OQ

Ox. (“Kitabi-Dədə Qorqud” leksikası)

OĞURLAYIN
OQÇI
OBASTAN VİKİ
Oq Tekyon
Ok Taec-yeon kor. 옥택연; 27 dekabr 1988, Busan),Taecyeon kimi tanınan Cənubi Koreyalı reper, müğənni, bəstəkar, aktyor və sahibkardır. O, Cənubi Koreyanın 2PM oğlan qrupunun əsas repçisidir. 2010-cu ildə Ok Koreyanın "Zoluşkanın bacısı" dramında aktyor kimi debüt etdi və o vaxtdan bəri "Dream High (2011)", "Sen kimsən? (2013)", "Gözəl günlər (2014)", "Məclis(2015)", "Gəlin döyüşək", "Ruh (2016)", "Məni xilas et (2017)", "Oyun: Sıfıra doğru (2020)", "Gizli Kral Müfəttişi və Sevinc (2021)" və "Vincenzo (2021)" kimi seriallarda rol alıb.Həmçinin "Mavi Nikah (2013)" və "İtkinlərin Evi (2017)" filmlərində çəkilib. == Erkən həyat və təhsil == Oq Cənubi Koreyanın Seul şəhərində anadan olub, lakin 10 yaşında valideynləri və böyük bacısı Cihyen ilə birlikdə Böyük Boston Bölgəsində yerləşən Massaçusets ştatının Bedford, kiçik şəhərciyinə köçüb. İnternetdə ikən təbliğatını fərq etdiyi JYP Entertainment dinləmələrində iştirak etməyə onu bacısı Cihyen inandırdı. İştirak etmək üçün könülsüz olsada sonra hər ikisi onun 17-ci ad günündə Nyu-Yorka yollandı. Bir həftə sonra o, final 35-ə seçildi və müsabiqədə daha da irəli getmək üçün Cənubi Koreyaya getməyə çağırış aldı. Oq əvvəlcə model olmaq üçün müraciət etsə də, münsiflər ona rəqs və mahnı oxumağı sınamağı təklif ediblər.
Kim Oq-Hva
Kim O-Hva (d. 11 avqust 1958) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Kim O-Hva Cənubi Koreya yığmasının heyətində 1984-cü ildə Los-Anceles şəhərinin ev sahibliyində baş tutan XXIII Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun birində məğlub olan Cənubi Koreya yığması, Los-Anceles Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Alan Oqoyev
Alan Uruzmaqoviç Oqoyev (oset. Огъуаты Уырызмаджы фырт Алан; 21 yanvar 1978, Orconikidze) — Rusiya iqtisadçısı, iqtisad elmləri doktoru, professor. 2017-ci il aprelin 11-də K.L.Xetaqurov adına Şimali Osetiya Dövlət Universitetinin rektoru seçilib. == Həyatı == Alan Oqoyev 1999-cu ildə Şimali Osetiya Dövlət Universitetinin İqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. Burda maliyyə və kredit ixtisası üzrə təhsil alıb.2002-ci ildə Sankt-Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universitetində iqtisad elmləri namizədi alimlik dərəcəsi almaq üçün namizədlik dissertasiyasını müdafiə etmişdir. 2010-cu ildə Sankt-Peterburq Dövlət İqtisadiyyatı və Maliyyə Universitetində “Regional investisiya prosesinin maliyyələşdirilməsi strategiyası” mövzusunda doktorluq dissertasiyasının müdafiəsi olmuşdur.Alan Oqoyev 2003-2009-cu illərdə - Şimali Osetiya Respublikası Milli Bankında mütəxəssis, planlaşdırma və investisiya dəstəyi şöbəsinin müdiri, bank tənzimlənməsi və nəzarəti departamentinin rəis müavini vəzifələrində çalışmışdır. 2004-cü ildən Şimali Osetiya Dövlət Universitetində dərs deməyə başlamışdır. Burada o, Beynəlxalq İqtisadi Münasibətlər kafedrasının baş müəllimi, dosent, professor, 2009-cu ildən - maliyyə və iqtisadiyyat üzrə prorektor vəzifələrində çalışmışdır. 2008-ci ildə Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Akademiyasını “Biznesin idarə edilməsi üzrə magistr” əlavə ixtisası ilə fərqlənmə diplomu ilə bitirmişdir.Alan Oqoyev 2008-ci ildə dördüncü çağırış Şimali Osetiya-Alaniya Respublikası Parlamentinin deputatı seçilmişdir. 2011-ci ildən - Şimali Osetiya Respublikasının təhsil və elm naziri, Şimali Osetiya Respublikasının təhsil və elm naziri vəzifəsinin icraedicisi olmuşdur.
Aritatsu Oqi
Aritatsu Oqi (d. 20 dekabr 1942) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 62 oyun keçirib, 11 qol vurub.
Dagestanskiye Oqni
Dağıstan İşıqları (rus. Дагестанские Огни, ləzg. Дагъустандин ЦIаяр, tab. Дагъустнан ЦIаяр, aqul. Дагъустандин Цlаяр) ― Rusiya Federasiyasının Dağıstan Respublikasında şəhər. Xəzər dənizinin sahilində, dəniz səviyyəsindən 35 metr yüksəklikdə, Baraftau dağından şimal-şərqdə, paytaxt Mahaçqalanın 118 kilometr cənub-şərqində yerləşir. Coğrafi baxımdan Dərbənd rayonunun keçmiş ərazisində qurulub və onun tərəfindən tamamilə əhatə edilib. Dərbənd şəhərinə yaxınlığı baxmından Dərbəndin "peyk şəhəri" də hesab edilir. Dağıstanın ən cavan və səkkizinci ən iri şəhəridir. Tarix boyu bura təbii qaz yataqları ilə bölgədə məşhur idi.
Daqestanskiye Oqni
Dağıstan İşıqları (rus. Дагестанские Огни, ləzg. Дагъустандин ЦIаяр, tab. Дагъустнан ЦIаяр, aqul. Дагъустандин Цlаяр) ― Rusiya Federasiyasının Dağıstan Respublikasında şəhər. Xəzər dənizinin sahilində, dəniz səviyyəsindən 35 metr yüksəklikdə, Baraftau dağından şimal-şərqdə, paytaxt Mahaçqalanın 118 kilometr cənub-şərqində yerləşir. Coğrafi baxımdan Dərbənd rayonunun keçmiş ərazisində qurulub və onun tərəfindən tamamilə əhatə edilib. Dərbənd şəhərinə yaxınlığı baxmından Dərbəndin "peyk şəhəri" də hesab edilir. Dağıstanın ən cavan və səkkizinci ən iri şəhəridir. Tarix boyu bura təbii qaz yataqları ilə bölgədə məşhur idi.
Devid Oqden Stiers
David Allen Ogden Stiers (ing. David Allen Ogden Stiers; 31 oktyabr 1942, Peoria, Illinois – 3 mart 2018, Newport, Oregon) — ABŞ aktyoru.
Emil Oqust Jozef De Vildeman
Emil Oqust Jozef De Vildeman (fr. Emile Auguste Joseph de Wildeman; 19 oktyabr 1866[…] – 24 iyul 1947[…], Brüssel) — Belçika botaniki. == Elmi fəaliyyəti == Emil Oqust Jozef De Vildeman bitkilər toxumlu bitkilər, mikologiya və qıjıkimilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Wildeman, E.A.J. de (1897). Prodrome de la flore algologique des Indes néerlandaises. 193 p. Wildeman, E.A.J. de; Durand, T.A. (1898—1907). Prodrome de la flore belge. 3 vols., 1112 p. Wildeman, E.A.J. de (1899—1909).
Fuad Oqtay
Fuad Oqtay (1964) – Türkiyə siyasətçisi, 2016-cı il iyunun 19-dan vitse-prezident təyin olunana qədər Türkiyənin Baş nazirinin müavini, 2018-2023-cü illərdə Türkiyənın vitse-prezidenti olub. TBMM 28-ci çağırış deputatıdır.
Gravity (Zlata Oqneviç)
Gravity — (Azərbaycanca: Yer Çəkimi) Ukraynanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Jan-Kevin Oqustin
Jan-Kevin Oqustin (16 iyun 1997-ci ildə anadan olub) — Bundesliqa təmsilçilərindən olan RB Leypziq klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Pari Sen-Jermen === Oqustin öz peşəkar karyerasında debütünü Pari Sen-Jermen klubu ilə 8 aprel 2015-ci ildə etmişdir. O, 88-ci dəqiqədə Sent-Etyen klubu ilə qarşılaşmada Xavyer Pastoreni əvəz etmişdir. Park des Prinsesdə keçirilən görüşdə Pari-Sen Jermen Fransa Kubokunun yarımfinal mərhələsində Sent-Etyenə 4-1 hesabı ilə qalib gəlmişdir.O, Monrealın Stad Saputo stadionunda keçirilən 2015 Fransa Superkuboku görüşündə 63-cü dəqiqədə Edinson Kavanini əvəz etmişdir. Həmin görüşdə PSJ Olimpik Lion klubuna 2-0 hesabı ilə qalib gəlmişdir.19 noyabr 2016-cı ildə Oqustin Liqa 1-də Nant klubu ilə oyunda mövsümdə ilk dəfə olaraq qol ötürməsi vermişdir. O bu ötürməni 13-cü dəqiqədə Anxel Di Mariyaya vermişdir. Həmin görüşdə klubu 2-0 hesabı ilə qələbə qazanmışdır. === RB Leypziq === 6 iyul 2017-ci ildə Jan-Kevin Oqustin Pari Sen-Jermen klubundan ayrılaraq €13 milyon qarşılığında RB Leypziq klubu ilə beş illik müqavilə imzalamışdır. == Karyera statistikası == === Klub === 21 Dekabr 2016 tarixində yenilənib1 Fransa Superkuboku görüşləri daxildir. == Şəxsi həyatı == Oqustinin valideynləri Haiti vətəndaşıdır.
Lui Oqüst Blanki
Lui Oqüst Blanki (fr. Louis Auguste Blanqui; 7 fevral 1805 – 1 yanvar 1881[…], Paris) — fransız inqilabçısı, utopik-kommunist.
Maqdalena Oqorek
Maqdalena Oqurek (pol. Magdalena Agnieszka Ogórek; d. 23 fevral 1979, Rıbnik, Polşa) — Polşa tarixçisi, humanitar sahə üzrə elmlər doktoru. Polşa prezidentliyinə namizəd (2015). == Elmi fəaliyyəti == Maqdalena Oqurekin əsas işlərindən biri kilsə tarixini araşdırmaqdır.
Maqdalena Oqurek
Maqdalena Oqurek (pol. Magdalena Agnieszka Ogórek; d. 23 fevral 1979, Rıbnik, Polşa) — Polşa tarixçisi, humanitar sahə üzrə elmlər doktoru. Polşa prezidentliyinə namizəd (2015). == Elmi fəaliyyəti == Maqdalena Oqurekin əsas işlərindən biri kilsə tarixini araşdırmaqdır.
Masaşi Oquro
Masaşi Oquro (d. 4 may 1980) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 22 oyun keçirib, 5 qol vurub.
Mequmi Oqava
Mequmi Oqava (XX əsr, Yaponiya) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Mitsuo Oqasavara
Mitsuo Oqasavara (d. 5 aprel 1979) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 53 oyun keçirib, 7 qol vurub.
Müəllif:Oqtay Nüsrətov
Oqtay Qüdrət oğlu Nüsrətov (26 iyul 1941 - 10 sentyabr 2021) — texnika elmləri doktoru, Professor, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Laboratoriya rəhbəri (2020-ci ilədək), AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun elmi işlər üzrə direktor müavini (2020-ci ilədək). == Həyatı == Oqtay Nüsrətov 1941-ci il iyulun 26-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Texniki Universitetini bitirmişdir. Namizədlik (PhD) dissertasiyasının mövzusu: 1203.01 – "Hesablama texnikası", "Azdebitli neft quyularının informasiyasının avtomatlaşdırılmış emalı üçün xüsusiləşdirilmiş rəqəmli hesablayıcı qurguların tədqiqi və işlənilməsi". Doktorluq dissertasiyasının mövzusu: 3338.01 – "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi", "Tsiklik siqnalların analizi və tanınması üçün mövqeli-binar informasiya texnologiyası, nəzarət və diaqnostika alqoritmləri və vasitələri". AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (keçmiş Kibernetika İnstitutu) elmi işlər üzrə direktor müavini olmuşdur. AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (keçmiş Kibernetika İnstitutu) nəzdində fəaliyyət göstərən Müdafiə Şurasının sədr müavinidir və Şuranın Elmi seminarının sədri olmuşdur. 2021-ci il sentyabrın 10-da Bakı şəhərində vəfat etmişdir. == Əmək və elmi fəaliyyəti == === Elmi əsərlərin sayı === Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 105 Xaricdə çıxmış elmi əsərlərinin sayı: 24 Respublikada çıxmış elmi əsərlərinin sayı: 45 Konfrans məruzələri və tezislər sayı: 33 Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 29Kadr hazırlığı: fəlsəfə doktorlarının sayı: 5 elmlər doktorlarının sayı: 1 === Əsas elmi nailiyyətləri === Tsiklik siqnalların analizi və identifikasiyası üçün yüksək həssaslığı və tanıma etibarlığını təmin edən mövqeli-binar informasiya texnologiyası işlənilmişdir. Təklif edilən texnologiya əsasında neftmədən avadanlıqları və qurğuları üçün, monitoring, diagnostika və idarəetmə üsulları və alqoritmləri işlənmiş və institutda yaradılan və bir sıra neft mədənlərində tədbiq edilmiş yeni nəsil nəzarət diaqnostika və idarəetmə komplekslərinin tərkibində istifadəyə verilmişdir.
N.P.Oqaryov adına Mordoviya Dövlət Universiteti
N.P.Oqaryov adına Mordoviya Dövlət Universiteti — Mordoviyanın ən iri ali təhsil, elm və mədəniyyət mərkəzi, Volqayanı bölgənin aparıcı universitetlərindən biri. Təhsil 11 fakültədə və 7 institutda 89 ixtisas üzrə aparılır. 33 bakalavr, 12 magistr proqramı həyata keçirilir. == Tanınmış alimləri == Davud Qədiməliyev - biologiya elmləri doktoru, professor.
Oqaden müharibəsi
Oqaden müharibəsi və ya Efiopiya-Somali müharibəsi — 1977–1978 illərdə mübahisəli Oqaden ərazisi üstündə Efiopiya və Somali arasında baş vermiş müharibə. == Müharibənin başlanması == 1960-cı ildə Somali müstəqillik qazandıqdan sonra qonşu dövlətlərlə ərazi mübahisəsinə başladı. Hökumət somalilərin kompakt yaşadığı Cibuti, Efiopiya və Keniya ərazilərini əhatə etməli olan "Böyük Somali"nin bərpası haqqında manifest çıxardı. Mübahisəli ərazilərdən biri Efiopiyada yerləşən Oqaden bölgəsi idi. 1964-cü ildə Somali və Efiopiya arasında qısamüddətli sərhədyanı münaqişə baş verdi. 1969-cu il "Oktyabr inqilabı" nəticəsində Somalidə hakimiyyətə Məhəmməd Siad Barre gəldi. O, ölkədə sosializm elan etdi. Bu isə öz növbəsində Somalinin SSRİ ilə yaxınlaşmasına səbəb oldu, lakin Məhəmməd Siad Barre qonşu dövlətlərlə ərazi mübahisələrini davam etdirdi. 1970-ci ildən etibarən Qərbi Somalinin Azadlığı Cəhbəsi (QSAC) Oqadenin Somalidən ayrılması üçün silahlı mübarizəyə başladı. 1974-cü ildə Efiopiyada baş verən hərbi çevriliş nəticəsində imperator Hayle Selassie I devrildi və hərbi xunta hakimiyyətə gəldi.
Oqami
Oqami (yap. 来間島 — Miyako qrupuna Sakişima adalarına Ryukyu adalarına daxil olan kiçik ada. İnzibati cəhətdən Yaponiyanın Miyako dairəsi, Miyako qəzası və Okinava prefekturası ərazisinə daxildir. == Coğrafiyası == Adanın sahəsi 0,24 km² təşkil edir. Miyakocima adasından şimal-şərqdə yerləşir. Adanın relyefi dayalıqdır. Ən hündür nöqtəsi 75 metr təşkil edir. Adanın əhalisi cəmi 50 nəfər təşkil edir. Əhali əsasən elədə böyük olmayan Oqami qəsəbəsində yerləşmişlər.
Oqaneson
Oqaneson (Og) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 118-ci element. İlk dəfə 1999- cu ildə, nüvə reaksiyaları yolu ilə Yuri Oqanesian tərəfindən sintez edilmişdir. Heç bir kimyəvi birləşməsi sintez edilməmişdir. Fiziki xassələri haqqında deyilənlər isə yalnız ehtimaldır. Belə çıxır ki, onun yalnız atom xassələri haqqında deyilənlər düzgündür. Atom kütləsi 294 daltona bərabərdir (~ 294/6,02×10^23 qram). Elektron quruluşu okted qaydasına tabedir. Buna görə də, elektron verə bilmir. Həmçinin Flüorla birbaşa reaksiyaya girə bilər. Həmçinin təsirsiz qazlarla bir qrupda yer aldığına baxmayaraq, ağır kütləsi fikirləşməyə imkan verir ki, o, qatı bir hala malikdir.
Oqasavara adaları
Oqasavara Adaları — (小笠原群島 Ogasawara Guntō) olaraq bilinən Bonin adaları, Tokio Yaponiyanın cənubundan təxminən 1000 km (540 nmi;620 mil) məsafədə yerləşən 30-dan çox subtropik və tropik adaların arxipelaqıdır. "Bonin Adaları" adı Yapon dilində "tərk edilmiş" və "yaşayış olmayan" mənasına gələn bunin (無人 mujin sözünün arxaik tərcüməsi) sözündən götürülmüşdür. Qrupun yeganə yaşayış adaları bələdiyyə rəhbərliyinin yerləşdiyi Çiçijima (父 島) və Oqasavara kəndi daxil olan Hahajima (母 島)dır. Oqasavara bələdiyyəsi (mura) və Oqasavara alt prefekturası (Tokio Metropolis) adlarını Oqasavara arxipelaqlarından almışdır. Lakin Oqasavara arxipelaqı (小笠原諸島 Ogasawara shotō) Oqasavara bələdiyyəsindəki Volkan adaları və digər kiçik, tərk edilmiş və təcrid olunmuş adaları əhatə edən daha geniş bir kollektiv ola bilər. Coğrafi cəhətdən bu adaların hamısı Nanpou adalarına daxildir. Çiçijimada 2000 nəfər və Hahajimada 440 nəfər olmaqla cəmi 2440 nəfər Oqasavara arxipelaqında ümumilikdə 84 kvadrat kilometr (32 kvadrat metr) məsafədə yaşayırlar. Oqasavara adaları heç bir qitəyə bağlanmadığı üçün heyvan və bitkilərinin çoxu unikal bir təkamül prosesinə məruz qalmışdı. Bu adaların "Şərqin Qalapaqosu" ləqəbi almasına və 24 İyun 2011-ci ildə Dünya İrsi olaraq namizəd olmasına imkan verdi. Nəhəng kalamar (cins Architeuthis) ilk dəfə 27 sentyabr 2005-ci ildə Oqasavara adalarından səhrada görüldü və 2006-cı ilin dekabrında tutuldu.
Oqast Karl Rayşauer
Oqast Karl Rayşauer (ing. August Karl Reischauer; 4 sentyabr 1879, Consboro[d], İllinoys – 10 iyul 1971) – amerikalı presviterian missioneri. Yaponiyadakı fəaliyyətinə görə tanınır. 1918-ci ildə Tokio Qadınlar Xristian Universitetinin, 1920-ci ildə isə həyat yoldaşı ilə birlikdə Yaponiya Karlar Danışıq Məktəbinin əsasını qoymuşdur. == Həyatı == Oqast Karl Rayşauer 1879-cu ildə ABŞ-nin İllinoys ştatının Consboro şəhərində doğulmuşdur. 1902-ci ildə Hanover kollecindən, 1905-ci ildə isə Makkormik Teologiya Seminariyasından məzun olduqdan sonra Yaponiyaya getmişdir. Rayşauer xristianlığın digər dinlərlə əlaqəsi ilə maraqlandığı üçün 1917-ci ildə "Yaponiyada buddizm tədqiqatları" adlı elmi işini nəşr etdirmişdir. O, həmçinin Yaponiyada təkrarlanan protestant missionerlik cəhdlərini aradan qaldırmağa və məzhəb seminariyalarını möhkəmləndirməyə cəhd etmişdir. 1917-ci ildə Nyu-York Universiteti tərəfindən fəxri dərəcə ilə təltif olunmuşdur.1941-ci ildə Yaponiyanı tərk etmiş və bir neçə il Nyu-York şəhərindəki Birlik Teologiya Seminariyasında müqayisəli dinlər mövzusunda dərslər vermişdir. Əsas əsərlərinə "Yaponiyada tapşırıq: Müasir missionerlik prinsiplərinin tədqiqi" (1926) və "Oco yoşu: Cənnətdə doğum haqqında esselər" (1930) aiddir.
Oqi
Oqi (小城, Ogi) — Yaponiyanın Kyuşu regionunda, Saqa prefekturasında yerləşən şəhər. Müasir şəhər 1 mart 2005-ci ildə qurulmuşdur. 2017-ci ilin fevralının məlumatına görə şəhərin əhalisi 45,638 nəfərdir, hər km² ərazidə 480 nəfər yaşayır. Şəhərin sahəsi 95,85 km²-dir. == Tarix == 1889-cu ildəki inzibati islahatdan sonra şəhər regionuna Oqi şəhəri və 7 qəsəbə (Aşikari, Haruta, İvamatsu, Mikazuki, Misato, Toqava və Uşizu) daxil idi. 24 aprel 1894-cü ildə şəhər statusu almışdır. 1 mart 2005-ci ildə Aşikari, Mikatsuki, Uşizu Oqiyə birləşdirilmişdir. == Coğrafiya == Şəhər Yaponiyanın Kyuşu adasında, Saqa prefekturasının mərkəzində yerləşir. Şəhərin cənub hissəsi dağlıqdır, Tenzan dağına qonşudur. Cənub hissəsində Saqa düzənliyi və Ariake dənizi yerləşir.
антиматериалисти́ческий водомёт вручи́тель выню́хивание дарова́ть льсти́вый моча́литься перебаллотиро́вка подру́бливать подъёмный речитати́в улива́ться двухкварти́рный подбира́ть предыду́щее сла́дкий эве́нский exterrestrial hydratable pill freak weatherology лимб прожёвывать ратный угольщик