ORAN

nisbət, faiz; doğum oranı – doğum faizi; oranla – nisbətən
faiz, nisbət, tənasüb
ORA
ORDU
OBASTAN VİKİ
Oran
Vəhran (ərəb. وهران‎ Wahrān) və ya Oran — Əlcəzairin ikinci iri şəhəri. Aralıq dənizinin sahilində yerləşir. Vəhran vilayətinin inzibati mərkəzidir. 2008-ci ilin məlumatına görə əhalisi 609.940 nəfərdən ibarət olmuşdur.
Oran sülaləsi
Oran və ya Оran-Nassaus sülaləsi (nid. Oranje-Nassau) — Niderland krallığının 1815-ci ildən kral sülaləsi, Nassau knyaz evinin qolu. XVI əsrdən Oran şahzadəsi Birləşmiş Vilayətlər Respublikasında stathauderlər seçilən nüfuzlu oliqarx ailəsidir. Sülalə rəngi kmi narıncı rəng qəbul edilib.
Artemisia oranensis
Artemisia oranensis (lat. Artemisia oranensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Azad Oranj Dövləti
Azad Oranj Dövləti və ya Oranj Respublikası (nid. Oranje-Vrijstaat), — vaxtilə Cənubi Afrika ərazisində müstəqil dövlət, sonradan Cənubi Afrika İttifaqı və Cənubi Afrika Respublikası tərkibində vilayət olmuşdur. CAR-ın indiki Fri-Steyt vilayəti ərazisində yerləşib. Respublikanın adı qismən Portuqal çayından yaranır və bu, öz növbəsində Hollandiyalı hökmdar ailəsinin şərəfinə, Portuqaliya Evinin şərəfinə, Robert Yaqub Qordonun köməyi ilə Hollandiyalılar tərəfindən verilmişdir. Azad Oranj dövlətin-də rəsmi dil Holland dilidir. Dövrü Konvensiyasının imzalanması ilə 23 fevral 1854-cü ildə rəsmi olaraq Azad Oranj dövləti kimi müstəqil olmuşdur.
Köhnə Orand
Köhnə Orand — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 110 nəfərdir. == Toponimiyası == Bu kəndin əsasında yaranmış yeni yaşayış məntəqəsi Orand adlandırıldığından keçmiş kənd Köhnə Orand adını almışdır.
Orand
Orand — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Lerik rayonunun Orand kəndi Pirəsora kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Orand kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Mənbələrin məlumatına görə, XIX əsrdə Lənkəran qəzasında maldarlıqla məşğul olmuş orandlar 3 qoldan ibarət idilər. Onlar qışı Muğanda, yazı isə Talış dağlarında keçirirdilər. Orandların birinci qolu Ləzran, ikinci qolu Orand, üçüncü qolu isə Nuravud kəndlərini salmışdılar. Etnotoponimdir. == Tarixi == Talışların tayfalarından biri olan Orand tayfası tərəfindən salınmış rayondur. Bir qolu sürgün zamanı Cəlilabad rayonu Zərbəli kəndində məskən salmışdır == Coğrafiyası və iqlimi == Kənd Bilnəçayın sahilində, Peştəsər silsiləsinin yamacında yerləşir. == Əhalisi == Əhalisi 1534 nəfərdir.
Orange
Orange fransız mənşəli, beynəlxalq GSM Operatorudur. == Tarixi == 1994-cü ildə Parisdə yaradılmışdır. 2000-ci ildə France Télécom 'la birləşərək Fransanın ən böyük telekommunikasiya quruluşu olmaqla qalmamış dünya arenasına da çıxmışdır. 2001-ci ildə Itineris, Ola və Mobicarte şirkətləri Orange 'ın sıralarına qatılmışdır. Bunu 2006-cı ildə Wanadoo və MaLigneTV də izləmişdir. % 100 Fransız kapitalı olan şirkət hal-hazırda da bu xüsusiyyətini itirməmiş bir anonim şirkətidir. == Sektordakı yeri == Orange Telekom 17 ölkədə xidmət verən dünyanın ən böyük GSM Operatorlarından biridir. Vodafone ilə arasında böyük bir rəqabət vardır. Ingilislər ilə fransızların arasındakı tarixi səbəblərdən yaranan rəqabət Vodafone və Orange arasında da eyni şəkildə davam etməkdədir. Xüsusilə bu 2 operator bir-birlərindən abunə oğurlamaq və digər operatoru oyundan kənar buraxmaq üçün bir çox bazarda müxtəlif taktikalar tətbiq etməkdədirlər.
Orange Sky Golden Harvest
Orange Sky Golden Harvest (çin. 嘉禾娛樂有限公司; — «qızıl məhsul») — Honkonq kinoşirkəti. Brüs Li, Ceki Çan kimi Honqonk kino ustalarının simasında dünyaya açılmışdır. İlk filmi 1973-cü ildə Warner Bros. ilə birlikdə çəkdiyi Əjdahanın çıxışı filmi olmuşdur.
Oranienbaum (saray-park kompleksi)
Oranienbaum (alm. Oranienbaum‎ — "portağal ağacı") — Fin körfəzinin cənub sahilində və Sankt-Peterburq şəhərindən 40 km qərbdə yerləşən məşhur saray-park ansamblıdır. XVIII əsrə aid müxtəlif saray və parkların yerləşdiyi kompleks Lomonosov (1948-ci ilə kimi - Oranienbaum) şəhərinin ərazisində yerləşir. Oranienbaum Saray-park ansamblı Sankt-Peterburqun tarixi mərkəzi və onunla əlaqəli bütün komplekslər kimi UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi. 2007-ci ildən saray və parklar Peterhof muzey-qoruğu tərəfindən idarə olunur. == Tarix == XVIII əsrin əvvəllərində Teiris mızasına (malikanəsinə) bitişik sahələr I Pyotr tərəfindən knyaz Aleksandr Menşikova hədiyyə edilmişdir. Knyaz 1711-ci ildə həmin əraziyə yaxınlığında, Karasta çayının Fin körfəzinə töküldüyü yerdə Böyük Sarayın inşasına başladı. Oranienbaum - Peterhof yolunun son nöqtəsi və Kronştadt şəhərinin əsas bərə keçidi sayılır. 1727-ci ildə ulu knyazın rəzalətindən sonra, Oranienbaum kompleksi ilk öncə Binalar üzrə Baş Şöbə İdarəsinə, 1737-ci ildə isə Admiral-Kollegiya və Dəniz Xəstəxana İdarəsinə köçürülmüşdü.1743-1762-ci illərdə Oranienbaum böyük knyaz Pyotr Fyodoroviçin (gələcək İmperator III Pyotrun) əsas iqamətgahına çevrilmişdir. Məhz onun üçün Yuxarı park ərazisində Peterştadt adlı "əyləncə qalası" inşa edilmişdir (1756—1762, həmin qaladan günümüzə kimi ancaq Fəxri darvaza və saray qorunub saxlanılmışdı).
Oranj Respublikası
Azad Oranj Dövləti və ya Oranj Respublikası (nid. Oranje-Vrijstaat), — vaxtilə Cənubi Afrika ərazisində müstəqil dövlət, sonradan Cənubi Afrika İttifaqı və Cənubi Afrika Respublikası tərkibində vilayət olmuşdur. CAR-ın indiki Fri-Steyt vilayəti ərazisində yerləşib. Respublikanın adı qismən Portuqal çayından yaranır və bu, öz növbəsində Hollandiyalı hökmdar ailəsinin şərəfinə, Portuqaliya Evinin şərəfinə, Robert Yaqub Qordonun köməyi ilə Hollandiyalılar tərəfindən verilmişdir. Azad Oranj dövlətin-də rəsmi dil Holland dilidir. Dövrü Konvensiyasının imzalanması ilə 23 fevral 1854-cü ildə rəsmi olaraq Azad Oranj dövləti kimi müstəqil olmuşdur.
Oranjestad
Oranyestad (nid. Oranjestad) — Arubanın paytaxtı. 2005-ci ildə əhalisi 35000 nəfər idi.
Oranlı Vilhelm
I Oranlı Vilhelm (Dinməz Vilhelm, 24 aprel 1533, Dillenburq – 10 iyul 1584, Delft) — Oran ‏şahzadəsi, Nassau qrafı, Niderland inqilabı xadimi. 60-c illərdə Niderlandda ispan rejiminə qar‏şı müxalifətə ba‏şçılıq etmiş‏di. Çevik siyasətçi, diplomat Vilhelm ‏şəxsi hakimiyyətini möhkəmləndirməyə və İspaniyaya qarşı‏ müharibə aparmağa cəhd göstərirdi. Vilhelmi İspaniyaya xəfiyyəsi öldürmüş‏dür.
Oranqabunqlar
Lampunqlar, lamponqlar, oranqabunqlar və ya abunqlar — İndoneziyada, Cənubi Sumatranın Lampunq əyalətində yaşayan xalq. 1995-ci ilin məlumatına görə, sayları 300 min nəfərdir. Hal-hazırda yaşadıqları əraziyə Cənubi Sumatranın qərb hissəsində XV əsrdə gəlmişlər. == Dil == Lampunq dilində danışırlar. İndoneziya dili də yayılmışdır. == Mədəniyyət == Maddi mədəniyyətlərinə görə malayyalılara yaxındırlar. == İqtisadiyyat == Əsas məşğuliyyətləri əkinçilikdir. Bir sıra rayonlarda balıqçılıq inkişaf etmişdir. Heyvan və quş saxlayırlar.
Oranyestad
Oranyestad (Aruba)
Oranyestad (Aruba)
Oranyestad (nid. Oranjestad) — Arubanın paytaxtı. 2005-ci ildə əhalisi 35000 nəfər idi.
Oranyestad (Sint-Estatius)
Oranyestad (nid. Oranjestad) — Sint-Estatiusun paytaxtı və ən böyük şəhəri. == Məsafələr == Oranyestaddan Amsterdama məsafə 6.998 km-dir. Oranyestaddan Karib Niderlandındakı digər şəhərlərə – Bottoma məsafə 32 km, Kralendeykə isə 814 km-dir. == İstinadlar == == Xarici keçidlər == St. Eustatius Historical Foundation Museum Arxivləşdirilib 2011-12-12 at the Wayback Machine St.
Rex Orange County
Aleksandr Ceyms O'Konnor (4 may 1998) — Rex Orange County ləqəbi ilə tanınan ingilis müğənni, bəstəkar. O'Konnor 2017-ci ildə Tyler, the Creatorun "Qremmi" mükafatına namizəd olan Flower Boy albomundakı "Boredom" mahnısında yer aldıqdan sonra populyarlaşmağa başladı. NPR Music jurnalisti Zoi Kons O'Konnorun musiqisini "hip-hop, caz və bedrum popunun parlaq qarışığı" kimi təsvir etdi. O'Konnor bir miksteyp Bcos U Will Never B Free (2015) və üç studiya albomu, Apricot Princess (2017), Pony (2019), Who Cares? (2022), həmçinin Live at Radio City Music Hall (2020) adlı canlı albom buraxdı. == Həyatı == Aleksandr Ceyms O'Konnor 4 may 1998-ci ildə Nina və Fil O'Konnorun ailəsində dünyaya gəlib. Surrey qraflığının Heyzlmir yaxınlığındakı Qreyşot kəndində böyüyüb. O'Konnorun musiqiyə marağı gənc yaşlarından başlayıb. 5 yaşında olarkən anasının işlədiyi məktəbdə xorda iştirak edib. Nağaraçl oldu sonra isə fortepiano ifa etməyi öyrəndi.
вели́чество вы́морозки дома́чивание ко́мик крео́лка линоти́пия переплёскивать пилота́ж ве́ер корзи́на липомато́зный попо́нка шестизаря́дный Византия burst-up gib-staff sheldrake spiller tub-thumper антракт завертеть пятисложный разойтись ревтрибунал учётчик