olimpiadaqabağı
olimpiya oyunları 2021
OBASTAN VİKİ
Olimpiya
Olimpiya (q.yun. Ολυμπία) — Qədim Yunanıstanda Peloponnes yarımadasında yerləşən şəhər. Müasir dövrə qalıqları gəlib çatıb. Olimpiya şəhərində Yunanıstanın müqəddəs məbədi yerləşirdi və E.ə. 776-cı ildən başlayaraq uzun müddət Olimpiya oyunları keçirilirdi. Burada E.ə. X əsrdən etibarən Zevsin məbədi yerləşirdi. Bu məbəddə dünyanın yeddi möcüzələrindən biri olan Zevsin heykəli də yerləşirdi. Müasir Olimpiya oyunlarının məşəli ənənəyə görə Olimpiyada yandırılır. 1989-cü ildə Olimpiya şəhərinin arxeoloji ərazisi YUNESKO-nun maddi irs siyahısına daxil edilir.
"Olimpiya" ordeni
Olimpiya ordeni — Olimpiya Hərəkatının ən yüksək mükafatıdır və Olimpiya Hərəkatının inkişafında xüsusi xidmətlərə görə təqdim olunur. Bu, Olimpiya Aktının davamı kimi Beynəlxalq Olimpiya Komitəsi tərəfindən 1975-ci ilin may ayında yaradılıb. Olimpiya Ordeni ilkin olaraq, üç dərəcəli (qızıl, gümüş və bürünc) ordendən ibarət idi, ancaq 1984-cü ildən yalnız qızıl və gümüş dərəcələri təqdim edilir. Ənənəvi olaraq, BOK hər bir Olimpiya Oyunlarının bağlanış mərasimində baş təşkilatçını (və ya təşkilatçıları) Olimpiya Ordeni ilə mükafatlandırır. Olimpiya Ordeninin fərq nişanları boyunbağı formasındadır və onun qarşısında Olimpiya Hərəkatının beş halqası zeytun çələnginin yan tərəfləri ilə birləşmiş şəkildə təsvir edilir. Nadya Comneci 2005-ci ilə qədər Olimpiya Ordeni ilə iki dəfə təltif edilmiş (1984, 2004) yeganə idmançı idi. O, həm də bu şərəfə layiq görülmüş ən gənc idmançıdır. Lakin, 2005-ci ildə keçmiş serbiyalı basketbolçu Borislav Stankovi də BOK-un prezidenti Jak Roqqe tərəfindən ikinci dəfə (birinci dəfə 1985) Olimpiya ordeni ilə təltif olunmuşdur. == Qızıl Olimpiya ordeni ilə təltif olunan bəzi şəxslər == Olimpiya ordeni ilə yalnız idmançılar yox, həm də siyasi liderlər, din xadimləri də təltif olunub. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Pan Gi Mun da qızıl Olimpiya ordeni ilə təltif olunmuşdur.
Mister Olimpiya
Mister Olimpiya — Bodibildinq idmanı üzrə ən əhəmiyyətli turnir. Ümumdünya bodibildinq və fitnes federasiyası (IFBB) tərəfindən keçirilir. == Tarixi == Joe Veyder tərəfindən təşkil olunmuş bu turnir ilk dəfə 1965-ci ilin 18 sentyabrında Nyu-Yorkda, Bruklin musiqi akademiyasının binasında keçirilmişdir. Yarşın keçirilməsində məqsəd idmançıların il boyu formada olmasını saxlamaq və maddi baxımdan gəlir əldə edə bilməsi idi. Peşəkar idmançıların qatıldığı bu turnir 1998-ci ildən qaydalara əsasən hər il sentyabr ayında Las-Veqas şəhərində keçirilir. İlk vaxtlar turnirdə ancaq Mister Dünya, Mister Amerika və Mister Kainat yarışlarının qalibləri iştirak edə bilərdi. Hal-hazırda Mister Olimpiya turnirinə əvvəlik illin ilk 6-lığı əldə edənlər, Arnold Classic turnirinin ilk 6-lığı, Nyu-York Pro turnirinin ilk 5-liyi, istənilən Qran-Pri yarışlarının ilk 3-lüyü dəvət olunur.. Əyər 2000-ci ildə keçirilmiş turnirin mükafat fondu 230 min, qalibə verilən pul mükafatı 100 min dollar idisə, 2013-cü ilin Mister Olimpiya yarışının mükafat fondu artıq 1 milyon dollar olmuşdur. Qalib isə 250 min dollar qazanmışdır.. Turnir iki hissədən ibarətdir: 1.
Olimpiya (Mane)
Olimpiya (fr. Olympia) — Fransa rəssamı Eduard Manenin 1863-cü ildə tamamladığı rəsm əsəri. Realizm cərəyanının nümunəsi olan əsər hal-hazırda Parisdə yerləşən Orse muzeyində sərgilənir. Tablo ilk dəfə 1865-ci ildə Paris Salonunda rəssamın digər əsəri olan "Əsgərlər tərəfindən xor baxılan İsa" rəsmi ilə birlikdə sərgiləndiyində böyük bir qalmaqala səbəb olmuşdur. Əsərdə fahişə olduğu təəssüratı oyandıran çılpaq ağ bir qadın üzərində yastıqlar olan bir yatağa uzanmış halda təsvir edilmişdi. Qadına əlində bir buket çiçək tutan zənci bir xidmətçi və qara pişik yoldaşlıq edirdi. Mane klassik tabloların əksinə heç bir əlavə fikir ehtiva etməyən gerçək bir çılpaq çəkmişdi. Dövrün tamaşaçıları və tənqidçiləri bir tanrı yerinə fahişənin mövzu edildiyi, kəskin ana xətlərə və təzad ehtiva edən sərt rənglərə sahib rəsm əsəri ilə qarşılaşdıqda çox təəccübləndilər. Rəsmdə təsvir edilən qadının izləyənlərə utanmazca baxması, işığın qadının solğun bədəninə və üzərində yatdığı atlaz ədyallarda əks olunması maraq çəkdi. Həmin il Paris Salonu haqqında yazılan 85 məqalənin 72-i gənc qızların və hamilə qadınların uzaq dayanmaları mövzusunda xəbərdar edildikləri "Olimpiya" rəsmi haqqında idi.
Olimpiya (Vaşinqton)
Olimpiya (ing. Olympia) — ABŞ-də şəhər , Vaşinqton ştatının və Terston dairəsinin inzibati mərkəzi. == Tarixi == Pyucet körfəzinin cənubundakı Deşut çayının ağzında, avropalıların gəlməsindən əvvəl ərazidə Luşucid dilinin ləhcələrində danışan qəbilələr yaşayırdı. Bölgəyə ilk məlum ağların ziyarəti 1792-ci ildə, Vankuver Ekspedisiyasından olan tədqiqat gəmilərinin heyət lideri Peter Pyucetin adını verdiyi körfəzi xəritələşdirdiyi zaman baş verdi. Rus və İspan tədqiqatçıların Pyucetdən xeyli əvvəl bölgəyə getmələrinə dair az dəlillər mövcuddur, lakin onların açıq sənədli dəlilləri yoxdur. İngilis Hudson's Bay Company 1841-ci ildə sahildə bir ticarət məntəqəsi qurdu, lakin ertəsi il Hindistan hücumları səbəbiylə evakuasiya edildi. 1846-cı ildə Edmund Silvester və Levi Smit birlikdə şəhərin mərkəzi olan torpaqlarını elan etdilər. 1851-ci ildə ABŞ Konqresi, Washington Territory daxilində Pyucet-Saund Gömrük Bölgəsini yaratdı və Gömrük İdarəsi Olympiyaya yerləşdi. Oreqon cığırını izləyən məskunlaşanlar sayəsində şəhərin əhalisi durmadan artdı; 1853-cü ildə sakinlərin bir iclasında, şimal-qərbdəki Olimpiya dağ silsiləsinə görə Olimpiya adı verildi. Həmin il Olympia, Vaşinqton ərazisinin paytaxtı oldu.
Olimpiya (dəqiqləşdirmə)
Olimpiya — Qədim Yunanıstanda Peloponnes yarımadasında yerləşən şəhər. Olimpiya (Mane) — Fransa rəssamı Eduard Manenin rəsm əsəri.
Olimpiya (tablo)
Olimpiya (fr. Olympia) — Fransa rəssamı Eduard Manenin 1863-cü ildə tamamladığı rəsm əsəri. Realizm cərəyanının nümunəsi olan əsər hal-hazırda Parisdə yerləşən Orse muzeyində sərgilənir. Tablo ilk dəfə 1865-ci ildə Paris Salonunda rəssamın digər əsəri olan "Əsgərlər tərəfindən xor baxılan İsa" rəsmi ilə birlikdə sərgiləndiyində böyük bir qalmaqala səbəb olmuşdur. Əsərdə fahişə olduğu təəssüratı oyandıran çılpaq ağ bir qadın üzərində yastıqlar olan bir yatağa uzanmış halda təsvir edilmişdi. Qadına əlində bir buket çiçək tutan zənci bir xidmətçi və qara pişik yoldaşlıq edirdi. Mane klassik tabloların əksinə heç bir əlavə fikir ehtiva etməyən gerçək bir çılpaq çəkmişdi. Dövrün tamaşaçıları və tənqidçiləri bir tanrı yerinə fahişənin mövzu edildiyi, kəskin ana xətlərə və təzad ehtiva edən sərt rənglərə sahib rəsm əsəri ilə qarşılaşdıqda çox təəccübləndilər. Rəsmdə təsvir edilən qadının izləyənlərə utanmazca baxması, işığın qadının solğun bədəninə və üzərində yatdığı atlaz ədyallarda əks olunması maraq çəkdi. Həmin il Paris Salonu haqqında yazılan 85 məqalənin 72-i gənc qızların və hamilə qadınların uzaq dayanmaları mövzusunda xəbərdar edildikləri "Olimpiya" rəsmi haqqında idi.
Olimpiya Himni
Olimpiya Himni(yun. Ολυμπιακός Ύμνος, Olympiakós Ýmnos)- opera bəstəkarı Spiridon Samaras tərəfindən yunan şair Kostis Palamasın şeirinə bəstələnmiş xor kantatasıdır. Həm şair, həm də bəstəkar Beynəlxalq Olimpiya Komitəsinin ilk Prezidenti olmuş yunan Dimitrios Vikelasın seçimi idi. == Tarixi == Himn Yunanıstanın paytaxtı Afinada 1896-cı il Yay Olimpiya Oyunlarının açılış mərasimidə ilk dəfə ifa olunmuşdur. Samaras və Palamas tərəfindən bəstələnmiş bu himn 1958-ci ildə Yaponiyanın paytaxtı Tokio şəhərində baş tutmuş 54-cü Beynəlxalq Olimpiya Konqresində Beynəlxalq Olimpiya Komitəsi tərəfindən rəsmi Olimpiya Himni elan edilib. 1960-cı ildən bəri bu himn hər bir Olimpiya Oyunlarının açılış və bağlanış mərasimində istifadə olunur.
Olimpiya Muzeyi
Olimpiya Muzeyi- Bakı, Nərimanov, Olimpiya 5 ünvanında yerləşir. == Tarixi == 2001-ci il martın 27-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş inzibati binasında yerləşən Olimpiya muzeyinin açılışı olmuşdur. == Ekspozisiyası == Eksponatların bir hissəsi, üzərində olimpiya rəmzləri olan müxtəlif suvenirlər, xalçalar, saatlar, vımpellər və s. bəxşişlərdən ibarətdir. Burada Azər-baycanın adlı-sanlı idmançılarının Olimpiya Oyunlarında, Dünya və Avropa çempiona-tlarmda qazandıqları medallar, fəxri fərmanlar, diplomlar, kuboklar muzeyin ən qiymətli eksponatları kimi qorunub saxlanılır.Ekspozisiyadakı idman mövzulu qrafika, yağlı boya ilə işlənmiş əsərlər və heykəltaraşlıq işləri muzeyi daha da zənginləşdirir. MOK-un nəşr etdiyi aylıq "Olimpiya" jurnalı, həftəlik "Olimpiya dünyası" qəzetinin bütün nüsxələri Azərbaycan Olimpiya Hərəkatının güzgüsü kimi muzeydə saxlanılır. Muzeyimizdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roq, Avropa Olimpiya Komitəsinin prezidenti Mario Peskante, AOK-un texniki əməkdaşlıq Komissiyasmm sədri xanım Ovinilla Limberq, Dünya və Avropa idman federasiyalarmm prezidentləri və digər mötəbər şəxslər olmuşdular.
Olimpiya Oyunları
Olimpiya oyunları — Beynəlxalq idman aləminin ən populyar ictimai təşkilatı, 4 ildən bir keçirilən ən böyük beynəlxalq idman müsabiqəsi. Qədim Yunanıstanda mövcud olmuş Olimpiya oyunlarının bərpa olunması təşəbbüsünü XIX əsrin sonlarında fransız ictimai xadimi Baron Pyer de Kuberten təklif etmişdir . Onun dövründə Yay Olimpiya Oyunları kimi tanınan bu beynəlxalq tədbir 1896-cı ildən etibarən hər 4 ildən bir keçirilir. Bura dünya müharibələrinin baş verdiyi illər daxil deyil. 1924-cü ildə Qış Olimpiya Oyunları təsis edildi. Əvvəllər yay və qış oyunları eyni ildə keçirilirdi, lakin 1994-cü ildə Qış Olimpiya Oyunlarının keçirilməsi yay oyunlarına nəzərən iki il irəli çəkildi. == Mahiyyəti == Olimpiya oyunları dedikdə yalnız idman yarışlarını, idman həyatının insanlara bəxş etdiyi dəyərləri dar mənada yox, geniş, fəlsəfi anlayış kimi qəbul etmək lazımdır. Olimpiya oyunlarının böyüklüyü idmançıların təkcə yarışlarda göstərdikləri idman nəticələri deyil, bu oyunlarda idmançı mənəviyyatı, onun kamil bir insan kimi formalaşması prosesinin reallaşdırılması, onun müqəddəs ideyalara xidmət etməsindən irəli gəlir. Olimpiya hərəkatı sülh və əmin-amanlıqla daim yanaşı durmuş, Olimpiya müharibə ideyası ilə heç vədə bir yerə sığmamışdı. Qədim Yunanıstanda Olimpiya oyunlarının yaranmasından söz gedərkən oyunların əsası, bir növ, dinə sitayiş, ibadət nəzəriyyəsinə əsaslanırdı.
Olimpiya Park
Olimpiya Park — CAR-ın Rustenburq şəhərində yerləşən çoxfunksiyalı stadiondur. Stadionu 2010 FİFA Dünya Kubokunun keçirildiyi stadionlardan biri olan Kral Bafokenq stadionu ilə səhv salmaq olmaz. Hal-hazırda stadion futbol və reqbi oyunları üçün daha çox istifadə olunur. Stadiondan 2010 FİFA Dünya Çempionatında iştirak edən yığmalar üçün məşq meydanı kimi istifadə olunurdu. == Məşhur oyunlar == === 1995 Reqbi Dünya Kuboku === 1995 Reqbi üzrə Dünya Çempionatı zamanı qrup mərhələsinin üç oyunu bu stadionunda keçirilib. Stadionda qeyri-rəsmi ABSA Premyer Liqa oyunları keçirilir.
Olimpiya Yolu
Olimpiya Yolu ümumiyyətlə isə Uembli Yolu kimi tanınan bu yol İngiltərənin paytaxtı London şəhərində yerləşən Uembli Park metro stansiyasına və Uembli stadionu tərəfə bağlayan yoldur. Stadionda keçirilən bütün tədbirlərdən öncə minlərlə tamaşaçı məhz bu yoldan istifadə edərək stadionun girişinə yaxınlaşır. Məhz bu yol London metropolitenindən çıxarkən stadiona tərəf yönələn ən asan yoldur. Uembli Yolu İkinci dünya müharibəsindən sonra alman əsirlər tərəfindən bir neçə il ərzində tikilmişdr və bu əsirlər bu günə qədər Böyük Britaniya tərəfindən nəzarət altındadır. Başlanğıcda onlar Londonda keçirilmiş 1948 Yay Olimpiya Oyunları ərzində işləri görməkdən qəsdən boyun qaçırdılar lakin sonradan onların vəzifəsi mətbuatda yayımlanmış tənqidi yazı səbəbiylə dəyişdirildi; "Bunu fərz etmək olar ki, Əmək Nazirliyi könülsüz olan qul əməyinin yerli və xaricdən gələn ziyarətçilərin gözü qarşısında istifadə etmədən öncə çox dərindən düşünəcək." Əvəzində onlar daha az göz pnündə olan tikinti obyektlərində çalışdırıldılar.
Olimpiya akvilegiyası
Olimpiya akvilegiyası (lat. Aquilegia olympica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin akvilegiya cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Hündürlüyü 60 sm-ə qədər olan, yuxarı hissəsində budaqlanmış, vəzili-tükcüklü, çoxillik ot bitkisidir. Gövdəsi 60 sm hündürlükdədir. Yarpaqları ikiqat üçərdirlər, üstdən tünd yaşıl, altdan bozumtul rəngli, kökətrafı uzun saplaqlı, gövdə qısa saplaqlı, yuxarıdakılar kiçilmiş, oturaq, üç yerə bölünmüşdür. Çiçəkləri tək, 5–10 sm diametrində, uzun vəzili çiçək saplağında yerləşmiş, göy rəngli olub, ağ büküşlü və tükcüklüdür. Ləçəklərin ayası dəyirmi, ağ, qurtaracağında ensizkonusvari,uzunluğu 1-2 sm olan, qarmaqşəkilli əyilmiş mahmızlıdır. Toxumları qara, xırda qırışlıdır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə və meyvə əmələgətirmə dövrü iyun və Iyul aylarına təsadüf edir.
Olimpiya andı
Olimpiya andı— Olimpiya oyunlarının açılış mərasimində hər bir olimpiyada iştirakçısını və Olimpiya dərəcəli hakimləri və ya digər səlahiyyətli şəxsin nümayəndəsini təmsil edən bir idmançı və ya hakim tərəfindən təntənəli surətdə verilən vəddir. Olimpiya andı, həmçinin Olimpiya oyunlarının ən mühüm atributlarından biridir və bu idman tədbirində birliyin ideyasını ifadə edir. İdmançıların Olimpiya andının mətni : Bütün idmançıların adından mən söz verirəm ki, komandamızın şərəfi və idmanın zəfəri üçün əsl idman ruhunda narkotiksiz və dopinqsiz idman üçün onları nizamlayan qaydalara riayət və hörmət edərək, Olimpiya oyunlarında iştirak edəcəyik.Hakimlərin Olimpiya andının mətni: Bütün hakimlərin və rəsmi şəxslərin adından mən söz verirəm ki, əsl idman ruhunda onları nizamlayan qaydalara riayət və hörmət edərək, tam qərəzsizliklə bu Olimpiya oyunlarında öz vəzifəmizi yerinə yetirəcəyik.2010-cu il Gənclərin Yay Olimpiya oyunlarından bəri təşkilatçı ölkənin məşqçiləri tərəfindən Olimpiya andı deyilir. Mətni: Bütün məşqçilər və idmançıları müşaiət edən nümayəndə heyətinin digər üzvləri adından mən söz verirəm ki, Olimpiya hərəkatının fundamental prinsiplərinə uyğun olaraq, ədalətli oyun qaydalarına tam riayət olunmasını və əsl idman ruhunun təmin edilməsini özümüz təşkil edəcəyik. == Tarixi == Olimpiya andının vacibliyi , artıq 1906-cı ildə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti və təsisçisi Pyer de Kuberten tərəfindən bəyan edilib. Bu oyunlar zamanı ədaləti bərpa etmək üçün nəzərdə tutulmuşdu.Olimpiya andı ilk dəfə 1920-ci il Antverpen Yay Olimpiya Oyunlarında qılıncoynatma və su polosu idmançısı Viktor Boin tərəfindən edilib. Viktor Boinin 1920-ci ildəki andı: Biz and içirik. Biz idmanın zəfəri və ölkəmizin şərəfi üçün Olimpiya oyunlarında iştirak edəcəyik.1961-ci ildə, Olimpiya oyunlarında millətçiliyin aradan qaldırılması məqsədi ilə, and içmək sözü vəd vermək və ölkəmizin şərəfi birləşməsi isə komandamızın şərəfi birləşməsi ilə əvəz edildi. Andın bir hissəsində olan dopinq sözü isə 2000-ci il Yay Olimpiya Oyunlarında əlavə olunub. == Andı söyləyən idmançılar == Olimpiya andının oyunların açılış mərasimində deyilməsi ənənəsi 1920-ci ildən bəri hər Yay və Qış Olimpiya oyunları zamanı təşkil olunur.
Olimpiya emblemi
Hər bir Olimpiya Oyunlarının bir və ya daha çox fərqli elementlərlə Olimpiya halqaları ilə birlikdə dizayn olunan xüsusi Olimpiya emblemi var. Emblemlər Olimpiya Oyunlarının Təşkilat Komitəsi və ya təşkilatçı ölkənin Milli Olimpiya Komitəsi tərəfindən yaradılır. Olimpiya oyunları üçün hazırlanmış Olimpiya embleminin təsdiqi Beynəlxalq Olimpiya Komitəsinin səlahiyyətindədir. Olimpiya emblemindən Olimpiadanın sponsorları tərəfindən reklam materiallarında və hər bir Olimpiya iştirakçısının geyimində istifadə olunur.
Olimpiya hovuzu
Olimpiya hovuzu — uzunluğu 50 metr, eni 25 metr, 10 zolağdan ibarət olan, və FINA (Beynəlxalq üzgüçülük federasiyası) tərəfindən müəyyən edilən digər qaydalara uyğun olan olimpiya oyunlarının üzgüçülük, suya tullanma, su polosu və digər su idmanı növləri üçün nəzərdə tutulan hovuz növüdür. Bununla yanaşı qısa distansiyalar üçün nəzərdə tutulan 25 metr uzunluğu olan Olimpiya hovuzlarıda nəzərdə tutulur. Yarış zamanı toxunma paneli istifadə edildiyi halda, toxunma panelləri arasında məsəfə müvafiq olataq 50 və yaxud 25 metr olmalıdır. Bu səbəbdən Olimpiya hovuzları adətən qeyd olunan ölçülərdən uzun olurlar.
Olimpiya marmotu
Olimpiya marmotu (lat. Marmota olympus) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü.
Olimpiya məşəli
Olimpiya məşəli — Olimpiya oyunlarının simvoludur. Öz başlanğıcını Prometey tərəfindən yunan tanrısı Zevsdən məşəlin oğurlaması ilə əlaqədar qədim Yunanıstandan götürdüyü fərz edilir. Məşəl Amsterdamda 1928-ci il Yay Olimpiya Oyunlarında təqdim olunub və o vaxtdan bəri müasir Olimpiya Oyunlarının bir hissəsi olub. Məşəlin Yunanıstandan oyunların keçirildiyi yerə müxtəlif ölkələrdən keçməklə ötürülməsi ideyası 1936-cı ildə Berlin Yay Olimpiya Oyunları zamanı Karl Diyem tərəfindən təqdim edilib. == Ənənə == Müasir dövrümüzdə Olimpiya məşəli Olimpiya oyunlarının açılış mərasimindən bir neçə ay öncə yandırılır. Məşəl Hera məbədində günəşin şüalarını parabolik güzgü ilə istiqamətləndirməklə alovlandırılır. Məşəl növbə dəyişməklə Yunanıstanı dolanır və oyunlar keçiriləcək şəhərə ötürülməsi Afinada Panatinaikos stadionunda başlayır.Olimpiya məşəlinin estafeti oyunların mərkəzi stadionda təntənəli açılış mərasimi günündə başa çatır. Onun sonuncu daşıyıcıları son ana qədər elan edilməmiş saxlanılır və adətən, məşəlin sonuncu daşıyıcıları oyunları qəbul edən ölkənin məşhur idmançıları olur. Sonda arenada alovu yandırmaq üçün bu məşəldən istifadə edilir. Alov oyunlar davam edən günlərdə də yanır və bu oyunların təntənəli bağlanış gününə qədər davam edir.
Olimpiya ordeni
Olimpiya ordeni — Olimpiya Hərəkatının ən yüksək mükafatıdır və Olimpiya Hərəkatının inkişafında xüsusi xidmətlərə görə təqdim olunur. Bu, Olimpiya Aktının davamı kimi Beynəlxalq Olimpiya Komitəsi tərəfindən 1975-ci ilin may ayında yaradılıb. Olimpiya Ordeni ilkin olaraq, üç dərəcəli (qızıl, gümüş və bürünc) ordendən ibarət idi, ancaq 1984-cü ildən yalnız qızıl və gümüş dərəcələri təqdim edilir. Ənənəvi olaraq, BOK hər bir Olimpiya Oyunlarının bağlanış mərasimində baş təşkilatçını (və ya təşkilatçıları) Olimpiya Ordeni ilə mükafatlandırır. Olimpiya Ordeninin fərq nişanları boyunbağı formasındadır və onun qarşısında Olimpiya Hərəkatının beş halqası zeytun çələnginin yan tərəfləri ilə birləşmiş şəkildə təsvir edilir. Nadya Comneci 2005-ci ilə qədər Olimpiya Ordeni ilə iki dəfə təltif edilmiş (1984, 2004) yeganə idmançı idi. O, həm də bu şərəfə layiq görülmüş ən gənc idmançıdır. Lakin, 2005-ci ildə keçmiş serbiyalı basketbolçu Borislav Stankovi də BOK-un prezidenti Jak Roqqe tərəfindən ikinci dəfə (birinci dəfə 1985) Olimpiya ordeni ilə təltif olunmuşdur. == Qızıl Olimpiya ordeni ilə təltif olunan bəzi şəxslər == Olimpiya ordeni ilə yalnız idmançılar yox, həm də siyasi liderlər, din xadimləri də təltif olunub. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Pan Gi Mun da qızıl Olimpiya ordeni ilə təltif olunmuşdur.
Olimpiya posteri
Olimpiya posteri— Olimpiya Oyunları haqqında məlumat verir.Olimpiya posteri Olimpiya Oyunlarınının başlanmasını təsvir etmək üçün tərtib olunur. Hər bir Olimpiya Oyunlarının Olimpiya Oyunlarını Əlaqələndirmə Komissiyası və Milli Olimpiya Komitəsi tərəfindən təklif olunan və yaradılan xüsusi Olimpiya posteri var. Olimpiya Oyunları üçün Olimpiya posterinin təsdiqi Beynəlxalq Olimpiya Komitəsinin səlahiyyətindədir. Olimpiya posteri, reklam materiallarında Olimpiya emblemi kimi, Olimpiadanın sponsorları tərəfindən istifadə oluna bilər.
Olimpiya simvolları
Olimpiya simvolu — Olimpiya Oyunlarını təbliğ etmək üçün Beynəlxalq Olimpiya Komitəsi tərəfindən istifadə olunan nişanlar, bayraqlar və rəmzlərdir. Olimpiya Hərəkatının dəyərlərini və mənasını simvollarla ifadə edirlər. Bu simvollar həm də sadə və dolayı yolla Oyunlar haqqında məlumat verir. == Şüar == Olimpiya şüarı Citius (daha sürətli), Altius (daha yüksək), Fortius (daha güclü) latın sözlərindən əmələ gəlmişdir. Bu şüar 1894-ci ildə Beynəlxalq Olimpiya Komitəsi yaradılanda Pyer de Kuberten tərəfindən təklif olunub. Kuberten bu ideyanı patriot atlet olan dostu Dominikan keşiş Anri Didondan götürmüşdü. Kuberten deyirdi: "Bu üç söz mənəvi gözəlliyin proqramını təmsil edir. İdmanın estetikası hiss olunmayandır." Şüar 1924-cu ildə Parisdə keçirilən Olimpiya Oyunlarında təqdim olunub. Daha çox qeyri-rəsmi olan, ancaq daha çox səslənən bir fikri də Kuberti təqdim edib:" Ən vacib olan şey qalibiyyət deyil, iştirak etməkdir." Kuberten bu şüarı 1908-ci il London Oyunları zamanı Pensilvaniya Yepiskopu tərəfindən oxunan moizələrdən götürüb. == Halqalar == Olimpiya oyunlarının əsas simvolu olan Olimpiya halqaları ağ fonda göy , sarı , qara, yaşıl və qırmızı rənglərdən ibarət olan beş bir-birinə birləşdirilmiş halqadan tərtib olunub .
Olimpiya sistemi
Olimpiya sistemi, yaxud idman yarışlarında pley-off (ing. play off) — mübarizə sistemi. Bu sistemlə keçirilən yarışlarda hər hansı iştirakçı birinci məğlubiyyətdən (iki iştirakçı arasında bir, yaxud serial oyunlarda qalibin müəyyənləşməsi nəticəsində) sonra turnirdə mübarizəni dayandırır.
Olimpiya talismanı
Olimpiya talismanı — Olimpiya oyunlarının simvollarından biridir. İlk əvvəllər Olimpiya Oyunlarının simvolları gerb (beş bütöv halqa ) və Olimpiya məşəli idi. Olimpiya talismanının yaradılması ideyası isə rəsmən 1972-cü ilin yayında Almaniyada Münhen şəhərində keçirilmiş Beynəlxalq Olimpiya Komitəsinin 73-cü sessiyasında təsdiqlənib. Olimpiya oyunlarının ilk talismanı ilə bağlı bir neçə fikir olsa da, insanların əksəriyyəti ilk Olimpiya talismanının 1968-ci ildə Fransada Qrönobl Qış Olimpiya Oyunlarında istifadə olunduğunu qəbul edir. Ancaq ilk rəsmi Olimpiya talismanı 1972-ci il Münhen Yay Olimpiya Oyunlarındakı Taksa it cinsini simvolizə edən Valdi qəbul olunur. 1968-ci il Yay və Qış Olimpiya oyunlarının talismanları isə qeyri-rəsmi talismanlardır. Olimpiya oyunlarının talismanı Oyunları populyarlaşdırmaq və Olimpiya Hərəkatının prinsiplərini təbliğ etmək üçün nəzərdə tutulub. Talisman Olimpiya oyunlarını qəbul edən ölkənin mədəniyyət xüsusiyyətlərini əks etdirən və müasir Olimpiya Hərəkatının dəyərlərini təmsil edən insan, heyvan və ya uydurulmuş bir obraz ola bilər.
2015 Olimpiya Oyunları
2015 Avropa Oyunları — 12 iyundan 28 iyuna qədər Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən idman yarışı. 2015 Avropa Oyunları tarixdə ilk dəfə keçirilən idman yarışıdır. Yarışlarda Avropanın 50 ölkəsinin 10 000 idmançısı mübarizə aparıb. Yarışlarda Bakının 11, Mingəçevirin isə 1 idman qurğusundan istifadə olunub. 2015 Avropa Oyunlarının təqviminə 30 idman növü daxil edildi. Onlardan 24-ü Olimpiya, 6-sı isə qeyri-Olimpiya idman növüdür. Yarışlarda idmançılar 253 dəst medal uğrunda yarışıb. Avropa Oyunlarının açılış mərasimi 12 iyun tarixində Bakının Olimpiya Stadionunda baş tutub. Açılış mərasimində Avropa Oyunlarını rəsmi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq elan edib. Avropa Oyunlarının məşəlini isə Bakı Olimpiya Stadionuna 2 qat Paralimpiya Çempionu, Qarabağ qazisi cüdoçu İlham Zəkiyev gətirib.Yarışlarda 50 ölkənin 10 000 idmançısı 30 idman növündə mübarizə aparıb.
Avropa Olimpiya Komitələri
Avropa Olimpiya Komitələri (ing. European Olympic Committees) — Avropanın 50 milli olimpiya komitələrini birləşdirən beynəlxalq olimpiya təşkilatı. Mənzil-qərargahı Lozannada (İsveçrə), icra orqanları Romada (İtaliya) yerləşir.
1896 Yay Olimpiya Oyunları
1896 Yay Olimpiya Oyunları və ya rəsmi adı ilə I Yay Olimpiya Oyunları, 6-15 aprel 1896 tarixləri arasında Yunanıstanın paytaxtı Afina şəhərində baş tutan çox idman növlü yarış. Tarixin birinci müasir Olimpiya Oyunlarının Afina şəhərində baş tutması Qədim Olimpiya Oyunlarının məhz elə Yunanıstanda yaradığı üçündür. 1894-cü ilin 23 aprel tarixində Paris şəhərində fransız pedaqoq Pyer de Kuberten tərəfində baş tutan konqres zamanı yarışların Afina şəhəri keçirilməsi qərara alınmışdı.
1896 Yay Olimpiya Oyunları medal sıralanması
1896 Yay Olimpiya Oyunları - 1896-cı ildə Yunanıstanın paytaxtı Afinada keçirilmişdir.
1944 Yay Olimpiya Oyunları
XIII Yay olimpiya oyunları — BOK-un iyun 1939-cu ildə aldığı qərarına əsasən oyunları 1944-də Londonda keçirilməsi planlaşdırılmışdı. London oyunların keçirilməsində Roma, Detroyt, Lozanna, Afina, Budapeşt, Helsinki və Monrealdan daha layiq görüldü. İkinci dünya müharibəsi başlaması səbəbi ilə oyunlar ləğv edildi. London oyunların keçirilməsi hüququnu 1948-ci ildə əldə etdi, üstəlik heç bir seçkisiz. 1944-cü ilin oyunları BOK-un 50 illiliyi münasibətilə keçiriləcəkdi. Müharibənin davam etməsinə baxmayaraq neytral İsveçrədə, BOK-un Lozannada yerləşən baş binasında komitənin yubileyi keçirildi.
1948 Qış Olimpiya Oyunları
== Olimpiadanın açılışı ==
1948 Yay Olimpiya Oyunları
== Olimpiadanın açılışı ==
1952 Qış Olimpiya Oyunları
== Olimpiadanın açılışı ==
1952 Yay Olimpiya Oyunları
== Olimpiadanın açılışı ==
1956 Qış Olimpiya Oyunları
== Olimpiadanın açılışı ==
1956 Yay Olimpiya Oyunları
== Olimpiadanın açılışı ==
1960 Qış Olimpiya Oyunları
== Olimpiadanın açılışı ==
1960 Yay Olimpiya Oyunları
== Olimpiadanın açılışı ==
1964 Qış Olimpiya Oyunları
1964 Qış Olimpiya Oyunları — 29 yanvar və 9 fevral tarixləri arasında keçirilmiş tarixdəki IX Qış Olimpiya oyunlarıdır. Avstriyanın İnsbruk şəhərində keçirilmişdir.
1964 Yay Olimpiya Oyunları
== Olimpiadanın açılışı ==
1968 Qış Olimpiya Oyunları
== Olimpiadanın açılışı ==
1968 Yay Olimpiya Oyunları
== Olimpiadanın açılışı ==
1972 Qış Olimpiya Oyunları
== Olimpiadanın açılışı ==
1972 Yay Olimpiya Oyunları
== Olimpiadanın açılışı ==
1976 Qış Olimpiya Oyunları
== Olimpiadanın açılışı ==
1976 Yay Olimpiya Oyunları
== Olimpiadanın açılışı ==
1984 Qış Olimpiya Oyunları
== Olimpiadanın açılışı ==
1992 Qış Olimpiya Oyunları
XVI Qış Olimpiya Oyunları (fr. XVIes Jeux olympiques d’hiver; ing. XVI Olympic Winter Games) 8 - 23 fevral 1992-ci ildə Albervil şəhərində (Fransa) keçirilmişdir. Fransa, Şamoni-1924 və Qrenobl-1968 sonra üçüncü dəfə Qış Oyunlarına ev sahibliyi etdi. == Şəhərin seçilməsi == == Ölkələrin göstərdiyi nəticələrı == == Xarici keçidlər == "Страница Олимпиады". Официальный сайт МОК (ingilis).
1992 Yay Olimpiya Oyunları
1992 Yay Olimpiya Oyunları - XXV Yay Olimpiya Oyunları.
1994 Qış Olimpiya Oyunları
== Olimpiadanın açılışı ==
1996 Yay Olimpiya Oyunları
19 iyul – 04 avqust 1996 İştirak etmiş ölkələrin sayı -197 idman növləri – 26 Yarışların sayı – 271 İdmançıların sayı -10320 (6797 – kişi, 3523 – qadın)XXVI Yay Olimpiya Oyunlarının Amerika Birləşmiş Ştatlarının Atlanta şəhərində keçirilməsi haqqında qərar Beynəlxalq Olimpiya Komitəsinin 1990-ci il Tokiodaki sessiyasında qəbul olunmuşdu. Atlanta Oyunları müasir Olimpiya Oyunlarının 100 illik yubileyinə təsədüf etdi. Bu, Atlanta Oyunlarının emblemində də əksini tapmışdır. 100 rəqəminin üzərində yerləşdirilmiş Olimpiya simvolikası ilə yuxarıda çakilmiş xəttin yaratdığı ümumi kompozisiya klassik yunan üslubundakı sütunu əks etdirməklə yanaşı, Olimpiya Oyunlarının möhtəşəmliyini göstərirdi.
1998 Qış Olimpiya Oyunları
== Olimpiadanın açılışı ==

Значение слова в других словарях

гармо́ния да́йвинг деволю́ция кваку́шка набухать по-шве́дски пусте́нько джирга́ киносериа́л ки́сло-сла́дкий кососло́йность необъясни́мый спа́льная царёк прядун daubing embryonic gibberish gibier jackstay биосфера желтеть жилец лимфа нефть