OTURUB-DURMAQ

f.
1. Əlaqə saxlamaq, dostluq etmək, yoldaşlıq etmək.
[Pəricahan xanım:] Mehdi ağanın nəvəsi Ağca xanıma bir qaraçı qızı ilə yoldaş olub, oturub-durmaq yaraşmaz. S.S.Axundov.
[Balaş Sevilə:] …Mən indi böyük cəmiyyət adamıyam, doktorlar, ədiblər, filosoflarla oturub-dururam. C.Cabbarlı.

2. Oturub-durub şəklində – həmişə, daima, hər zaman.
Gülü arvad oturub-durub uşaqlarına belə nəsihət verərdi. S.Rəhimov.
Sevdim kişi haqqında Paşa bəy oturub-durub deyirdi… Ə.Vəliyev.

OTURUB-DURMA
OTURUM
OBASTAN VİKİ
İblis oturub
Oturan iblis (rus. Демон (сидящий)) əsəri 1980-ci ildə rus rəssamı Mixail Vrubel tərəfindən çəkilib. İblis - ruhun güclüyünün, daxili mübarizəsinin, şübhələrin rəmzidir. Misilsiz rəng çalarlarının əhatəsində əllərini faciəli surətdə çarpazlayaraq oturmuş İblis kədərli, iri gözlərini uzaq sonsuzluqlara yönəltmişdir. Şəklin fonu qürubun al şüalarına bürünən dağlıq məkandır. Kompozisiya iblis fiqurunun sanki çərçivənin üst və alt taxtaları arasına sığışdırılmış utancını əks etdirir. Şəkil Vrubelin fərdi üslubunda büllur effekti ilə çəkilmişdir ki, bu da onu daha çox vitraja, yaxud pannoya bənzədir.

Digər lüğətlərdə

антагонисти́ческий заерша́ть кра́вчий побрати́мство подчита́ть увлека́ться заключа́ть информатиза́ция ло́паться па́мять сердца божья лоб теплый ad hoc battle-order terrorize thereto tongue-tie wasteland yarn beam молоденький мыльница приметливость разъезд фотофиниш