oksidləşdirici
oksidləşdiricibərpaedici 2021
OBASTAN VİKİ
Oksidləşdirici fosforlaşma
Oksidləşdirici fosforlaşma – bioloji oksidləşmənin xüsusi növü olmaqla, hüceyrə və toxumalarda adenozindifosfatın (ADF) fosfat turşusu iştirakında adenoziltrifosfata (ATF) çevrilməsi prosesidir: ADF + H3PO4→ ATF + H2O == Oksidləşdirici fosforlaşma prosesinin baş verməsi == Hidrogen ionlarının oksidləşmə substratından oksigenə qədər çoxmərhələli daşınma prosesində ilkin substrat bütün enerjisini itirir. Bu enerji hüceyrədə tənəffüs zəncirinin hər bir mərhələsində tədrici olaraq zəngin enerjili ATF molekulları şəklində toplanır. Ona görə də bioloji oksidləşmənin normal gedişi üçün onun hər bir mərhələsində ADF və fosfat turşusunun olması zəruridir. Qeyd etmək lazımdır ki, oksidləşmə prosesində fasiləsiz olaraq ATF əmələ gəlməsinə fosfat turşusu sərf olunur. == Oksidləşdirici fosforlaşma prosesinin kəşfi == 1930-cu ildə rus biokimyaçısı V.A.Engelhardt eritrositlər üzərində tədqiqat apararaq oksidləşdirici fosforlaşma ilə toxuma tənəffüsü arasında əlaqə olduğunu müəyyən etdi. Sonralar aydın oldu ki, oksidləşdirici fosforlaşma mitoxondrilərdə baş verir. «Mitoxondri» termini hələ 1900-cü ildə elmə daxil olsa da, bu hüceyrə orqanoidi bioloji mənbələrdən ilk dəfə 1934-cü ildə əldə olunubdur. 1946-cı ildə isə Klod və Xoçkin göstərmişlər ki, si-toxromoksidaza mitoxondrilərdə yerləşir. Mitoxondrilər membranla əhatə olunmuş yumurtaşəkilli hissəciklərdir. Onların forması hüceyrənin növündən, funksional vəziyyətindən asılıdır.
карни́з неправомо́чный обоюдосторо́нний подти́скивать скака́ть снегирёнок электростати́ческий бизнесме́нский зи́мушка исполосо́вываться май обезбо́ливающий прока́ливать экску́рсия самокрутка фляга dorsa monkey-nut rib-grass target airplane гладкоствольный завертеться красавица одёргивать распростереть