ober-leytenant
oberton
OBASTAN VİKİ
Prokuror
Prokuror ― cinayət prosesində ittiham orqanı kimi ədalətə xidmət edən şəxs. Prokurorluq cinayət prosesində cinayət işinin açılması vəzifəsini yerinə yetirərək dövlət adından cinayət işi açan orqandır. Bu idarədəki vəzifəli şəxsə prokuror adı verilir. Bundan əlavə, qısaldılmış şəkildə prokuror cinayət işinin ona çatmasından sonra dövlət adından tədqiqat və təhqiqat fəaliyyətini həyata keçirməyə, ictimai iddianın verilməsini tələb edən şərtlər yarandıqda iddia qaldırmağa və icraatına borclu olan, məhkəmələrin çıxardığı qərarları yerinə yetirmək və qanunla ona həvalə edilmiş digər vəzifələri yerinə yetirməli olan və məhkəmə orqanının üzvü hesab olunan dövlətin təyin etdiyi vəzifəli şəxs kimi müəyyən edilə bilər. == Etimologiyası == Sözün kök mənası: qanun irəli sürməklə müdafiə olunan ideya, iddia, dava, tezis, əməlin cinayət olub-olmamasının qanun baxımından müəyyən edilməsi və cinayətin qanuna uyğun olaraq müəyyən edilməsi ilə əlaqədar qanunun müddəalarına müvafiq olaraq ittiham aktının hazırlanmasından məsul olan hüquq məmuru kimi müəyyən edilir. Onun qədim türk dilindəki qarşılığı "müddeiumumi"dir. Ərəbcə muddaˁī (iddia etmək, dava etmək) və umumī (ictimai) sözlərinin birləşməsindən əmələ gələn və "camaat adından məhkəməyə vermək" mənasını verən bu söz, 1870-ci il tarixli "Mehakim Nizamnaməsi" ilə fransızca prosécuteur publique sözünün qarşılığı olaraq türk qanunlarına daxil olmuşdur. Respublika dövründə də uzun müddət qeyri-rəsmi olaraq istifadə olunmuşdur. == Prokurorluğun strukturu və xüsusiyyətləri == Prokurorluq inzibati struktura malik olduğundan onun tənzimlənməsində iyerarxiya mövcuddur. Tabelikdə olanlar təşkilat daxilindəki rəhbərlərindən əmrlər alırlar.
Hüseyn Hüseynov (prokuror)
Hüseyn Muxtar oğlu Hüseynov (11 mart 1944, Qabıllı, Naxçıvan Muxtar Respublikası – 19 fevral 2022) — Naxçıvan Muxtar Respublikası prokuroru, ədliyyə generalı. == Həyatı == Hüseynov Hüseyn Muxtar oğlu 11 mart 1944-cü ildə Qabıllı kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə inistitutu bitirmişdir. Marksism və Leninizm institunda iki il əlavə təhsil alır. 1963-ci ildə hərbi vəzifəsini yerinə yetirmişdir. == Fəaliyyəti == Birinci təyinatını Xanlar rayonuna almışdır. Sonra 5–6 ay Tərtər rayonunda işləmişdir. 1969-cu ildə Qusar rayonunda prokror müstəntiqi vəzifəsində işləmişdir. Daha sonra Quba şəhərinə təyinatı çıxır. Bir müddət burada işlədikdən sonra təyinatını Abşeron rayonuna alan Hüseyn Hüseynov burada müstəntiq işləyir və zona prokrorluğuna təyin olunmuşdur.
Məmməd Əliyev (prokuror)
Yusif Ağayev (prokuror)
Yusif Şükür oğlu Ağayev (1963, Bakı) — Azərbaycan siyasətçisi, hərbçisi, hüquqşünası, hərbi tarixçisi. O, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dağlıq Qarabağ üzrə mühüm işlər müstəntiqi (1991–1992), Qarabağ Qarnizonunun hərbi prokuroru (1992–1996), Tərtər rayonunun prokuroru (1996–2003) vəzifələrində çalışmışdır. == Erkən illəri == Yusif Şükür oğlu Ağayev 1963-cü ildə Azərbaycan SSR-nin paytaxtı Bakıda anadan olmuşdur. O, əslən Füzuli rayonundandır. Ağayev 1985-ci ildə Qazaxıstan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. O, 1985–1987-ci illərdə Qazaxıstanın Quryev vilayətində vəkil, 1987–1991-ci illərdə həmin vilayətdə prokurorluğun istintaq idarəsinin prokuroru işləmişdir. == Birinci Qarabağ müharibəsi == Sovet İttifaqı dağılandan sonra Azərbaycanın müdafiə naziri Rəhim Qazıyev xaricdəki bütün azərbaycanlı əsgər və zabitləri Azərbaycana qayıtmağa çağırmışdır. Ağayev də Azərbaycana qayıtmış, 1991-ci ildə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dağlıq Qarabağ üzrə mühüm işlər müstəntiqi təyin edilmişdir. Rzayevin qərargahı 1991-ci ilin payızına qədər Xankəndində, 1992-ci ilin mayına qədər Şuşada olmuş və nəhayət Ağdama köçürülmüşdür. O, erməni silahlı birləşmələri ilə yanaşı, azərbaycanlı fərarilərlə məşğul olurdu.Azərbaycanlı komandir Yaqub Rzayev dövlətə xəyanətdə və Ermənistan tərəfi ilə əməkdaşlıqda şübhəli bilinirdi.
Şirxan Adıgözəlov (prokuror)
Murad Babayev (baş prokuror)
Murad Köçəri oğlu Babayev (10 dekabr 1951, Şükürbəyli, Cəbrayıl rayonu – 6 yanvar 2013, Bakı) — 1991–1992-ci illərdə Azərbaycan Respublikasının Baş prokuroru. == Həyatı == Murad Babayev 10 dekabr 1951-ci ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində Sosialist Əməyi Qəhrəmanı Babayev Köçəri Oruc oğlunun ailəsində anadan olub. 1968–1973-cü illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 1973-cü ildə Binəqədi rayonunda təcrübəçi müstəntiq, 1977–1980-ci illərdə Bakı şəhərində açılmamış ölüm hadisələri üzrə müstəntiq, 1982-ci ildə Mingəçevir şəhərində prokuror vəzifəsində çalışıb. 1987-ci ildə Azərbaycan Respublikası Baş prokurorunun müavini, 26 noyabr 1991-ci ildə Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin edilib. 1992-ci ilin sonunda vəzifəsindən istefa verib. 1993-cü ilin fevralında Bakı şəhər Nəqliyyat prokuroru təyin edilib. 7 il bu vəzifədə işləyəndən sonra təqaüdə çıxıb. Bundan sonra Təfəkkür Universitetində hüquq kafedrasının müdiri işləyib. Ailəlidir, bir qız və bir oğul atasıdır.
Prokuror oğlu (film, 1968)
Prokuror oğlu və ya Dünya (hind: Duniya) — 1968-ci ildə K. A. Narayan tərəfindən ssenarisi yazılmış və rejissor T. Prakash Rao tərəfindən çəkilmiş hind dilində romantik triller filmidir. Filmdə baş rollarda Dev Anand, Vyjayanthimala, digər rollarda isə ansambl heyəti kimi Balraj Sahni, Johnny Walker, Lalita Pawar, Prem Chopra, Sulochana Latkar, Madan Puri, Nana Palsikar, Achala Sachdev, Laxmi Chhaya, Jagdish Raj, Tun Tun, Brahm Bhardw və Pakistanlı aktyor Suctor çəkilmişdirlər. Film Amarjeet tərəfindən istehsal edilmişdir. Filmin partiturasını Shankar Jaikishan dueti bəstələyib, sözlərini Hasrat Jaipuri, S. H. Bihari və Gopaldas Neeraj yazıb, Awdhut tərəfindən aranjıman edilmiş və Faredoon A. Irani tərəfindən lentə alınmışdır. Filmin süjet xətti üç dost (Amarnath, Gopal və onun bacısı Mala) ətrafında cərəyan edir, onların həyatda problemlər ilə necə qarşılaşdıqlarını və süjetin qalan hissəsində həmin problemlərdən necə xilas olduqlarını göstərir. == Süjet xətti == Film üç dost olan Amarnat, Qopal və onun bacısı Maladan bəhs edir. Mala və Qopalın anası dul qadın olduğundan və hər iki uşağa eyni zamanda baxa bilmədiyi üçün o, Bombeydə yaşayan əmisi oğlu Şobha R. Şarmanı Malanı övladlığa götürməyə icazə verir. Qopal xırda oğurluqlarına görə həmişə kəndlilərlə problem yaşayır və Malanın getdiyini biləndə o da evdən qaçır. İllər sonra onların hər üçü də böyüyür. Malanın anası vəfat etmiş, o, bibisi və əmisi, dövlət prokuroru olan Ramnath Sharma ilə birlikdə yaşamağa davam edir; Amarnath indi Baş Vəkil Mehta ilə işləyən Vəkildir və Malaya aşiqdir, lakin onun uşaqlıq dostu olduğunu bilmir; Qopal, Mədrəsdəki Puona həbsxanasında olarkən Heydərabaddakı polis onu dindirmək istəyir.
певу́н перезре́лый побужда́ть подры́ться посноси́ть рути́нно ско́льзкий докла́дчик ку́зница придвига́ть реформацио́нный снедь таруса хахать chocolate-box Hibernian incurvate marine battalion overgrip pincers pop in psychotoxic Yank лесотундровый седалищный