OLAN-QALAN

sif. dan. İşlədildikdən, sərf olunduqdan sonra qalan.
[Qurban:] Olanqalan pul da bir otuz manat olardı, toya xərc olundu, getdi. Ə.Haqverdiyev.
Samovarda olan-qalan su axıb qurtardıqdan sonra içindəki od samovarın özünü yandırıb odluğunu çıxarardı. H.Sarabski.

// İs. mənasında. İşlədildikdən, sərf olunduqdan sonra qalan pul, şey və s.
[Oğlan] odur ki, olan-qalanını dəyərdəyməzinə satmağa başladı. S.Rəhman.

OLACAQ
OLAN-OLMAZ

Значение слова в других словарях