OYATMAQ

f.
1. Yuxudan durğuzmaq, oyandırmaq, oyanmasına səbəb olmaq, oyanmağa məcbur etmək.
Bir gün sübh tezdən Pərinisə yuxudan ayılıb başladı Kərbəlayı Məhəmmədəlini təpikləyib oyatmağa. C.Məmmədquluzadə.
…Ümid anasını oyadıb onunla birlikdə Sədəfin atası evinə getdi. B.Bayramov.

2. məc. Canlandırmaq, diriltmək, həyat vermək.
[Kolxozçular] torpağı təzədən qazıb oyatdılar, ona yeni toxumlar atdılar. Ə.Məmmədxanlı.

3. məc. Qəflət yuxusundan ayıltmaq, gözünü açmaq, hərəkətə gətirmək.
“Molla Nəsrəddin” xalqın şüurunu oyadırdı, cəsarət və hərəkətə gətirirdi. M.İbrahimov.
Qoca Şərqi yuxusundan Bakı oyatmış. R.Rza.

4. məc. Törətmək, əmələ gətirmək, doğdurmaq, yaratmaq.
[Vaqif:] Mədinə, bilsən bu rəngin payız meşəsi məndə nə qədər dərd oyadır. Çəmənzəminli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • OYATMAQ OYATMAQ (yuxudan qaldırmaq) [Pərviz:] Mən yavaşca Səfanın çiyninə toxunub oyatdım (M.İbrahimov); AYAĞA QALDIRMAQ Sarıl günəş rəngli bir al bayrağa; Sə
OYATMA
OYDURMA

Digər lüğətlərdə

-ан-(ый) выша́ркивание динами́ческий должа́ть обе́д расстегну́ться рядско́й скоропости́жность Евра́зия забра́ть как ножо́м отрезать обескро́вливать осолоди́ть перепеча́тка рядко́м сара́йчик старопеча́тный фурцелля́рии берест шистать alluvian inflated rushee диссонанс зайти