OVQAT

is. [ ər. “vəqt” söz. cəmi]
1. klas. Vaxt, zaman.
Bilmədin halını, bihudə keçirdin ovqat. Füzuli.
Onunçün bir ovqat teleqrafları çap etməklə, gələcəkdə tazə bir qəzavüqədərə müntəzir olduq. C.Məmmədquluzadə.

2. Əhval-ruhiyyə, ruhi vəziyyət, hal, kef.
Ovqatı qarışıqdır. Mir Cəlal.

◊ Ovqatına soğan doğramaq zar. – kefini, əhvalını pozmaq.
[Əşrəf bəy:] İndi mən bilirəm, şəhərdə bu xeyir xəbər neçə adamın ovqatına soğan doğrayıb. N.Vəzirov.

Ovqatı təlx – kefi, əhvalı pozulmuş.
Axşam xan ovqatı təlx evə qayıtdı. Çəmənzəminli.
Əmi ovqatı çox təlx evə gəldi. N.Nərimanov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • OVQAT ovqat bax əhval
  • OVQAT hal — vəziyyət — kef

Etimologiya

  • OVQAT Ərəbcə vaxt (əsli: vəqt) sözünün cəmidir, bizdə əhval sözünün sinonimi kimi işlədilir. (Bəşir Əhmədov
OVXANTI
OVQATSIZ
OBASTAN VİKİ
Sar-i Ovqat (Qürvə)
Sar-i Ovqat (fars. سراب قحط‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə nəfər yaşayır ( ailə). Əhalisini kürdlər təşkil edir.
Axşam ovqatı (Buqro)
Axşam Ovqatı (ing. Evening Mood, fr. Humeur Nocturne) — Vilyam Buqro tərəfindən 1882-ci ildə çəkilmiş alleqorik rəsm əsəri. Əsər hazırda Kubada, Havanna İncəsənət Muzeyində sərgilənir.

Digər lüğətlərdə

бло́нда затени́ться микросоциоло́гия по́лымя проко́нсульство пу́дрильщица ба́цать зоотоми́я опереже́нье по горя́чим следам полукро́вок сладкова́тость твердоспла́вный узкоколе́йка эмансипи́рованный я́хтенный fadeless gag rule lynx-eyed Nigerian osiery swallow's nest tonal centre паркетный рея