ORDUXAN
ORXANƏ
OBASTAN VİKİ
I Orxan
I Orxan, Orxan Bəy və ya Orxan Qazi (osm. اورخان بك, türk. Orhan Gazi, I Orhan, Orhan Bey; 6 fevral 1281, Söğüt, Biləcik ili – mart 1362, Bursa) — Osmanlı İmperiyasının ikinci sultanı. Osmanlı İmperiyasının qurucusu I Osmanın oğlu. I Osmanın vəfat etməsindən sonra Orxan 1326-cı ildə bəyliyə sahib olmuşdur. I Orxan hakimiyyətə gələn zaman dövlətin əraziləri 16.000 km² təşkil edirdi. I Orxan hakimiyyəti ərzində imperiyanın ərazilərini 95.000 km² qədər genişləndirə bilmişdi. == Bəy olmadan öncəki həyatı və bəy olmağı == Doğum tarixi 1281-ci il olaraq göstərilsə də, bu tarixi 1274, 1279, 1287 olaraq da göstərən mənbələr də mövcuddur. Osmanoğullarının ən uzunömürlüsü hesab olunan Orxan bəyin uşaqlığı və gəncliyi haqqında məlumat yoxdur. Necə boya başa çatdığı, necə təhsil aldığı, hətta təhsilli olub-olmaması bilinmir.
Mahmud Orxan
DJ Mahmut Orhan (11 yanvar 1993, Bursa) — Türkiyə DJ və prodüseri.
Orxan Sultanov
Orxan Sedyar oğlu Sultanov (1977, Bakı) — general-polkovnik, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi (2015-ci ildən). == Həyatı == Orxan Sultanov 1977-ci ildə Bakı şəhərində anadan olub. 2007–2011-ci illərdə Azərbaycanın Birləşmiş Krallıqdakı səfirliyində humanitar məsələlər üzrə I Katibi vəzifəsində çalışıb. Ardınca bir müddət Xarici İşlər Nazirliyində işlədikdən sonra isə MTN-in Xarici Kəşfiyyat İdarəsinə qəbul olub. == Fəaliyyəti == Orxan Sultanov Azərbaycan Prezidenti İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli 1622 nömrəli Sərəncamına əsasən Xarici Kəşfiyyat Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdir.Orxan Sultanova Azərbaycan Prezidenti İlham Əliyevin 17 mart 2016-cı il tarixli 1912 nömrəli Sərəncamına əsasən "general-mayor" ali hərbi rütbəsi verilmişdir.General-mayor Orxan Sultanova Azərbaycan Prezidenti İlham Əliyevin 27 mart 2019-cu il tarixli 1058 nömrəli Sərəncamına əsasən "general-leytenant" ali hərbi rütbəsi verilmişdir.General-leytenant Orxan Sultanova Azərbaycan Prezidenti İlham Əliyevin 7 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "general-polkovnik" ali hərbi rütbəsi verilmişdir. == Təltif və mükafatları == General-mayor Orxan Sultanov Azərbaycan Prezidenti İlham Əliyevin 26 mart 2018-ci il tarixli 3828 nömrəli Sərəncamına əsasən 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir. Orxan Sultanov Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Zəfər" ordeni ilə təltif edilmişdir.
Orxan Süleymanov
Orxan Oruc oğlu Süleymanov (10 iyun 1990, Saloğlu, Ağstafa rayonu – 2020, Mandılı, Füzuli rayonu) – Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Orxan Süleymanov 1990-cı il iyunun 10-da Ağstafa rayonunun Saloğlu qəsəbəsində anadan olub. 1996–2007-ci illərdə A. Namazov adına Saloğlu qəsəbə tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Hərbçi ailəsində böyüyən Orxan Süleymanov 2008–2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2011-ci ilin oktyabr ayından 2012-ci ilin aprel ayına qədər Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzində gizirlik kursu keçib. Hərbi fəaliyətə Beyləqan rayonunda başlayıb. 2017-ci ildə Qusar rayonunda "N" saylı hərbi hissədə taqım komandirinin müavini vəzifəsini icra edib. Daha sonra Beyləqan rayonunda xidmətini davam etdirib.
Orxan Səfərov
Orxan Səfərov (d. 11 avqust 1991) — Azərbaycanlı cüdoçu. Orxan Səfərov 2013-cü ildə Rio-de-Janeyro şəhərində Dünya Çempionatında bürünc, 2015 və 2016-cı ildə Avropa Çempionatlarında isə gümüş medal qazanıb. Orxan Səfərov 2015-ci ildə Bakı şəhərində baş tutan I Avropa Oyunlarında gümüş medal qazanıb. O, həmçinin Azərbaycanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Orxan Səfərov 29 iyun 2015-ci ildə 2015 Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib. == Həyatı == Orxan Səfərov 11 avqust 1991-ci ildə anadan olub. Orxan Səfərov cüdo idman növündə ilk uğurlarını 2009-cu ildə qazandı. O, gənclər arasında Azərbaycan Çempionatında gümüş medal qazandı. Ümumi olaraq Orxan Səfərov cüdo karyerası ərzində World Masters və Qran-Pri yarışlarında 4 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb.
Orxan Teymurlu
Orxan Şaiq oğlu Teymurlu (27 iyul 1996; Gədəbəy rayonu, Azərbaycan — 8 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Orxan Teymurlu 1996-cı il iyulun 27-də Gədəbəy rayonunun Şınıx kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Orxan Teymurlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Orxan Teymurlu oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Teymurlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Orxan Vəli
Orxan Vəli Qanıq (türk. Orhan Veli Kanık; əsl adı ilə: Əhməd Orxan Qanıq, d. 13 aprel 1914, İstanbul, Osmanlı İmperiyası – ö. 14 noyabr 1950, İstanbul, Türkiyə) — daha çox Orxan Vəli olaraq tanınan türk şair və tərcüməçi. Məlik Cövdət və Oqtay Rüfət ilə birlikdə yeni janr – "Özgə" cərəyanının qurucusu olmuşdur. Orxan Vəli türk şeirlərindəki köhnə quruluşu təməldən dəyişməyi məqsədləyərək küçədəki şəxslərin söyləyiş tərzini şeir dilində əvəzləmişdir. 36 illik həyat dövrü zamanı şair şeirləri ilə yanaşı hekayə, esse, məqalə və tərcümə sahələrində bir çox əsərlər yaratmışdır. == Ailəsi == Orxan Vəli Kanık 13 aprel 1914-cü ildə İstanbulda, Beykozda doğulmuşdur. Atası İzmirli tacir Fəhmi bəyin oğlu Mehmet Vəli, anası isə Fatma Nigar xanımdır. Şairin atası Cümhuriyyət Simfoniya Orkestrinin dirijoru olmuşdur.
Orxan Vəliyev
Orxan Vəliyev (idmançı) — Uşu Sando üzrə Dünya çempionu, səyyah, yazıçı və iş adamı. Orxan Vəliyev (alim) — Azərbaycanlı alim, tədqiqatçı, filosof, siyasi elmlər üzrə fəlsəfə doktoru.
Orxan Xanlarov
Orxan Xanlarov (10 yanvar 1994) — azərbaycanlı zorxana və pəhlivan güləşçisi, idman ustası. Avropa çempionu, Dünya çempionatının və Dünya kubokunun mükafatçısı. Orxan Xanlarov IV İslam Həmrəyliyi Oyunlarında 2 gümüş və 1 bürünc medal qazanıb. == Həyatı == Orxan Xanlarov, ali təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında alıb. == Karyerası == Orxan Xanlarov 2012-ci ildə keçirilən gənclər arasında Avropa çempionatında (Palanqa, Litva) komanda hərəkətlərində 3-cü yer, çərxi-tiz yarışlarında qızıl, 70 kq çəki dərəcəsində pəhlivan güləşində bürünc medalın sahibi, 2013-cü ildə İran İslam Respublikasının Sərəndec şəhərində keçirilən beynəlxalq turnirdə komanda hərəkətlərində bürünc, çərxi-tiz yarışlarında bürünc medal qazanıb, 2014-cü ildə keçirilən böyüklər arasında Avropa çempionatında (Minsk, Belarus) komanda hərəkətlərində qızıl, çərxi-tiz yarışlarında qızıl medal qazanıb, 2015-ci ildə böyüklər arasında keçirilən Dünya kuboku (Düşənbə, Tacikistan) komanda hərəkətlərində gümüş, çərxi-tiz yarışlarında gümüş, 80 kq pəhlivan güləşində bürünc medal qazanıb, 2016-cı ildə İran İslam Respublikasında keçirilən beynəlxalq turnirdə komanda hərəkətlərində gümüş, çərxi-çəməni yarışlarında bürünc medal qazanıb, həmin il keçirilən Dünya çempionatında (Cakarta, İndoneziya) komandalı hərəkətlərində gümüş, çərxi-tiz yarışlarında bürünc, çərxi-çəməni yarışlarında bürünc medal qazanıb, 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatılıb. Orxan Xanlarov, çərxi-tiz yarışlarında bürünc, çərxi-çəməni yarışlarında isə gümüş medala layiq görülüb. Komanda yarışlarında isə o, Məmmədi Salamov, Rüfət Gülalıyev, Tural Əliyev və Xəyyam Orucov ilə birgə 2-ci yeri tutub və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib olub. 2018-ci ildə böyüklər arasında keçirilən Avropa çempionatında (Minsk, Belarus) komanda hərəkətlərində qızıl, çərxi-tiz yarışlarında qızıl, çərxi-çəməni yarışlarında qızıl medal qazanıb. 2020-ci ildə böyüklər arasında keçirilən Dünya çempionatında (Bojnourd, İran) komanda hərəkətlərində bürünc, çərxi-tiz yarışlarında bürünc, çərxi-çəməni yarışlarında bürünc medal qazanıb.
Orxan Xəlilov
== Əsas elmi nailiyyətləri == Optik diapazonda aparılmış çoxillik spektral müşahidə materialları əsasında T Tau ulduzunun Hβ, H və K CaII şüalanma xətlərinin ekvivalent enlərində 33±1.5 günlük kvaziperiodik dəyişmə aşkar edilmişdir. T Tau ulduzunun UB spektrinin şüalanma xətlərində də həmin kvaziperiodla dəyişmə aşkar edilmişdir. Aşkar edilmiş kvaziperiodik dəyişmə ulduz diskində yerləşən aktiv oblast ilə bağlı ola bilər. Müəyyən edilmişdir ki, AB Aur ulduzunun spektrində Hα, Hβ şüalanma xətlərinin profilləri bənövşəyi qanadda, HeI λ5876Å xəttində isə qırmızı qanadda aktiv dəyişmələr baş verir. AB Aur ulduzunun 1978-1992-ci illərdə alınmış UB spektrlərinə əsasən göstərilmişdir ki, bəzi udulma xətlərinin, o cümlədən, MgII λ2800Å, FeII və b. xətlərinin intensivlikləri 6.1±0.1 günlük periodik dəyişmələr göstərir. Hidrogen və helium şüalanma xətlərinin ekvivalent enlərinin həmin periodla sinxron dəyişməsi, şüa sürətlərinin isə onlarla əks fazada dəyişməsi aşkar olunmuşdur. AB Aur ulduzunun 1986 -cı ildən bəri alınmış bütün spektrləri əsasında üç spektral xəttinin Hα, HeI və NaI ekvivalent enlərinə görə LaflerKinman metodu ilə P=123.7±0.3 günlük periodik dəyişmə aşkar edilmişdir. == Elmi əsərlərinin adları == Khalilov O.V., Ismailov N.Z., “The emission spectrum variability of AB Aur”, B.V.Kukarkin Centenary Conference: Variable Stars, The Galactic Halo And Galaxy Formation. Zvenigorod, Russia.
Orxan Yusubov
Orxan Allahverdi oğlu Yusubov (19 yanvar 1992; Gəncə, Azərbaycan — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Orxan Yusubov 1992-ci il yanvarın 19-da Gəncə şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Orxan Yusubov 2020-ci il sentyabrın 21-də Kəpəz Rayon Hərbi Komisarlığı tərəfindən təlimlərə çağırılıb. Azərbaycan Ordusunun əsgəri olan Orxan Yusubov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Yusubov sentyabrın 27-də Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Uzun müddət tapıla bilməyib. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunub. Onun tapılıb ailəsinə məlumat verilməsi üçün zəruri tədbirlər görülüb. Onun nəşi 3 iyun 2021-ci ildə tapılmış və 4 iyun tarixində Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Orxan Yusubov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Orxan Yusubov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Orxan Yusubov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Orxan Zeynallı
Orxan Araz oğlu Zeynallı və ya AiD (5 iyun 1989, Bakı) — azərbaycanlı reper, ssenarist, prodüser, musiqiçi. == Bioqrafiya == Orxan Zeynallı 5 iyun 1989-cu ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı Türk Liseyində aldıqdan sonra, 2006-cı ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinə daxil olub. Ali təhsilini bitirdikdən sonra 2010-2011-ci illərdə hərbi xidmətini başa vurmuşdur. 2014-cü ildə, İngiltərənin Lids şəhərində yerləşən eyni adlı universitetinin magistr dərəcəsi üçün MBA fakültəsinə daxil olsa da, şəxsi səbəblərdən dolayı təhsilini davam etdirmir. 2015-ci ildə ailə həyatı qurub və 2016-cı ilin avqustundan etibarən ABŞda yaşayır. === Karyerası === Orxan Zeynallı musiqi fəaliyyətinə AiD ləqəbi ilə 2007-ci ildə başlayıb. Dostları ilə yaratdıqları H.O.S.T qrupunun tərkibində 5 il ərzində 100-lərlə mahnının, 50-dən çox konsert və çıxışların həyata keçməsində fəal şəkildə iştirak edib. Qrup üzvləri 2012-ci ildən etibarən solo fəaliyyətə başlayıb. Orxanın ilk solo albomu "Biz İnsan Deyilik" adlanıb və 2010-cu ildə ilk dəfə olaraq görüşlər vasitəsi ilə satılıb.
Orxan Çobanov
Orxan Zahid oğlu Çobanov (2 avqust 1997; Xaçmaz rayonu, Azərbaycan — 28 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Orxan Çobanov 1997-ci il avqustun 2-də Xaçmaz rayonunun Pirquluoba kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Orxan Çobanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Çobanov sentyabrın 28-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Çobanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Çobanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Orxan Çələbi
Orxan Çələbi və ya Şahzadə Orxan (1412 – 29 may 1453, Konstantinopol) — bacısı Sultan Fatma xanımla birlikdə Bizans imperiyasına girov olaraq göndərilən beşinci Osmanlı Sultanı I Mehmedin (Çələbi Mehmet) böyük qardaşı və Qasım Çələbinin oğludur. Onun Əli şah, Cihan şah, Vəli Xan və Buğa Xan adlı dörd oğlu var idi. O İstanbulun fəthi zamanı keşiş paltarı geyinərək Konstantinopol şəhərindən qaçmağa çalışarkən Osmanlılar tərəfindən tutularaq edam cəzasına məhkum edilmişdir. == Həyatı == Bizans İmperatorluğu mütəmadi olaraq Orxan Çələbini Anadoluya göndərməklə əhalini Osmanlı imperiyasının əleyhinə üsyana qaldıracağı ilə hədələyir və bunu etməmək müqabilində Osmanlıdan xərac alırdı. Fateh Sultan Məhəmməd hakimiyyət başına gəldikdən sonra bu xəracı verməkdən imtina etmişdir. Orxan Çələbi, İstanbulun II Məhəmməd tərəfindən mühasirəyə alınması zamanı 600 əsgəri ilə şəhərin Osmanlılara qarşı müdafiəsində iştirak etmişdir. O, adamlarını Yeddiqüllənin dənizkənarı divarlarına və Yeniqapıya doğru uzanmış olan qala divarları silsiləsində yerləşdirmişdir. === Ölümü === İstanbulun fəthindən sonra Şahzadə Orhan rahib kimi geyinərək şəhəri tərk etmək istəyərkən Osmanlı əsgərləri tərəfindən tutularaq edam edilmişdir. == Qeyd == Əmir Süleyman Çələbinin oğlu olan və 1420-ci ildə Bursada I Mehmed tərəfindən gözlərinə mil çəkilmiş olan Şahzadə Orxan Çələbi ilə qarışdırılmamalıdır.
Orxan Ömərov
Orxan İmran oğlu Ömərov (17 oktyabr 1991; Quba rayonu, Azərbaycan — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Orxan Ömərov 1991-ci il oktyabrın 17-də Quba rayonunun Qonaqkənd qəsəbəsində anadan olub. Quba rayon Qonaqkənd qəsəbə tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Orxan Ömərov 2009-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edib. 2013-cü ildən Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Orxan Ömərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Ömərov noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Quba rayonunun Qonaqkənd qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Ömərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Ömərov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Orxan İsmayılov
Orxan İsmayılov (kiçik çavuş) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsi şəhidi. Orxan İsmayılov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Orxan
Orxan — kişi adı. Orxan Cabbarov — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.Orxan Əkbərov — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.Orxan Qazi — Osmanlı İmperiyasının ikinci sultanı. Osmanlı İmperiyasının qurucusu I Osmanın və Malxun Xatunun oğlu. Orxan Məmmədov — Azərbaycan iqtisadçısı, KOBİA-nın İdarə Heyətinin sədri. Orxan Sultanov — Azərbaycanın Xarici Kəşfiyyat Xidmətinin rəisi.
Orxan Şirinov
Orxan Elxan oğlu Şirinov (14 sentyabr 1998; İmişli rayonu, Azərbaycan — 21 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Orxan Şirinov 1998-ci il sentyabrın 14-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. Nişanlı idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Orxan Şirinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Şirinov oktyabrın 21-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Şirinov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Şirinov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Şirinov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Orxan Şıxıyev
Orxan Raqif oğlu Şıxıyev (29 sentyabr 1989; Daşkəsən rayonu, Azərbaycan SSR — 2 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == şofer olub vaz5103 == Orxan Şıxıyev 1989-cu il sentyabrın 29-da Daşkəsən rayonunun Dəstəfur kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Orxan Şıxıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Şıxıyev noyabrın 2-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Şıxıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Şıxıyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Orxan Əhmədov
Orxan Əhmədov (tam adı: Əhmədov Orxan Məmmədağa oğlu; 27 iyun 1994, Sumqayıt – 12 iyul 2021, Beyləqan rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, musiqiçi. Aprel döyüşləri, Vətən müharibəsinin iştirakçısı. Hərbçi kimi 2020-ci ilin 27 sentyabrından başlamış 17 oktyabr tarixinə kimi davam edən Füzulinin azad edilməsi əməliyyatında fəal iştirak etmiş və döyüşlərdəki xidmətlərinə görə "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunmuşdur. Orxan Əhmədov hərbi xidmətə başlamazdan əvvəl musiqi ilə məşğul olmuş və bu sahəyə olan marağını hərbi xidmətdə olan zaman da davam etdirmişdir. 2013-cü ildə Sumqayıt şəhərində yaradılmış və həmin şəhəri təmsil edən Sumgzeit depressiv blek metal və post-rok qrupunda Kira Naqasaki təxəllüs altında zərb alətlərində çıxış edirdi. Orxan Əhmədov ona təhkim olunmuş PM markalı tabel silahından istifadə etməklə 2021-ci ilin iyulun 12-də intihar edib. Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirib ki, hadisə qeyri-döyüş şəraitində baş verib və ilkin ehtimala görə hərbi xidmətlə əlaqəsi yoxdur. == Həyatı == Orxan Əhmədov 1994-cu ilin 27 iyunda Sumqayıt şəhərində anadan olub. İlk təhsilini Sumqayıt şəhər Təfəkkür liseyində almışdır. 2011-ci ildə Sumqayıt şəhər Vaqif İbrahim adına tam orta məktəbdən məzun olmuşdur.
Orxan Əkbərov
Orxan Nadir oğlu Əkbərov (12 dekabr 1982, Saatlı – 6 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Orxan Əkbərov 1982-ci il dekabrın 12-də Saatlı şəhərində anadan olub. 1989–1997-ci illərdə Saatlı şəhərində 3 nömrəli tam orta məktəbdə, 1997–1999-cu illərdə isə Biləsuvar şəhərində 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Orxan Əkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Əkbərov oktyabrın 2-da Füzulinin azad edilməsi zamanı şəhid olub. 6 oktyabr 2020-ci il tarixində Biləsuvar şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əkbərova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əkbərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. == Təltifləri == (26.06.2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı (26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı (26.06.2015) — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı (26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı (26.06.2020) — "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı (09.12.2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı (ölümündən sonra) (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) == İrsi və xatirəsi == 2021-ci ildə Biləsuvar şəhəri Uşaq İncəsənət Məktəbinə Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərovun adı verilmişdir.
Orxan Əlili
Orxan Elşad oğlu Əlili (23 avqust 2000; Şəmkir, Azərbaycan — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Orxan Əlili 2000-ci il avqustun 23-də Şəmkir şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Orxan Əlili 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Əlili noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əlili ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əlili ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əlili ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Orxan Əlimuradov
Orxan Roman oğlu Əlimuradov (11 yanvar 1993; Qusar rayonu, Azərbaycan — 5 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Orxan Əlimuradov 1993-cü il Yanvar 11-də Qusar rayonunun Uqur kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Orxan Əlimuradov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Əlimuradov oktyabrın 5-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Qusar rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əlimuradov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əlimuradov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əlimuradov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əlimuradov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Orxan Əliyev
Orxan Əliyev (futbolçu) — Azərbaycan futbolçusu. Orxan Əliyev (kiçik çavuş) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu. Orxan Əliyev (əsgər, 1991) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Orxan Əliyev (əsgər, 1995) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Orxan Ərəbov
Orxan Ramiz oğlu Ərəbov (24 avqust 1993; Qədili, Samux rayonu, Azərbaycan — 29 sentyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Orxan Ərəbov 1993-cü il avqustun 24-də Samux rayonunun Qədili kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Orxan Ərəbov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Ərəbov sentyabrın 29-da Madagizin azad edilməsi zamanı şəhid olub. Samux rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Ərəbov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Ərəbov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Mehmed Orxan Əfəndi
Mehmed Orxan Osmanoğlu (11 iyul 1909 və ya 23 mart 1907, Konstantinopol – 15 mart 1994 və ya 12 mart 1994, Nitsa)) — Osmanlı sülaləsinin yeddinci rəisi və Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Mehmed Orxan Əfəndi 1909-cu ildə Salonikidə dünyaya gəlmişdir. Atası Sultan Əbdülhəmidin oğlu Mehmed Əbdülqadir Əfəndi, anası isə onun ikinci xanımı Mehriban xanım idi. Dünyaya gəldiyi il babası Sultan Əbdülhəmid taxtdan endirilmiş və bütün ailəsi ilə birlikdə Salonikidəki Alatini köşkündə nəzarət altına alınmışdı. Orxan Əfəndi də məhz bu əsnada dünyaya gəlmişdi. Lakin 1 il sonra atası Əbdülqadir Əfəndi ailəsiylə birlikdə burdan ayrılaraq İstanbula qayıtmışdı. 14 yaşı olanda atası və anası ayrılmış, Orxan Əfəndi anası Mehriban xanım və dayısı ilə birlikdə yaşamağa başlamışdı. Burada Qalatasaray litseyini və hərb akademiyasında təhsil almışdır. "Hərb akademiyasından döndüyüm bir gün, evdə bi komissar və 2 polis məni qarşıladı. Komisar ağlayaraq mənə bir kağız imzalatdı.
Orxan Seyfi Orxon
Orxan Seyfi Orxon (türk. Orhan Seyfi Orhon; d. 23 oktyabr 1890, İstanbul - ö. 22 avqust 1972, İstanbul) — türkiyəli şair, jurnalist, yazıçı, naşir, siyasətçi. Türk ədəbiyyatı tarixinə "Beş Hecaçılar" olaraq keçmiş ədəbi cərəyanın şairlərindən biridir. İyirmidən çox şeirinə müxtəlif bəstəkarlar tərəfindən musiqi bəstələnib. "Akbaba" yumoristik jurnalının və "Çinaraltı" fikir və sənət jurnalı daxil olmaqla, bir çox jurnalların naşiridir. == Həyatı == Orxan Seyfi Orxon 1890-cı ildə İstanbul, Çengelköydə anadan olub. Orta təhsilini 1905-ci ildə Beylerbeyi Rüşdiyesi və 1909-cu ildə Mercan İdadisinde aldı. Təhsil aldığı müddətdə şeirlə maraqlanırdı.
Orxan Vəli Kanık
Orxan Vəli Qanıq (türk. Orhan Veli Kanık; əsl adı ilə: Əhməd Orxan Qanıq, d. 13 aprel 1914, İstanbul, Osmanlı İmperiyası – ö. 14 noyabr 1950, İstanbul, Türkiyə) — daha çox Orxan Vəli olaraq tanınan türk şair və tərcüməçi. Məlik Cövdət və Oqtay Rüfət ilə birlikdə yeni janr – "Özgə" cərəyanının qurucusu olmuşdur. Orxan Vəli türk şeirlərindəki köhnə quruluşu təməldən dəyişməyi məqsədləyərək küçədəki şəxslərin söyləyiş tərzini şeir dilində əvəzləmişdir. 36 illik həyat dövrü zamanı şair şeirləri ilə yanaşı hekayə, esse, məqalə və tərcümə sahələrində bir çox əsərlər yaratmışdır. == Ailəsi == Orxan Vəli Kanık 13 aprel 1914-cü ildə İstanbulda, Beykozda doğulmuşdur. Atası İzmirli tacir Fəhmi bəyin oğlu Mehmet Vəli, anası isə Fatma Nigar xanımdır. Şairin atası Cümhuriyyət Simfoniya Orkestrinin dirijoru olmuşdur.
Orxan Vəli Qanıq
Orxan Vəli Qanıq (türk. Orhan Veli Kanık; əsl adı ilə: Əhməd Orxan Qanıq, d. 13 aprel 1914, İstanbul, Osmanlı İmperiyası – ö. 14 noyabr 1950, İstanbul, Türkiyə) — daha çox Orxan Vəli olaraq tanınan türk şair və tərcüməçi. Məlik Cövdət və Oqtay Rüfət ilə birlikdə yeni janr – "Özgə" cərəyanının qurucusu olmuşdur. Orxan Vəli türk şeirlərindəki köhnə quruluşu təməldən dəyişməyi məqsədləyərək küçədəki şəxslərin söyləyiş tərzini şeir dilində əvəzləmişdir. 36 illik həyat dövrü zamanı şair şeirləri ilə yanaşı hekayə, esse, məqalə və tərcümə sahələrində bir çox əsərlər yaratmışdır. == Ailəsi == Orxan Vəli Kanık 13 aprel 1914-cü ildə İstanbulda, Beykozda doğulmuşdur. Atası İzmirli tacir Fəhmi bəyin oğlu Mehmet Vəli, anası isə Fatma Nigar xanımdır. Şairin atası Cümhuriyyət Simfoniya Orkestrinin dirijoru olmuşdur.
Orxan Vəliyev (alim)
Orxan Vəliyev (22 aprel 1987, Çəmbərək rayonu) — azərbaycanlı alim, tədqiqatçı, filosof, siyasi elmlər üzrə fəlsəfə doktoru. == Həyatı == Orxan Vəliyev 22 aprel 1987-ci ildə Ermənistan SSR-nin Göyçə mahalında anadan olmuşdur. O, orta təhsilini Gəncə şəhərində almış, 2005-ci ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və Psixologiya fakültəsi fəlsəfə ixtisasına qəbul olmuşdur. 2009-cu ildə oradan fəlsəfə ixtisası üzrə məzun olduqdan sonra Vəliyev 2012–2014-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında politologiya üzrə magistr təhsili almışdır. O, Vəliyev Türkiyə Respublikası təqaüdü hesabına Türkiyənin Sakarya Universitetinin Siyasi Elmlər Fakültəsinin Siyasi Elm və Dövlət İdarəçiliyi Kafedrasında doktorantura təhsili almış, 2020-ci ildə "Çarlıq Azərbaycanın Millətləşmə Prosesi: 1850-1920" başlıqlı doktorluq işini yekdilliklə müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru elmı adını almışdır. O, 2021-ci ildə Türkiyə Respublikası təqaüdü hesabına Trakya Universitetində Professor Nebi Mehdiyevin "Bir Bilme Teorisi" nəzəriyyəsi əsasında "Tarix və Bilik: Azərbaycan Millətçiliyinin Epistemik Təhlili" başlıqlı posdoktorantura tədqiqatı aparmışdır. Vəliyevin Azərbaycan millətquruculuğuna dair türk və Azərbaycan dilində nəşr edilən monoqrafiyası müvafiq sahə üzrə nəşr edilmiş ilk kitabdır. Orxan Vəliyev Xəzər Universiteti siyasi elmlər və fəlsəfə departamentinin müəllimi və müdiri vəzifəsində çalışır. Khazar Journal of Humanities and Social Sciences jurnalının redaktor müavindir. == Əsərləri == KitablarAzerbaycan'da Milliyetçilik Ulusun ve Ulus-Devletin Oluşumu, Ankara, Türkiye Notları Yayınevi, 2020, 232 s.
Orxan Vəliyev (idmançı)
Orxan Vəliyev (tam adı Vəliyev Orxan Aydın oğlu d. 27 dekabr 1992; Moskva, Rusiya) — 2010 və 2017-ci illərdə Uşu Sando üzrə Dünya çempionu; dünyanın 57-dən artıq ölkəsində olmuş səyyah; yazıçı və iş adamı. == Həyatı == Vəliyev Orxan Aydın oğlu 1992-ci il dekabrın 27-sində Rusiyanın Moskva şəhərində anadan olmuşdur. Bir bacısı və bir qardaşı vardır. 1998-ci ildə Moskvada 2047 saylı orta məktəbə getmiş, 2003-cü ilədək orta təhsilini orada almışdır. Daha sonra 2003-cü ildən Azərbaycana köçərək təhsilini burada davam etmişdir. 2007-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş, 2011-ci ildə bu fakultəni bitirdikdən sonra təhsilə olan sevgisi onu dünyanın ən məşhur universitetlərindən biri və birincisi hesab edilən Harvard Universitetinə hazırlaşmağa sövq etmişdir. 2013-2015-ci illərdə O, Harvard Universitetinin "Biznesin idarə edilməsi" fakultəsi üzrə magistr elmi dərəcəsi almışdır. Elə bu illərdə təhsili ilə bərabər səyahətçilik xobbisi daha da böyümüş, dünyanın müxtəlif ölkələrinə səyahət edərək onların tarixi və mədəniyyəti haqqında məlumatlar toplamışdır. Daha çox məşhur olmayan ölkələrin bir o qədər də tanınmamış səhərlərinə səyahət edərək orada olan həyat haqqında maraqla məlumatlar toplamışdır.
Orxan İsmayılov (kiçik çavuş)
Orxan Qədim oğlu İsmayılov (24 sentyabr 1990; Həsənqala, Qusar, Azərbaycan SSR — 4 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Orxan İsmayılov 1990-cı il sentyabrın 24-də Qusar rayonunun Həsənqala kəndində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Orxan İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan İsmayılov oktyabrın 4-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan İsmayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Orxan İsmayılov (əsgər)
Orxan Zöhrab oğlu İsmayılov (23 yanvar 1990; Ucar rayonu, Azərbaycan SSR — 4 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Orxan İsmayılov 1990-cı il yanvarın 23-də Ucar rayonunun Məlikballı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Orxan İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan İsmayılov oktyabrın 4-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Ucar rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan İsmayılov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Orxan Şaiq Gökyay
Orxan Şaiq Gökyay (d. 16 iyul 1902 - ö. 2 dekabr 1994) Türk yazıçıdır. == Həyatı == 16 iyul 1902-ci ildə atasının müəllim olaraq vəzifə yerinə yetirdiyi İnebolu'da dünyaya gəldi. İlk tədrisinə Kastamonuda başladı. Kastamonu İdadisinin doqquzuncu sinfində oxuyarkən, ailəsinin maddi çətinliyə düşməsi səbəbiylə təhsilinə ara verdi. == Təhsili == Katip olaraq xüsusi idarədə işə başladıqdan sonra ədəbiyyatla maraqlandı. İlk şeiri Kastamonu'daki Açıksöz qəzetində 1922-ci ildə nəşr olundu. Eyni il təhsilini tamamlamaq üzrə Ankaraya getdi. Ankara Darülmuallimin'dən məzun olduqdan sonra Piraziz, Samsun və Balıkəsirdə müəllimlik etdi.

Digər lüğətlərdə

би́знес-тур и́нки инофи́рма кнехт малопло́дный напечатлева́ться сейсмоско́п томя́щий ту́ес хо́нда крепча́йший наостри́ть нефрологи́ческий публи́чное право сгнива́ть эксперимента́торский astrophysicist darksome fourteen ludo presidia идиотство лейденский межгосударственный эоцен