is. [
ər. ]
1. Bir tək adam; kimsə, şəxs, fərd, kəs.
…Tək bircə nəfərin də fikrinə gəlmir ki, dünyada yaşamaq ibarət deyil ondan ki, səhər dükana gedib, axşam abgüştü yeyib yatasan. C.Məmmədquluzadə.
[Sultan bəy:] Hə, indi nə deyirsən, bir nəfər molla, bir kəllə qənd və üç manat pul ilə aran necədir? Ü.Hacıbəyov.
// Adam haqqında saylarla. Üç nəfər gəldi. On nəfər növbə gözləyirdi.
– Faytondan iki nəfər yapıncılı adam düşdü. M.Hüseyn.
Bir nəfər əvəz. – kim isə, birisi, qeyri-müəyyən şəxs, adam. Bir nəfər gəlib sizi soruşurdu.
– [Nökər:] Vəzir sağ olsun, bir nəfər Şirazdan gəlib sizi görmək istəyir. Ü.Hacıbəyov.
Təpə arasında … tonqal yanırdı.
Kənarında bir nəfər yatmışdı… Çəmənzəminli.
Bir nəfərə (nəfərinə) qədər (kimi) – hamısını, başdan-başa, elliklə. Milis nəfəri –
köhn. milisioner.
Milis nəfərləri maşından düşüb şinellərini soyundular və təklif gözləmədən dəhrə, yaba götürüb kol qırmağa başladılar. Ə.Vəliyev.
Polis nəfəri – polis idarəsi işçisi.
Ucaboy və namərbud hərəkətli bir polis nəfəri içəri girdi. İ.Şıxlı.
2. Adi əsgər, adi sıravi döyüşçü.
Özünü bu şəhərin oğlu və bu mübarizənin nəfərlərindən sayan Nəriman, ürəyində xoş və parlaq bir hissin işıq kimi yandığını duydu. Mir Cəlal.