OSETİN

I. i. Osset (e)

II. s. Ossetic; ~ dili Ossetic, the Ossetic language

ORUCLUQ
OSETİNCƏ
OBASTAN VİKİ
Osetin dili
Osetin dili (öz adlanması İron əvzaq) — Hind-Avropa dillərinin hind-fars dilləri qrupunun şərqi-fars yarımqrupuna aiddir, alan və skiflərin dilləri ilə genetik bağlılığı saxlayır. Şimali Osetiyada və Cənubi Osetiyada yayılıb. Danışanların ümumi sayı 450—500 min nəfər qiymətləndirilir (Rusiyada 431–451 nəfər), onlardan Şimali Osetiyada 380–450 min nəfərdir. 2002-ci il siyahıyalınmasına görə Rusiyada osetin dilini istifadə edən 10388 rus, 1107 kabardin, 837 inquş və 3200 gürcü yaşayır. Портал по документации и исследованию грамматики осетинского языка Arxivləşdirilib 2014-03-22 at the Wayback Machine Национальный корпус осетинского языка Клуб аланского языка (самоучитель, тексты, словарь, музыка) Иронский текст с параллельным переводом на дигорский Осетинский язык online (словари, учебные материалы, подборка ссылок) Абаев В. И. Краткий грамматический очерк осетинского языка Багаев Н. К. Современный осетинский язык Грамматика осетинского языка (под ред.
Osetin dəstəsi
Osetin dəstəsi (erm. Օսական ջոկատ; rus. Осетинские добровольцы) - Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən döyüşmüş əsasən etnik osetin və kabardinlərdən təşkil olunmuş hərbi dəstə. Osetin otryadı adı ilə tanınmış dəstəyə millətcə osetin olan mayor Mirzə Abayev rəhbərlik etmişdir. Osetin dəstəsinin Qarabağ müharibəsinə gəlişi 1992-ci ildə baş vermişdir. 30 osetin, 3 rusiya ermənisi, 1 kabardin, 1 rus və 1 nəfər tatardan ibarət, ümumilikdə 36 nəfərdən ibarət dəstə 1992-ci ildə Rusiyadan Qarabağa gəlmişdir. Dəstə üzvlərinin əksəriyyəti Qarabağ müharibəsindən əvvəl Gürcü-osetin münaqişəsində aktiv iştirak etmişdir. Dəstə, Ağdam, Cəbrayıl, Ağdərə və Füzuli rayonlarının işğal olunmasında fəal iştirak etmişdir. Dəstə üzvü olan Boris Əliyevin Ağdərə rayonun işğalında səhra komandiri olduğu və Azərbaycan ordusu tərəfindən öldürüldüyü məlumdur. Dəstənin tanınmış döyüşçülərindən Georgi Vəliyev (qranatamyotçu), Oleq Qusov (Tsxinvalidən xüsusi təyinatlı), Qulbeq İnalov (Tsxinvalidən xüsusi təyinatlı), Nurmaqomed Budaev, Aleksandr Zanqiev, Boris Əliyev və Zaurmaq Barayevi misal göstərmək olar.
Osetin piroqu
Osetin piroqu-(oset. чъиритæ; в — къеретæ) Xəmir və içlikdən ibarət piroqdur. Diametri 30–40 sm, qalınlığı isə 2 sm olur. Bəzən üçbucaq formasında olur. Məşhur Osetin piroqunun tarixi 1 əsrə aiddir. Osetin mətbəxinin tarixinə Osetin xalqının tarixi də təsir etmişdir (məs: skif, sarmat, alanlar) ki, onun da tərkibində süd və ət məhsulları üstünlük təşkil edir. Əvvəllər Osetin piroqları mayasız xəmirlərdən hazırlanırdı. Adətən o nazik olurdu və onun hündür olması onu hazırlayanın bacarıqsız olmasını göstərirdi. İçliyindən asılı olaraq Osetin piroqlarının müxtəlif adları olur. Əsas növləri: Davondjin (осет.
Gürcü-osetin münaqişəsi
Gürcü-osetin münaqişəsi - XX əsrdə gürcü və osetin xalqları arasında başlamış və çoxsaylı qurbanlara gətirib çıxaran münaqişədir. Münaqişə 1989-cu ildə alovlanıb və Cənubi Osetiya müharibəsi (1991-1992) ilə nəticələnib. 2008-ci ildə baş vermiş Rusiya-Gürcüstan müharibəsi (2008) səbəblərindən biri də gürcü-osetin münaqişəsi olmuşdur. == Tarixi münasibətlər == Gürcü-osetin münasibətləri qədim tarixə malikdir. Bu iki xalq arasında münasibətlər IX-XII əsrlərdə siyasi və hərbi səbəblərlə əlaqədar intensivləşmişdir. XI əsrdən etibarən Gürcüstan və Osetiyanın hakim dairələri arasında əlaqələri möhkəmləndirmək məqsədilə orta əsrlərdə tərəflərin qarşılıqlı dəstək və əməkdaşlığını təmin edən sülalə nigahları sürətləndi. Məsələn, I Georgi (1014-1027) Osetin şahzadəsi Aldayla evlənmişdi, onun qardaşı IV Baqrat (1027-1072) osetin çarının qızı Dorqolelinin bacısı ilə evləndir. XI əsrdə tərtib edilmiş gürcü yazılı mənbələri e.ə I minilliyin 2-ci yarısından başayaraq, xüsusilə yadelli işğalçılarla birgə mübarizədə ifadə olunan gürcü-osetin siyasi və hərbi əməkdaşlığı haqqında məlumat verir. XI əsr gürcü tarixçisinin verdiyi məlumata görə gürcülər müstəqilliyə e.ə III əsrdə eqris və osetinlərin köməyi ilə nail oldular. Osetinlər əsasən Şimali Qafqazda məskunlaşmışdılar.
Osetin-inquş münaqişəsi
Osetin-inquş münaqişəsi — 31 oktyabr — 4 noyabr 1992-ci il tarixlərində silahlı toqquşmalara səbəb olan Şimali Osetiyanın (Rusiya Federasiyası) Priqorodnı rayonu ərazisində osetin və inquş xalqlarının çox sayda qurbanlarına səbəb olan etno-siyasi qarşıdurma. Münaqişənin dərin siyasi və etnik kökləri vardır. Hər iki xalq həm osetinlər, həm də inquşlar bir — birlərini bu ərazilərə gəlmə hesab edir və Vladiqafqaz şəhərini və ətrafını öz doğma torpaqları sayırdılar. Çar Rusiyası tərəfindən bölgənin işğalına qədər hər iki xalq mehriban qonşuluq şəraitində yaşamışdır. Çar höküməti bölgəni ələ keçirdikdən sonra inquşlarla müqayisədə xristian dininə malik olan osetinlərə daha geniş hüquqlar tanımışdı. Nəticədə inquşlar malik olduqları torpaqların bir hissəsindən məhrum oldular. 1920-ci ildə Sovet hakimiyyəti qurulduqdan sonra vətəndaş müharibəsi zamanı onların tərəfini saxlayan inquşlara əvvəllər malik olduqları ərazilərin bir hissəsi geri qaytarıldı. Vladiqafqaz hər iki xalqın vahid şəhəri tanınmış və Şimali Osetiya və İnquş Muxtar Vilayətlərinin bütün inzibati orqanları burada yerləşdirilmişdi. Lakin 1928-ci il oktyabrın 13-də Vladiqafqaz şəhərinin Şimali Osetiya Muxtar Vilayətinin tərkibinə verilməsi qərarı inquşların narazılığına səbəb olmuşdur. 1944-cü ildə inquşların deportassiyasından sonra İnquş Muxtar Vilayətlərinin əraziləri bölüşdürülmüş və onun torpaqlarının bir hissəsi Şimali Osetiyaya çatmışdır.
Zar yolunda osetin qaçqınların güllələnməsi
Zar yolunda osetin qaçqınların güllələnməsi (gürc. ოსი ლტოლვილების ჩაცხრილვა ძარის გზაზე; rus. Расстрел осетинских беженцев на Зарской дороге) — Gürcüstanın Cənubi Osetiya bölgəsində, mərkəz Tsxinvali şəhərinin yaxınlığında yerləşən Zar kəndinin inzibati ərazisində gürcü hərbiçilər tərəfindən döyüş bölgəsindən çıxarılan etnik osetin qaçqınlara qarşı həyata keçirilmiş kütləvi silahlı hücum. Silahlı hücum qaçqınların daşındığı yük maşını və avtomobillərdən ibarət avtomobil karvanını hərəkət vəziyyətində olduğu zaman gülləbaran ediləməsi ilə gerçəkləşdirilmişdir. Tarix ədəbiyyatlarına Zar qətliamı və ya Zar yolunda faciə kimi keçmiş hadisə nəticəsində çoxu uşaq, qadın və yaşlılar olmaqla 36 nəfər öldürülmüşdür. Hadisə 1992-ci ilin 20 may tarixində Cənubi Osetiya müharibəsindən qaçan etnik osetinlilərə məxsus avtomobil və yük maşını karvanlarının Zar kəndinin ərazisində keçən yolda atəşə tutulması ilə baş vermişdir. Zar kəndi tanınmamış Cənubi Osetiya Respublikasının paytaxtı Tsxinvali şəhərinin yaxınlığında yerləşməkdədir. Hadisənin baş verdiyi gün Zar kəndi gürcü qüvvəllərinin təmas xəttinə yaxın bölgədə yerləşirdi və qonşuluqda yerləşən Kekhvi və Kurt kəndləri gürcü döyüşlərin nəzarəti altında idi. Hadisə şahidlərinin ifadələrinə görə ilk atəş, heç bir dayan xəbərdarlığı olmadan avtomobil karvanının hərəkətdə olduğu zaman açılmışdı. Ölümcül yarası olan 11 yaşlı oğlannın cəsədi, hadisə yerindən 50 metr kənarda aşakarlanması osetin qaçqınlarınını gülləbarandan qaçmağa çalışdığını, ancaq gürcü silahlılar tərəfindən təqib edildiyini göstərmişdir.
Osetinlər
Osetinlər (oset. Ирæттæ) — əsasən Gürcüstanda (Cənubi Osetiya Respublikasında) və Rusiyada yaşayan xalq. Şimali Qafqazda yaşayan yeganə irandilli xalq olan osetinlər tarixi Alan dövlətini və alanları özlərinin əcdadı kimi görür və dövlətlərini Osetiya və Alaniya kimi təqdim edir. Macarıstanda yaşayan yas xalqı məhz osetinlərin birbaşa qohum olduğu irandilli qədim Alan xalqına məxsus yeganə xalqdır.
Trialet osetinləri
Osetinlər (oset. Ирæттæ) — əsasən Gürcüstanda (Cənubi Osetiya Respublikasında) və Rusiyada yaşayan xalq. Şimali Qafqazda yaşayan yeganə irandilli xalq olan osetinlər tarixi Alan dövlətini və alanları özlərinin əcdadı kimi görür və dövlətlərini Osetiya və Alaniya kimi təqdim edir. Macarıstanda yaşayan yas xalqı məhz osetinlərin birbaşa qohum olduğu irandilli qədim Alan xalqına məxsus yeganə xalqdır.

Digər lüğətlərdə