E.ə. 510-cu ildə afinalılar Hippi adlı tirandan qurtulduqdan sonra yeni bir tiraniyanın yarana bilməsinin qarşısını almaq üçün bir sıra tədbirlər görməyə cəhd etdilər. Onlar öz demokratiyalarını qorumaq məcburiyyətində qalaraq ildə bir dəfə xüsusi səsvermə keçirməyə başladılr. Bu zaman onlar heç kimi heç yerə seçmir, kiminsə sürgün edilməsinə qərar verirdilər.
Səsvermə zamanı hər bir afinalı, öz zənnincə, get-gedə dövlətçiliyə zərər vura biləcək qədər çox nüfuz qazanan siyasətçinin adını qeyd edə bilərdi. Əgər hər hansı bir şəxs 6000-dən çox səs toplayırdısa, on il ərzində Afinadan kənarda yaşamağa məcbur olurdu. Onu demokratiyanın möhkəmliyini sınamaq arzusundan çəkindirmək üçün sürgün edirdilər.
Sürgün edilməyə namizədin adı gildən hazırlanmış, buna görə də ucuz və hamının ala biləcəyi gil lövhəciklərin üzərinə yazılırdı. Bu lövhəciklər ostrakon adlanırdı, bu yolla sürgün edilmək isə ostrakizmə məruz qalmaq demək idi. İndi bu söz tək qalmış, təcrid olunmuş, heç kimin dostluq etmədiyi adama münasibətdə işlədilir. (Ayzek Azimov. Sözlərin tarixi)