ORDU

is.
1. Dövlətin silahlı qüvvələri (quru qoşunları, hərbi dəniz və hərbi hava qüvvələri).
[Uğur:] Dördüncü kursdan orduya alındıq. İ.Əfəndiyev.
[Mahmud:] Mən vaxtı ilə orduda qulluq etmişəm. S.Vəliyev.

2. Hərbi dəniz və hərbi hava qüvvələrindən fərqli olaraq quru qoşunları. Ordu ilə hərbi dəniz və hərbi hava qüvvələrinin birgə təlimi.
3. Bir neçə korpusdan, diviziyadan ibarət operativ qoşun birləşməsi. Birinci ordu. Beşinci ordu komandiri.
4. məc. Ümumiyyətlə, çoxlu, saysızhesabsız adamlar toplusu haqqında. İşsizlər ordusu.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ORDU ordu bax qoşun
  • ORDU qoşun

Etimologiya

  • ORDU Türk dillərində orda sözü “xan sarayı” anlamında işlədilib. Anadolu türkləri hər­bi düşərgəyə ordu deyirlər
ORDİNÁTURA
ORDUBAŞI

Digər lüğətlərdə