ONŞAHILIQ
ONUNKU
OBASTAN VİKİ
Onuncu Dərəcə boğazı
Onuncu Dərəcə boğazı (ing. Ten Degree Channel) - Hind okeanınında yerləşən Andaman adalarını (Kiçik Andaman) Nikobar adalarından ayırır. Boğaz 10 dərəcədə yerləşir. Hind okeanında yerləşən Andaman dənizini Benqal körfəzi ilə birləşdirir. Eni 140 km, dərinliyi 1280 m təşkil edir.
Onuncu simfoniya (Motsart)
Onuncu simfoniya Volfqanq Amadey Motsart tərəfindən İtaliyaya ilk səfəri zamanı, 1770-ci ildə bəstələnmişdir. Motsart bu simfoniyanı Milanda karnaval zamanı bəstələməyə başladı və bir neçə ay sonra Boloniyada başa çatdırdı. == Ümumi məlumat == Simfoniyanın əlyazmasında birinci cümlənin sonunda Motsart ("Finis Laus Deo") Tanrıdan təriflər yazmışdı, lakin əlyazmada əsərin yazılma tarixi barədə heç bir qeyd yoxdur. Buna görə konkret dövr müəyyən deyil: Köxel kataloqunun altıncı nəşrində (1964) simfoniyanın tarixi ilə bağlı yalnız bir qey vardır: "ehtimal ki, 1770". == Quruluşu == Simfoniya bir italyan uvertürası şəklindədir və 2 hissədən ibarətdir. Simfoniyanın ifa müddəti təxminən 9 dəqiqədir. Allegro, 3/4 Andante, 3/8 Allegro, 2/4 === Birinci hissə: Allegro === === İkinci hissə: Andante === === Üçüncü hissə: Allegro === G-Dur, 2/4-Takt, 129 Takte == Mənbə == Jean Massin və Brigitte Massin , Motsart , Fayard, coll. "Musiqinin əsasları",1 st Sentyabr 1990, 1270 səh. ( ISBN 978-2-213-00309-2 ) , səh. 642 (en) Neal Zaslaw və William Cowdery , Mozart'ın mükəmməlliyi : Wolfgang Amadeus Mozartın musiqi əsərlərinə bələdçi , New York, WW Norton & Company ,1990, 350 səh.
Onuncu sülalə (Misir)
X sülalə - Qədim Misirdə birinci aralıq dövrdə hömranlıq etmiş sülalələrdən biri. == Ümumi məlumat == Qədim Misir sülaləri haqqında bir çox məlumat Manefonun yazılarından öyrənilir. Bir çox tədqiqatçılar IX və X sülaləni eyni bir nəsil olduğu bildirirlər. Bu nəsil vaxtilə Herakleopol monarxları olmuşdular. Herakleopol xanədanı təxminən 185 il padşahlıq etmişlər. X sülalə e.ə 2130-2040-cı illərdə fironluq etmişdir. Turin siyahısında Herakleopollu 18 fironun adı çəkilir. Ancaq onlardan yarısını oxumaq mümkün deyil. Arxeoloji tədqiqatlar X sülalənin bütün Misirdə hakim olmadığını göstərir. Beləki bu dövrdə Tebes monarxları güclənərək Aşağı Misiri özlərinə tabe edərək firon titulunu götürürlər.
Onuncu krallıq (teleserial, 1999)
Onuncu krallıq (ing. The 10th Kingdom) - 2000-ci il 27 fevralda istehsal olunan televiziya serialıdır. ABŞ-nin NBC kanalında mini-serialın reytinqi az olduğuna görə davamı çəkilməmişdir. Lakin filmlər haqqında ən böyük informasiyaya malik olan Internet Movie Database (IMDb) saytında böyük səs toplamışdır. Filmin büdcəsi qiymətləndirməylə $44 milyon ABŞ dollardır. 2000-ci ildə Emmi mükafatını qazanmışdır. Teleserial gənc bir qadın və atasının Nyu-Yorkdan sehrli bir güzgü vasitəsilə paralel pəri nağılları dünyasına teleportasiya olunmasından sonrakı macəralarından bəhs edir. İlk göstərim 14,04 milyonun üzərində izləyiciyə çatdırıldı. == Məzmun == Virciniya Nyu Yorkun Mərkəzi parkında restoranda çalışır və restoran sahibi olmaq xəyalındadır. Lakin bu zaman parallel dünyadan trollelər gəlir.

Digər lüğətlərdə

акаде́мия аполитици́зм встык дообору́довать иму́щие па́ря пома́тываться посрыва́ть шту́чка ку́пчий ополови́ниванье развёртка туга́й крес Медвежья budgie commensal core tool natality noblesse piend spine-bone Uriah Heep обсерватория приделать