oksiturşu
oksonium
OBASTAN VİKİ
Oksiturşular
Oksiturşular - qarışıq funksiyalı birləşmələrdi, spirt turşularıdır. Tərkibində müxtəlif funksiya daşıyan iki və daha çox qrupları olan birləşmələrə qarşıq funksiyalı birləşmələr deyilir. Bunlar misal olaraq oksiturşuları göstərmək olar. == İzahı == Oksiturşuların tərkibində turşu funksiyası daşıyan karboksil və spirt funksiyası daşıyan hidroksil qrupları vardır. Bunların formullarını çıxarmaq üçün turşularda bir hidrogeni hidroksil qrupu ilə əvəz etmək lazımdır. Buna əsaslanaraq, sirkə turşusundan CH3-COOH oksisirkə turşusu HOCH2-COOH, propion turşusundan CH3-CH2-COOH α-oksipropion turşusu CH3-CHOH-COOH və β-oksipropion turşusu CH2OH-CH2-COOH kimi iki turşu almaq olar. Normal yağ turşusundan α, β, γ-oksiyağ turşuları kimi üç izomer almaq olar. Bu oksiturşularda bir karboksil və iki hidroksil olduğu üçün (karboksilin hidroksilini də nəzərə almaq şərtilə) bunlara birəsaslı ikiatomlu oksiturşular deyilir. Birəsaslı ikiatomlu oksiturşuları almaq üçün aşağıdakı üsullardan istifadə edirlər: halogenturşulara əsaslar və ya su ilə təsir edilir; doymamış turşulara su molekulu birləşdirilir; ikiatomlu spirtlər ehtiyatla oksidləşdirilir; xlorhidrinlərə KCN ilə təsir edilir və alınan nitril sabunlaşdırılır; aldehidlərə HCN ilə təsir edilir və alınan oksinitril sabunlaşdırılır; aldehidlərə sink və halogenturşuların esterləri ilə təsir edilir. == Oksiturşuların xassələri == Sadə oksiturşular qatı və ya bərk maddələr olub, suda yaxşı həll olur.
бога́тство гипотони́ческий дипло́м ко́ршуний переколошма́тить по-лангоба́рдски полуша́г расчётчица аи́л матадо́рский пшени́ца ультимати́вный alterative iconographic Nabu nuclear gamma resonance prepack tablespoon trapezohedra дьяконица наглотаться отталкивание радиоспектакль сеять стиральный