ORUCƏLİ

Əli orucu, Alı orucu.
ORUCBƏY
ORUCXAN
OBASTAN VİKİ
Orucəli Həsənov
Orucəli Həsənov (1914-1991) — Azərbaycan jurnalisti, tənqidçi, ədəbiyyatşünas, filоlоgiya elmləri namizədi, Azərbaycan Yazıçılar İttifaqının (Birliyinin) üzvü. == Həyatı == Bakıda fəhlə ailəsində dоğulmuş, оrta və ali təhsil almış, mətbuatda, əsasən, 1934-cü ildən fəaliyyət göstərmişdir. Həmin ildən "Ədəbiyyat qəzeti", "Maarif işçisi", «İnqilab və mədəniyyət", "Vətən uğrunda" qəzet və jurnallarında, Azərbaycan Dövlət Nəşriyyatında, respublika Nizami muzeyində müxtəlif vəzifələrdə çalışmışdır. Ərəb, fars, оsmanlı türkcəsi, rus dilləri və ədəbiyyatlarını dərindən bilmişdir. Çоxlu sayda əsərlərin müəllifidir.
Orucəli Məmmədov
Orucəli Məmmədov (tam adı: Məmmədov Orucəli Qulu oğlu) — Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı. == Siyasi fəaliyyəti == Orucəli Məmmədov Azərbaycan SSR Ali Sovetinin XII çağırışında Naxçıvandan – 337 nömrəli Qoçüstü seçki dairəsindən deputat seçilmişdir. 5 fevral 1991-ci ildə üzv kimi Azərbaycan SSR xalq deputatlarının səlahiyyətini yoxlamaq üçün yaradılmış 15 nəfər Azərbaycan SSR xalq deputatından ibarət Mandat komissiyasının tərkibinə seçilmişdir.
Faiq Orucəliyev
Orucəliyev Faiq Hacı Murad oğlu - texnika elmləri doktoru, professor, Azərbaycan MEA müxbir üzvü == Həyatı == Orucəliyev Faiq Hacı Murad oğlu Bakı şəhərində anadan olmuşdur. 1958-ci ildə "Neft yataqlarının istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirmişdir. 1963-cü ilə qədər "26 Bakı komissarı adına" NQÇİ-də neft hasilatı üzrə operator, elmi-tədqiqat istehsalat işləri sexinin (ETİİS) baş mühəndisi işləyib. 1963-1997-ci illərdə Azərbaycan EA-nın DNQYPİ-da mühəndis, böyük mühəndis, baş elmi işçi, laboratoriya rəhbəri olub. 1968-ci ildə "Qaz-kondensat yataqlarının işlənilməsinin hidrodinamik ünsürləri" mövzusunda namizədlik, 1981-ci ildə isə "Qaz-kondensat və qaz-kondensat-neft yataqlarının işlənilməsinin qaz-hidrodinamiki əsasları" mövzusunda doktorluq dissertasiyasiyaları müdafiə etmişdir. 1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvü seçilmişdir. == Elmi fəaliyyəti == Orucəliyev F.H. neft və qaz yataqlarının işlənilməsi sahəsində görkəmli alimdir. Elmi tədqiqatların sahəsi: flüid və kollektorların real xassələrinin tam nəzərə alınması ilə qaz-maye karbohidrogen sistemlərinin laylarında süzülmə prosesinin qaz-hidrodinamiki modelləşdirilməsi üsullarının işlənilməsi; müxtəlif rejimlərdə və işlənilmə sistemlərində uçucu neftlərin qaz-kondensat, qaz-kondensat-neft yataqlarının işlənilməsinin kompleks layihə edilmə üsullarının yaradılması; mürəkkəb lay proseslərinin xüsusiyyətlərinin öyrənilməsi. Orucəliyev F.H. 180-dən artıq elmi məqalənin, 2 monoqrafiyanın müəllifidir. İxtiralara görə 5 müəlliflik şəhadətnaməsi alıb.
Orucəlili (Germi)
Orucəlili (fars. اروج عليلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 131 nəfər yaşayır (30 ailə).
Qabil Orucəliyev
Qabil Əbdüləli oğlu Orucəliyev (15 sentyabr 1991, Naxçıvan – 2 aprel 2016, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin zabiti (leytenantı). 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Qabil Orucəliyev 1991-ci il 15 sentyabr tarixində Naxçıvan şəhərində anadan olub. Qabil Orucəliyev ailəli idi, şəhid olmadan 4 gün əvvəl, 29 mart günündən oğul övladı dünyaya gəldi. Oğluna atasının adı qoyuldu, (Qabil Qabil oğlu Orucəliyev). == Hərbi xidməti == Leytenant Qabil Orucəliyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 11-i isə Qabil Orucəliyev doğulduğu Naxçıvan şəhərində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və leytenant Orucəliyev uğrunda şəhid olduğu torpağa tapşırıldı. Qabil Orucəliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
вышивно́й лива́нец ору́дие отша́тывать склоня́емость а́лый беспоса́дочный бузотёрничать если что парте́рный по́нчиковая рани́мый сво́дничать сургучо́вый через час по ло́жке expansionist kahuna onion positivity repairable smell out thenceforth заболачивать пика фат