OBELİSK

Misirlilər əsas allahlarının (Günəş allahı Ra) şərəfinə bütov qaya parçasından yonulmuş hündür, nazik sütunlar ucaldırdılar. Günəş şüalarını özünə cəlb etmək üçün sütunun yuxarı hissəsini üzəri parlayan metalla örtülmüş piramida şəklində olan ucluq tamamlayırdı.

Belə sütunlar Misirdə, əsasən, Yeni Padşahlıq dövründə, yəni e.ə. XVI–XV əsrlərdə geniş yayılmışdı. E.ə. təxminən 1500-cü ildə I Tutmos hündürlüyü 80 fut olan sütun ucaltdırdı. Onun varisi çariça Hatşepsut hər birinin hündürlüyü 96 fut olan iki belə sütun yondurdu. Bizə gəlib çatan ən hündür sütun isə 106 fut hündürlüyündədir.

Yunan turistlərin Misirə axını başlayanda onlar bir yandan bu sütunların möhtəşəmliyinə heyran qalır, o biri yandan isə qədim insanların əllərində olan ən sadə mexanizmlərlə bu sütunları necə ucalda bildiklərinə təəccüblənirdilər.

Yunanlar bu sütunlara məzəli ad – obelisk (balaca mil) adı verdilər. Bu ad əsrləri aşaraq günlərimizə qədər gəlib çatdı. İndi biz tənasübsüzlüyünə fikir vermədən göylərə ucalan istənilən tikilini belə adlandırırıq. (Ayzek Azimov. Sözlərin tarixi)

OAZİS
OBSİDİAN
OBASTAN VİKİ
Obelisk
Obelisk — yuxarıya doğru getdikcə itiləşən, piramida formalı ucu olan tilli sütun. Obelisk adətən daşdan yonulur və kəsikdə çox zaman kvadrat şəkilli olur. Qədim Misirdə yayılmış obelisk saray və məbədlərin qarşısında abidə kimi qoyulurdu. Obelisk Rusiyada XVIII əsrdən geniş yayılmış xatirə abidəsi və monument tipidir. == Həmçinin bax == Sütun == Ədəbiyyat == Обелиск // Еврейская энциклопедия Брокгауза и Ефрона. — СПб., 1906–1913.
Feodosi obeliski
Feodosi obeliski (türk. Dikilitaş) — Konstantinopol Hippodromunun ayrılma səddində qurulan firon III Tutmosun (XVIII sülalə) şərəfinə ucaldılan qədim Misir obeliski. Bu gün Türkiyənin İstanbul şəhərində At meydanı ya da Sultanəhməd meydanı olaraq bilinən ərazidə yerləşir. 390-cı ildə Roma İmperatoru Böyük I Feodosi tərəfindən qurulmuşdur. Konstantinopola Misirdən gətirilən obelisklərin ən yaxşı qorunanıdır. Misir porfirindən hazırlanan ikinci obelisk, İstanbul Arxeoloji Muzeyinin həyətindədir. Onun vəziyyəti Feodosi obeliskinə nisbətdə ideal deyildir. == Təsviri == Bu çəhrayı Asuan qranitindən hazırlanmış bir kvadrat monolitdir. Yuxarıya doğru çəkilən hissə adi piramida ilə bitir. Obeliskin dörd üzünün hamısı Misir iyeroqliflərinin məktubları ilə örtülmüşdür.
Konstantin obeliski
Konstantin obeliski (türk. Örme Dikilitaş) — 32 metr hündürlüyə malik olan bizans obeliski. İlk əvvəllər Konstantinopol ippodromunun qarşısında yerləşirdi. Hazırda isə ərazi Sultanəhməd meydanı adlanır. Abidə İstanbul şəhəri, Sultanəhməd meydanı, İlanlı sütunun yaxınlığında yerləşir. X əsrdə VII Konstantinin dönəmində inşa edilməsi ehtimal edilir. İlk inşa zamanı onun hündürlüyü 32 metr olmuşdur. O dövrdə Vasili Makedonyaninin hərbi qələbələri təsvir edən qızıl örtüklü tunc plitələr ilə bəzədilmişdir. Hazırda sütunun hündürlüyü 21 metrdir. Sütunun üzərində olan qızıl lövhələr 1204-cü ildə təkil olunan Dördüncü Xaç yürüşü zamanı xaçlılar tərəfindən oğurlandıqları və əridildiyi bilinir.
Vulkan obeliski
Vulkan obelis­ki – (rus. вулканический обе­лиск, ing. volcanic spine) adətən turş tərkibli, qatı lava­nın vulkan boğazından sıxılıb çıxması nəticəsində yaranmış, sivri vulkan çıxıntısı (Martinika adasın­da Montan- Pele vulk.).

Значение слова в других словарях

головокруже́ние зу́ммерить ларьёвщица Навру́з отпра́шивать прикорнево́й расхва́рываться снотво́рное термоста́тный довари́ть неаккура́тно носа вы́сунуть не смеет просту́живаться си́рин квит тильбюри botchery colin silver chloride soap bubble tubicorn гладкость наглаживать плодоводческий чихать