OTURAQ


1. sif. Köçəri həyat keçirməyən, daim bir yerdə yaşayan (köçəri ziddi). Oturaq əhali.
– Lakin Camal kəndə gəlmək və oturaq həyat keçirmək istəmirdi. M.S.Ordubadi.
Çox vaxt oturaq zehniyyəti ilə köçəri zehniyyəti bir-biri ilə toqquşaraq ortalıqda anlaşılmazlıq vücuda gəlirdi. Çəmənzəminli.

// Eyni mənada quşlar haqqında. Oturaq quşlar bütün ili bir yerdə qalırlar.
– Sərçə, sağsağan, daha şimal ölkələrimizdə isə çillər, tetra quşları oturaq quşlardandır. Zoologiya”.

// İqlim, yem və b. şəraitlə əlaqədar olaraq yerini dəyişməyən (mal-qara, balıq və s. haqqında). Oturaq maldarlıq. – İncənin hər tərəfi otlaqdır.
Buranın mal-qarası köçəri deyil, oturaqdır. S.Rəhman.

2. sif. Bir yerdə oturmaqla, yerindən tərpənməyi tələb etməyən işlə əlaqədar olan. Oturaq və hərəkətsiz həyat tərzi nəticəsində bədənin forması dəyişir, təndürüstlük pozulur.
3. is. Oturulan, mənzil salınan yer, oturacaq yer, istirahət yeri, düşərgə və s.
[Gözətçi] ay işığında daşa söykənib mürgülədiyindən, bizim oturağa yaxınlaşmamızdan xəbəri olmamışdı. H.Nəzərli.
Yorulanda olur sizə oturaq; Göl kənarı, yaşıl çəmən, durnalar! S.Rüstəm.

4. is. Bir şeyin alt tərəfi, yerə və ya başqa bir şeyə dirənən tərəfi. Qazanın oturağı ağzından gen olar.

Antonimlər (əks mənalı sözlər)

  • OTURAQ OTURAQ – KÖÇƏRİ Oturaq həyat sürürdülər (“Ulduz”); Qürbətə uçmurmu, köçəri quşlar?! (R.Rza)
OTURACAQLI
OTURAQLIQ
OBASTAN VİKİ
Oturaq heyvanlar
Oturaq heyvanlar - Oturaq tip ərazi bölüşdürülməsi ərazinin resurslarından populyasiya səviyyəsində nisbətən səmərəli istifadəyə səbəb olur: ərazidə ayrı-ayrı fərdlər nisbətən bərabər paylanır: hər bir məskunlaşma sahəsi həyat üçün hər bir şərait ilə təmin olunmuşdur. Bunun nəticəsində yem, sığınacaq və digər resurslar uğrunda rəqabət minimuma enmiş, hər fərdin yaşamaq və təzələnməyə şansı vardır, populyasiya isə bütövlükdə inkişaf və ərazi zəbt etməyə geniş perspektiv qazanır. Məhdud əraziyə bağlılıq fərdlərə bir sıra bioloji üstünlük qazandırır, bu baxımdan, heyvanların öz əraziləri ilə mənimsənilmə dərəcəsi ilə tanışlığı da böyük əhəmiyyət kəsb edir. Məskunlaşma sahəsi daxilində heyvanlar tanış oriyentir (səmt) sistemində sərbəst yerini dəyişir, yem axtarmaq üçün az vaxt sərf edir. Bir çox növlər sahədə sığınacağa, yem sahəsinə, yem ehtiyatı və s. yerə gedən əlaqələndirici cığırlar salır. Heyvanların gündəlik aktiv hərəkətləri sanki avtomatik surətdə həyata keçirilir: rezident – fərd qısa yolla yem, istirahət, yırtıcıdan və ya pis havadan gizlənmək yerinə əlavə vaxt və enerji sərf etmədən catır. Lakin oturaq həyat keçirdikdə populyasiyanın sıxlığı hədsiz çox olduqda resurslar gücdən düşür. == Heyvan populyasiyalarının etoloji strukturu == Oturaq heyvanların ərazi differensasiyası tək (ailəvi) həyat tərzi ilə bağlıdır. Bunun əksinə, həyat tərzi tipi qrupla olub, fərdlər daima və ya dövri olaraq sıx sürü və ya dəstə əmələ gətirir.
Oturaq sinir
Oturaq siniri (lat. N. ischiadicus) oma kələfinin ən böyük şaxəsidir. Böyük oturaq dəliyindən çanağın arxasına çıxır və əkiz əzələləri ilə budun kvadrat əzələsinin dal səthi ilə aşağı enir. Böyük sarğı əzələsininaltından budun dal səthinə keçir, budu yaxınlaşdıran böyük əzələnin dal səthi boyunca həmin əzələ və budun dal qrup əzələlərinin arası ilə dizaltı çuxura doğru gedir, ona bir qədər qalmış iki böyük uc şaxəyə qamış siniri lat. nştibialis və ümumi incik sinirinə lat. nş peroneus (fibularis) communis bölünür.
Oturaq sümüyü
Oturaq sümüyü (lat. os ischii) — qalça sümüyünün oturaq hissəsi. Oturaq sümük bucaq altında əyilmiş oturaq sümüyün yuxarı (lat. ramus superior ossis ischii), aşağı (lat. ramus inferior oss. ischii) şaxələrdən və sümük cismindən ibarətdir. Oturaq sümüyün şaxələri qasıq sümüyü ilə birləşərək qapayıcı dəliyi (lat. foramen obturatum) əmələ gətirir.
Oturaqqarıncıqlılar
Symphyta (lat. Symphyta) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pərdəqanadlılar dəstəsinə aid heyvan yarımdəstəsi. == Ümumi məlumat == Pərdəqanadlıların arasında həm yetkin və sürfə formalarının quruluşuna, həm də həyat tərzinə görə ən ibtidai qrupdur. Yarımdəstənin nümayəndələri "mişarçılar" adı altında da tanınırlar. Belə ki, onların yumurtaqoyanı diş-diş aşağı kəsici səthi ilə mişarı xatırladır. Bunun köməyi ilə onlar bitki toxumalarında xüsusi kəsiklər açır və öz yumurtalarını ora qoyurlar.

Digər lüğətlərdə

вкось легкове́сный пленэри́ст просыре́лый угоре́в ба́тюшки! декальки́рование злоде́йски картографи́роваться муля́жный опроки́нуть торфова́ться лед adsorption hylozoism milky radiussed ravishment Salford sockeroo undy unpromulgated джиу-джитсу норвежский форель