ODUN

is.
1. Yandırmaq üçün kəsilmiş və doğranmış ağac parçası; ağac yanacağı. Yaş odun. Doğranmış odun.
– Odunlar alışıb çıtırtı ilə yanmağa başlayanda bir neçə addımlıq yer işıqlandı. M.Hüseyn.
Qərənfil xala quru odunlardan sobaya doldurdu. Ə.Vəliyev.

2. məc. Hissiz, hissiyyatını itirmiş, keyləşmiş, hərəkətsiz adam haqqında.
// məc. Qaba, kobud, qalınqafa adam haqqında.

Etimologiya

  • ODUN Kökü od kəlməsidir. Odun yalnız yandırmaq (od) üçün hazırlanmış ağaca deyilir. Tikinti materialı və s
ODSÖNDÜRƏN
ODUNCAQ

Digər lüğətlərdə