OXÇULUQ

сущ.
1. занятие стрельбой из лука
2. производство стрел
OXÇU
OXDAN
OBASTAN VİKİ
Oxçuluq
Oxatma — qədim idman növü. Mənşəyi ovçuluq qədər köhnədir. Oxu bir yay vasitəsilə hədəfə göndərməyi məqsəd qoyan idmandır. Oxatma ilk dəfə 1904 Yay Olimpiya Oyunlarında olimpiya proqramına salınıb, 1972-ci ildən isə hər olimpiya oyunlarında idmanın bu növü üzrə yarış keçirlir. Burada 30, 50, 60, 70, 90 m məsafələrə ox atmada yarışırlar. İdman oxatması üzrə 45 ölkənin idmançıları Beynəlxalq Federasiyada (FİTA) birləşir. Bu federasiya 1931-ci ildən dünya çempionatları keçirir. Terminlərdən asılı olaraq oxatan hədəfə 30-dan 288-ə qədər ox atır. Yaylar ağacdan və metaldan müxtəlif formalı və çəkili (400-700 q) düzəldilir. Oxun gövdəsi ağacdan, metaldan, plastmasdan, ucluğu isə metaldan hazırlanır.
Azərbaycanda oxçuluq
Azərbaycanda oxçuluq və ya kamandan oxatma qədim tarixə malikdir. Müasir idman növü olaraq isə sovet dövründən inkişaf etmişdir. Azərbaycan Yay Olimpiadasında oxatma üzrə ilk dəfə 2016-cı ildə çıxış etmişdir. == Arxa plan == === Arxeoloji mədəniyyətlər === Boyalı Qablar mədəniyyəti Xocalı-Gədəbəy mədəniyyəti === Qafqaz Albaniyası ordusu === Antik müəllif hücum və müdafiə silahları haqqında məlumat qoyub getmişdir. Məsələn, qeyd edilir ki, albanlarda zirehləri və uzun dördkünc qalxanları olan nizəçilər və oxatanlar vardı.Akontistlər – nizəçilər və toksotlar – oxatanlar vardısa, deməli, nizələr və oxlar da olmalı idi. Arxeoloji material yazıçıların dediklərini təsdiq edir. Albaniya ərazisində çoxlu silah aşkar edilmişdir və bunun xeyli hissəsi küp, katakomba və taxta qəbirlər mədəniyyətinin daşıyıcılarına məxsusdur. O dövrdə üçpərli, saplaqlı dəmir ox ucluqları oymaqlı, çıxıntılı tunc ucluqları, habelə daha erkən dövr (eramızdan əvvəl VII-VI əsrlər) üçün səciyyəvi olan oymaqlı, üçüzlü tunc və sümük ucluqları sıxışdırıb aradan çıxartmışdı. Bununla yanaşı küp qəbirlərin birindən əvvəlki vaxtların tunc oxlarına nisbətən daha səliqəli hazırlanmış tunc ox ucluğu tapılmışdır. Mingəçevirdə e.ə.
Osmanlıda oxçuluq
Osmanlıda oxçuluq məktəbinə yazılmaq üçün oxu ən azı 594 m uzağa atmaq lazım idi.Tarixdə ən yaxşı oxçu isə Tozkoparan İskəndər olub,oxu 826 m-dən hədəfə vurub.Halhazırda isə dünyadakı ən yaxşı oxçular ən yaxşı halda 500 m-dən hədəfi vura bilirlər. Osmanlıda oxçu ox və yayı qaytaranda ustadları onların qulaqlarına "Kamankeş Sirri"ni fısıldayardı. Amma bu sirr başqa heç kesə açıqlanmazdı. Osmanlı imperiyası dağıldıqdan sonra bu sirr də üzə çıxdı. Bu sirr Ənfəl surəsinin 17-ci ayəsi idi: "Atdığın zaman onu sən atmadın, Allah atdı". Oxçular yayı bəzən elə möhkəm çəkərdilər ki, bel sümükləri qırılmasın deyə zireh geyenlər olurdu. Yay ən güclü olan baş barmaqla çəkilirdi və bu zaman barmağa zərər gəlməsin deyə "Zihkir" adlı üzük taxılırdı.
Türklərdə oxçuluq
Türklərdə oxçuluğun və xüsusilə atlı oxçuluğun əhəmiyyəti daha qədim tarixi zamana qədər uzanır. Təxminən e.ə. 5000-dənn etibarən Altay və Tanrı dağları və ətrafında ortaya çıxan, daha sonra da Orta Asiyaya tamamilə hakim olan "Atlı Bozqır mədəniyyətində" atlara və oxçuluğa böyük əhəmiyyət verilirdi. Tarixdəki Türk atlı oxçuları, dörd nalla gedərkən eyer üstündə dönüb arxaya ox ataraq hədəfə tam sərbəst ox atma ustalıqlarıyla tanınmışlar.Dünyada "Part atışı" olaraq adlandırılan at üzərində geriyə doğru edilən ox atışının ən müvəffəqiyyətlisini Türklər etmişdir. Türk qəhrəmanı Tarkanlar tolgalarına şahin tükü taxma haqqı yalnız Part atışını müvəffəqiyyətli bir şəkildə yerinə yetirə bilənlərinə verilmişdir. Vur-qaç, geri çəkilmə və düşmənin ətrafını mühasirəyə alma kimi taktikalar Türk atlı oxçularının istifadə etdiyivə bir çox zəfərlərdə əsas rol oynayan taktikalarıdır. Türk dastanlarından Oğuz Xaqan dastanında ox və yay, simvolik mənalarla iştirak etməkdədir. Türk mədəniyyətinin keçmişində oxçuluq geniş bir sahədə əhəmiyyətə sahib olmuşdur. Orta Asiyada dolanışıq qaynağı və hərbi manevr xüsusiyyəti olan ov etmə, Türk atlı oxçuluğunun inkişafını təmin etmişdir. Türklər bu bacarıqlarını Orta Asiyadan Anadoluya daşımışdır.
1900 Yay Olimpiya Oyunlarında oxçuluq
Fransanın Paris şəhərində baş tutmuş 1900 Yay Olimpiya Oyunlarında kamandan oxatma üzrə 6 növdə Olimpiya yarışları keçirilmişdir. Bu yarışlarda 3 ölkədən ümumilikdə 153 iştirakçı mübarizə aparmışdır. Kamandan oxatma yarışları Olimpiyadanın proqramına birinci dəfə idi salınmışdı. Altı növün hər birində kişilər mübarizə aparıb. Kamandan oxatma yarışlarında yalnız Fransa, Belçika və Hollandiyanın olimpiyadaçıları mübarizə aparıb. Hollandiyalı iştirakçılardan hər hansı birinin adı və medal qazanması barədə məlumat yoxdur. Kamandan oxatma yarışlarında iştirak edən ən gənc idmançı 24, ən yaşlı idmançı isə 50 yaşında idi. == Medal cədvəli == == Yekun medal sıralaması == == İştirakçı ölkələr == Bu yarışlarda 3 ölkədən ümumilikdə 153 olimpiyadaçı iştirak etmişdir.
1900 Yay Olimpiya Oyunlarında oxçuluq – Sur la Erş
Sur la Erş yarışları 1900 Yay Olimpiya Oyunlarının kamandan oxatma yarışlarının proqramına daxil idi. Ümumilikdə 129 iştirakçı mübarizə aparmışdır. Onlardan yalnız üç iştirakçının nəticələri məlumdur.
1900 Yay Olimpiya Oyunlarında oxçuluq – Sur la Piramida
Sur la Piramida yarışları 1900 Yay Olimpiya Oyunlarının kamandan oxatma yarışlarının proqramına daxil idi. Ümumilikdə 129 iştirakçı mübarizə aparmışdır. Onlardan yalnız ilk üç yerin sahipləri məlumdur.
1900 Yay Olimpiya Oyunlarında oxçuluq – Şapele 33 metr
Şapele 33 metr yarışları 1900 Yay Olimpiya Oyunlarının kamandan oxatma yarışlarının proqramına daxil idi. Yalnız ilk üç yeri tutmuş iştirakçılar məlumdur.
1900 Yay Olimpiya Oyunlarında oxçuluq – Şapele 50 metr
Şapele 50 metr yarışları 1900 Yay Olimpiya Oyunlarının kamandan oxatma yarışlarının proqramına daxil idi. Ümumilikdə üç ölkənin olimpiyadaçıları mübarizə aparıb. Beşinci və altıncı yerləri tutmuş iştirakçıların nəticələri və adları məlum deyil.
1900 Yay Olimpiya Oyunlarında oxçuluq – Kordon Dore 33 metr
Kordon Dore 33 metr yarışları 1900 Yay Olimpiya Oyunlarının kamandan oxatma yarışlarının proqramına daxil idi. Ümumilikdə üç ölkənin olimpiyadaçıları mübarizə aparıb. Yalnız ilk üç yeri tutmuş olimpiyadaçının nəticələri məlumdur. Digər yerlərin sahiplərinin nəticəsi və topladığı xallar haqqında məlumat yoxdur.
1900 Yay Olimpiya Oyunlarında oxçuluq – Kordon Dore 50 metr
Kordon Dore 50 metr yarışları 1900 Yay Olimpiya Oyunlarının kamandan oxatma yarışlarının proqramına daxil idi. Ümumilikdə 3 üç ölkənin olimpiyadaçıları mübarizə aparıb. Təsnifat mərhələsi əvvəlcə keçirilib. Sonra isə səkkiz idmançının iştirakı ilə final mərhələsi təşkil olunub.

Digər lüğətlərdə

для интере́са легкоатле́тка прошнуро́вка размунди́риваться реципие́нт съе́здить забо́титься литографи́роваться нима́ло ре́вностный речо́нка сули́ть упроща́ть огар хруш хутро brush fire chromotype labor camp mouth cavity nonprofit ovogenesis taphonomy taxpaying соискательница