OTURACAQ

is.
1. Oturulan yer, üstündə oturmaq üçün şey, üstündə oturula biləcək hər şey. Maşının oturacağı.
– Divara söykənmiş oturacaqlarda oturduq. S.Rəhimov.
Əlabbas tütün qutusunu oturacağa qoyub traktorun altına keçdi. H.Seyidbəyli.

// Stul, kürsü və s.-nin oturulan yeri.
Oturacağı toxunma kürsünün üstündə əyləşmiş Murad oğluna baxıb gülümsündü. Ə.Vəliyev.

2. Bir tikilinin özülünü təşkil edən, yerdə duran alt hissəsi; özül, əsas, altlıq. Binanın oturacağı. Heykəlin oturacağı. Stulun oturacağı.
3. riyaz. Həndəsi fiqurun yerə dirənən aşağı hissəsi. Konusun oturacağı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • OTURACAQ özül — əsas — bünövrə
OTUXMAQ
OTURACAQLI

Digər lüğətlərdə

антираке́та богаты́рь вдови́ца вы́молотиться иждиве́ние кста́ти недееспосо́бная расска́зывай сластолюби́во за вы́слугой лет обслу́живаться приём слянда intolerably Libby neuromuscular pipit sawlog sustainer propulsion stage wormery безмолвствовать данный коллаборационист племя полночный