okkultizm
oksamit
OBASTAN VİKİ
Oksalat turşusu
Oksalat turşusu (turşəng turşusu) – (etandion turşusu, kimyəvi formulu — C2H2O4 və ya HOOC-COOH) doymuş karboktsilik turşular sinfinə aid güclü kimyəvi üzvi turşudur. Standart şəraitdə oksalat turşusu ağ kristal maddə olan iki əsaslı doymuş karbotksilik turşudur. Oksalat turşusunun duzları və efirləri oksalatlar adlanır. == Tarixi == Oksalat turşusu ilk dəfə 1824-cü ildə alman kimyaçısı Fridrix Völer tərəfindən disiandan sintez edilmişdir. == Təbiətdə tapılması == Təbiətdə turşəng, rhubarb, karambola və bəzi digər bitkilərdə sərbəst formada və kalium və kalsium oksalatları şəklində olur. == Alınması == Sənayedə oksalat turşusu karbohidratların, spirtlərin və qlikolların HNO3 və H2SO4 qarışığı ilə V2O5 iştirakında, və ya etilen və asetilenin HNO3 ilə PdCl2 və ya iştirakı ilə oksidləşməsi, həmçinin propilenin maye NO2 ilə oksidləşməsi ilə alırlar. Turşəng turşusunun alınmasının perspektivli üsulu CO ilə NaOH-dan natrium formaitdan keçməklə alınmasıdır: 2HCOONa=NaOOC-COONa=HOOC-COOH(Oksalat turşusu)2HOOC-COOH+ 2Na= 2HOOC-COONa+H²(turş duz)HOOC-COOH+ 2NaOH= NaOOC-COONa+2H²O(Normal duz)Onun həmçinin aşağı temperaturda turşu mühitində asetilendən alınması da tətbiq olunur: 5C2H2 + 8 KmnO4 + 12H2SO4 → 5 HOOC–COOH + 8MnSO4 + 4K2SO4 + 12H2O == Xassələri == Yanma entalpiyası (ΔH0yanma) −251,8 kJ/mol Dekarboksilləşmə temperaturu 166–180 °C == Tətbiqi == Laboratoriyalarda oksalat turşusu hidrogen xlorid və hidrogen yodid almaq üçün istifadə olunur: Oksalat turşusu həmçinin xlor dioksidin laboratoriya sintezi üçün də istifadə olunur: Oksalat turşusu və oksalatlar toxuculuq və dəri sənayesində mordant kimi istifadə olunur. Onlar metal örtüklərin — alüminium, titan və qalayların çökməsi üçün anod vannalarının komponentləri kimi xidmət edirlər. Oksalat turşusu və oksalatlar analitik və üzvi kimyada istifadə olunan reagentlərdir. Onlar metal üzərində pas və oksid örtüklərini çıxarmaq üçün kompozisiyalara daxildir; məhluldan nadir torpaq elementlərinin çökdürülməsi üçün istifadə olunur.

Digər lüğətlərdə

ба́рий кисломоло́чный макаро́нник ошара́шенно перебе́жка свисто́к айма́к близёхонько бочкота́ра переплыва́ть проби́рование endorser face down flash hider frangipane gone leading strings New Mexico outgoer phial vilayet огораживать распаляться скальд телекамера