OBSKURANTİZM
OKKULTİZM
OBASTAN VİKİ
Ocaq
Ocaq və ya soba — cihazın içərisində və ya üstündə istilik yaratmaq üçün yanacaq yandıran və ya elektrikdən istifadə edən cihaz.
Ocaq (din)
Pir və ya ocaq — Azərbaycanda dini etiqad və inamla bağlı ibadət və sitayiş yeri. "Pir" sözü Azərbaycan dilinə farscadan (پیر) keçmişdir, "qoca adam" deməkdir. "Ocaq" sözü qədim türk dilindən təkamül etmiş, "od" sözü və "+caq" şəkilçisindən əmələ gəlmişdir. Pirlər Azərbaycanda paqanizm dövründən məlumdur. İnsanlar möcüzə gücünə malik olduğu inanılan ağac (dağdağan, qarağac və s.), dağ, böyük daş, müqəddəs din xadimlərinin, təriqət başçılarının qəbir və türbələrini pir hesab etmişdilər. Qəbilə, icma və ailə ilə bağlı olan bu məfhum əslində qədim etiqadların, yəni əcdadlara sitayişin qalığı kimi təzahür etmişdir. Pirlər sonsuzluq, şikəstlik, ruhi və cismani xəstəliklər kimi naçar dərdlərə imdad diləyənlərin və qəlbində niyyət tutanların nəzir-niyaz, ibadət və "müalicə" yeri olmuşdur. Pirlərə nəzir verilirdi. Din xadimlərinin insanları aldadaraq pirləri qazanc mənbəyinə çevirməsi Azərbaycanın qabaqcıl ziyalılarının kəskin tənqidinə səbəb olmuşdur. 1920-ci ildə Bakı əməliyyatı ilə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra dövlət tərəfindən pirlərə qarşı kampaniya başladılmışdı.
Ocaq (ələvilik)
Ocaq (türk. Alevi Ocakları; kürd. Ocaxên elewî) — əsasən ələvilikdə, həmçinin bəktaşilikdə imam məqamında oturan dədələrin soyunu ifadə edən termin, dədəlik anlayışı strukturuna görə nəslə tabe olan qurum. Odur ki, ata öləndə oğlu onun yerinə keçir və bu, ələvi ənənəsində ocaq adlanır. Ələvi Ocaqları bir-birinə bağlıdır və aralarında nəsil ağacı tipli bir əlaqə mövcuddur. Nəsil ağacının başında Hacı Bektaş Vəlidir. Hər ocağın nəslindən gələn insanlar var. Ocaqların böyük oğulları olan dədələr kiçik qardaşlarından daha yüksək mövqedədirlər. Bu iyerarxik quruluş "əl-ələ, haqq" zehniyyətinin bir hissəsidir. Türkiyədə elə ocaqlar var ki, onların iyerarxiyası tədqiq olunmadığından qurulmamışdır.
Ocaq iyesi
Kamil Ocaq Stadionu
Kamil Ocaq stadionu — Qaziantepdə olan stadion. "Gaziantepspor"un və "Gaziantep Büyükşehir Belediyespor"un daxili sahə oyunlarını oynadığı stadion 16,981 adam əhatəlidir. İstehsalını dövrün idmandan məsul Dövlət Naziri, Gaziantep Millət vəkili rəhmətlik Kamil Ocaq reallaşdırmışdır. 1974-ci ildə xidmətə açılmışdır. Gecə ışıqlandırması mövcuddur. Qaziantepdə olan tək peşəkar stadiondur.
Ocaq (film, 1987)
Filmdə II Ümumittifaq xalq yaradıcılığı festivalının laureatı, "Gülüstan" Folklor Teatrının kollektivi iştirak edir. Ocaq hər bir evin işığı və istiliyi deməkdir – unudulmaz uşaqlıq dövrünün dünyasıdır, bayram sevincidir. Bu həm də əsrlərin dərinliyinə gedib çıxan xalq mədəniyyət ənənələrinin qoruyucusu və məşəlidir. Filmdə müxtəlif qədim xalq oyunları – maral oyunu, zopu-zopu, duvaqqapma oyunları öz əksini tapmışdır. Yallı ehtiraslı, coşğun rəqsdir. Xalq bayramlarına adətən bu rəqslə yekun vurulur, filmə də o cümlədən. Bu rəqsdə hamı – qocalar da, cavanlar da iştirak edirlər.
Sarı Ocaq (Çaldıran)
Sarı Ocaq (fars. ساري اجاق‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 418 nəfər yaşayır (83 ailə).
Ocaq başı (film, 1990)
Film xanəndə Hacıbaba Hüseynovun yaradıcılığından bəhs edir.
Qışlaq-i Ocaq-i Yek (Pərsabad)
Qışlaq-i Ocaq-i Yek (fars. قشلاق اجاق 1‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 99 nəfər yaşayır (25 ailə).
Sari ocaq
Sarı Ocaq — İranın Şimali Xorasan ostanının kəndlərindən biri. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, kəndinin əhalisi 800 nəfər və 100 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Xorasan türklərindən ibarətdir.
Topa ocaq
Topa ocaq-Ağcabədi rayonunun Kürdlər kəndindən 500 metr aralıda, Qarqar çayının sağ sahilində qeydə alınan maraqlı toponimlərdən biridir. Ağcabədi rayonunun Kürdlər kəndindən 500 metr aralıda, Qarqar çayının sağ sahilində qeydə alınan maraqlı toponimlərdən biridir.Bu sahə çökək yerdə 6 ağacdan ibarət olduğu üçün el arasında ona Topa ocaq deyilir. Bu ocağın yaranma tarixi çox-çox qədimdir.Qocaların dediklərinə görə,keçmiş zamanlarda bu ocağın yaxınlığında qoca bir kişi qoyun otarırmış.Qocanın nəvəsi gündüz radələrində ona yemək gətirir. Qoca arxası ağaclara tərəf oturub çörək yeyirmiş.Birdən qız əlini ağaclara tərəf uzadıb deyirː Baba, ora bax. Qoca dönüb ağaclara tərəf baxır. Ancaq heç nə görmür. Ona görə nəvəsindən soruşurː Nə olub, nədir ki.Qız dinməzcə barmağını ağaclara tərəf uzadır. Qoca sualını təkrar etdikdə qız deyirː Baba orada dayanan boz atlını görmürsənmi.Deyilənə görə qızın gözünə görünən Xızır Peyğəmbər imiş.Elə bu səbəbdən də o zamandan həmin yer müqəddəs hesab olunur. Bu ağacların altında vaxtilə bir bulaq axırmış. Buradan keçən köç arvadlarından biri həmin bulaqda oğurluq qoyunun qarnını yuduğu üçün müqəddəs olan bu bulaq quruyur.
Ocaq iyəsi
Doğma ocaq (film, 2012)
Doğma ocaq — Azərbaycanlı rejissor Rodion İsmailovun filmi. == Məzmun == Xalqımızın qədim adət-ənənələrini özündə əks etdirən "Doğma ocaq" filmi Azərbaycan və Rusiya mədəniyyətlərinin yaxınlığını qabarıq şəkildə nümayiş etdirir. Filmin qəhrəmanı Lolitanın anası rus, atası azərbaycanlıdır. 10 yaşlı Lolita atasının valideynləri, doğmaları ilə tanış olmaq üçün ilk dəfə Azərbaycana gəlir. Burada gördükləri, doğmalarının münasibəti, adət-ənənələr, gözəl təbiət onun xatirəsində unudulmaz izlər buraxır. == Haqqında == Film Azərbaycanın "Sinema evi" və Rusiyanın "DS film" studiyalarının müştərək istehsalıdır. Film Azərbaycanın Mədəniyyət və Turizm və Rusiyanın Mədəniyyət nazirliklərinin maliyyə dəstəyi ilə Tovuz rayonunun Köhnəqala kəndində çəkilib. == Festivallar, mükafatlar == "Ən yaxşı antropoloji film" mükafatı — 2013. Yekaterinburq. VIII Rusiya antropoloji filmlər festivalı "Ən yaxşı sənədli film" mükafatı — 2013.
Ocaqabad (Çaldıran)
Ocaqabad (fars. اجاق اباد‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 28 nəfər yaşayır (9 ailə).
Ocaqalazar (Germi)
Ocaqalazar (fars. اوجاق الازار‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 194 nəfər yaşayır (43 ailə).
Ocaqkəndi (Bəstamlı dehistanı)
Ocaqkəndi (fars. اجاق كندي‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 513 nəfər yaşayır (101 ailə).
Ocaqkəndi (Dizmar-i Şərqi dehistanı)
Ocaqkəndi (fars. اجاق كندي‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 25 nəfər yaşayır (9 ailə).
Ocaqkəndi (Həştrud)
Ocaqkəndi (fars. اجاق كندي‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 91 nəfər yaşayır (22 ailə).
Ocaqlar
Ocaqlar (fars. میمونک‎) iranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. 2016-cu ilin məlumatına görə kənddə 34 nəfər yaşayır (12 ailə).
Ocaqların siyahısı
Bu Ocaqların (ocaqların) siyahısıdır. Soba Ocaq Çox yanacaqlı ocaq Daşınan ocaq Göbək ocaqı Primus ocaqı Range Qırmızı Xaç ocaqı – mətbəx və ya salon ocaqı əsasən 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində Şimali Amerika evlərinin bişirilməsi və qızdırılması üçün istifadə olunur.
Ocaqlı
Ocaqlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Ocaqlı oyk. Cəlilabad r-nunun Qarazəncir i.ə.v.-də kənd. Düzənlikdədir. əsl adının Ocaqqulu olduğu söylənilir. Keçmiş adı Panovand olmuşdur. Yaşayış məntəqəsi pirembel tayfasının üçüncü qolunun məskunlaşması nəticəsində yaranmışdır. XIX əsrin ortalarında 64 ailədən ibarət olan panavandlıdar Muğanda köçəri həyat sürürdülər, Panavandlılann bəş tirəsi vardır. Qışlaqlar həmin tirələrin (Hacıtağı, Sadi, Ocaqqulu, Hacı Mustafa və Fərzulla) adı ilə adlanmışdı. Yaşayış məntəqəsi 1887-ci ildə 40 ailədən ibarət ocaqlar (ocaqqulıı) nəslinin Ocaqlı qışlaq, yaxud Ocaqqulu qışlaq adlı yerda məskunlaşması nəticəsində yaranmış və həmin nəslin adı ilə adlandırılmışdır.
Ocaqlı dazlıq
Ocaqlı dazlıq və ya ocaqlı alopesiya — skalp adlanan saçlı dərinin avtoimmun xəstəliyi. Skalpda ocaqlı formada, tala-tala saç tökülməsinə bağlı yaranan təkrarlayan xroniki saç xəstəliyidir. Elmi adı aloepcia areata olan bu xəstəlik sadəcə başın saçlı hissəsində deyil, bədənin başqa nahiyyələrində də tük tökülməsinə səbəb olur. Xəstəliyin yaranmasında avtoimmun mexanizmlər dayanır. Yəni, xəstənin immun hüceyrələrinin tük follikulalarına hücum etməsi nəticəsində yaranan iltihabi reaksiya tük soğanaqlarının zədələnməsinə gətirib çıxarır. Nəticədə ocaqlı saç tökülməsi yaranır. Ocaqlı alopesiya saçlı dəridə tala-tala saç tökülməsi ilə başlayır. Xəstəlik proqressivləşərək total alopesiya yarada bilər. Total dazlıq və ya total alopecia zamanı başın bütün saçları tökülür. Xəstəliyin ən ağır formasında bədənin bütün nahiyyələrində tük tökülməsi yaranır.
Ocaqqulu
Ocaqqulu - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Düzkənd (Axuryan) rayonunda kənd. Rayon mərkəzindən 7 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tabeliyində olmuşdur. Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Arapi qoyulmuşdur. Burada 1897-ci ildə 6 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində azərbaycanlılar deportasiya olunmuşdur.
Ocaqqulu ağa Yağləvəndli-Cavanşir
Ocaqqulu ağa Yağləvəndli-Cavanşir (1687-?) — Qarabağ bəyi, Səfəvilər və xanlıq dönəmində oba, atlı dəstənin yüzbaşısı. Ocaqqulu ağa Lətifxan ağa oğlu 1687-ci ildə Cavanşir elinin Yağləvənd oymağında doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Təbriz şəhərində mədrəsədə təhsilini davam etdirmişdi. Obalarının yüzbaşısı olmuşdu. Öncə Osmanlı ordusunda qulluq etmiş, sonra ordudan qaçıb Nadirqulu xan Qırxlı-Avşarın dəstəsinə qoşulmuşdu. Nadirqulu xan özünü şah elan edəndən sonra onun ordusunda qorçular yüzbaşısı olmuşdu. Şahın ordusunda üsyançıların yatırılmasında fəal iştirak etmişdi. Ocaqqulu ağanın ailəsı Xorasana, Sərəxsə sürgün olunmuşdu. Onun qohum-əqrabası Nadir şahın qətlindən sonra Qarabağa qayıtmışdı.
Ocaqqulukəndi (Meşkinşəhr)
Ocaqqulukəndi (fars. اوجاق قلي كندي‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 23 nəfər yaşayır (5 ailə).
Ocaqqışlaq-i Xoruzlu (Biləsuvar)
Ocaqqışlaq-i Xoruzlu (fars. اجاق قشلاق خروسلو‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 188 nəfər yaşayır (45 ailə).
Ocaqqışlağı (Meşkinşəhr)
Ocaqqışlağı (fars. اجاق قشلاقي‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 49 nəfər yaşayır (11 ailə).
Ocaqtəpə yaşayış yeri
Ocaqtəpə yaşayış yeri — Babək rayonunun Xalxal kəndi yaxınlığında, Naxçıvançayın sol sahilində Orta əsrlərə aid yaşayış yeri. 1971-ci ildə qeydə alınmışdır. Uzunsov formalı hündür təpədən ibarətdir. Sahəsi təqribən 20 ha. Yaşayış yerinin üst hissəsində daşdan əmək alətlərinin, şirli və şirsiz qabların fraqmentlərinə rast gəlinmişdir. Arxeoloji tədqiqatlar erkən orta əsr laylarını göstərsə də, əldə olunmuş tapıntılar son dövrlərə aiddir. Mədəni təbəqənin qalınlığı 5 m-dəkdir. Daş bünövrə üzrəində çiy kərpicdən hörülmüş tikili qalıqları, bişmiş kərpic, xeyli şirli və şirsiz gil qab məmulatı (kasa, cam, küpə, çıraq və s.) qalıqları və s. arxeoloji materiallar aşkara çıxarılmışdır. Tapıntılar Naxçıvan Dövlət Tarix Muzeyində saxlanılır.
Rasim Ocaqov
Ocaqov Rasim Mirqasım oğlu (22 noyabr 1933, Nuxa – 11 iyul 2006, Bakı) — Azərbaycan kinorejissoru, kinooperatoru, ssenaristi, Azərbaycanın xalq artisti (1982), Azərbaycan SSR (1967) və Çeçen-İnquş MSSR (1964) əməkdar incəsənət xadimi, SSRİ Dövlət mükafatı laureatı (1981), Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1980). Rasim Ocaqov 1933-cü il noyabr ayının 22-də Azərbaycanın Şəki şəhərində anadan olub. 1951-1956-cı illərdə Moskvada ÜDKİ-nin kinooperatorluq fakültəsində təhsil alıb. Daha sonra M.A.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirib. 1956-cı ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator, 1973-cü ildən quruluşçu rejissor işləyib. 50-ci illərin sonlarında Bakı kinostudiyasında ilk çəkilişlərinə başlayıb. 1957-ci ildə ilk dəfə operator kimi "Bir məhəlləli iki oğlan" filmini lentə alıb. Filmdə baş operator Marqarita Pilixina olub. "Onun böyük ürəyi" (1958) filmi R. Ocaqovun ilk sərbəst işi idi. Film Sumqayıt metallurqlarının həyatına həsr olunmuşdu.

Digər lüğətlərdə