OPERÁTOR

[ lat. ]
1. xüs. Mürəkkəb mexanizmlərin işini idarə edən və ya müəyyən istehsal prosesinin icrasına cavabdeh olan yüksək ixtisaslı fəhlə.
[Nailə Mansurova:] Gedək operator otağına, sabun, məhrəba verim, üzünüzü yuyun. H.Seyidbəyli.

// Nəqliyyatda: dispetçerin göstərişlərini qəbul edən və hərəkət haqqında ona məlumat verən işçi.
2. Filmin yaradıcılarından biri, filmi çəkən şəxs.

Etimologiya

  • OPERATOR Latın sözüdür və “operasiya (əməliyyat) həyata keçirən” deməkdir. İndi məna bir qədər dəyişib, əsasən kino sənəti ilə bağlı işlədilir
OPERATİVLİK
OPERATORLUQ

Digər lüğətlərdə