Amin Gülməmmədov (leytenant)
Amin Mayis oğlu Gülməmmədov (31 iyul 1995, Saltaq, Naxçıvan Muxtar Respublikası – 4 noyabr 2020, Xocavənd) – Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən Müharibəsi şəhidi
== Həyatı ==
Baş leytenant Amin Gülməmmədov Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Lisey bitirdikdən sonra Bakıdakı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Yüksək hərbi biliklərə yiyələnən şəhid Amin Gülməmmədov nümunəvi xidməti ilə seçilib. Nümunəvi xidməti onu Qarabağ döyüşlərində də fərqləndirib. Füzulidən-Daşaltıya doğru gedən döyüşlərdə xüsusi rəşadət göstərmişdir. Füzulinin, Hadrutun, Cəbrayılın, Xocavəndin işğaldan azad olunması uğrunda rəşadətlə vuruşub və şəhidlik məqamına yüksəlib. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirən, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənən Gülməmmədov Amin Mais oğlu Prezident İlham Əliyevin sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilib. Amin Gülməmmədov 28.12.2020-ci il tarixdə Culfa rayon Saltaq kənd qəbirstanlığında dəfn olunmuşdur.
== Hərbi xidməti ==
2017-cü ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin qərarı ilə hərbi hissədə leytenant kimi xidmətini davam etdirmişdir. Daha sonra isə 2020-ci ildə baş leytenant rütbəsini almışdır. Azərbaycan Ordusunun baş leytenantı Amin Gülməmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.