NƏLBƏKİ

is. Stəkan, fincan altına qoyulan müxtəlif ölçülü çini və ya şüşə qab.
Dilşad xanım çayı nəlbəki ilə içər. T.Ş.Simurq.
Sona … öz çayını nəlbəkiyə tökəndə Qədirə işarə ilə rişxəndyana dedi… Ə.Əbülhəsən.

□ Nəlbəki boyda (böyüklüyündə) – nəlbəkiyə oxşayan, nəlbəki kimi. Nəlbəki boyda gül. Nəlbəki boyda ay-ulduz.
[Kərbəlayı Məmmədəli:] …Oradan, buyur, mənə bir medal gəlsin nəlbəki böyüklüyündə. N.Vəzirov.
Qızılgül kolunun üstündə nəlbəki boyda iri güllər açılmışdı. İ.Əfəndiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • NƏLBƏKİ NƏLBƏKİ [Prokuror] ..stəkanı götürdü və həvəssiz bir-iki qurtum içib, nəlbəkiyə qoydu (H.Abbaszadə); STƏKANALTI Fatma arvad gümüş stəkanaltılarını
NƏQŞLİ
NƏLEYİN
OBASTAN VİKİ
Nəlbəki
Nəlbəki — stəkan və ya fincan qoyulan, kənarları azacıq yuxarı doğru əyilmiş kiçik boşqab. Nəlbəki içərisinə maye tökülərkən kənara dağılmaması üçün istifadə edilir. Son dövrlərdə o maye dolu qab altında estetik gözəllik üçün istifadə edilir.
Nəlbəki (rəqs)
Nəlbəki – Azərbaycanın milli rəqsi. Bu rəqsi 2 cür melodiyayla ifa edirlər. == Tarixçə == Bu rəqs 2 fərqli musiqi altında ifa edilir. Biri Bayatı-Şiraz ladı üzərində olan qədim Azərbaycan oyun havası "Nəlbəki"dir . Digəri isə Qılman Salahovun bəstəsidir . == Digər incəsənət janrlarında == Xalq oyun havası "Nəlbəki" "Pıspısa xanım və Siçan bəy" filmində (1974) Tıq-Tıq xanım və Siçan bəyin toy səhnəsində istifadə olunmuşdur.
Nəlbəki rəqsi

Nəlbəki-gül xalçaları
Nəlbəki-gül xalçaları — Qarabağ tipinin Şuşa qrupuna aid edilən xovlu xalça. == Ümumi məlumat == Qarabağ tipinin Şuşa qrupuna aid edilən bu xalçaların xalq arasında "Nəlbəki–gül" adlandırılmasına baxmayaraq, Şuşa xalçaçıları tərəfindən "Minaxanım" və ya "Minaxanı" adlandırılır. Etibarlı mənbələrdən məlumdur ki, Mina xanım adlı birisi XVIII əsrin II yarısında Bərdə şəhərindən yenidən salınmış Şuşa şəhərinə gəlir.O, xalçaçılıqla və bağçılıqla məşğul olurdu. Onun toxuduğu bitki ornamentli xalçalar tez bir zamanda Qafqazın, Cənubi Azərbaycanın, İranın və Türkmənistanın bütün xalçaçılıq məntəqələrində yayılır. Yuxarıda sadalanan xalçaçılıq məntəqələrində toxunan eyni ornamentli xalçalar "Minaxanı" adını almışdır. 1750-ci illərin əvvələrində Qarabağ xanı Pənahəli xan Şuşa şəhərini saldırdı. Şəhər ilk vaxtlar Pənahabad adlandırıldı və uzun illər Qarabağ xanlığının paytaxtı oldu. XVIII əsrdə Qarabağ xalçaçılıq məktəbi Şuşada cəmlənmişdir. XVIII əsrdə Şuşada klassik çeşnili xalçalarla yanaşı, Rusiyadan, eləcə də Avropadan gətirilmiş məcməyi, ətirli sabun, çit və digər müxtəlif məişət əşyaların üzərindən götürülmüş naxışlardan yeni xalça kompozisiyaları - "Bağçadagüllər", "Saxsıdagüllər", "Bulud" və s. çeşnilər toxunurdu.
Nəlbəki-gül xalçası

Digər lüğətlərdə

га́лльский Интернациона́л крови́ть опосре́дствовать отвлечённо под бо́брик простоду́шный с ры́ла тря́ский фурниту́ра ша́ло гандболи́стский маги́стерский редкова́тый сооружа́ться ферзево́й капать adobe dollar Antaean counter-appellant erectile feast penetrance засылать проморозить