NƏMLİ

sif.
1. bax nəm 1-ci mənada. Nəmli torpaq. Nəmli divar.
[Vaqif:] Gözümün işığı, canım, ciyərim; Bu nəmli torpaqlar olsa da yerim. S.Vurğun.
[Firudin] nəmli kərpicin üstündə oturduqda hərəkət edib gedən maşının səsini eşitdi. M.İbrahimov.

2. məc. Yaşarmış, doluxsunmuş, yaşla dolmuş. Nəmli kirpiklər.
– Görünür o nəmli gözlərin mənə; Kirpikləri şehli qərənfil kimi. S.Rüstəm.
Könül qəmli, gözlər nəmli; Başaşağı gedir hamı. B.Vahabzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • NƏMLİ nəmli bax nəm
  • NƏMLİ rütubətli — sulu — höyüş — islaq

Antonimlər (əks mənalı sözlər)

  • NƏMLİ NƏMLİ – QURU Məlul baxır Mərmərə; Göy gözləri nəmlidir (M.Rahim); Hava qurudur (Ə.Vəliyev)
NƏMLƏŞMƏK
NƏMLİK

Digər lüğətlərdə

прозаи́чно прото́н раздои́ться скоропрохо́дческий телезри́тельница шикова́тый дереве́нский смоле́ние сола́герница уравне́ние времени усту́пчатый пошова baby-snatcher biyearly carrell compensatory heavy hydrogen hexadecimal Knesset lactary вкопать зашептать кремниевый нужно шёлк