr etdirməsi ilə və qan dövranı sistemi vasitəsi ilə bütün orqanizmə yayılır. Nəfəs alma prosesi, nəfəs alma (inspirasya) və nəfəs vermə (ekspirasya) mərhələlərindən ibarətdir.Normal fizioloji sərhədlər içərisindəki nəfəs almağın tibbi termini opnedir. Karbondioksidin atılmasına əlavə olaraq nəfəs almaqla orqanizmdən su da atılır. Alveola diffuziya məruz qalan su səbəbi ilə nəfəs %100 nəmdən ibarətdir.
Nəfəs alətləri
Nəfəsli musiqi (çalğı) alətləri (üfləmə alətlər) — havanın alətin daxilinə üfürülməsi (nəfəs verilməsi) üsulu ilə səs əldə olunur. == Növləri == Bu alətlərin ilk sadə nümunələri eramızdan bir neçə min il əvvəl qarğı və qamışdan hazırlanmışdır. Bu ənənə dövrümüzə qədər yaşamış və bu gün də davam etdirilir. Hazırda bir neçə nəfəsli musiqi aləti: ney, tütək, musiqar, sümsü və onun növləri qarğı və qamışdan hazırlanır. Nəfəsli musiqi alətləri sümükdən, heyvanların buynuzundan, gildən, müxtəlif ağac növlərindən, mis və digər materiallardan da hazırlanır. Çağımızda hazırlanma materialına görə üfləmə alətlər iki yerə bölünür: Mis alətlər – truba, kornet, trombon, tuba, valtorna və s. Ağac alətlər – fleyta, hoboy, klarnet, faqot və s.Nəfəsli musiqi alətlərinin texniki və bədii imkanları o qədər də geniş deyil. Bu da, hər şeydən əvvəl, onların səs diapazonunun məhdudluğu ilə əlaqədardır. Bu alətlər arasında daha çox istifadə olunanı zurnadır ki, onun da səs düzümü iki oktavadan artıq deyildir. Nəfəsli musiqi alətləri ifa tərzinə görə müxtəlifdir: Müştüklü: zurna, balaban.
Nəfəs borusu
Nəfəs borusu, traxeya (yun. trachus hərfi mənası kontur, hüdud deməkdir, lat. trachea) — qırtlağın ardı olub, qida borusunun önündə yerləşmişdir. Formaca silindrə bənzəyir, ancaq öndən arxaya doğru bir az yastılaşmışdır. Uzunluğu təxminən 9-15 sm və diametri yuxarıda və aşağıda dar, ortada isə genişdir, eni 1,5-2,7 sm-ə bərabərdir. Nəfəs borusu orta xəttə yerləşərək topoqrafik cəhətcə iki hissəyə bölünür: Boyun hissə — lat. pars cervicalis; Döş hissə — lat. pars thoraica (thoracica). == Həmçinin bax == Traxeyanın intubasiyası Traxeotomiya == Mənbə == Prof.
Nəfəs musiqi alətləri
Nəfəsli musiqi (çalğı) alətləri (üfləmə alətlər) — havanın alətin daxilinə üfürülməsi (nəfəs verilməsi) üsulu ilə səs əldə olunur. == Növləri == Bu alətlərin ilk sadə nümunələri eramızdan bir neçə min il əvvəl qarğı və qamışdan hazırlanmışdır. Bu ənənə dövrümüzə qədər yaşamış və bu gün də davam etdirilir. Hazırda bir neçə nəfəsli musiqi aləti: ney, tütək, musiqar, sümsü və onun növləri qarğı və qamışdan hazırlanır. Nəfəsli musiqi alətləri sümükdən, heyvanların buynuzundan, gildən, müxtəlif ağac növlərindən, mis və digər materiallardan da hazırlanır. Çağımızda hazırlanma materialına görə üfləmə alətlər iki yerə bölünür: Mis alətlər – truba, kornet, trombon, tuba, valtorna və s. Ağac alətlər – fleyta, hoboy, klarnet, faqot və s.Nəfəsli musiqi alətlərinin texniki və bədii imkanları o qədər də geniş deyil. Bu da, hər şeydən əvvəl, onların səs diapazonunun məhdudluğu ilə əlaqədardır. Bu alətlər arasında daha çox istifadə olunanı zurnadır ki, onun da səs düzümü iki oktavadan artıq deyildir. Nəfəsli musiqi alətləri ifa tərzinə görə müxtəlifdir: Müştüklü: zurna, balaban.
Nəfəs nəfəsə (roman)
Nəfəs nəfəsə (tr. Nefes Nefese) - türk yazıçısı Ayşe Kulinin 2002-ci ildə nəşr olunmuş romanı. == Hekayə == Osmanlı dövlətinin son Sağlamlıq naziri Fazıl Rəşad Paşanın qızı Selva yəhudi oğlan Rafaelə aşiq olur. Lakin ailəsi buna qarşı çıxır və nəticədə ailəsi onları tərk edir. Selva və Rafael Fransaya köçürlər. Amma onlar burada da sakitçilik tapa bilmirlər. İkinci dünya müharibəsinin başlaması onların həyatını alt-üst edir. Onlar hər an nasistlər tərəfindən ölüm düşərgələrinə aparılmaq qorxusu ilə yaşayırlar. Həmin dövrdə isə Türkiyə müharibəyə qarışmadan, nə Almaniyanın, nə də müttəfiqlərin tərəfini tutaraq öz yoluna davam edirdi... == Mövzu == Ayşe Kulin bu romanında həm o dövrdə Türkiyənin müharibədən böyük zərər görmədən çıxmasını təmin edən insanların fəaliyyətindən, həm də Selva ilə Rafaelin İstambuldan Marselə, Ankaradan Qahirəyə qədər olan səyahətlərində öz canları bahasına olsa da yüzlərlə yəhudinin həyatı xilas etməsindən söhbət açır.
Nəfəsli musiqi alətləri
Nəfəsli musiqi (çalğı) alətləri (üfləmə alətlər) — havanın alətin daxilinə üfürülməsi (nəfəs verilməsi) üsulu ilə səs əldə olunur. == Növləri == Bu alətlərin ilk sadə nümunələri eramızdan bir neçə min il əvvəl qarğı və qamışdan hazırlanmışdır. Bu ənənə dövrümüzə qədər yaşamış və bu gün də davam etdirilir. Hazırda bir neçə nəfəsli musiqi aləti: ney, tütək, musiqar, sümsü və onun növləri qarğı və qamışdan hazırlanır. Nəfəsli musiqi alətləri sümükdən, heyvanların buynuzundan, gildən, müxtəlif ağac növlərindən, mis və digər materiallardan da hazırlanır. Çağımızda hazırlanma materialına görə üfləmə alətlər iki yerə bölünür: Mis alətlər – truba, kornet, trombon, tuba, valtorna və s. Ağac alətlər – fleyta, hoboy, klarnet, faqot və s.Nəfəsli musiqi alətlərinin texniki və bədii imkanları o qədər də geniş deyil. Bu da, hər şeydən əvvəl, onların səs diapazonunun məhdudluğu ilə əlaqədardır. Bu alətlər arasında daha çox istifadə olunanı zurnadır ki, onun da səs düzümü iki oktavadan artıq deyildir. Nəfəsli musiqi alətləri ifa tərzinə görə müxtəlifdir: Müştüklü: zurna, balaban.
Nəfəslik
Nəfəslik (rus. фо́рточка) — kiçik bir ventilyasiya pəncərəsidir. Adətən bir pəncərə şüşəsinin çərçivəsini əhatə edir və bütün pəncərədən asılı olmayaraq həncamalarda açılır. Nəfəsliklər Rusiyada və digər postsovet ölkələrində geniş istifadə olunur. Nəfəslik soyuq iqlimə malik ölkələr üçün səciyyəvidir, harada həddən artıq sərinləşdirmədən otağı havalandırmağa ehtiyac var. Qaz halında olan zərrəciklərin kütlələri yüngül olduğu üçün evin tavanına doğru hərəkət etməsini nəzərə alaraq, nəfəslik pəncərənin üst hissəsinə yerləşdirilmişdir. Kilidlə təyin edilə bilər.
Nəfəsçəkmə təcnis
Nəfəsçəkmə təcnis — aşıq poeziyasında təcnis şeir formasının şəkillərindən biri. Təcnisin ən çətin növlərindən biri də gedər-gəlməz və ya nəfəsçəkmə təcnisdir. Bu formalı şeir onu qoşan, düzən sənətkarın daha çox ifaçılıq səriştəsi, güclü səs diapozonu olması, mahir saz çalmaq məharəti ilə əlaqədardır.Nəfəsçəkmə təcnisdə "hüff" şəklində nəfəsin geri çəkilməsi ilə rədif yaradılır. Çox nadir hallarda yaranan nəfəsçəkmə təcnisin müsəddəs formalı bir nümunəsinə Aşıq Əsədin yaradıcılığında rast gəlinir: == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Qafqaz nəfəsotu
== Ümumi yayılması == Şərqi Avropada, Zaqafqaziyada, Qazaxstanda, Şimali Qafqazda və Qərbi Sibirin cənubunda yayılmışdır. == Azərbaycanda yayılması == Yabanı halda Kiçik Qafqazın mərkəzi hissəsində təsadüf edilir. Qarabağda (Xanbulaqda) yayılmışdır. == Statusu == Azərbaycanın nadir bitkisidir. CR B1ab(ı, ıı, ııı,)+2ab(ı, ıı, ııı). == Bitdiyi yer == Quru kasıb şamlıqlarda, çöllərdə, yamaclarda, yolların ətra-fında rast gəlinir. == Təbii ehtiyatı == Çox deyildir. == Bioloji xüsusiyyətləri == Təbiətdə hündürlüyü 80 sm-ə qədər olan koldur. Budaqları düz və ya əyilən, bozumtul-qonur və ya bozdur. Zoğları ipək-vari, ağımtıl-boz tükcüklüdür.
Qurbanmurad Nəfəsov
Qurbanmurad Bazarbay oğlu Nəfəsov (türkm. Gurbanmurad Nepesov, erm. Կուրբանմուրադ Բազարբայի Նեֆեսով, rus. Гурбанмырат Базарбаевич Непесов; ləqəbləri "Basmaç" və "Türkmən"; 1969, Boldumsaz rayonu[d], Daşoğuz vilayəti – 1992, Dağlıq Qarabağ Respublikası) — türkmən mənşəli SSRİ və Ermənistan hərbçisi, Birinci Qarabağ müharibəsi iştirakçısı. O, ölümündən sonra Ermənistan Respublikasının "İgidliyə görə" medalı ilə təltif edilmişdir (2009). Nəfəsov "Yerablur" hərbi qəbiristanlığında dəfn edilən yeganə müsəlmandır. == Həyatı == Qurbanmurad Bazarbay oğlu Nəfəsov 1969-cu ildə Türkmənistan SSR-in Kalininski rayonunda (indiki Boldumsaz rayonu) anadan olmuşdur. O, SSRİ Silahlı Qüvvələri sıralarında xidmət etmiş, Əfqanıstan müharibəsində iştirak etmişdir. SSRİ qüvvələri daxilində erməni hərbçilərlə eyni sırada xidmət edən Nəfəsov döyüşlər zamanı ağır yaralanmışdır. Buradakı erməni əsgərlərindən biri ona qan verərək onun həyatını xilas etmiş, sonrakı döyüşlərində birində həlak olmuşdur.Sovet qoşunları Əfqanıstandan çıxarıldıqdan sonra Nəfəsov Ermənistan SSR-ə xidmətə göndərilmişdir.
Rus nəfəsotu
== Təbii yayılması: == Şərqi Sibirin quru çınqıllı sahələrində, Avropa, Qərbi Asiya, Şimali Afrika və Makroneziyada yayılmışdır. Qafqazda 6, Azərbaycanda isə 1 növü məlumdur. == Botaniki təsviri: == Hündürlüyü 1,5-2 m, dik qalxan budaqlara, üçər yarpaqlara malik olan koldur. Yarpaqcıqları tərs yumurtavari, oturaq, alt tərəfdən ipəkvari tükcüklüdür. May-iyun aylarında çiçəkləyir. Çiçəkləri qızılı-sarı rəngdə olub, tək-tək salxımlarda yerləşir. Meyvələri avqust ayında yetişir. Paxlası xətvari, qara rəngli, tükcüklü olub, 3 sm uzunluqdadır. == Ekologiyası: == Bu növ şaxtaya, quraqlığa dözümlü və işıqsevəndir. == Azərbaycanda yayılması: == Mərkəzi Nəbatat bağında introduksiya edilmişdir.
Son nəfəsədək (film, 2018)
Son nəfəsədək — Ermənilərin Azərbaycana qarşı təcavüzünün başlandığı 1988-ci ildən Xocalı faciəsinə kimi bir dövrü əhatə edən, Qarabağ həqiqətlərinin gizlin tərəflərini ictimaiyyətin diqqətinə çatdıran bədii film. == Məzmun == Real hadisələr əsasında çəkilən “Son nəfəsədək” filmində Qarabağ müharibəsi dövründə qəhrəmanların göstərdiyi rəşadət canlandırılıb. Filmin ssenaristi və Baş prodüseri Nurəddin Aslanov şahidi olduğu real hadisələri lentə alıb. Onun sözlərinə görə, filmin orijinal tərəflərindən biri, Qarabağ müharibəsinin lap ilkin mərhələsindən Xocalı soyqırımına qədər olan dövrü əhatə etməsidir. Film həmin dövrdə son nəfəsinədək igidlik göstərərək, torpağını qoruyan Yavər İsgəndərov və silahdaşlarının döyüş yolundan bəhs edir. Filmin ssenari müəllifi və baş prodüseri Nurəddin Aslanov, quruluşçu rejissor Elnur Əliyev, quruluşçu operator Cavid Orucov, bəstəkarı Yaşar Baxış, quruluşçu rəssam Mehriban Əfəndi, icraçı prodüseri Rövşən Quliyev, redaktoru Kamran Qasımovdur. 100 dəqiqəlik filmin istehsalı “Frame” Production, kreativ media və PR koordinasiya işləri isə “AzerNewMedia” tərəfindən həyata keçirilib. === Sujet xətti === 1989-cu ildə Sovet İttifaqının ucqar həbsxanalarından birində cəza çəkən Yavər (İlqar Cahangir) doğma torpağına, Qarabağa – Füzuli rayonunun Yuxarı Veysəlli kəndinə qayıdır. Amma burada hər şey dəyişib, erməni silahlılarının dinc azərbaycanlılara divan tutması sovet sülhməramlılarının bölgəyə yeridilməsi ilə nəticələnib. Üstəlik Yavərin illərboyu sevdiyi və evlənməyə hazırlaşdığı Qarateldən də (Ülviyyə Rza) xəbər yoxdur.

Digər lüğətlərdə

бакла́н вы́пятить обсту́кать подготови́тельный пыря́ние расположе́ние рахи́т силу́р соизмери́мость э́керный засты́лый повла́ствовать сбрести́сь сеа́нс сатана campanulate fress mark sugar maple tindery untenantable watchwork мышца откусывать приоткрывать