oğuzlar
oha 2021
OBASTAN VİKİ
Oh Seong-Og
Oh Son-O (d. 10 sentyabr 1972) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Oh Son-O Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı. Daha sonra Oh Son-O Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Oh Son-O Cənubi Koreya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 22:20 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Sidney Olimpiadasını 4-cü yerdə başa vurdu. Daha sonra Oh Son-O Cənubi Koreya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 38:36 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Afina Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Oh Son-O
Oh Son-O (d. 10 sentyabr 1972) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Oh Son-O Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı. Daha sonra Oh Son-O Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Oh Son-O Cənubi Koreya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 22:20 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Sidney Olimpiadasını 4-cü yerdə başa vurdu. Daha sonra Oh Son-O Cənubi Koreya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 38:36 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Afina Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Oh Yon-Ran
Oh Yon-Ran (d. 6 sentyabr 1972) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Oh Yon-Ran Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Oh Yon-Ran Cənubi Koreya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 22:20 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Sidney Olimpiadasını 4-cü yerdə başa vurdu. Oh Yon-Ran Cənubi Koreya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 38:36 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Afina Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Oh Yon-Ran Cənubi Koreya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Macarıstan yığmasını 28:33 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Arctostaphylos ohloneana
Arctostaphylos ohloneana (lat. Arctostaphylos ohloneana) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin ayıqulağı cinsinə aid bitki növü.
Armen Ohanyan
Armen Ohanyan (erm. Արմեն Օհանյան), doğum adı Sofiya Pirbudağyan (erm. Սոֆյա Էմանուելի Փիրբուդաղյան, 1887, Şamaxı – 1976, Mexiko) — erməni əsilli rəqqasə, aktrisa, tərcüməçi və yazıçı. XIX əsrdə Şamaxıda və ətraf ərazilərdə fəaliyyət göstərmiş rəqqasə qrupu Şamaxı rəqqasələrindən biri olan Ohanyan 1918-ci ildə Fransada bununla bağlı kitab da yazmışdır. == Həyatı == Armen Ohanyan 1887-ci ildə Rusiya imperiyasının Bakı quberniyasına bağlı Şamaxı şəhərində, orta təbəqədən olan erməni ailəsində anadan olmuşdur. 1902-ci ildə Şamaxı zəlzələsinin baş verməsi nəticəsində evini tamamilə itirən Ohanyanlar ailəsi Bakı şəhərinə köçür və Armen buradakı rus məktəbində təhsil almağa başlayır. 1905-ci ildə təhsil aldığı məktəbdən məzun olarkən Bakıda Erməni-azərbaycanlı qırğınları baş verir və nəticədə rəqqasənin atası Emanuel öldürülür. 1906-cı ildə Bakıda iran ermənisi olan həkim Hayk Ter-Ohanyanla evlənsə də, həmin evlilik cəmisi bir il davam etmişdir. Həmin il Bakı Erməni Mədəniyyət Birliyinin teatr qrupunda Sofiya Ter-Ohanyan adı ilə fəaliyyətə başlamışdır. 1908-ci ildə Moskvaya köçmüş və ilk rəqslərini Meli Teatrında ifa edərkən paralel olaraq Nelidova məktəbində də plastik sənət nümunələrini öyrənməyə başlamışdır.
Beatris Ohanessyan
Beatris Ohanessyan (15 mart 1927, Bağdad – 17 iyul 2008) ― iraqlı-erməni pianoçusu. O, İraqın ilk konsert pianoçusu və ilk qadın bəstəkarıdır. == Həyatı == === Əvvəlki həyatı və təhsili === Ohanessyan 1927-ci ildə Bağdadda imkanlı erməni ailəsində anadan olub. İranda anadan olan atası bir müddət Hindistanda britaniyalılarla işləyəndən sonra Bağdada köçdü. Hər iki valideyni onu musiqi öyrənməyə təşviq etmişdir. Ohanessyan İncəsənət İnstitutuna qəbul alaraq orada fortepiano ixtisası üzrə məzun oldu. Təhsil müəssəsini bitirdikdən sonra Rumıniya fortepiano professoru Jülyen Hertsin köməkçisi vəzifəsini icra edirdi. İraq hökumət təqaüdü ona Londonda Kral Musiqi Akademiyasında professor Maks Pirani ilə təhsilini davam etdirməyə imkan verdi. Dörd il sonra akademiyanın fortepiano ifaçılığı və pedaqogika üzrə lisenziyası ilə yanaşı mahnı oxuma üzrə ikinci ixtisas dərəcəsi aldı. Daha sonra o, Nyu-York şəhərində yerləşən Culyard musiqi məktəbinə qatılmaq üçün Fulbrayt təqaüdünü qazandı və oradaki təhsilini Karnegi Holda debüt çıxışı ilə sona çatdırdı.
Epipactis helleborine subsp. ohwii
Epipactis helleborine (lat. Epipactis helleborine) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin mürgəkotu cinsinə aid bitki növü. == Sinonimləri == Amesia consimilis (D.Don) A.Nelson & J.F.Macbr. Amesia discolor (Kraenzl.) Hu Amesia latifolia (L.) A.Nelson & J.F.Macbr. Amesia latifolia f. monotropoides Mousley Amesia latifolia f. variegata Mousley Amesia longibracteata Schweinf. Amesia monticola (Schltr.) Hu Amesia pycnostachys (K.Koch) A.Nelson & J.F.Macbr. Amesia squamellosa (Schltr.) Hu Amesia squamellosa (Schltr.) C. Schweinf. Amesia tenii (Schltr.) Hu Amesia yunnanensis (Schltr.) Hu Calliphyllon latifolium (L.) Bubani Cymbidium latifolium (L.) Sw.
Epipactis ohwii
Epipactis helleborine (lat. Epipactis helleborine) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin mürgəkotu cinsinə aid bitki növü. == Sinonimləri == Amesia consimilis (D.Don) A.Nelson & J.F.Macbr. Amesia discolor (Kraenzl.) Hu Amesia latifolia (L.) A.Nelson & J.F.Macbr. Amesia latifolia f. monotropoides Mousley Amesia latifolia f. variegata Mousley Amesia longibracteata Schweinf. Amesia monticola (Schltr.) Hu Amesia pycnostachys (K.Koch) A.Nelson & J.F.Macbr. Amesia squamellosa (Schltr.) Hu Amesia squamellosa (Schltr.) C. Schweinf. Amesia tenii (Schltr.) Hu Amesia yunnanensis (Schltr.) Hu Calliphyllon latifolium (L.) Bubani Cymbidium latifolium (L.) Sw.
Finau Lino Ohuafi
Hans von Ohain
Hans Joachim Pabst von Ohain (14 dekabr 1911, Dessau – 13 mart 1998, Melburn, Florida) reaktiv mühərrikin ilk ixtiraçılarından biri olmuşdur. İki mühəndis, Böyük Britaniyada yaşayan Frank Whittle və Almaniyada yaşayan Hans von Ohain, 1930-cu illərin sonlarına doğru ayrı-ayrı bu reaktiv mühərrik fikirlərini meydana gətirmişdirlər, buna baxmayaraq ilk turbojet Frank Whittlea aiddir, Ohain ilk müstəqil reaktiv mühərrik yaratmışdır və reaktiv təyyarənin güc təminatını təmin etmiş ilk şəxsdir. Buna baxmayaraq, heç bir layihəsi həyata keçməmişdir, Almaniyada reaktiv mühərriklərin inkişaf etdirilməsi üçün gördüyü işlər əvəzedilməzdir. İkinci dünya müharibəsindən sonra reaktiv mühərriklərin yaradılması sahəsində işləyən Frank Whittle ilə tanış olmuş və işlərinə birgə davam etmişdirlər.
Kenzo Ohaşi
Kenzo Ohaşi (d. 21 aprel 1934) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Ketrin Ohara
Ketrin Enn Ohara (ing. Catherine Anne O'Hara; 4 mart 1954, Toronto) — amerikalı aktrisa və müğənni. Əsasən Second City Telezision, After Hours, Beetlejuice, Home Alone və The Nightmare Before Christmas kimi filmlərlə tanınır. Ketrin Emmi mükafatının sahibidir. == Həyatı == Ketrin Ohara 4 mart 1954-cü ildə Kanadanın Ontario əyalətinin Toronto şəhərində andan olmuşdur. Həm ABŞ həm də Kanada vətəndaşıdır. Aktrisa Burnhamthorpe Collegiate universitetindən məzun olmuşdur. 1992-ci ildə Bo Uelklə evlənmişdir. İki uşaqları var.
Kolumbus (Ohayo)
Kolumbus (ing. Columbus) — ABŞ-nin Ohayo ştatının paytaxtı və ən iri şəhəri.Kolumbus ABŞ-nin 16-cı ən iri şəhəridir.
Mariya Ohisalo
Mariya Ohisalo (8 mart 1985, Helsinki) — finlandiyalı dövlət və siyasi xadim, "Yaşıl İttifaq" Partiyasının sədri, Finlandiya Parlamentinin deputatı və Finlandiyanın daxili işlər naziri. == Həyatı == Mariya Ohisalo 1985-ci il martın 8-də Helsinki şəhərində anadan olub. Onun atası alcohol audəçisi idi. Buna görə də o və anası bir il sığınacağda yaşayıblar. Daha sonra onun valideynləri boşandı, anası isə yenidən evləndi. 2004-cü ildə orta təhsilini başa vuran Mariya Ohisalo, universitetə daxil olub. O, 2004–2009-cu illərdə Helsinki Universitetində sosial elmlər üzrə ali, 2009–2011-ci illərdə Helsinki Universitetində sosial elmlər üzrə magistr dərəcəsi alıb. 2017-ci ildə isə Mariya Ohisalo Şərqi Finlandiya Universitetində sosiologiya üzrə Ph.D dərəcəsi alıb. == Siyasi fəaliyyəti == Mariya Ohisalo 2008-ci ildə "Yaşıl İttifaq" Partiyasının sıralarında üzv seçildi. 2015-ci ilin iyununda isə o, partiyanın sədr müavini seçildi.
OHSAS
Təşkilatın peşə təhlükəsizliyi menecment sisteminin əsas məqsədi etibarlı və təhlükəsiz iş mühiti yaratmaq, qəzalardan yayınmaq və yüksək səviyyəli iş təhlükəsizliyini təmin etməkdir. Peşə təhlükəsizliyi üçün ən mühüm prinsip və tələblər sağlamlıq və təhlükəsizliklə bağlı qanunvericilikdə öz əksini tapmış məcburi tələblərdən ibarətdir. OHSAS 18001 standartı sağlamlıq və təhlükəsizlik menecment sisteminin inkişafı üçün səmərəli menecment təcrübəsini təqdim edir. O bütün işçilər və biznes fəaliyyətinin birbaşa təsirinə məruz qalmış başqa şəxslər üçün yüksək səviyyəli peşə təhlükəsizliyini təmin edən bir mexanizmdir. == OHSAS 18001-ın məqsədi == Bu standart təşkilat üçün gündəlik fəaliyyətlərdən və ya fəlakət şəraitindən doğa bilən yüksək risk faktorlarını nəzarətdə saxlamaq və idarə etmək üsullarını nümayiş etdirir. OHSAS 18001 kimə lazımdır? Bu standartlar silsiləsi təşkilat üçün beynəlxalq miqyasda tanınmış OHSAS 18001 stadartının prinsiplərinə uyğun olaraq menecment sistemini həyata keçirmək və sertifikat əldə etmək imkanı verir. Bu standartı həyata keçirməklə təşkilat nümayiş etdirir ki, o işçilər və fəaliyyətləri ilə əlaqədar olaraq peşə sağlamlığı təhlükəsinə məruz qala biləcək digər tərəflər üçün risklərin aradan qaldırılması və ya ən azından minimuma endirilməsi məqsədilə peşə sağlamlığı və təhlükəsizliyi menecment sistemini təşkil etmək arzusundadır == OHSAS 18001-ın prinsipləri == Əməyin təhlükəsizliyi və peşə sağlamlığı menecment sistemi Deminq davamlı təkmilləşmə dairəsinə əsaslanır - Planlaşdır, Yerinə yetir, Yoxla və Hərəkət et, bunlar isə öz növbəsində növbəti dörd fəaliyyət istiqamətini özündə birləşdirir: - Əməyin təhlükəsizliyi və peşə sağlamlığı siyasəti - Planlaşdırma, tətbiq və hərəkət - Nəzarət, qiymətləndirmə və korrektiv hərəkətlər - Menecment icmalı == Faydalar == OHSAS 18001 sertifikatı təşkilatınızın işçilərinizin sağlamlığı və təhlükəsizliyi barədə düşündüyünüzü və bü sahədə maraqlı olduğunuzu nümayiş etdirir. Təşkilatınızın əməyin təhlükəsizliyi və peşə sağlamlığı kimi məsələlərdə marağı olduğunu nümayiş etdirmək sizin müvəffəqiyyətinizə müsbət təsir göstərərək aşağıdakı faydaları verəcək: - Sizin təhlükəsizlik mədəniyyətinizi inkişaf etdirəcək dəqiq məqsədlərin müəyyənləşdirilməsi, təşkilat daxilində məsuliyyətlərin bölüşdürülməsi yolu ilə təhlükələrə nəzarəti təmin edərək risklərin azaldılması - Əməliyyatların effektivliyinin artırılması və nəticə olaraq bədbəxt hadisələrin və istehsalatda vaxt itkisinin azaldılması - Əməyin təhlükəsizliyi sahəsində qanun tələblərinin yerinə yetirilməsi - Qanun pozuntuları ilə əlaqədar cərimələrin verilməsi ehtimalının və sonradan aradan qaldırma kimi reaktiv menecment strategiyası ilə əlaqədar xərclərin azalması - İş yerlərinin təhlükəsizliyinin/keyfiyyətinin yaxşılaşdırılması, işçilərin əxlaqının və təşkilatın dəyərlərinə bağlılığının artması - Sığorta risklərini azaldılması - Korporasiyanızın imicinin inkişaf etdirilməsi == OHSAS–ın İSO 9000 və İSO 14000 əlaqəsi == OHSAS standartı konseptual olaraq İSO 9000 və İSO 14000 standartları ilə oxşardır və eyni tərəfdən qaynaqlanır. Bu da öz növbəsində adı çəkilən standartların uzlaşmasına zəmin yaradır.
Oha deyirəm (film, 2017)
Oha deyirəm, (türk. Oha Diyorum) Ərsan Özərin rejissoru və ssenaristi olduğu, 2017-ci il Türkiyə istehsalı komediya filmi. Filmin aktyorları həmdə YouTubedə var olan "Oha deyirəm" kanalının qrupudur. == Məzmun == Filmdə Fıratın maşını və qızının şəkilləri olduğu sərt disk oğurlanır. Alpər, Fırat və Məlihdə onlara lazım olan sərt diski qurtarmağa çalışırlar.
Ohanyan xətti
Ohanyan xətti və ya Ohanyan səddi — 1994–2020-ci illərdə, Ermənistanın keçmiş hərb naziri olmuş Seyran Ohanyannın bir başa rəhbərliyi altında qurulan və sonrakı dövrlərdə belə güçləndirilən müdafiə qurğuları sistemi. Azərbaycan ilə Ermənistan arasındakı Qarabağdakı təmas xətti eyni ilə Ohanyan xətti ilə üst-üstə düşürdü. Onun uzunluğu 180 kilometrdən (110 mil) 200 kilometrə (120 mil) qədər idi. Murovdağ dağ silsiləsi təmas xəttinin şimal hissəsi sayılır və mahiyyət etibarilə iki qüvvə arasında təbii sərhəd rolunu oynayırdı. Şərq istiqamət isə Ohanyan xəttinin əsasən seqmentini təşkil edirdi. Bu istiqamətin möhkəmləndirilməsininə yaranan ehtiyac isə təbii sərhədlərin olmaması, şərqə doğru yüksəkliklərin alçalması idi. == Qurulmasının məqsədi == Ohanyan xətti bir neçə məqsədi yerinə yetirmək üçün inşa edilmişdir: Ola biləcək hücumun qarşısını almaq və müdafiə tədbirlərinə başlamaq üçün. Əks hücum üçün strateji bir dayaq olaraq istifadə olunması. Xəttin əsasən strateji yüksəkliklərdən keçməsi Azərbaycanın müdafiəsinin daxili hissələrinin belə rahatlıqla nəzarətdə saxlanılması. Yeraltı bunkerlərlə təchiz olunan və alınması üçün azı 10 minlərə itki verdirmə imkanına sahib olası.Ermənistan Ohanyan xəttini möhkəmləndirməklə Azərbaycanın əsas zərbə istiqamətini müəyyən etməyə və ona ilk həmlədəcə maksimum zərər yetirməyə çalışırdı.
Ohayo
Ohayo (ing. Ohio) — Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Kolumbus şəhəridir. hio (İngilis tələffüzü: /oʊˈhaɪ.oʊ/ (dinlə)), Vaşinqtonla birlikdə Amerika Birləşmiş Ştatlarını təşkil edən əlli əyalətdən biridir. Paytaxtı və ən çox əhalisi olan şəhər Columbusdur. Ölkənin Midwest bölgəsində, şimal -qərbdə Michigan ilə, şimalda Erie gölü ilə, şərqdə Pennsylvania ilə, cənubda Qərbi Virciniyadan ayıran Ohio çayı ilə həmsərhəd olan Mərkəzi Şimal -Şərq bölgəsində yerləşir. cənub -şərqdə) və Kentukki (cənub -qərbdə) və qərbdə Indiana ilə. 2019 -cu ildə 11 689 100 əhalisi olan Kaliforniya, Texas, New York, Florida, İllinoys və Pensilvaniya ardınca ən çox əhalisi olan yeddinci əyalətdir və 99.37 əhalisi / km² ilə Pennsylvania, Florida, New York, Delaware, Maryland, Massachusetts, Connecticut, Rhode Island və New Jersey. 1 Mart 1803 -cü ildə Birliyə 17 -ci dövlət olaraq qəbul edildi. == İqtisadiyyatı == Ohayo, ölkənin aparıcı sənaye mərkəzlərindən biridir.3 Sənayeyə əlavə olaraq, digər əsas gəlir mənbələri maliyyə, kömür mədəni (Ohayonun ölkənin aparıcı sənaye güclərindən biri olmasına kömək etdi), kənd təsərrüfatı və turizmdir.
Ohayo ştatı
Ohayo (ing. Ohio) — Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Kolumbus şəhəridir. hio (İngilis tələffüzü: /oʊˈhaɪ.oʊ/ (dinlə)), Vaşinqtonla birlikdə Amerika Birləşmiş Ştatlarını təşkil edən əlli əyalətdən biridir. Paytaxtı və ən çox əhalisi olan şəhər Columbusdur. Ölkənin Midwest bölgəsində, şimal -qərbdə Michigan ilə, şimalda Erie gölü ilə, şərqdə Pennsylvania ilə, cənubda Qərbi Virciniyadan ayıran Ohio çayı ilə həmsərhəd olan Mərkəzi Şimal -Şərq bölgəsində yerləşir. cənub -şərqdə) və Kentukki (cənub -qərbdə) və qərbdə Indiana ilə. 2019 -cu ildə 11 689 100 əhalisi olan Kaliforniya, Texas, New York, Florida, İllinoys və Pensilvaniya ardınca ən çox əhalisi olan yeddinci əyalətdir və 99.37 əhalisi / km² ilə Pennsylvania, Florida, New York, Delaware, Maryland, Massachusetts, Connecticut, Rhode Island və New Jersey. 1 Mart 1803 -cü ildə Birliyə 17 -ci dövlət olaraq qəbul edildi. == İqtisadiyyatı == Ohayo, ölkənin aparıcı sənaye mərkəzlərindən biridir.3 Sənayeyə əlavə olaraq, digər əsas gəlir mənbələri maliyyə, kömür mədəni (Ohayonun ölkənin aparıcı sənaye güclərindən biri olmasına kömək etdi), kənd təsərrüfatı və turizmdir.
Ohid
Ohid (xorv. Óhíd) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Ohre çayı
Ohre çayı- 316 km uzunluğunda Elba çayının sol qolu. Çayın uzunluğu Almaniyada 65 km, Çexiyada 251 km-dir. Çayın sutoplayıcı sahəsi Almaniyada 6,255 km2-dir ki, onun da 5,614 km2-i Çexiyada, 641 km2-i isə Almaniyada yerləşir. Ohre çayı Çexiyanın üçüncü böyük çaydır. Almaniya və Çexiyanın bir neçə rayonu Eger/Ohre/Cheb bölgəsində əməkdaşlığı inkişaf etdirmək üçün Euregio Egrensis adlı Euroregion təşəbbüsünü təşkil etmişdir. == Həmçinin bax == Elba çayı Vltava çayı Mulde çayı == Mənbə == Friedrich Umlauft: Geographisches Namenbuch von Österreich-ungarn: Eine Erklärung von Länder-, Völker, Gau-, Fluss und Ortsnamen, A. Hölder, 1886.
Ohrid
Oxrid (mak. Охрид, translit. Oxrid, alb. Ohri/Ohër, yun. Αχρίδα, translit. Axrida) — Şimali Makedoniya Respublikasının Oxrid bələdiyyəsində şəhər. Bu şəhər Oxrid gölü sahilindəki ən böyük şəhər olmaqla yanaşı, 2002-ci ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərdə 42.000-dən çox nəfər yaşayır. Bu isə Oxridi ölkəni səkkizinci ən böyük şəhəri edir. Oxrid ilin hər bir gününə bir kilsənin olduğu yer kimi məşhur olub və "Balkanların Qüdsü" kimi adlandırılıb. Şəhər mənzərəli evləri və abidələri ilə zəngin olduğuna görə turizm şəhərdə üstünlük təşkil edir.
Ohrili Hüseyn Paşa
Ohrili Hüseyn Paşa (ö. 20 may 1622) — II Osman dönəmində 9 mart 1621 - 17 sentyabr 1621 tarixlərində və 20 may 1622 tarixində bir günlük, ümumilikdə 6 ay 9 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Hal-hazırda Makedoniya ərazisində yerləşən Ohri şəhərində alban əsilli bir ailədə dünyaya gəlmişdir. Bostancılar ocağında təhsil almış və bostancıbaşı olmuşdur. 1617-ci ildə baş tutan İrəvan səfərinə qatılmış və səfər əsnasında yeniçəri ağalığına yüksəldi. Ardından Rumeli bəylərbəyi və qübbə vəziri seçildi. 1621-ci ilin mart ayında vəfat edən sədrəzəm Əli Paşanın yerinə sədarətə gətirildi. II Osmanın Lehistan səfərinə qatıldı və bu səfər əsnasında Qaraqaş Mehmed Paşaya kömək etməmiş və paşanın şəhid olmasına səbəb olmuşdur. Buna görə də vəzifədən alınaraq yerinə Dilavər Paşa sədarətə gətirilmişdir.Sədarətdə ikən II Osmana yeniçəriləri təhrik etməməsi barədə Ohrili Hüseyn Paşanın verdiyi nəsihətlər nəticəsiz qaldı. 19 may 1622 tarixində başlanan üsyanın ilk günü üsyançılar tərəfindən edam olunan sədrəzəm Dilavər Paşanın yerinə sədarətə gətirildi.
Seyran Ohanyan
Seyran Muşeqi Ohanyan (1 iyul 1962, Şuşa, DQMV) — Ermənistanın sabiq müdafiə naziri. Birinci Qarabağ müharibəsinin iştirakçısı, Xocalı soyqırımının təşkilatçılarından biri. İkinci Qarabağ müharibəsində iştirak etmişdir. == Həyatı == Seyran Ohanyan 1 iyul 1962-ci ildə Şuşa şəhərində anadan olub. 1983-cü ildə Bakıdakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib. Qarabağ müharibəsinin əsas simalarından biridir. Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqlarının işğalı və kütləvi qətllərdə, o cümlədən Xocalıda dinc əhaliyə divan tutulmasında fəal iştirak edib və soyqırımın rəhbərlərindən biri olub. Bu səbəblə barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan olunub.1999–2007-ci illərdə qondarma "DQR"in "müdafiə naziri", 2007–2008-ci illərdə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi olub. 2008–2016-cı illərdə Ermənistanın müdafiə naziri olmuşdur.İkinci Qarabağ Müharibəsi zamanı təkrar Azərbaycana qarşı döyüşmək üçün "Qondarma Dağlıq Qarabağ Respublikası"na gəlmişdir. 6 noyabr 2020-ci ildə Azərbaycan Ordusunun həmlələri nəticəsində o və oğlu ağır şəkildə yaralanmışdır.
Thimliç Ohinqa
Thimliç Ohinqa — Şərqi Afrika, Keniyada daş tikililərin xarabalıqları kompleksidir. Keniyadakı Viktoriya gölü ətrafında qurulmuş 521 daş konstruksiyadan ibarət 138 ərazidən biridir. Thimliç Ohinqanın əsas korpusu qalınlığı 1 ilə 3 metr, hündürlüyü 1 ilə 4.2 metr arasında dəyişən divarlara malikdir. Tikililər bloklardan, qayalardan və arası doldurulmadan qoyulmuş daşlardan tikilmişdir. Sıx yığılmış daşlar bir-birini bağlayır. Ərazinin 550 ildən çox yaşı olduğu güman edilir. Ərazi Luo xalqı tərəfindən işğal edilir. Luo dilində Thimliç "qorxulu sıx meşə", Ohinqa isə "böyük qala" deməkdir. == Yaşayış yerləri və memarlıq üslubu == Thimliç Ohinqa bölgəsində Keniyanın müstəmləkə edilməzdən bir müddət əvvəl ərazini müəmmalı şəkildə boşaltan Bantu dilli xalqın yaşadığı düşünülr. Ərazidə tikililərin faktiki qurucuları üzrə geniş tədqiqat aparılmışdır.

Digər lüğətlərdə

венероло́гия десяти́нный иллюстри́ровать криноли́новый малопримеча́тельный пепелови́дно постуча́ть присту́пок телезри́тельница флегмати́чность графи́ческий наводня́ть никогда в жи́зни подверну́ть пута́на раска́тывать си́вый егоза castrati converge innovator tune-smith затворить полуосвещённый упование