NƏH

[ fars. ] : nəh demək (danışmaq) – bəd danışmaq, pis gətirmək.
Əziziyəm, nəh demə; Nəh danışma, nəh demə; Qoy öpüm al yanaqdan; Mən də çatım əhdimə. (Bayatı).

NƏĞMƏKAR
NƏHAYƏT
OBASTAN VİKİ
Babək Nəhreyin
Babək Nəhreyin (3 mart 1980, Təbriz) — İran Azərbaycanlı rejissor, aktyor, komediyaçı və müğənnidir. Onun bir çox satiraları nümayiş etdirilib, O daha çox Əlirza Rəncipor ilə əməkdaşlıq edib. == Həyatı == Babak Nəhreyin 3 Mart 1981 cu ildə Əhərdə anadan olub, iki qardaş və bacısı ilə ailə ikinci uşaq və o, fars ədəbiyyatı bakalavr dərəcəsi var.
Buz dövrü: Nəhəng milad (animasiya, 2011)
Buz dövrü: Nəhəng milad (ing. Ice Age: A Mammoth Christmas) - 2011-ci ildə "Blue Sky Studios" tərəfindən istehsal olunmuş qısametrajlı animasiyadır. == Məzmun == Safsar Sid mamontların ailəsinə mənsub daşı təsadüfən sındırır. Manfred Sidə deyir ki, bu daşı sındıran hər bir kəs Santa Klausun qara siyahısına düşür və hədiyyə almır. Sid qərara gəlir ki, Şimal qütbünə gedərək Santa Klausdan üzr istəsin. Onun ardınca digər qəhrəmanlarda gedirlər. Ancaq səyahət zamanı yeni problem çıxır. Qəhrəmanlar təsadüfən Santa Klausun hədiyyə düzəldən emalatxanasını dağıdırlar. Bu səbəbdən onlar bütün dünya üçün Yeni ili mütləq xilas etməlidirlər... == Xarici keçidlər == Rəsmi sayt "Buz dövrü: Nəhəng milad" — Internet Movie Database saytında.
Buz nəhəngi
Buz nəhəngi — i əsasən, karbon, oksigen azot və kükürd kimi hidrogen və heliumdan daha ağır elementlərdən ibarət nəhəng planetdir. Günəş sistemində iki buz nəhəngi var: Uran və Neptun. Astrofizikada və planetar elmdə "buzlar" termini müvafiq olaraq donma nöqtələri 273 K (0°C), 195 K (-78°C) və 91 K (-182°C) olan su, ammonyak və ya metan kimi təxminən 100 K-dən yuxarı donma nöqtələrinə malik uçucu kimyəvi birləşmələrə aiddir (bax Uçucu maddələr). 1990-cı illərdə Uran və Neptunun, əsasən hidrogen və heliumdan ibarət qaz nəhəngləri olan digər nəhəng planetlərdən, Yupiter və Saturndan ayrı nəhəng planetlər sinfi olduğu müəyyən edilmişdir.
Ceyhun Nəhmətov
Ceyhun Ehtiqad oğlu Nəhmətov (8 sentyabr 1994, Mərdəkan – 8 noyabr 2020, Ağbənd, Zəngilan rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ceyhun Nəhmətov 8 sentyabr 1994-cü ildə Bakı şəhəri Xəzər rayon Mərdəkan qəsəbəsində anadan olmuşdur. 2001–2012 ci illərdə Bakı şəhəri Xəzər rayon Mərdəkan qəsəbəsində 123 saylı orta məktəbdə təhsil almışdır. 2012-ci ildə Dövlət Sərhəd Xidməti Akademiyasına qəbul olmuşdur. == Hərbi xidməti == 2016-cı ildə Dövlət Sərhəd Xidməti Akademiyasını Leytenant rütbəsi ilə bitirmişdir və həmin ildə Sərhəd Qoşunlarının Yevlax Çevik hərbi hissəsində iş fəaliyyətinə başlamışdır. 2018 ci ildə Qazax Sərhəd dəstəsinə yollanaraq orada Zastava rəisi vəzifəsində işini davam etmişdir. 2019-cu ildə isə Zaqatala Sərhəd Dəstəsinə yollanaraq xidmətini davam etdirmişdir. 2020-ci ildə döyüşlərdən əvvəl Xüsusi Təyinatlı Qruplarında təlim keçərək sentyabr ayının 27-dən Xüsusi Təyinatlı olaraq döyüşlərə başlamışdır. Kəlbəcər, Füzuli, Cəbrayıl, Laçın karidoru, Qubadlı, Zəngilan uğrunda gedən döyüşlərin hər birində fəal iştirak eləmişdir Cəbrayılın azad edilməsində ayağından qəlpə yarası almağına baxmayarağ döyüşə davam eləmişdir. Əlində qumbara ilə erməni səngərində 7–8 ermənini birdən partladıb məhv eləmişdir.
Kitabu-cəvahirin-nəhv fi luğati-t-turk
"Kitabu-cəvahirin-nəhv fi luğati-t-turk" (Türk dilinin qrammatika (sintaksis) cövhərləri kitabı) — Mahmud Kaşğarinin müəllifi olduğu əsərlərdən biri. Türk dili qrammatikası haqqında olan bu əsərin adı bizə məlum olsa da özü tapılmamışdır. Türkiyənin dilçi alimlərindən Besim Atalay "Divanü Lüğat-it-Türk"ün birinci cildində bu kitabın varlığı ilə bağlı dəlili aşağıdakı şəkildə göstərir: "Mahmud Qaşqarlının "Kitabu cəvahirin-nəhv fi luğati-t-turk" adında bir kitabı da olmuşdur. Müəllif özü "Divan"da bu haqda məlumat verir. Bununla yanaşı bu kitab hələ tapılmamışdır."UNESCO tərəfindən "Mahmud Kaşğari ili" elan olunan 2008-ci ildə Avrasiya Yazıçılar Birliyi kitabın tapılması üçün təşəbbüs göstərsə də əsər tapılmamışdır. .
Könül Nəhmətova
Könül Nəhmətova (tam adı: Könül Aydın qızı Nəhmətova; d. 9 yanvar 1975, Ağcabədi) — filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun şöbə müdiri,Kurikulum jurnalının məsul katibi. == Həyatı və təhsili == Orta təhsilini Ağcabədi şəhər 11 saylı orta məktəbdə almışdır. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1998-2005-ci illərdə AMEA N. Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuşdur. "Azərbaycanda təzkirəçilik ənənəsi və Məhəmmədəli Tərbiyətin "Danişməndani-Azərbaycan" əsəri" mövzusunda müdafiə etmiş(10 yanvar 2001-ci il) və filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. 2010-2011-ci illərdə APU-nun Yenidənhazırlanma və İxtisasdəyişmə fakültəsini bitirərək Azərbaycan dili və Ədəbiyyat müəllimliyi ixtisasına yiyələnib. AMEA N.Gəncəvi adına Ədəbiyyat Muzeyinin doktoranturasında təhsilini davam etdirir . == Elmi və pedaqoji fəaliyyəti == 1999-2015-ci illərdə AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunda elmi işçi kimi çalışıb. Sonra AMEA M. Füzuli adına Əlyazmalar İnstitutunun Fars əlyazmaları şöbəsinin böyük elmi işçisi olmuşdur.2004-2010-cu illərdə Qərb Universitetində jurnalistika fakültəsində,2010-2013-cü illərdə Sabunçu rayon 67 nömrəli orta məktəbdə Azərbaycan dili müəllimi işləmişdir.2015-ci ildə «Azərbaycan müəllimi» qəzetində müxbir kimi fəaliyyət göstərmişdir.
Nəhalistan (Piranşəhr)
Nəhalistan (fars. نهالستان‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Nəhavənd
Nəhavənd — İranın Həmədan ostanında şəhər, Nəhavənd şəhristanının inzibati mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 72,218 nəfər və 19,419 ailədən ibarət idi.
Nəhavənd döyüşü
Nəhavənd döyüşü—642-ci ildə Raşidi Xilafəti və Sasanilər dövləti arasında baş vermiş müharibə. == Tarixi == Cəlula döyüşündən sonra Hulvandan qaçan III Yezdəgird yenidən əsgər toplamağa başladı. Bu məqsədlə Rey, Kuməs, İsfahan, Həmədan və Mahan əhalisi ilə məktublaşan III Yəzdəgird böyük bir ordu topladı və bu orduya Firuzanı başçı təyin etdi. Bu əsnada Kufə valisi olan Əmmar ibn Yasir Mədinəyə məktub yazaraq III Yəzdəgirdin fəaliyyətlərindən Ömər ibn Xəttabı xəbərdar etdi. Bundan xəbər tutan xəlifə Ömər ibn Xəttab Sasanilərlə vuruşmaq üçün böyük bir ordu toplanmasını və ordunun sərkərdəliyini Nüman ibn Müqərrinə tapşırdı. Bununla yanaşı xəlifə Ömər Bəsrə, Şam və Omandakı ordu sərkərdələrinə də göstəriş verdi ki, Cindi Şapura gedib Nüman ibn Müqərrinin ordusuna birləşsinlər. Beləcə bu müəzzəm ordunun baş komandanlığına Nüman ibn Müqərrin, avanqard qüvvələrin başına onun qardaşı Nuaym ibn Müqərrin, digər qardaşı Suveyd ibn Müqərrin sağ cinah qüvvələrin başına, Hüzeyfə ibn Yəman sol cinah qüvvələrin başına, ordunu arxadan qoruyan dəstənin başına isə Mucaşi ibn Məsud təyin edildilər. Bu orduda Müğeyrə ibn Şubə, Cərir ibn Abdullah, xəlifə Ömərin oğlanları Abdullah ibn Ömər və Ubeydullah ibn Ömər, Əmr ibn Madikərb və digər bir çox səhabələr də qoşulmuşdu. Sasanilərin birləşmiş ordu-suna isə sərkərdə Mərdanşah Hörmüzd başçılıq edirdi.Hicri 21, miladi 642-ci ilin yayında iki ordu Həmadanla İsfahan arasında yerləşən Nəhavənd şəhəri yaxınlığında qarşılaşdı. Çərşənbə günü başlayan döyüş üç gün davam etmişdir.
Nəhavənd şəhristanı
fNəhavənd şəhristanı (farsca: شهرستان نهاوند) — İran İslam Respublikasının Həmədan ostanının şəhristanlarından biri. İnzibati mərkəzi Nəhavənd şəhəridir. == Ərazi == Şəhristanın ərazisi 1461 km²-dir. == Əhali == 2006-cı ilin siyahıya alınmasına əsasən, Nəhavənd şəhristanının əhalisi toplam 178,683 nəfərdən ibarətdir. === Şəhristanın bəxşlərinin əhalisi === ==== Mərkəzi bəxşi ==== Əhali (toplam): 116,092 nəfər (2006 s.a.) — Şəhər əhalisi (Nəhavənd şəhəri): 72,218 nəfər (2006 s.a.) — Kənd əhalisi: 43,874 nəfər (2006 s.a.) ==== Giyan bəxşi ==== Əhali (toplam): 17,253 nəfər (2006 s.a.) — Şəhər əhalisi (Giyan şəhəri): 8,062 nəfər (2006 s.a.) — Kənd əhalisi: 9,191 nəfər (2006 s.a.) ==== Xəzəl bəxşi ==== Əhali (toplam): 30,903 nəfər (2006 s.a.) — Şəhər əhalisi (Firuzan şəhəri): 4,054 nəfər (2006 s.a.) — Kənd əhalisi: 26,849 nəfər (2006 s.a.) ==== Zərrindəşt bəxşi ==== Əhali (toplam): 14,435 nəfər (2006 s.a.) — Şəhər əhalisi (Bərzul şəhəri): 2,729 nəfər (2006 s.a.) — Kənd əhalisi: 11,706 nəfər (2006 s.a.) === Milli tərkib === Şəhristanın əhalisinin 99%-ni lurlar (bura həmçinin ləklər də daxildir) təşkil edir və onlar əsasən lur dilinin nəhavəndi və qismən ləki dialektində danışırlar.
Nəhavəndi
Nəhavəndi — təxəllüs.Nəhavəndə doğulanlar bu nisbəni almışlar Bu təxəllüsü olan tanınmışlarŞeyx Əbül-Abbas Nəhavəndi - Baba Kuhi Bakuvinin muasiri olmuşdur.
Nəhcül-Bəlağə
Nəhcül-Bəlağə (ərəb. نهج البلاغة‎) — On iki imam şiələrinin ən məşhur kitablarından biri. Kitab Əli ibn Əbu Talibin əmr, xütbə, məktub, vəsiyyət və kəlamlarından ibarətdir. Əsəri tərtib edən Seyid Rəzidir. Əsərin adının mənası nəhc yol, bəlağə isə gözəl söz deməkdir. == Haqqında == Əsər 3 babdan (bölmədən) ibarətdir: Əmr və xütbələr. Məktub və vəsiyyətlər. Hikmətli kəlamlar.Seyid Rəzi əsərə Əlinin 239 və ya 240 xütbəsini, 79 məktubunu, 470 və ya 481 hikmətli kəlamını daxil etmişdir. Müəllif tərəfindən əsərdəki rəvayətlərin mənbələri və sənədləri qeyd edilməmişdir. Müəllif əsərdəki rəvayətləri müxtəlif Şiə və Sünni mənbələrindən götürmüşdür.
Nəhcül Bəlağə
Nəhcül-Bəlağə (ərəb. نهج البلاغة‎) — On iki imam şiələrinin ən məşhur kitablarından biri. Kitab Əli ibn Əbu Talibin əmr, xütbə, məktub, vəsiyyət və kəlamlarından ibarətdir. Əsəri tərtib edən Seyid Rəzidir. Əsərin adının mənası nəhc yol, bəlağə isə gözəl söz deməkdir. == Haqqında == Əsər 3 babdan (bölmədən) ibarətdir: Əmr və xütbələr. Məktub və vəsiyyətlər. Hikmətli kəlamlar.Seyid Rəzi əsərə Əlinin 239 və ya 240 xütbəsini, 79 məktubunu, 470 və ya 481 hikmətli kəlamını daxil etmişdir. Müəllif tərəfindən əsərdəki rəvayətlərin mənbələri və sənədləri qeyd edilməmişdir. Müəllif əsərdəki rəvayətləri müxtəlif Şiə və Sünni mənbələrindən götürmüşdür.
Nəhl surəsi
16-cı surə ən-Nəhl (Bal arısı) surəsi (Məkkədə nazil olmuşdur, 128 ayədir). Surənin adı 68-ci ayədə işlənən və bal arısı mənasına gələn nəhl sözündən götürülmüşdür.
Nəhran (Heris)
Nəhran (fars. نهران‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 357 nəfər yaşayır (82 ailə).
Nəhre Poştə
Nəhre Poştə (fars. نهرپشته‎; azərb. Neyra Poşta‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Milacerd dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 67 ailədə 142 nəfəri kişilər və 153 nəfəri qadınlar olmaqla cəmi 295 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Nəhrəvan döyüşü
Nəhrəvan döyüşü (ərəb. معركة النهروان‎, Ma’rakat an-Nahrawān) — 658-ci il iyulun 16-da xəlifə Əli ibn Əbu Talibin ordusu ilə “xarici” üsyançı qrup arasında baş vermiş döyüş. Bu döyüş, Əli ilə Suriyanın üsyançı valisi Müaviyə ibn Əbu Süfyan arasında olan Birinci Fitnə zamanı məsələni sülh yolu ilə həll etmək cəhdinin nəticəsi idi. Beləki ki, Əlinin ordusundakı bir sıra döyüşçülər xəlifəni Allah yolunda xəyanət etməkdə ittiham edərək qiyam qaldırır. Sonralar bəzi mənbələrə görə, “xaricilər”, yəni “gedənlər” ləqəbli bu döyüşçülər dinc əhaliyə qarşı zorakılıq hərəkətləri edərək Əlini əsas qüvvələrini üsyanı yatırmağa yönəltməyə məcbur etmişlər. Əlinin ordusundan say baxımından xeyli az olan üsyançılar onun qoşunları tərəfindən mühasirəyə alınaraq tamamilə məğlub edilirlər. Onların əksəriyyəti döyüşdə öldürülür. == Döyüş öncəsi == 656-cı ildə xilafətin başçısı kimi əvvəllər qəbul edilmiş mübahisəli qərarlara görə üsyançılar üçüncü saleh xəlifə Osmanı öldürdülər. Mədinə sakinləri və Osmanın İraqdakı bəzi keçmiş sadiq təbəələri Məhəmməd peyğəmbərin kürəkəni və əmisi oğlu Əli ibn Əbu Talibi onun varisi elan etdilər. Lakin belə bir varislik peyğəmbərin bəzi səhabələrinin, xüsusən də Təlhə ibn Ubeydullah və Zübeyr ibn Əvvamın və Aişənin etirazına səbəb olur.
Nəhəcir
Nəhəcir — toponim. == Yaşayiş məntəqələr == Nəhəcir (Babək) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nəhəcir kənd inzibati ərazi dairəsində kənd. == Coğrafi obyektlər == Nəhəcir (bulaq) – Culfa rayonunun ərazisində müalicəvi əhəmiyyətli mineral bulaq. Nəhəcir dağı – Culfa rayonu ərazisində dağ Nəhəcirçay – Babək və Culfa rayonları ərazisində çay. == Arxeoloji obyektlər == Nəhəcir abidələr kompleksi – Culfa rayonunda eyni adlı kəndin ərazisində və dağın ətrafında yerləşən abidələr kompleksi Nəhəcir nekropolu – Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində arxeoloji abidə Nəhəcir qalası – Culfa rayonunun Nəhəcir kəndi yaxınlığındakı 2-ci minilliyə-1-minilliyin əvvəllərinə aid qala. Nəhəcir yaşayış yeri – arxeoloji abidə. == Digər == Nəhəcir (içki) – mineral süfrə suyu.
Nəhəcir (Babək)
Nəhəcir — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nəhəcir kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Nəhəcir kəndi Qazançı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Nəhəcir kənd inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 28 noyabr 2014-cü il tarixli, 1119-IVQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun inzibati ərazi bölgüsünə daxil olan Nəhəcir kənd inzibati ərazi dairəsi tərkibindəki Nəhəcir kəndi Babək rayonunun inzibati ərazi bölgüsünə daxil edilmiş, Nəhəcir kənd inzibati ərazi dairəsi Culfa rayonunun tabeliyindən çıxarılaraq Babək rayonunun tabeliyinə verilmişdir. == Toponimikası == Bəzi tədqiqatçılara görə, kəndin əsl adı Nuhəcərdir. Oykonim "Nuh" (peyğəmbər adı) və fars dilindəki "cir" (yamac, maili yer) sözlərindən ibarət olub, "Nuhun yamacı" mənasındadır. Bu tədqiqatçılar Naxçıvan zonasında geniş yayılmış Nuh haqqında əfsanəyə əsaslanırlar. Kəndin yaxınlığındakı Nəhəcir qayasının məşhur Gəmiqaya dağının yaxınlığında olması da buna əsas verir. Naxçıvanda Nuh mağarası, Nuhdaban, Nuh gəmisinin qayhası və s. Adlar da Nuhəcir toponimi ilə əlaqələndirilir, lakin tədqiqatçıların bir qismi bu fikirdədir ki, oykonim Nəxcir adının təhrif formasıdır. Ərəb dilində nəxcir "vəhşi keçi, ov heyvanı, şikar" deməkdir.
Nəhəcir (bulaq)
Nəhəcir — Azərbaycan Respublikasının Culfa rayonunun ərazisində müalicəvi əhəmiyyətli mineral bulaq. == Haqqında == Nəhəcir — Azərbaycan Respublikasının Culfa rayonunun ərazisində, Nəhəcir kəndinin ərazilərində yerləşir. İçməyə yararlı 7 bulaqdan ibarətdir. Bu su yerli əhalinin sevimli müalicəvi vasitə sayılır. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının, xüsusilə də Badamlı və Sirab ərazilərində onlarla mineral tipli soyuq mineral su bulaqlarına rast gəlmək olur. Hidronim eyniadlı yaşayış məntəqəsi ilə bağlı yaranmışdır. Tədqiqatçıların bir qismi bu fikirdədir ki, bu oronim Nuh (peyğəmbər adı) və fars dilindəki cir (yamac, maili yer) sözlərindən ibarət olub, "Nuhun yamacı" mənasındadır. Bu tədqiqatçılar Naxçıvan zonasında geniş yayılmış Nuh haqqında əfsanəyə əsaslanırlar. Kəndin yaxınlığındakı Nəhəcir qayasının məşhur Gəmiqaya dağının yaxınlığında olması da buna əsas verir. Naxçıvanda Nuh mağarası, Nuhdaban, Nuh gəmisinin qayası və s.
Nəhəcir (içki)
Nəhəcir - Azərbaycanda qida qəbulundan(əsasən nahar və şam yeməyindən) sonra, eləcə müxtəlif xəstəliklərin müalicəsi zamanı və digər məqsədlər üçün qəbul edilən təbii, müalicəvi mineral süfrə suyu. Bu suyun mənbəyi Naxçıvan şəhərinin şimal-şərqində yerləşən Nəhəcir dağının yamaclarındadır. Tərkibcə karbonatlı, hidrokarbonatlı-natriumlu olub, minerallaşmas 6 q/l-dir. Həzm orqanlarının xəstəliyi, qan azlığının müalicəsi zamanı içilməsi müsbət nəticə verir. == Mənbə == Əli Polad. Bir damla su. I cild. Bakı,2011.
Nəhəcir abidələr kompleksi
Nəhəcir – Culfa rayonunda eyni adlı kəndin ərazisində və dağın ətrafında yerləşən abidələr kompleksi. == Nəhəcir qalası == Nəhəcir qalası Nəhəcir dağının coğrafi – strateji cəhətdən əlverişli olan hündür və sıldırım qayalı cənub hissəsi üzərindəki yastı sahədə e.ə. II minilliyə — I minilliyin əvvəllərinə aid qaladır. Qala 2001-ci ildə Naxçıvan arxeoloji ekspedisiyası tərəfindən aşkar edilmişdir. Qala ərazisində həmin dövrə aid bazalt daşından hazırlanmış balta, kiçik həcmli daş həvəng – dibək, qara, boz və çəhrayı rəngli qab qırıqları, Nəhəcir qalası ilə həmdövr olan dağıdılmış kurqandan isə e.ə. II minilliyin əvvəllərinə aid monoxrom boyalı gil qablar əldə edilmişdir. Dağın cənub və şərq ətəklərindəki terraslarda iri qaya parçalarından siklop tipli müdafiə səddləri tikilmişdir. Divarların eni 2 – 2,5 m – dir. Qalanı Nəhəcir dağının cənub ətəyindəki düzən sahədə yaşamış və iqtisadi, mədəni cəhətdən inkişaf etmiş qədim tayfalar düşmən basqınlarından müdafiə məqsədi ilə tikmişlər. == I Nəhəcir == I Nəhəcir Culfa rayonunun Nəhəcir kəndinin şimal – şərqində Tunc dövrünə aid yaşayış yeridir.
Nəhəcir dağı
Nəhəcir dağı — Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində dağ (hünd. 1807,5 m). Naxçıvan çökəkliyini şimal-şərqdən hüdudlandıran Qaracalal-Qızılboğaz tirəsinin suayırıcısında sıldırım yamaclı zirvə. Tirəni eninə kəsən Qahabçayla Nəhəcirçayın suayrıcısında, Nəhəcir kəndindən 1,5 km şimal-qərbdədir. Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin terrigen-çökmə süxurlarını yarıb çıxan Alt Miosen yaşlı andezit-dasit və kvarslı andezit tərkibli ekstruziv günbəzdir. Onun şimal və cənub yamacları sıldırımdır, şimal-şərq tərəfdən zirvəsinin səthi isə yayla (plato) formalıdır. Dağın üstündə Nəhəcir qalasının xarabalıgı aydın görünür. Burada həmçinin "Naxışnərgiz" mağarası yerləşir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentini cənub-qərbdən hüdudlandıran Naxçıvan dərinlik qırılmasının şimal-şərq asılı qanadında yerləşir.
Parlaq nəhəng
Yerkes spektral təsnifatıda II parlaqlıq sinfinə aid ulduzlara parlaq nəhəng ulduzlar adı verilir. Bu ulduzlar spektral xüsusiyyətlərinə görə nəhəng ulduzlar və ifratnəhəng ulduzlar aralığında mövqe tutan ulduzlardır.
Qırmızı nəhənglər
Qırmızı nəhəng — ulduz təkamülünün son mərhələsində olan kütləsi (təxminən 0,3–8 Günəş kütləsi) intervalında olan parlaq nəhəng ulduzdur. Xarici atmosfer genişlənmiş və zəifləmiş, radiusu böyükdür və səth temperaturu 5000 K (4,700 °C, 8,500 °F) və daha aşağıdır. Qırmızı nəhənglər görünüşü sarı-narıncıdan qırmızıya doğrudur, spektral sinfi adətən K və M-dir, həmçinin sinif S spektral sinifə də aid ola bilən ulduzlarıdır və daha çox karbon ulduzlarıdır. Ən çox yayılmış qırmızı nəhənglər qırmızı nəhənglər qolunda olan ulduzlardır ki, onların nüvəsi cırlaşmış heliumdan ibarətdir. == Xüsusiyyətləri == Qırmızı nəhənglərin daxili quruluşu olduqca mürəkkəbdir. Bu ulduzların mərkəzində radiusu 10−3 ulduz radiusuna, kütləsi 0,25 Günəş kütləsinə bərabər olan izotermik nüvə vardır. Bu nüvə cırlaşmış helium qazından ibarətdir. Nüvənin cırlaşmasına səbəb sıxlığı çox böyük olmasıdır. Məsələn, kütləsi 1,3 Günəş kütləsi olan qırmızı nəhəngin helium nüvəsində sıxlıq 350 kq/sm3 -dır, belə ulduzun nüvəsində temperatur 40*106 K-dir. İzotermik nüvə qalınlığı 10−3 ulduz radiusu qədər olan nazik halqa ilə əhatə olunmuşdur.

Значение слова в других словарях

блюсти́сь лы́чки назю́зиться путево́дный стра́вливание тусклова́то вы́тереть грибо́чек кинолекто́рий нове́йший перехлестну́ть разноли́стный фонемати́ческий чебуре́к юный -phorous dispauperize electronic journalism saw-back zero hour альпинистский мельничный опороситься подставка удобство