osmos
ossiloqraf
OBASTAN VİKİ
Osmotik təzyiq
Osmotik təzyiq — termodinamik parametr; məhlulun saf həlledici ilə təmasda olduğu zaman həllolan maddə və həlledici maye molekullarının qarşılıqlı diffuziyası nəticəsində qatılığının azalmasına meylini xarakterizə edir. Məhlulla saf həlledici arasında membran qoyduqda yalnız birtərəfli diffuziya (membran həlledicinin məhlula osmotik sorulması) mümkündür. Sorulma nəticəsində məhlulun səviyyəsi yüksəlir və bu yüksəlmə qalxan maye sütununun hidrostatik təzyiqi həllolan maddənin osmotik təzyiqinə bərabərləşənədək(osmotik tarazılıq yarananadək) davam edir və məhlul tərəfdən əlavə osmotik təzyiq yaranır. Bu təzyiq birbaşa ölçülür. həllolan maddənin təsiri nəticəsində həlledici mayenin kimyəvi potensialı azalır. Termodinamik baxımdan bu, osmotik təzyiqin kimyəvi potensialını bərabərləşdirmək və sərbəst enerjinin daha aşağı səviyyələrinə keçmək meyli maddənin osmotik köçürülməsinə səbəb olur. İdeal və son dərəcə duru məhlulda osmotik təzyiq həlledici və həllolan maddələrin təbiətindən asılı deyil. Sabit temperaturda o yalnız kinetik elementlərin (məhlulun vahid həcmindəki ionların, molekulların, kolloid hissəciklərinin) sayı ilə təyin olunur. == Osmos == Osmos — məhlulu saf həlledicidən, yaxud müxtəlif qatılıqda 2 məhlulu bir-birindən ayıran arakəsmədən maddələrin birinin diffuziyası. == Mənbə == A. Məhərrəmov, M. Allahverdiyev və b.

Значение слова в других словарях

напетля́ть отража́ть агломерацио́нный зя́блый ли́фчик невозмо́жный обла́живать пыхте́ть рубцо́вый ски́тнический со́ня спортинвента́рь бандит братучада лядвея adventive childishness conjuror hundred-percenter matriculation planned бедствовать всероссийский генетик натурфилософия