OX₁

nida.
1. Təəssüf, məyusluq, peşmançılıq, narazılıq və s. hissləri ifadə edir. Ox, bu nə işdir, elədim. Ox, başımız getdi. Ox, sənin əlindən hara qaçaq?
// Heyrət, təəccüb, heyranlıq, həsrət ifadə edir.
[Pəri:] Ox, belə bir gözəl oğlandan əl çəkmək olarmı? C.Cabbarlı.

// Sevinc, şadlıq, məmnunluq ifadə edir. Ox, nə gözəl havadır.
– Ox, bir ay sonra orası nə qədər gözəl olacaq. A.Şaiq.

2. Nəvaziş, şəfqət, oxşama məqamında işlənir.
Ox, oğlum! – [Qəhrəman:] Ox!… Mən o qədər gözəl, o qədər də qoçaq qız görməmişdim. H.Nəzərli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • OX 1. OX (yaydan atılan ox və müxtəlif mənalarda) Üç yeləkli qayım oxlar atılırdı.. (Anar); XƏDƏNG (kl.əd
  • OX məhvər

Omonimlər

  • OX OX I is. tar. Silah. Ox kimi süzüb darılığa doğru uçdu (İ.Şıxlı). OX II is. Mehvər. Çarxın biri var, o biri yoxdur

Etimologiya

  • OX Əsli ağ kimi olub, “yuxarı atılan” deməkdir. Güllə (farscadır) sözünün yerinə işlə­dilib; ox uyğur dilində ok kimi işlədilir
OHO
OX₂

Digər lüğətlərdə