OVÇULUQ
OVDUQ
OBASTAN VİKİ
Ovdan
Ovdan — suyu yığıb saxlamaq üçün üstü tikili yeraltı hovuz, nohur. Ovdanlar əsasən yeraltı torpaq sularından qidalanırlar. Ovdana giriş əsasən küləyin əks tərəfindən qoyulur. Ovdan 2 hissədən ibarət olur. Yeraltı və yerüstü hissələrdən. Yeraltı giriş pilləkənlər vasitəsilə olur. Əgər ovdan yağış suyu yığılması üçündürsə, pilləkənlərin axırındakı hovuzlar quyularla əvəz edilir. Ovdanlar əsasən yol ayrıcında, karvan yolunun yaxınlığında tikilərmiş. Ovdanların yanında yolçuların istirahəti üçün ağac əkilərmiş. Ovdanlar həmçinin yolçuların susuzluğunu aradan qaldırmaq üçün də nəzərdə tutulurmuş.
Ovdan (Balaxanı)
Ovdan — Şirvanşah əmiri Xacə Zeynəddinin göstərişi ilə XIV əsrdə Balaxanı qəsəbəsində tikilmiş ovdan. Ovdan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Balaxanı qəsəbəsində yerləşən ovdan şirvanşah əmiri Xacə Zeynəddinin göstərişi ilə XIV əsrdə inşa olunub. Pilləkənlərin quruluşu Şirvanşahlar sarayında olduğu kimi, bir qədər hündürdür. Ehtimal olunur ki, Qum hamamı inşa edildikdən sonra ilk dövrlər Ovdandan götürülən su ilə təchiz olunub. Ovdan mənbəyindən su götürmək üçün 40 pilləkəni üzü aşağı düşmək lazımdır. Pilləkənlər lay daşlardan yonulub, düz su mənbəyinə qədər enir. Ovdanın çox az bir hissəsi torpağı üzərində, əsas hissəsi torpağın altındadır. Ovdanın girişindən su mənbəyinə qədər üzü aşağıya 15 metr məsafə var. Tikilinin yerin altındakı hissəsinin tağvari dəhliz şəklində olması üzərindəki torpaq qatı ağırlığının təzyiqi nəticəsində çökməsi ehtimalını heçə endirir.
Ovdan (Şirvanşahlar)
Şirvanşahlar sarayı və ya Şirvanşahlar saray kompleksi — Şirvanşahlar dövləti hökmdarlarının Bakı şəhərində yerləşən köhnə iqamətgahı. Kompleksə saraydan başqa Divanxana, Şirvanşahlar türbəsi, Şah məscidi, Saray hamamı, ovdan, saray alimi Seyid Yəhya Bakuvinin türbəsi və Keyqubad məscidinin qalıqları daxildir. Saray kompleksi XIII əsrdən XVI əsrə qədər müddət ərzində tikilib. Saray daxil olmaqla bəzi binalar XV əsrin əvvəllərində, Şirvanşah I Xəlilullahın hakimiyyəti dövründə tikilib. Osmanlı imperiyası Bakını ələ keçirəndə saray ərazisində onu şərqdən əhatə edən saray divarı ilə Sultan III Muradın adını daşıyan darvaza tikilib. Saray XIX əsrdən bəri bir neçə dəfə təmir və restavrasiya edilib. Əsas tikililərin müxtəlif vaxtlarda tikilməsinə baxmayaraq saray kompleksi ümumi bədii təəssürat yaradır. Kompleksin memarları Şirvan-Abşeron memarlıq məktəbinin qədim ənənələrinə əsaslanırdılar. Dəqiq kubik formalı və çoxüzlü memarlıq abidələri yaradaraq onlar divarları zəngin oyma naxışlarla bəzəyirdilər və bu sübut edir ki, sarayı tikənlər bənnalıq sənətini yüksək səviyyədə bilirdilər. Hər memar ənənə və bədii zövq sayəsində öz sələfinin memarlıqla bağlı ideyasını mənimsəmiş, yaradıcı surətdə onu inkişaf etdirmiş və zənginləşdirmişdir.
Əmiraslan ovdanı
Əmiraslan ovdanı — XIX əsrdə Maştağada tikilmiş ovdan. Ovdanın əsas hissəsi torpağın altındadır. Pilləkənlər lay daşlardan yonulub, su mənbəyinə qədər enir. Tikilinin yerin altındakı hissəsinin tağvari dəhliz şəklində olması üzərindəki torpaq qatı ağırlığının təzyiqi nəticəsində çökməsi ehtimalını heçə endirir. Ovdan hazırda baxımsız vəziyyətdədir.

Digər lüğətlərdə