okklüziya
oksalat
OBASTAN VİKİ
Okkultizm
Okkultizm — müəmmalar haqqında elm. Gizli məlumatlar mənasını verən okkultizm latın sözü olub "gizləmək", "saxlamaq" mənasını verən occulare sözünün kökündən gələn "okkultus" (gizli) sözündən götürülmüşdür. Ümumilikdə okkultizm keçmişdən bu günə, bu gündən gələcəyə mövcud olmuş, olan və olacaq müəmmaların açıqlanmasında xüsusi bir bilgi mənbəyidir və gələcəkdə daha da zənginləşəcəkdir. Okkultizm özündə bir neçə sirli bilgiləri cəmləmişdir və bu bilgilərin istər qorunub saxlanılmasında, istərsə də açıqlanmasında xüsusi əhəmiyyətli yer tutur. İlkin başlanğıcda qərbdə, Avropada yaranıb formalaşan okkultizm sonradan bütün dünyada məşhurlaşan gizli bilgilər mənbəyi kimi tanınan məlumatlar toplusuna çevrilmişdir. Okkultizmin içinə aldığı məlumatlardan magiya (cadu və cadugərlik), astrologiya (nücum elmi), numerologiya (rəqəmlərin sirri), simvolizm (simvolların sirri), teologiya (ruhi varlıqlar) kimi bilgilər xüsusi yer tutur. Okkultizm bu gün Azərbaycanda yeni tanınmaqdadır. Ancaq bu o demək deyil ki, bu xalqın gizli elmlərdən xəbəri olmamışdır. Əksinə, Azərbaycan xalqının çox dərin keçmişi vardır. Bu böyük ulusun şafağ elmi şərqdə tarixin qaranlığında unudulmaqdaykən qərb alimləri tərəfindən araşdırılaraq müasir dünyamızda qərbdən dəyişmiş halda, haradasa qərb təsirində formalaşıb okkultizm adı ilə bizə qayıdan elmdir.

Значение слова в других словарях

инициати́ва кри́ночка не доро́же отве́дать оторопе́ло прядь радио́ла рекла́мный флогопи́т я́бедливый артиллери́ст гематоксили́н пересы́п пери́од силуэ́т твинде́к этоло́гия стерна триодь awl-shaped glisten Mc-Kinley prepackaged radiated разминировать