olsun
omba
OBASTAN VİKİ
Oman
Oman və ya Ümman, rəsmi adı Ümman Sultanlığı (ərəb. سلطنة عمان‎) — Asiyada dövlət. Oman Ərəbistan yarımadasının cənub-şərqində yerləşir. Cənub-qərbdə Yəmən, qərbdə Səudiyyə Ərəbistanı Krallığı, şimal-qərbdə isə Birləşmiş Ərəb Əmirlikləri ilə həmsərhəddir. Şimalda Oman Körfəzi, şərqdə və cənubda isə Ərəb dənizi ilə əhatə olunur. Sahəsi- 309,500 min km2 , əhalisi təxminən- 4,441,448 nəfərdir (2016-ci il). Paytaxtı — Məsqət şəhəridir. 7 oktyabr 1971-ci ildən BMT-nin, 1972-ci ildən isə İKT-nin üzvüdür. Oman Sultanlığı BMT, İKT, ƏDL və Bloklara Qoşulmayan ölkələr, Ümumdünya Ticarət Təşkilatı kimi təşkilatların üzvüdür. Məsqətdə 50-dən artıq xarici səfirlik və konsulluq fəaliyyət göstərir.
Oman Sultanlığı
Oman və ya Ümman, rəsmi adı Ümman Sultanlığı (ərəb. سلطنة عمان‎) — Asiyada dövlət. Oman Ərəbistan yarımadasının cənub-şərqində yerləşir. Cənub-qərbdə Yəmən, qərbdə Səudiyyə Ərəbistanı Krallığı, şimal-qərbdə isə Birləşmiş Ərəb Əmirlikləri ilə həmsərhəddir. Şimalda Oman Körfəzi, şərqdə və cənubda isə Ərəb dənizi ilə əhatə olunur. Sahəsi- 309,500 min km2 , əhalisi təxminən- 4,441,448 nəfərdir (2016-ci il). Paytaxtı — Məsqət şəhəridir. 7 oktyabr 1971-ci ildən BMT-nin, 1972-ci ildən isə İKT-nin üzvüdür. Oman Sultanlığı BMT, İKT, ƏDL və Bloklara Qoşulmayan ölkələr, Ümumdünya Ticarət Təşkilatı kimi təşkilatların üzvüdür. Məsqətdə 50-dən artıq xarici səfirlik və konsulluq fəaliyyət göstərir.
Oman bayrağı
Oman bayrağı — Omanın Dövlət bayrağı
Oman coğrafiyası
== Sahəsi və sərhədləri == Ərəbistan yarımadasının cənub-şərqində yerləşmiş Oman, şimaldan Birləşmiş Ərəb Əmirlikləri, qərbdən Səudiyyə Ərəbistanı Məlikliyi, cənub-qərbdən Yəmən Respublikası ilə həmsərhəddir. BMT məlumatlarına əsasən sahəsi təqribən 212 min kv.km-dir. Ərazisinin böyüklüyünə görə Ərəbistan yarımadası dövlətləri içərisində ancaq Səudiyyə Ərəbistanı Məlikliyindən geri qalır, dünya miqyasında götürüldükdə isə 75-ci dövlətdir. Oman sultanlığı dövlət sərhədləri dəqiq təyin olunmamış (başqa sözlə demarkasiya olunmamış) dövlətlərdən biridir. Qonşuları ilə sərhəd mübahisələri tam həll edilməsə də sərhəd məntəqələri mövcuddur və gömrüyün bütün rəsmi şərtlərinə əməl olunur. Şimal-Şərqdə Oman körfəzi, cənub-şərqdə isə Ərəbistan dənizinə 2000 km məsafədə çıxışı Oman sultanlığının coğrafi və hərbi strateji mövqeyinin üstünlükləridir. Sahillər kiçik gəmilərin dayanması üçün əlverişli olan dayaz körfəzlərlə kəsilib parçalanmışdır. Buradakı bəzi şəhərlər (Məsqət, Sib, Habur və b.) hələ orta əsrlərin dənizçilik xəritələrinə salınmışdır. Omanın bu bölgəsi Hindistan, İraq, İran kimi ölkələrlə ticarətdə mühüm rol oynamışdır. == Omanın relyefi == Ölkə ərazisinin 82 faizini hündürlüyü 500 metrə qədər olan səhra və yarımsəhralar, 15 faizini hündür yayla və dağlar, 3 faizini isə hündürlüyü 200 metrə qədər olan dənizsahili ovalıqlar tutur.
Oman himni
Oman dövlət himni,(ərəb. نشيد السلام السلطاني‎), 1970-ci ildə təsdiq olunub və 6 noyabr 1996-cı ildə düzəliş edilib.
Oman iqtisadiyyatı
== Oman iqtisadiyyatının əsas xüsusiyyətləri == Neft və qazçıxarma sənayesi istisna olmaqla Oman iqtisadiyyatı o qədər də güclü inkişaf edə bilməmişdir. Ötən əsrin 90-cı illərinin əvvəllərindən isə Omanda güclü iqtisadi inkişaf hiss olunmaqdadır. İqtisadi inkişafa təkan verən amil isə neft çıxarmaqdır, lakin neftin ehtiyatı o qədər də böyük deyil. Buna görə neft satışından əldə olunan gəlir ilk növbədə ölkənin iqtisadi mexanizminin yaradılmasına, təsərrüfatın digər sahələrinin inkişafına yönəldilir.Sənaye sahələrinin yaradılması sahəsində əvvəlcə sement, ərzaq, gübrə və mal-qara üçün yem istehsal edən kiçik və orta həcmli müəssisələrin tikintisinə "yaşıl işıq" yandırıldı. Yeni yaradılan müəssisələrə hökumət tərəfindən müəyyən güzəştlər edilirdi. Məsələn, ölkə rəhbəri yerli omanlıların iştirakı olmadan xaricilərin biznes sahəsində fəaliyyətinə icazə vermir. Dövlət milli mütəxəssislərin hazırlanmasına da xüsusi diqqət yetirir və bütün bu proses "omanlaşdırma" adlanır. İran körfəzinin neft çıxaran digər ərəb ölkələrindən (Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Səudiyyə Ərəbistanı) fərqli olaraq Oman rəhbərliyi öz vətəndaşları üçün "parnik şəraiti" yaratmır, yəni ancaq omanlı olduqlarına görə onlara pul güzəştləri edilmir. Oman rəhbərliyi yaxşı başa düşür ki, 40–50 ildən sonra ölkədə neft ehtiyatları tükənəcək. Ona görə də bu sahədən əldə edilən vəsait ilk növbədə ölkənin iqtisadi inkişafına təkan verə biləcək obyektlərin tikintisinə qoyulur.
Oman körfəzi
Oman körfəzi ingilisce: The gulf of Oman, Ərəbcə: خلیج عمان (Xəlic Umman),farsca:دریای عمان (Dərya-ye Omman) (Oman Dənizi) Fars körfəzi ilə Hind okeanını birləşdirən körfəzin adıdır. Bu körfəzin sahilyanı ölkələri İran, Oman, Pakistan və Birləşmiş Ərəb Əmirlikləridir.
Oman rialı
Oman rialı - Omanın pul vahidi. Oman sultanlığı 1974-cü ilin martından rialı rəsmi pul kimi istifadə edir.
Oman tarixi
Oman tarixi — Hazırda Oman Sultanlığı adlanan ərazinin tarixi. == Qədim dövrlər == Omanın ərazisi ən qədim dövrlərdən məskunlaşmışdır. Eramızdan əvvəl IV–III minilliklərdə Omanın dəniz sahilləri Cənub-Qərbi Asiya ilə Cənubi Asiya ölkələri arasında gedən ticarətdə mühüm rol oynayırdı. E.ə. I minilliyin əvvəllərində Omanda yəməni ərəb tayfa birliklərinin hakim mövqe tutması onun Cənub-Qərbi Ərəbistan ilə əlaqələrinin möhkəmlənməsinə, dövlətin formalaşmasına və iqtisadiyyatının inkişafına təsir göstərdi, lakin VI əsrdə Sasanilərin basqınları, qonşu bədəvi tayfaların dağıdıcı hücumları Omanın tənəzzülünü sürətləndirdi. == Orta əsrlər == VII əsrdə Ərəb xilafətinin tərkibinə daxil edilən Oman feodal münasibətləri inkişaf edən bir dövlətə çevrildi. VIII əsrin ortalarında isə Oman (ibadilik məzhəbinin rəhbərliyi altında) müstəqillik əldə etmişdi. İbadilərin əsas fərqləndirici xüsusiyyəti hakimlərin ümumi razılıq əsasında seçilməsi idi. İbadilər silahlı çıxış və üsyandan imtina edir, dini təbliğat vasitəsilə xəlifə canişinləri ilə yaxşı münasibət saxlamağa çalışırdılar. Bu hərəkat sonradan şərqi Afrikaya da yayıldı.
Oman şəhərləri
Oman şəhərləri
Azərbaycan–Oman münasibətləri
Azərbaycan–Oman münasibətləri — Azərbaycan Respublikası ilə Oman Sultanlığı arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyul ayının 13-də qurulmuşdur.
Hindistan–Oman münasibətləri
Hindistan–Oman münasibətləri — Hindistan ilə Oman arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == iki region arasında ticarət əlaqələri bir necə min illiklərdirki mövcuddur. Omanda aparılan qazıntılar zamanı Hindistanla ticarət əılaqələrinin qurulması barədə faktlar aşkarlanmışdır. Bunun b.e.ə III minilliyə qədər davam etməsi sübut olunmuşdur. 1955-ci ilin fevralında Maskat şəhərində Hindistanın konsulluğu açılmışdır. Hansı ki, 1960-cı ildə Baş konsulluq, 1971-ci ildə isə səfirlik statusu alır. 1973-cü ildə Maskata ilk Hindistan səfiri gəlir. 1972-ci ildə Oman Dehlidə səfirliyini, 1976-cı ildə isə Mumbayda baş konsulluq açılır. 2012-ci ildə Oman Hindistanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına daimi üzvlük istiqamətdəki cəhdlərini dəstəkləmişdir. == Miqrasiya == Omanda 500 min hindistanlı yaşayır.
Oman Telecommunications Company
Oman Telecommunications Company (ərəb. الشركة العُمانية للإتصالات‎) və ya qısaca «Omantel» (ərəb. عمانتل‎) — Omanın ilk telekommunikasiya şirkəti və əsas internet xidmətləri provayderi. Oman hökuməti şirkətin səhmlərinin 51%-nə sahibdir. 2007-ci ildə Omantel «Zain Group» səhmlərinin 21.9%-ni satın almışdır. «Omantel» böyük bir beynəlxalq şəbəkəyə malikdir. Şirkət çoxlu sualtı kabel xəttinin tamamilə və ya qismən sahibidir. 2015-ci ildə şirkət ölkədə FTTx texnologiyasından istifadə etmək layihəsini açıqladı. Həmin il şirkət il keyfiyyət üzrə mükafata layiq görülmüşdür.
Oman şəhərlərinin siyahısı
Oman şəhərləri
Azərbaycan–Oman futbol matçları
== Kişilər ==
Oman milli futbol komandası
Oman milli futbol komandası — Omanın milli futbol komandası. Komanda Oman Futbol Assosiasiyası tərəfindən idarə olunur. == Dünya Kuboku == 1930 FİFA Dünya Kubokundan 1982 FİFA Dünya Kubokuna qədər yarışlarda iştirak etməmişdir. 1986 FİFA Dünya Kubokunda iştirak üçün verdiyi ərizəni geri götürmüşdür. 1990 FİFA Dünya Kuboku oyunlarından başlayaraq 2018 FİFA Dünya Kuboku oyunlarına qədər təsnifat mərhələsini keçməmişdir.
2011-ci il Oman iğtişaşları
Qadınlar da daxil olmaqla, yüzlərlə insan paytaxt küçələrinə çıxıb. Onlar hökumətdən siyasət, iqtisadiyyat, təhsil sahələrində dəyişikliklər tələb edir. Nümayişçilər korrupsiya, qiymətlərin artımı halları ilə mübarizəyə səsləyən şüarlar da səsləndirib. Polis aksiyaya müdaxiə etməyib və o, tam dinc şəraitdə keçib. Nümayişin təşkilatçıları haqda məlumat verilmir. Aksiyada daha çox gənclərin iştirak etdiyi bildirilir.Omanın Sohar və cənubdakı Salah şəhərlərində küçələrə çıxmış nümayişçilərlə polis və hərbçilər arasındakı toqquşmalarda 2 nəfər həlak olub, 8 nəfər yaralanıb. Etiraz aksiyası keçirən müxalifətçilər ölkədə siyasi islahatların keçirilməsini tələb edirlər. Polis Soharda nümayişi dağıtmaq üçün əvvəlcə rezin güllələr və gözyaşardıcı qazdan istifadə edib, sonra isə vətəndaşlara atəş açıb. Şəhərə qoşun yeridilib.Omanda hökumət əleyhinə keçirilən nümayişlərdən qorxuya düşən Oman sultanı Sultan Kabus Bin Səid təcili sürətdə 50 min insana yeni iş yerinin açılması barədə əmr verib.(dunyabulteni) Sultanın verdiyi digər bir əmrlə hazırda dövlət qeydiyyatında işsiz olaraq düşən şəxslərə hər ay 390 dollar yardım ayrılacaq. Sultan həmçinin Sohar şəhərinə nümayişçilərlə danışıqlar aparılması üçün Kral Məhkəməsi Divanının başçısı Seyid Əli Bin Hamid Əl Buseydini göndərib.
Azərbaycan-Oman futbol matçlarının siyahısı
== Kişilər ==
Oman Ümumi Həmkarlar İttifaqları Federasiyası
Oman Ümumi Həmkarlar İttifaqları Federasiyası (GFOTU) — Omanın ən böyük milli həmkarlar ittifaqları birliyi. == Tarixi == Oman Ümumi Həmkarlar İttifaqları Federasiyası 2010-cu ilin fevral ayında yaranmışdır.Həmin vaxt 50-yə qədər təşkilatı təmsil edən 100-dən çox nümayəndənin qatıldığı qurultayda Federasiyanın 11 nəfərdən ibarət İcraedici Şurası seçilmişdir. Şuranın üzvləri arasında iki nəfər qadın təmsilçi də var idi. İcraedici Şuranın sədri vəzifəsinə isə Saud Əli Abdulla Əl Cəbri seçilmişdir. == Ədəbiyyat == International Centre for Trade Union Rights et al.,, redaktorTrade Unions of the World (6th). London, UK: John Harper Publishing. 2005. ISBN 0-9543811-5-7.
Oman imamlığı
Oman imamlığı və ya Oman imaməti (ərəb. إِمَامَة عُمَان‎), britaniyalılar tərəfindən Əsas Oman (ing. Oman Proper, ərəb. عُمَان ٱلْوُسْطَى‎) — Omanda tarixi vilayət və dövlət. Dövlətin ərazisi Ərəbistan yarımadasının cənub-şərqindəki "daxili" torpaqları əhatə edirdi, Maskatdan uzaqda, Cəbəl-Əxdar dağlarından kənarda yerləşirdi, paytaxtı Nizva şəhəri olmuşdur. Bu ərazi Oman sultanlığının, sonra isə Britaniyanın protektoratının bir hissəsi idi. 1970-ci ildə saray çevrilişindən sonra "Oman" termini Maskat sultanının hakimiyyəti altında olan bütün müasir dövlətə münasibətdə istifadə olunur.
İran–Oman münasibətləri
İran—Oman münasibətləri — İran və Oman arasında iki tərəfli diplomatik münasibətlər. == Tarix == 1960-70-ci illərdə İran Dofar qiyamı zamanı Omana hərbi yardım göstərir. İran-İraq müharibəsi (1980-88) dövründə İran və İraq atəşkəs razılaşmasını imzalamaq üçün Maskatda gizli danışıqlar aparmışlar. Razılaşmanın imzalanmamasına baxmayaraq danışıqlar tərəflər arasında inamsızlığın azalması ilə nəticələnir. 1988-ci ildən sonra Oman İran və İngiltərə, İran və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətləri bərpa etmək üçün vasitəçi kimi çıxış edir. Son onilliklərdə Omanın İranla ənənəvi olaraq yaxşı münasibətləri İranın Fars körfəzindəki neft tankerlərinə hücumları və İranın Hörmüz boğazı sahillərində Çin istehsalı olan HY-2 raket buraxıcılarını yerləşdirməsi ilə bir qədər pozulur. Buna cavab olaraq Oman Sultanlığı İran ərazisindən cəmi altmış kilometr məsafədə yerləşən Musandam valiliyində hərbi varlığını artırmışdır. İran düşmən olmasa da, Oman üçün bir nömrəli strateji təhlükədir. Oman hökuməti İranla qarşıdurma təhlükəsinin diplomatik danışıqlar yolu ilə azaldıla biləcəyinə inanır. Bu səbəbdən Oman ABŞ və İranla münasibətlərində balanslaşdırılmış xarici siyasət yürütməyə çalışır.
İran—Oman münasibətləri
İran—Oman münasibətləri — İran və Oman arasında iki tərəfli diplomatik münasibətlər. == Tarix == 1960-70-ci illərdə İran Dofar qiyamı zamanı Omana hərbi yardım göstərir. İran-İraq müharibəsi (1980-88) dövründə İran və İraq atəşkəs razılaşmasını imzalamaq üçün Maskatda gizli danışıqlar aparmışlar. Razılaşmanın imzalanmamasına baxmayaraq danışıqlar tərəflər arasında inamsızlığın azalması ilə nəticələnir. 1988-ci ildən sonra Oman İran və İngiltərə, İran və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətləri bərpa etmək üçün vasitəçi kimi çıxış edir. Son onilliklərdə Omanın İranla ənənəvi olaraq yaxşı münasibətləri İranın Fars körfəzindəki neft tankerlərinə hücumları və İranın Hörmüz boğazı sahillərində Çin istehsalı olan HY-2 raket buraxıcılarını yerləşdirməsi ilə bir qədər pozulur. Buna cavab olaraq Oman Sultanlığı İran ərazisindən cəmi altmış kilometr məsafədə yerləşən Musandam valiliyində hərbi varlığını artırmışdır. İran düşmən olmasa da, Oman üçün bir nömrəli strateji təhlükədir. Oman hökuməti İranla qarşıdurma təhlükəsinin diplomatik danışıqlar yolu ilə azaldıla biləcəyinə inanır. Bu səbəbdən Oman ABŞ və İranla münasibətlərində balanslaşdırılmış xarici siyasət yürütməyə çalışır.
İsrail–Oman münasibətləri
İsrail–Oman münasibətləri — İsrail və Oman 1994-cü ildə diplomatik münasibətlər qurmalarına baxmayaraq, bəzi eniş və yüksəlişlərdən sonra 2018-ci ildə bu əlaqələri yenidən bərpa etdilər. Ölkələrin bir-birlərini qarşılıqlı tanımasına baxmayaraq, İsrail vətəndaşlarına 2008-ci ildə Omana səfər etməyi qadağan etmişdi. İki ölkə arasındakı iqtisadi əməkdaşlıq, o qədər də əhəmiyyətli olmasa da, Omanın ərəb dünyası ilə yəhudi dövləti arasında bir vasitə olmasına kömək etmişdir. == Tarix == 1994-cü ildə o zaman Baş nazir olan İshaq Rabin Omanın paytaxtı Maskatda Oman sultanı Kabus bin Said tərəfindən qarşılandı . Digər məsələlərlə yanaşı hər iki tərəf şirin suyun istifadəsi və quraq bölgələrə təzə suyun verilməsini müzakirə etdi. 1995-ci ildə Rabinin öldürülməsindən bir neçə gün sonra, İsrailin Baş naziri Şimon Peres Qüdsdəki iqamətgahında Omanın Xarici İşlər Naziri Yusuf ibn Alavini qəbul etdi. 1996-cı ilin yanvarında İsrail və Oman qarşılıqlı ticarət nümayəndəliklərinin açılması haqqında saziş imzaladılar. İsrail Xarici İşlər Nazirliyi daha sonra bunları söylədi: «Oman hesab edir ki, bu addım sülh prosesində davamlı tərəqqiyə, regionda sabitliyin möhkəmlənməsinə səbəb olacaqdır. Ticarət ofisləri Oman ilə iqtisadi və ticari əlaqələri, su mənbələri, kənd təsərrüfatı, tibb və rabitə sahələrində əməkdaşlığı inkişaf etdirəcəkdir». Elə həmin il (Baş nazir İshaq Rabinin öldürülməsindən 4 ay sonra) İsrailin Baş naziri Şimon Peres Qətərə və Omana baş səfər təşkil edir.
Maskat və Oman
Maskat və Oman Sultanlığı ( ərəb. سلطنة مسقط وعمان‎ </link> ), qısaca olaraq Maskat və Oman Dövləti kimi də tanınır ( ərəb. دولة مسقط وعمان‎ </link> ) Taymur bin Feysalın hakimiyyəti dövründə, 19-cu əsrin ikinci yarısı və 20-ci əsrdə indiki Oman Sultanlığını və indiki Birləşmiş Ərəb Əmirliklərinin və Pakistanın hissələrini əhatə edən suveren bir dövlət idi. Busəidlər sülaləsi tərəfindən idarə olunan bu, Oman İmperiyasının son hökmdarı Səid bin Sultanın ölümündən sonra parçalanması nəticəsində qurulmuşdur. Sultan Səid bin Taymurun oğlu Qabus bin Səidin lehinə dərhal devrilməsi ilə 23 iyul 1970-ci il saray çevrilişindən sonra Sultanlıq yeni idarəetmə formasına keçdi. == Adı == Oman (Oman imamlığı) sahilə çıxışı olmayan və paytaxtı Nizva şəhərində olan bölgənin daxili, kontinental hissəsidir. Maskat sahilyanı sultanlıqdır, hökmdarları əsasən dövləti gənişləndirmək ilə məşğul olmuşdular. Tarixi Maskat və Omanı Cəbəl-Əxdar ayırır. == İstinadlar == == Əlavə ədəbiyyat == William Smyth. "Oman".
Əlfac suvarma sistemi (Oman)
Əlfac suvarma sistemi Omanın “Daxiliyyə”, “Şərqiyyə” və “Batinə” bölgələrində yerləşən, və tarixi bizim eranın 500-cü ilinə qədər gedib çıxan, qədim suvarma sistemidir. Bu suvarma kanalları bölgədə yerləşən və öz adını fars dilində olan “qənat” və “kəhriz” sözlərindən götürən, tarixi 5000 ilə qədər olan suvarma sistemi növünü nümayiş etdirirlər. “Əflac” klassik ərəb dilində hissələrə bölünmə mənasını verən “fələc” sözünün cəmidir. Bu suvarma sistemi cazibə qüvvəsi sayəsində suyun mənbələrdən evlərə və əkin sahələrinə axmasını təmin etməklə bu təbii ehtiyatı bütün əhali arasında bölmüşdür. Kompleksə gözətçi qüllələr, məscidlər və digər tikililər daxil idi.2006-cı ildə bu kompleksə daxil olan “Fəlac Əlxatimi”, “Fəlac Əlmalki”, “Fəlac Daris”, “Fəlac əlmayassar” və “Fəlac əlcilə” kimi 5 suvarma sistemi Yuneskonun Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Murman Omanidze
Murman Omanidze (gürc. მურმან ომანიძე; 5 noyabr 1938, Tbilisi) — Gürcüstan siyasətçisi və 1991-ci ildə Gürcüstanın Xarici İşlər Naziri. == Həyatı == Tbilisidə anadan olan Omanidze Tbilisi Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. 1977-ci ildən 1985-ci ilədək o, "Suplmsheni" dövlət kənd təsərrüfatı şirkətinin hüquq şöbəsinə rəhbərlik edirdi və 1985-ci ildən 1989-cu ilə qədər Gürcüstan SSR Tikinti Nazirliyinin rəhbəri işləmişdir. Antisovet və müstəqil hərəkatının getdiyi zamanı Omanizde Əfqanıstan müharibəsinin gürcü veteranların təşkilatı olan Gürcüstanın Əfqanıstan İttifaqına qoşuldu, hətta 1990 — 1991-ci illərdə təşkilat sədrinin müavini olmuşdur. O, 1991-ci ilin martı ayından may ayına qədər Gürcüstan nəqliyyat nazirinin müavini kimi işləyirdi. Yeni müstəqil Gürcüstanda prezident Zviad Qamsaxurdiya tərəfindən Omanidze 1991-ci ilin avqustunda baş nazirin birinci müavini və xarici işlər naziri vəzifəsi verildi. Həmən ayda da baş nazir Tengiz Siquanın qalmaqallı istefasından sonra o, qısa müddətdə baş nazirin vəzifələrini icra edirdi.1991-ci ilin avqustunda SSSRİ-də hərbi çevrilişi cəhdi zamanı Gürcüstan müxalifəti iddia edirdi ki, Omanidze Dövlət Fövqəladə Vəziyyət Komitəsinin üzvləri ilə görüşmək üçün Moskvaya yola düşmüşdü. Çevriliş cəhdi uğursuz olandan sonra, Gürcüstan rəhbərliyi bu cür ittihamları qətiyyətlə təkzib edirdi. Müxalifət 1991-ci ilin dekabrında Qamsaxurdiya qarşı hərbi çevrilişi başlatdı.
Omandaki Yəhudilərin tarixi
Omandakı Yəhudilərin tarixi
Omanlılar
Omanlılar (ərəb. لشعب العماني‎) — Oman Sultanlığı ərazisində yaşayan ərəb xalqı, Oman vətəndaşları. Omanlılar hal-hazırda Oman olaraq bilinən ərazidə min illərdir ki, yaşayırlar. VIII əsrdə Maskat şəhərində tacirlər və hakimlər arasında formalaşan ittifaq şəhəri İran körfəzinin ən böyük limanlarından birinə çevirmişdir. Omanlılar etnik baxımdan müxtəlifdirlər. Onların əksəriyyəti ərəb mənşəli olsa da, onlar arasında çoxlu bəluclar, lurlar, farslar var. Omanda Pakistan, Hindistan və Şri-Lankadan gəlmə şəxslər də yaşayır.Omanlıların Omanın ümumi əhalisinin əksəriyyətini təşkil edir. Bir milyon yarımdan çox omanlı Orta Şərqin digər bölgələrində və Suahili sahili ərazisində yaşayır. == Din == Demək olar ki, omanlıların əksəriyyəti müsəlmandır, fəqət onlar İslamın üç fərqli məzhəbinə bölünürlər – ibadilər (Omanın dövlət dini), sünnilər və şiələr. Omanlıların əksəriyyətidi ibadidir.
Omantel
Oman Telecommunications Company (ərəb. الشركة العُمانية للإتصالات‎) və ya qısaca «Omantel» (ərəb. عمانتل‎) — Omanın ilk telekommunikasiya şirkəti və əsas internet xidmətləri provayderi. Oman hökuməti şirkətin səhmlərinin 51%-nə sahibdir. 2007-ci ildə Omantel «Zain Group» səhmlərinin 21.9%-ni satın almışdır. «Omantel» böyük bir beynəlxalq şəbəkəyə malikdir. Şirkət çoxlu sualtı kabel xəttinin tamamilə və ya qismən sahibidir. 2015-ci ildə şirkət ölkədə FTTx texnologiyasından istifadə etmək layihəsini açıqladı. Həmin il şirkət il keyfiyyət üzrə mükafata layiq görülmüşdür.
Omanın Bəhreyni işğalı (1717)
Omanın Bəhreyni işğalı (1717) — Bəhreyndəki 115 illik Səfəvi sülaləsi hakimiyyətinə son qoyan Oman müdaxiləsi nəzərdə tutulur. Əsrin əvvəllərindən başlayan əfqan və digər üsyanlar Səfəvi imperiyasının zəifləməsinə səbəb oldu. Bundan istifadə edən Oman dövləti Bəhreyndəki Səfəvi hakimiyyətini devirməyi və oraları öz hakimiyyəti altına almağı bacardı. Bu zaman Omanı Yaruba sülaləsi idarə etməkdə idi. Bu sülalədən olan II Sultan ibn Seyf Bəhreyni ələ keçirdi və əkbərilərin nümayəndəsini taxta çıxardı. == Tarixi == Bəhreynli teoloq Şeyx Yusif əl-Bəhreyni hazırladığı şiə alimlərin bioqrafik lüğətində - Lu’lu’at al-Baḥrayn (Bəhreyn incisi) - işğalı öz nöqtey-nəzərindən belə izah edir: == Nəticə == Sultan ibn Seyfin qüvvələrinin Bəhreyndən geri çəkilməsindən sonra orada hakimiyətini qoruya bilmədi, lakin Omanlıların getməsindən sonra da Bəhreyndə sabitlik yaranmadı. Səfəvi imperiyasının ziyasi zəifliyi ona gətirib çıxardı ki, tez bir zamanda Bəhreyn adaları Huvala tayfası tərəfindən işğal edildi. Bu işğalı əl-Bəhrəni dağıdılma kimi təsvir edir.. Demək olar ki, durmadan davam edən müxtəlif sünni dəniz qüvvələrinin, Omanlıların və Səfəvilərdən sonra Nadir şahla Kərim xan Zəndin müdaxilələri Bəhreynin getdikcə zəifləməsinə və geridə qalmasına səbəb oldu. Həmçiniin, omanlılar tərəfindən inci tacirlərinə və toplayıcılarını tətbiq edilən yüksək vergilər bu sahələrin də tənəzzül etməsinə yol açdı.
исстрога́ться мажо́рный невозбра́нно промина́ть рыси́ть светосто́йкость сзыва́ться апперципи́ровать географи́ческий гро́биться перемыва́ть пересочиня́ть пове́шенный рассы́пка смакова́ние флибустье́р -щутить chimneybreast ipsilateral loop-change-loop mango oak-wood prelude soft furnishings полька