Nəhcül-Bəlağə
Nəhcül-Bəlağə (ərəb. نهج البلاغة) — On iki imam şiələrinin ən məşhur kitablarından biri. Kitab Əli ibn Əbu Talibin əmr, xütbə, məktub, vəsiyyət və kəlamlarından ibarətdir.
Əsəri tərtib edən Seyid Rəzidir. Əsərin adının mənası nəhc yol, bəlağə isə gözəl söz deməkdir.
Əsər 3 babdan (bölmədən) ibarətdir:
Əmr və xütbələr.
Məktub və vəsiyyətlər.
Hikmətli kəlamlar.
Seyid Rəzi əsərə Əlinin 239 və ya 240 xütbəsini, 79 məktubunu, 470 və ya 481 hikmətli kəlamını daxil etmişdir. Müəllif tərəfindən əsərdəki rəvayətlərin mənbələri və sənədləri qeyd edilməmişdir.