ovçarka
ovçuluq
OBASTAN VİKİ
Ovçu Pirim
"Ovçu Pirim", yaxud "Ovçu Pirim nağılı" — Pirim adlı ovçunun macəralarından bəhs edən Azərbaycan xalq nağılı. == Nağılın nəşr olunması == İlk dəfə nağıl 1889-cu ildə "Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu"nun yeddinci nəşrində "Tatar^ nağılları" başlığı ilə nəşr olunmuşdur. Nağılın bu variantını 1888-ci ildə Şamaxı şəhərində şəhər müəllimi Aleksandr Kalaşev danışıb. Bakı quberniyasının Şamaxı rayonunun Saqiyan kəndinin sakinləri olan bibisi, 90 yaşlı Manışaq Karoğlanova, əmisi Musa Kalaşev və atası İsaak Kalaşevin sözlərindən onun tərəfindən lentə alınıb. Toplunun 1899-cu ildə çapdan çıxmış 26-cı nəşrində "Zaqafqaziyada tatar xalq ədəbiyyatı" fəslində Ovçu Pirim haqqında rəvayət dərc edilmişdir. Bu məlumatlar Yelizavetpol quberniyasının Cavanşir qəzasının Mamırlı kəndində Zaqafqaziya Müəllimlər Seminariyasının şagirdi Musa Quliyev tərəfindən qeydə alınıb. Bu nağılın süjeti birincinin süjetindən tamam fərqli idi, ancaq hər iki nağılda Pirim ovçu idi. Fəslin ön sözündə Tiflis gimnaziyasının direktoru A. Boqoyavlenski yazırdı: Ovçu Pirim haqqında rəvayət nəcib hisslərin təsirli mübarizəsinin mənzərəsini verir: Nağıl 1935-ci ildə Hənəfi Zeynallının tərtib etdiyi və Moskvada professor Sokolovun redaktorluğu ilə nəşr olunan "Azərbaycan, türk nağılları" toplusunda çap olunub. Nağıl 1937-ci ildə Hümmət Əlizadənin "Dastanlar və nağıllar" kitabında çap olunub. Nağıl 1959-cu ildə Əhliman Axundovun redaktorluğu ilə "Azərbaycan nağılları" məcmuəsində çap olunub.
Ovçu, Vurma Məni (1977)
== Məzmun == Film ətraf mühitin qorunması, doğma diyarın təbiətinə diqqətli münasibət, Azərbaycan qoruğunun təşkil olunması, bunun nəticəsində Muğanın çöllərində ceyranların sayının əhəmiyyətli şəkildə artması haqqındadır.
Ovçu qız (Helena Bertinelli)
Helena Bertinelli (ing. Helena Bertinelli) — DC Comics tərəfindən nəşr edilən komiks kitablarında görünən uydurma personajdır.
Ovçu, vurma məni (film, 1977)
== Məzmun == Film ətraf mühitin qorunması, doğma diyarın təbiətinə diqqətli münasibət, Azərbaycan qoruğunun təşkil olunması, bunun nəticəsində Muğanın çöllərində ceyranların sayının əhəmiyyətli şəkildə artması haqqındadır.
Ərgül Ovçu
Ergül Avcı Əroğlu – türk qadın voleybolçu. Türkiyə milli voleybol komandasının blokçusudur. == Karyerası == Ergül Avcı karyerasına 2008-ci ildə Yaşılyurdda başlamışdır. Karyerası boyu Türkiyə Qadınlararası Voleybol Çempionatında fərli-fərqli komandalar da oynamışdır. Ən yaxşı günlərini isə VakıfBankda keçirimişdir. Bu komanda da CEV Qadınlar Çempionlar Liqasının da sahibi olmuşdur. 2009-cu ildən bəri çağrıldığı milli komandada debüt ilində Avropa liqasında gümüş medal qazanmışdır. 2013-cü ildə Aralıq dənizi oyunlarında iştirak edən Türkiyə voleybol yığmasının heyətində yer almışdır. Mersində keçirilən "Kiçik Olimpiya Oyunları"nda qazanılan gümüş medal Ergül üçün hələ ki, bu səviyyədə ən böyük nailliyyət idi.
Ovçu ilə iti və tülkünün hekayəti
Ovçu ilə İtin və tülkünün — hekayəti dünya şöhrətli şair Nizami Gəncəvinin birinci poeması "Sirlər Xəzinəsi"nə aid hekayələrdən biridir. == Haqqında == "Ovçu ilə iti və tülkü" Nizami Gəncəvinin "Sirlər Xəzinəsi" poemasının altıncı hekayəsidir. Orta məktəb 6-cı sinif Ədəbiyyat dərsiklərində yer alıb. == Məzmunu == Biyabanları gəzib ov yerini tapan, uzaq görən bir ovçu var idi. Çeviklikdə şir, aslana bərabər bir iti var idi. Yolçuluqda ovçunun çox işinə yarayan vəfalı yoldaş idi. Bir gün ovçunun cəsur, bacarıqlı iti yoxa çıxdı. Ovçu itinin itməsinə görə çox göz yaşı töksə də səbr edib gözləmək qərarına gəlir. Bir gün ovçunun qarşısına tülkü çıxır. Ovçuya deyir: Ey ovçu, bilirəm çox ağlamısan, amma səbr edirsən.
Azərbaycanda ovçuluq
Azərbaycanda ovçuluq turizmi 1963-cü ildən fəaliyyət göstərir. Son illər bu sahəyə maraq daha da çoxalmışdır. Ovçuluq – quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növüdür. Ov obyekti - qanunvericiliklə müəyyən edilmiş qaydada ovlanmasına icazə verilmiş təbii sərbəstlik və yarımsərbəst şəraitində xüsusi ayrılmış yerlərdə yaşayan, habelə ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən yetişdirilib artırılan vəhşi heyvan növləridir. Azərbaycan ərazisində ovlanmasına icazə verilən heyvan növləri aşağıdakılardır: · Dağıstan turu · Çöl donuzu · Dovşan · Bataqlıq qunduzu (nutriya) - Nutriya təsərrüfatları olan təşkilatlar · Cüllüt (qırıldayan cüllüt, ağquyruq çökükburun, kiçik kroşnep və çöl hamaquyruq cüllütü istisna olmaqla) · Qaz (ağqaş və qırmızıdöş qaz istisna olmaqla) · Ördək (ağgöz qara ördək, göydimdik, qılquyruq ördək və mərmərcürə istisna olmaqla) · Qaşqaldaq · Alabaxta · Bildirçin Ovlanma vaxtı == Ovçuluq təsərrüfatları == Cəbhə zonasına yaxın inzibati rayonların ərazilərində, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, şəhərlərin və kurortların ətrafında yerləşən ən azı 1,5 kilometrə qədər sahələrdə, xüsusi mühafizə olunan ərazilərin daxilində və onların sanitariya-mühafizə zonalarında ov fəaliyyətinin həyata keçirilməsi qadağandır.
Bəxşiş ovçusu
Kəllə ovçusu (ing. Bounty hunter) — pul mükafatına görə qaçaq cinayətkarların və fərarilərin axtarışı və tutulması ilə məşğul olan şəxs.
Hansel və Qretel: Cadugər ovçuları (film, 2013)
"Hansel və Qrethel: Cadugər ovçuları" — ABŞ filmi. Ssenari müəllifi və rejissoru Tommi Virkola olan 2013-cü ildə çəkilmiş Amerika və Almaniya istehsalı olan əkşn-qorxu janırında filmdir. Bu film Alman folklorunun sehirli nağıllarından olan "Hansel və Gretel" nağılı əsasında çəkilmişdir. Filmdə Ceremi Renner, Cemma Arterton, Famke Cansen, Piter Stormare, Tomas Mann və Derek Mirs kimi məşhurlar çəkilib.
Kölgə ovçuları (teleserial, 2016)
Kölgə Ovçuları (ing. Shadowhunters) — Ed Dekter tərəfindən Kasandra Kleirin populyar Ölüm Alətləri romanlar seriası əsasında yaradılmış Amerikan fövqəltəbii dram teleserialıdır. Şimali Amerikada 12 yanvar 2016-cı ildə Freeform kanalında premyerası baş tutmuşdur. Serialın çəkilişləri Kanadanın Ontario ştatının Toronto şəhərində baş tutmuşdur və hadisələr Kleri Freyin (Katerina Maknamara) on səkkizinci ad günündə iblisləri öldürən "Kölgə Ovçuları"-nın nəslindən olan yarı insan və yarı mələk olduğunu olması ətrafında cərəyan edir. Romanlar seriasının birinci adapdasiyası olan Ölüm Alətləri: Sümüklər Şəhəri filminin istehsalçı şirkəti olan Constantin Film bu serialında prodüseri olmuşdur. Serial birinci mövsümündə tənqidçilərdən qarışıq rəylər almışdır. Mövsümün birinci seriası kanalda son iki il ərzində ən çox tamaşaçı toplaya bilmişdir. Bununla yanaşı serial bir GLAAD Mükafatı və iki Yeniyetmə Seçimi Mükafatı kimi bir sıra mükafatlara layiq görülmüşdür. Serialın ikinci 20 seriadan ibarət olan mövsümü 2 yanvar 2017-ci ildə yayımlandı. 2016-cı ilin avqustunda serialın yaradıcısı Ed Dekter yaradıcılıq fərqlərinə görə serialı tərk etdi.
Kəllə ovçusu
Kəllə ovçusu (ing. Bounty hunter) — pul mükafatına görə qaçaq cinayətkarların və fərarilərin axtarışı və tutulması ilə məşğul olan şəxs.
Nasist ovçuları
Nasist ovçuları — holokostda iştirak edən keçmiş nasistlərin, SS üzvlərinin və onlarla əməkdaşlıq edənlərin müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə görə məhkəmədə ittiham edilmələrini təmin etmək məqsədilə onların izinə düşən və barələrində məlumat toplayan şəxslər. Simon Vizental, Tuvya Fridman, Serj və Beata Klarsfeld, Yen Sayer, Yaron Svoray, Elliott Uelles və Efraim Zuroff nasist ovçularının tanınmış nümayəndələridirlər. == Tarixi == İkinci Dünya müharibəsinin ardından Soyuq müharibənin başlaması ilə həm Qərb müttəfiqləri, həm də SSRİ "Sancaq" əməliyyatı kimi proqramları realizə etmək məqsədilə keçmiş nasist alimlərini öz ölkələrinə cəlb etməyə başladılar. Verner fon Braun və Raynhard Gelen kimi keçmiş nasistlər dəyərli informasiyalar və xidmətlər müqabilində zaman-zaman dövlət müdafiəsi ilə təmin olunurdular. Həmin dövrdə Gelen Almaniya Federal Kəşfiyyat Agentliyinin rəhbəri, "ODESSA-nın real versiyası" olan Gelen Təşkilatının qurucusu idi. Qeyd edilən təşkilat nasistlərin Avropadan qaçmasına yardım etmişdi. Bir qrup nasist isə Avropada qalmamış və Cənubi Amerikaya üz tutmuşdu.Bütün bunlara cavab olaraq nasist ovçuları özləri təkbaşına və ya qrup şəklində (məsələn, Simon Vizental Mərkəzi) qaçaqları axtarmağa başladılar. Onlar informasiya müqabilində mükafat verilməsi, immiqrasiya və müharibə qeydlərinin nəzərdən keçirilməsi və mülki qaydada iddia qaldırılması kimi metodlardan istifadə edirdilər. Sonrakı onilliklərdə nasist ovçuları Qərb və Cənubi Amerika hökumətləri və İsrail dövləti ilə daha geniş əməkdaşlığa nail oldular. XX əsrin sonlarına doğru nasistləri təqib edənlərin sayında azalma baş vermişdi ki, bu da nasist rəhbərliyinin fəal nümayəndələrinin bir çoxunun dünyasını dəyişməsi ilə əlaqəli idi.
Ovçubərə
Ovçubərə (əvvəlki adı: Kulibinka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Ovçubərə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 3 iyul 1998-ci il tarixli, 518-IQ saylı Qərarı ilə Biləsuvar rayonunun Ağalıkənd kənd inzibati ərazi vahidi tərkibindəki Kulibinka kəndi Ovçubərə kəndi adlandırılmışdır. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == == Əhalisi == === Şəhidləri === İsmayılov İlham Xankişi oğlu (1974–1994) — Birinci Qarabağ müharibəsi şəhidi. Qəhrəmanov Asif Təzəxan (14.01.1974–20.04.1994) Birinci Qarabağ müharibəsi şəhidi. == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə Ovçubərə kənd kitabxana filialı, Ovçubərə kənd klubu və Ovçubərə Poçt Şöbəsi (AZ1324) fəaliyyət göstərir. == Təhsil == Kənddə Ovçubərə kənd tam orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə Ovçubərə kənd həkim məntəqəsi yerləşir.
Ovçubərə bələdiyyəsi
Biləsuvar bələdiyyələri — Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ovçular təpəsi
Ovçular təpəsi yaşayış yeri — Şərur rayonunun Dizə kəndinin şimal qurtaracağında, Arpaçayın sol sahilində e.ə. V-III minilliklərə aid yaşayış yeri. == Tədqiqi == Abidə şimal-qərb istiqamətində uzanan təbii təpənin üzərindədir. Abidənin sahəsi təqribən 10 hektardır. Kəşfiyyat xarakterli arxeoloji tədqiqatlar nəticəsində yaşayış yerində Eneolit və İlk Tunc dövrlərinə aid mədəni təbəqələr müəyyən edilmişdir. Yaşayış yerinin xarakterik cəhəti ondan ibarətdir ki, burada Kür-Araz təbəqəsi sonrakı dövrlərin mədəni qatları ilə örtülməmişdir. Yaşayış yerinin yerləşdiyi təpənin üzərində teleqüllə tikilərkən mədəni təbəqə dağıdılmışdır. Təpənin şimal tərəfində V. H. Əliyev və A. Q. Seyidov tərəfindən 6,25 m² sahədə kəşfiyyat xarakterli qazıntı işləri aparılmışdır. Daha sonra abidə S. H. Aşurov tərəfindən tədqiq edilmişdir. Мədəni təbəqədə möhrə, kül, çürüntü və osteoloji materialların qalıqlarına rast gəlinmişdir.
Ovçular təpəsi boyunbağısı
Ovçular təpəsi boyunbağısı — Ovçular təpəsi yaşayış yerindən aşkar edilmiş Eneolit dövrünə aid qızıl boyunbağıdır. Boyunbağı AMEA Naxçıvan Bölməsi və Fransa Milli Araşdırmalar Mərkəzinin birgə həyata keçirdiyi arxeoloji tədqiqatlar zamanı arxeoloqlar Vəli Baxşəliyev, Ketrin Marro və Səfər Aşurov tərəfindən aşkarlanmışdır. Artefakt Cənubi Qafqazın ən qədim qızıl əşyası kimi qiymətləndirilmişdir. == Ərəfə == Naxçıvan ərazisi qədim tarixi abidələr və yaşayış məskənləri ilə zəngindir. Naxçıvan İkiçayarasına yaxın yerləşdiyinə görə burada mədəniyyət daha tez inkişaf etmiş və bu ərazidə yaşayan tayfalar İkiçayarası mədəniyyətləri ilə daimi əlaqədə olmuşlar. Regionda yerləşən I Kültəpə və II Kültəpə, Naxçıvantəpə, Maxta, Oğlanqala və digər çoxsaylı qədim yaşayış yerlərində aparılmış tədqiqatlar bölgənin qədim tarixinə dair maraqlı məlumat və artefaktların üzə çıxarılmasına imkan vermişdir. === Ovçular təpəsi yaşayış yeri === Şərur rayonunun Dizə kəndi yaxınlığında yerləşən və e.ə. V–III minilliklərə aid edilən Ovçular təpəsi yaşayış yerində ilk tədqiqatlar Vəli Əliyev və A. Q. Seyidov tərəfindən aparılmışdır. Həmin tədqiatlar zamanı arxeoloqlar abidə ərazisindən Eneolit və İlk Tunc dövrünə aid mədəni təbəqə və müvafiq artefaktlar aşkar etmişlər. Daha sonra abidədə S. H. Aşurov arxeoloji qazıntı işləri aparmış və çoxsaylı tikinti qalıqları üzə çıxarmağa müvəffəq olmuşdur.
Ovçular təpəsi yaşayış yeri
Ovçular təpəsi yaşayış yeri — Şərur rayonunun Dizə kəndinin şimal qurtaracağında, Arpaçayın sol sahilində e.ə. V-III minilliklərə aid yaşayış yeri. == Tədqiqi == Abidə şimal-qərb istiqamətində uzanan təbii təpənin üzərindədir. Abidənin sahəsi təqribən 10 hektardır. Kəşfiyyat xarakterli arxeoloji tədqiqatlar nəticəsində yaşayış yerində Eneolit və İlk Tunc dövrlərinə aid mədəni təbəqələr müəyyən edilmişdir. Yaşayış yerinin xarakterik cəhəti ondan ibarətdir ki, burada Kür-Araz təbəqəsi sonrakı dövrlərin mədəni qatları ilə örtülməmişdir. Yaşayış yerinin yerləşdiyi təpənin üzərində teleqüllə tikilərkən mədəni təbəqə dağıdılmışdır. Təpənin şimal tərəfində V. H. Əliyev və A. Q. Seyidov tərəfindən 6,25 m² sahədə kəşfiyyat xarakterli qazıntı işləri aparılmışdır. Daha sonra abidə S. H. Aşurov tərəfindən tədqiq edilmişdir. Мədəni təbəqədə möhrə, kül, çürüntü və osteoloji materialların qalıqlarına rast gəlinmişdir.
Ovçulu (Ağdaş)
Ovçulu — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Orta Ləki kənd inzibati-ərazi vahidindəki Ovçulu kəndi Aşağı Ləki kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 9 oktyabr 2007-ci il tarixli, 425-IIIQ saylı Qərarı ilə Ağdaş rayonunun Ovçulu kəndi Aşağı Ləki kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Hapıtlı kəndi mərkəz olmaqla, Hapıtlı kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Ovçuluq
Ovçuluq — quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin (bundan sonra — vəhşi heyvanların) izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növüOv obyekti qanunvericiliklə müəyyən edilmiş qaydada ovlanmasına icazə verilmiş təbii sərbəstlik və yarımsərbəst şəraitində xüsusi ayrılmış yerlərdə yaşayan, habelə ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən yetişdirilib artırılan vəhşi heyvan növləri olur. == Ovçuluğun növləri == Balıq və su canlıları ovu - Kürk ovçuluğu — kürkləri qiymətli heyvanların ovunu nəzərdə tutur. Məsələn, qunduz, porsuq, tülkü, vaşaq, canavar və s.; Boynuz (diş) ovçuluğu — fil, dağkeçisi, maral kimi heyvanların ovu nəzərdə tutulur; == Ovlanmanın növləri == Quş (qartal, şahin və s.) və ya it ilə ovlanma; Tələ ilə ovlanma == Ovçuluq resursları == Heyvanat aləmi resurslarının ovçuluq təsərrüfatında istifadə olunan hissəsi (həmçinin idman və rekreasiya ovu). == Ovçuluq təsərrüfatı == Heyvanların optimal sayını populyasiya səviyyəsində saxlamaq üçün maksimal miqdarda ov məhsulları almaq məqsədi ilə vəhşi heyvanların və quşların əldə olunmasını təmin edən təsərrüfat sistemi. O.t. vəhşi heyvan və quşların coğrafi və mösümi xüsusiyyətlərinin uçotu ilə yanaşı ov müddətləri və üsulları müəyyən etmişdir. Təhlükəli ov üsulları, çoxalma və balaların yemlənməsi dövründə faydalı heyvanların ovlanması və s. qadağan edilmişdir. Qiymətli vəhşi heyvan növlərini mühafizə edən və çoxaldan qoruqlar, qoruq-ovçuluq təsərrüfatları təşkil edilmişdir.
Ovçuluq xalçaları
Ovçuluq xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. == Tarixi == Süjetli və mövzulu xalçaların toxunması qədim tarixə və çox zəngin ənənələrə malikdir. Bizim torpaqlarda sujetli xalçalar tarixən ölkənin cənubunda, Təbriz şəhərimizdə toxunub. Təbrizdə süjetli xalçaların istehsalının çoxalması XVI yüzilliyə təsadüf edir. Elə Təbriz Miniatur məktəbinin inkişaf dövrü də məhz bu dövrə aiddir. Tərixi araşdırmalar göstərir ki, bu məktəbin rəssamları miniatür rəngkarlığı ilə yanaşı həm də dekorativ sənətin bir çox növləri (bədii parça, memarlıq ornamentləri, zərgərlik nümunələri və s.) üçün eskiz və cizgilər hazırlayıblar Həmin rəssamlar eyni zamanda çox dəyərli, bədii xalçalar üçün bəzək və rəsmlər, müxtəlif ov, savaş, eşq və məhəbbət, saray həyatına həsr olunmuş kompozisiyalar da yaradırdılar. Süjetli xalçalar başlıca olaraq şəkil kimi divardan asılmaqdan ötrü toxunurdu. Onların toxunmasında yüksək keyfiyyətli yun, zərif iplik istifadə edilirdi. Yüksək sıxlıq və zərif xov bu xalçaları fərqləndirən əsas amillərdən idi Sujetli xalçalara o zamanlar həm də "Ovçuluq" xalçaları deyilirdi. Səbəbi isə sadə idi.
Ovçunun xatirələri (hekayələr)
Ovçunun xatirələri (rus. Записки охотника) silsiləsindən birinci hekayə- “Xor və Kaliniç” 1847-ci ildə “Sovremennik” jurnalının birinci nömrəsində dərc olunmuşdur. 1848-1851-ci illər arasında İvan Turgenyev bu silsilədən 20 hekayə yazmışdı. Həmin hekayələr 1852-ci ildə Moskvada, ayrıca kitab şəklində buraxılmışdır. Onların bir hissəsinə senzura qadağa qoymuş, əlyazmaları itmişdir. Bu hekayələrdə üsyankar kəndlilərin zülmkar mülkədarları öldürməsi göstərilmişdir. Silsilənin 4 hekayəsi sonradan yazılıb və beləliklə, onların ümumi sayı 25-ə çatıb. “Ovçunun xatirələr”ində Turgenev o dövrün rus həyatının çox mühüm sahəsini- mülkədarla kəndli arasındakı zidiyyətləri təsvir və təndiq etmişdir. Həm məzmun, həm də bədii forma cəhətindən bir-birindən qüvvətli olan bu hekayələrində müəllif dərin müşahidə qabiliyyətinə malik bir realist, cəmiyyətin yaralarını açıb göstərən, cəmiyyəti geri çəkən səbəbləri axtaran sosioloqdur. “Odnodvorets Ovsyanikov” hekayəsində mülkədar Vasili Nikolayiç surəti təhkimçi mülkədarların başqa bir keyfiyyətini büruzə verir.
Qan Ovçusu (2007)
Qan ovçusu (ing. Blood Hunter) — vampirlər haqqında çəkilən ən məşhur kino-filmlərdən biri == Mövzu == Təcrübəli tədqiqatçı Saide Blake (Lusi Liu) Los Ancelesdə gizli bir təriqətlə bağlı araşdırmalar aparır. Xüsusilə gənc və müasir insanları hədəf seçən bu təriqətin iç üzü əslində çox qorxunc həqiqətlərlə doludur. Tələsinə saldığı gənclərin hamısı ortadan yoxa çıxırlar, amma Saide araşdırmaları nəticəsində əslində bu insanların hamısının ölmüş olduğunu anlayır. Bütün bu işlərin arxasındakı insana yaxınlaşmasına çox az qalmış özü də qurban olmaqdan qurtula bilmir. Artıq həqiqətləri kənardan araşdıran bir jurnalist deyil, təriqətin içərisində yaşayan bir qurban olur.
Qan ovçusu (film, 2007)
Qan ovçusu (ing. Blood Hunter) — vampirlər haqqında çəkilən ən məşhur kino-filmlərdən biri == Mövzu == Təcrübəli tədqiqatçı Saide Blake (Lusi Liu) Los Ancelesdə gizli bir təriqətlə bağlı araşdırmalar aparır. Xüsusilə gənc və müasir insanları hədəf seçən bu təriqətin iç üzü əslində çox qorxunc həqiqətlərlə doludur. Tələsinə saldığı gənclərin hamısı ortadan yoxa çıxırlar, amma Saide araşdırmaları nəticəsində əslində bu insanların hamısının ölmüş olduğunu anlayır. Bütün bu işlərin arxasındakı insana yaxınlaşmasına çox az qalmış özü də qurban olmaqdan qurtula bilmir. Artıq həqiqətləri kənardan araşdıran bir jurnalist deyil, təriqətin içərisində yaşayan bir qurban olur.
Qartal ilə ovçuluq
Qartal ilə ovlamaq, Avrasiya çölündə tapılan, qədim türk xalqları tərəfindən tətbiq olunan ənənəvi ovçuluq formasıdır. Bu gün Qazaxlar və Qırğızlar tərəfindən çağdaş Qazaxıstan və Qırğızıstandan, habelə Monqolustanın Bayan-Ölqiy vilayətində və Çinin Sintszyan-Uyğur Muxtar Rayonunda ovda qartallardan istifadə olunur. Bu bölgələrin əhalisinin ən çox berqutlarla ovlamaqla məşhur olsalar da, şimal qırqovulları, şahin, ütəlgi qızılquşlar və bir çox digər quşalrı əhliləşdirməsi məlumdur. == Terminologiya == Həm qazax, həm də qırğız dilində ümumilikdə yırtıcı quşlarla ov edənlər və qartallarla ov edənlər üçün ayrıca terminlər mövcuddur. Qazax dilində həm qusbegi, həm də sayatşi ümumilikdə ovçulara aiddir. Qusbegi qus ("quş") və bek ("ağa") sözlərindəndir, beləliklə sözün əsl mənası "quşların ağası" kimi tərcümə olunur. Köhnə türk dilində kus begi, sarayın şahin ovçusunun qiymətləndirəni rolunu əks etdirən xanın ən hörmətli məsləhətçiləri üçün istifadə edilən ad idi. Sayatşi, türk dilində peşəkar adlar üçün istifadə edilən sayat ("şahinlik") sözündən və -şi şəkilçisindən əmələ gəlir. == Tarix == === Xitaylar === Eramızın 936-45-ci illərində Mançuriyadan olan köçəri bir xalq olan Xitaylar Şimali Çinin bir hissəsini fəth etdilər. 960-cı ildə Çin Sun sülaləsi tərəfindən fəth edildi.
Skubi-Du: Sirr ovçuları
Skubi-Du: Sirr ovçuları (ing. Scooby-Doo! Mystery Incorporated) — detektiv janrında amerikan cizgi-serialı. Serial Warner Bros. tərəfindən hazırlanmışdır. 5 aprel 2010-cu ildə premyerası olmuşdur. Şegi ilk seriyada Metyu Lillard tərəfindən səsləndirilmişdir. Lillard ayrıca serialın iki canlı filmində Şeggi rolunu da oynamışdır: Scooby-Doo və Scooby-Doo 2: Canavarlar tükəndi (2004). Hal-hazırda Casey Kasem Şegginin atasını səsləndirmişdir. Scooby Doo Mystery Hunters filmi ABŞ-də 12 iyul 2010-cu ildə Cartoon Network-da təqdim edildi.Təqdimat epizodu olaraq da təqdim olunan xüsusi "pilot" epizodu 5 aprel 2010-cu ildə yayımlandı.
Vampir Ovçusu D: Qana Susama
Vampire Hunter D: Bloodlust (吸血鬼ハンターD ブラッドラスト, Banpaia Hantā Dī: Buraddorasuto, azərb. Vampir ovçusu D: Qana susama‎) – 2000-ci ildə çəkilmiş tam metrajlı anime. Animenin rejissoru Yoşiaki Kavaciridir. == Personajlar == == Xarici keçidlər == Vampire Hunter D: Bloodlust — Internet Movie Database saytında.
Şəhər ovçusu (film,1993)
“Şəhər ovçusu” (City Hunter) — film 1993 ildə döyüş-komediya janrında Ceki Çan`ın iştirakı ilə çəkilmişdir. == Məzmun == Bu filmdə, Ceki Çan həm dözülməz pleyboy, həm də qadınlaşdırıcı olan xüsusi bir detektiv rolunu oynayır. Müştərilərindən biri, itkin düşən qızını tapması lazım olan bir varlı qəzet müdiridir. Qəhrəman Ceki, evdən qaçan qızın terrorçu dəstəsi, bir polis məmuru və bu qəhrəmanın sevgilisi olduğu bir qrup daxil olmaqla səyahət etdiyini, bir okean gəmisinə kruiz etdiyini öyrənir. Gəmiyə gedərək bir çox gülməli vəziyyətdə özünü tapır, amma sonunda vəzifəsini yerinə yetirir. == Rollarda == Ceki Çan — Rio Sazba Coy Bon — Makimura Kaori Goto Kumiko — İmamura Kiyoko Çinqmi Yau — Saekonu təpikləmək Riçard Norton — MacDonald, terrorçuların lider Gary Daniels — Kim ,MacDonald'ın ən yaxşı əl işçisi == Faktlar == Filmdə Street Street döyüş oyununun parodiyası var Oyun Street Fighter E. Honda'nın əsas personajlarından birinin adı, o, E. Honda (E. Honde) ilə əvəz olundu. Ceki Çan'ın Mitsubishi'nin nümayəndəsi olması səbəbiylə. Ceki Çan və Riçard Norton arasındakı son döyüşün çəkilişi 6 həftə çəkdi.

Digər lüğətlərdə

вспле́ски гуса́рский залепета́ть по-воровски́ фанфаро́нишка ни на что не смотре́л бы по-настоя́щему предводи́ть психофизи́ческий трезве́ть черного́рка обет appendical eon ingenerate leister set about sink-stone Spade workbasket выкарабкаться лудить миносбрасыватель приглянуться ревнительница