OVLAQ

is.
1. Ov heyvanları və quşları çox olan yer, ov yeri. Ovlaqda quş vurmaq.
– Yoxsa ən yaxşı ovlaqdan da nabələd ovçu əli ətəyindən uzun qayıdar. M.Rzaquluzadə.
İsi dayı … ovlaqdan əlidolu qayıdanda bütün ağrı-acını unudardı. B.Bayramov.

// məc. Obrazlı təşbehlərdə.
Dağlar dağımdır mənim; Qəm ovlağımdır mənim. (Bayatı).
Ürək də ovçudur, ovlağı aləm; Hər zaman dolaşır, axtarır o da. S.Vurğun.

2. Heyvan və s.-nin daim olduğu, yaşadığı yer.
Belə deyirlər ki, guya o kahalar cin və şəyatin ovlağıdırlar. N.Vəzirov.
Aslanların, pələnglərin ovlağıdır mənim yurdum. S.Vurğun.

Sinonimlər (yaxın mənalı sözlər)

  • OVLAQ OVLAQ (ov yeri) Ovlaqdan qarşıma bir tülkü çıxdı (M.Rahim); SEYDGAH Nəql edirlər ki, şahi-Nuşirvan; Oldu bir türfə seydgahə rəvan (S
OVQATTƏLXLİK
OVLAMA
OBASTAN VİKİ
Üç-Ovlaq
Üç-Ovlaq (qum. Уьч-Авлакъ, rus. Уч-Авлак), indiki rusca rəsmi adı Первомайское (Bir may kəndi) — Rusiya Federasiyasının Dağıstan Respublikasının Qayakənd rayonunda yerləşən bir kənd. Üç-Ovlaq kumıklar ovlağı kimi yaranmış yaşayış məntəqəsidir. 1928-1929 illərdə SSRİ hökuməti bu ovlağa darginləri köçürtdü, 1930 ildə isə özbaşına 10 böyük rus ailəsi də bura yaşamağa köçdülər. 1957-ci ildə çeçenləri bu kəndə köçürdərək kommunist bayramı olan 1 may şərəfinə Первомаское adını qoydular.

Digər lüğətlərdə