OYNATMAQ

f.
1. Uşağı əlinə alaraq, atıbtutaraq əyləndirmək, yaxud oyuncaq və başqa vasitələrlə məşğul etmək və beləliklə, özü də əylənmək. Körpəni oynatmaq. Uşaqları oynatmaq.
– Vahid uşağı yanına alıb oynadır, dilə tutub yatırtmaq istəyirdi. Mir Cəlal.

// Oyuncaq və s. ilə oynamaq, məşğul olmaq. Gəlinciyi oynatmaq.
– Müəllimlə Mayis getdikdən sonra da Tapdıq maşını oynatmaqdan doymurdu. Ə.Vəliyev.
[Qız] küncdə oturub gəlin oynadarmış. Çəmənzəminli.

2. O tərəf-bu tərəfə tərpətmək, qımıldatmaq.
[Qızıl it] qulaqlarını oynadaraq qalın, boğuq səsi ilə hürər, nəşəmi pozardı. A.Şaiq.
Ayaqlarımı soyuq suya salıb oynatmağa başladım. A.Divanbəyoğlu.

// Tərpətmək.
Kələntər qara qaşlarının altındakı qara gözlərini oynatdı. M.İbrahimov.

3. icb. Oynamağa məcbur etmək, rəqs etdirmək. Vağzalı oynatmaq.
4. Əlində atıb-tutmaq, fırlatmaq.
[Doktor:] Hə, de anamın oğluyam, verim, – deyib, konfeti əlində oynadardı. M.İbrahimov.
[Hidayət] əlində oynatdığı sarı yarpağı … kənara fırlatdı. B.Bayramov.

5. məc. Göstərmək, təzahür etdirmək.
Şahnisə xanım yarı çevrilərək dodaqlarında mənalı bir təbəssüm oynatdı. Çəmənzəminli.

6. məc. Ələ salmaq, dolamaq, sarımaq.
[Şamama Cadu:] Sən belə güman etmə ki, sən məni oynadırsan deyibsən, mən də səni ələ salıb oynadıram. Ə.Haqverdiyev.
[Elçi:] Məni oynatmaq olmaz. C.Cabbarlı.

// məc. Aldatmaq, aldadaraq yormaq; yuxulatmaq. İki aydır ki, məni oynadır.
7. məc. Yerindən eləmək.
Yaxşı və dəbdəbəli toy qıza nağıl kimi maraqlı görünür, bütün xəyalını oynadırdı. M.İbrahimov.

Омонимы

  • OYNATMAQ OYNATMAQ I f. Rəqs etdirmək. Toyda Gülnazı xeyli oynatdılar. OYNATMAQ II f. Ələ salmaq, məsxərəyə qoymaq
OYNATMA
OYNAYA-OYNAYA

Значение слова в других словарях

антисклероти́ческий буря́т-монго́лка зама́шисто кампане́йски коронова́ние ланце́тник распа́рить замы́згать непротиворечи́вость обла́вливание отлома́ть раскосма́титься целеви́к газель греть eve-churr gauging portative public convenience teethe tongue-in-cheek вымазать дезинфицировать коллегия накладной