OXŞAMAQ

I OXŞAMAQ Redaksiya rəssamı fotoşəkli çox qaşıyıb düzəliş etdiyi üçün silah özünə az oxşayırdı (H.Abbaszadə); BƏNZƏMƏK Bu səs, çağırışdan artıq əks-sədaya bənzəyirdi (M.Hüseyn); ÇƏKMƏK (məc., dan.) [Göyərçin:] Bunlar qalsa Cəbi də bunlara oxşayacaq. O, Safo babasına çəkəcək (S.Rəhimov); EYNİLƏŞMƏK, BİR CÜR OLMAQ.

II OXŞAMAQ [Aslanın] belə kövrəldiyini görən Gilə arvad nəvəsini qucağına alıb.. oxşamağa başladı (Ə.Vəliyev); ƏZİZLƏMƏK Bir-birinizi əzizləyirsiniz... (İ.Əfəndiyev); NAZI İLƏ OYNAMAQ Güləndam: O ata-ana ki uşağın nazı ilə oynamır, balaca cızığından çıxdı, qapazı vurur başına (H.Abbaszadə); NAZLAMAQ Üstünə bəzəkli yumşaq taftadan; Alafa çəkərdi, nazlardı səni (R.Rza); NƏVAZİŞ ETMƏK Nəvaziş eylədim, çox tutdum dilə; Əlimi çəkəndə o qaçdı məndən.. (H.Billuri); SEVMƏK Həqiqət ər və arvad Bahadıra nəinki bir eyib tapmırdılar, hətta onu sevirdilər (N.Nərimanov).

III oxşamaq bax sığallamaq

OXLOV
OXŞAR

Digər lüğətlərdə

долихоцефа́лия заарестова́ть загрязнённый матери́ть нала́живать неблагода́рная поэтиза́ция самоли́чно бережли́вость бли́зкий наруби́ть обме́ривание подбри́ть приотстава́ть бакла пурина basal cell mint-mark patch pocket schema target indicator undertaker wade widowhood неуязвимый