“Tayfa” (племя) mənasında işlədilən bu söz monqol dilinə məxsusdur. Mənası “qohum”, “nəsil” deməkdir. Özbək dilində aymok kimi işlədilir. Aylanmaq (dairələnmək) sözü ilə qohumdur, “qəbilə” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Oy “çala” (яма) deməkdir. Oymaq onunla bağlıdır. Sinonimi üskük olan bu söz oyulmaq kəlməsi ilə kökdaşdır. İçi oyuq olduğu üçün belə adlanıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Oy oyun sözünün etimonudur, ruscaya “играть”, “прыгать” kimi tərcümə olunur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)