ORBİ́T

[ lat. ]
1. astr. Göy cisminin hərəkət etdiyi yol. Marsın orbiti.
// Süni peyklərin, kosmik gəmilərin hərəkət etdiyi yol. Kosmik gəmi Yer səthi üzərində perigeyi 175 kilometr və apogeyi 302 kilometr olan orbitə çıxmışdır.
2. məc. Mehvər.
Tamahlar var, məqam tapıb orbitə çıxsa; Qitələrin gözlərinə qor atacaqdır. M.Araz.

Etimologiya

  • ORBİT lat. orbita – yol
ORATÓRİYA
ORD

Digər lüğətlərdə