oksigenləşdirmək
oksigenoterapiya
OBASTAN VİKİ
Neftin oksigenli birləşmələri
Neftin oksigenli birləşmələrinə - turşular, fenollar, ketonlar, efirlər və laktonlar, həmçinin furan və anhidrid birləşmələri aiddir. Neftin fraksiyalarının qaynama temperaturu artdıqca, oksigenli birləşmələrin də miqdarı artır. Neftin oksigenli birləşmələrinin miqdarı onun geoloji yaşı və əlaqədə olduğu süxurun təbiəti ilə sıx surətdə əlaqədardır. neftin oksigenli birləşmələri içərisində turşular və fenollar miqdarca daha çox olur. Bu birləşmələr turşu xassəsinə malik olduqlarına görə istər neftdən və istərsə də neft fraksiyalarından qələvilərin köməyilə ayrıla bilər. Onların ümumi miqdarı adətən turşu ədədi, yəni 1 q neft məhsuluna sərf olunana KOH-ın mq-la miqdarı ilə müəyyən edilir. Bütün oksigenli birləşmələr kimi, turşu xassəli maddələrin miqdarı da neft yatağının dərinliyi və yaşı artdıqca azalır. İndiki dövrə qədər turşu və fenolların analitik ayrılma çətinliyi, neftin tərkibində onların hansı nisbətdə olması haqqında dəqiq məlumat verməyə imkan vermir. Oksigenli birləşmələrdən neft turşuları daha çox öyrənilmişdir. "Neft turşuları" dedikdə, neftin tərkibinə daxil olan bütün alifatik, alitsiklik (naften), aromatik, hibrid quruluşlu turşular nəzərdə tutulur.
Oksigenli üzvi birləşmələr
Oksigenli üzvi birləşmələr - molekulunda Karbon - Hidrogen, Karbon - Oksigen rabitəsi saxlayan birləşməyə deyilir.

Значение слова в других словарях

закопте́лый казнохрани́лище обтряса́ние тантри́стский хво́рая хода́тай цвета́стенький шпале́рник вы́ход запу́танный несча́стная обшива́ние про́чие себялю́б трю́х да трю́х учи́ть юбиле́йный ad initium angina ballot comedian prizetaker pronominalization подшивка чета