OYUNÇU

is.
1. Hər hansı oyunda iştirak edən adamlardan hər biri. Oyunçular sıraya düzüldülər. Məşqçinin oyunçulara göstərişi.
[Oğlan:] Rəhmətlik oğlu, sən … oyunçu deyilsən, odunçusan. Ə.Haqverdiyev.

2. Rəqs edən, rəqqas(ə).
Oyunçu ( sif. ) qız ləzginka oynayır. Ü.Hacıbəyov.

3. bax oyunbaz 1-ci mənada.
[Həsən:] Rus oyunçularından əlli manatımın otuz səkkizini alınca anadan əmdiyim süd burnumdan gəldi. Ə.Haqverdiyev.

OYUNCAQ
OZAN
OBASTAN VİKİ
Oyunçu
Oyunçu — hər hansı oyunda iştirak edən şəxs. Həmçinin bu mənalara da gələ bilər: Oyunçu ya da geymer — müntəzəm olaraq kompüter oyunları oynayan şəxs. Oyunçu ya da futbolçu — idmanın futbol növü ilə məşğul olan şəxs. Oyunçu ya da rəqqas, rəqqasə — rəqs ilə məşğul olan şəxs.
Mərdimazar oyunçu
Mərdimazar oyunçu (ing. griefer) – Onlayn oyunlarda udmaq üçün deyil, başqa oyunçuların oyununu qəsdən korlamaq üçün oynayan oyunçu. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == Globe and Mail: "Frontier justice: Can virtual worlds be civilized?" "Ready, set, game: Learn how to keep video gaming safe and fun." Documented incident of griefing during a virtual interview, see also Anshe Chung Research paper on griefing. To view this PDF paper, the host website requires a subscription to the digital library. "Feature: The Griefer Within", GamePro. "Mutilated Furries, Flying Phalluses: Put the Blame on Griefers", WIRED MAGAZINE: ISSUE 16.02 "Griefer Madness: Terrorizing Virtual Worlds" Can you grief it?
Oyunçu (termin)
Geymer (ing. gamer) və ya oyunçu — müntəzəm olaraq kompüter oyunları oynayan şəxs. Geymerlər və onların sevdikləri oyun proqramları kompüterlərin aparat təminatının imkanlarının genişlənməsində başqa istifadəçilərin tələblərindən daha çox təsirli olur.
Oyunçu personaj
Oyunçu personaj (abr. OP; ing. Player character, abr. PC) və ya oynalına bilən personaj (ing. Playable character) — rol oyunularında və ya videooyunlarda hərəkətləri oyun qaydaları yerinə birbaşa olaraq bir oyunçu tərəfindən idarə edilən uydurma personaj. Əksər hallarda, oyunçu personaj oyunun protaqonisti (baş qəhrəman) olur. Bir oyunçu tərəfindən idarə olunmayan personajlara qeyri-oyunçu personajlar (abr. QOP) deyilir. Qeyri-oyunçu personajların hərəkətləri videooyunlarda oyunun özü tərəfindən, stolüstü rol oyunlarında isə hakim rolunu öz boynuna götürən geymmaster tərəfindən idarə edilir. Oyunçu personaj onu idarə edən oyunçuya uydurma, alternativ bədən kimi funksiya göstərir.Videooyunlarda oyunu oynayan hər bir oyunçu üçün bir oyunçu personaj mövcuddur.
Oyunçu (film, 2008)
Qeyri-oyunçu personaj
Qeyri-oyunçu personaj (ing. Non-player character; abr. NPC) — video oyunlarda oyunçu tərəfindən idarə edilməyən personaj. Video oyunlarda, bu, adətən gerçək süni intellekt yerinə kompüter tərəfindən qabaqcadan müəyyən edilən və ya həssa davranı vasitəsilə idarə edilən personajlara deyilir. Ənənəvi stolüstü rol oyunlarında termin digər oyunçular yerinə, sadəcə hakim tərəfindən idarə edilən personajlara aid edilir.
Ən Dəyərli Oyunçu
Ən Dəyərli Oyunçu (ing. Most Valuable Player) — idman liqalarında, çempionatlarında digərlərindən fəqləndirilən idmançıya verilən mükafatdır. Qısaltması ƏDO (ing. MVP) olan bu mükafat basketbol, həndbol, beyzbol, voleybol və.s kimi idman növlərində idmançılar arasında rəqabətin daha da artırılması üçün istifadə edilir. Mükafat adətən kiçik kubok və ya suvenir şəklində olur.
9 nömrəli oyunçu (film, 2007)
9 nömrəli oyunçu filmi rejissor Elnur Canıyev tərəfindən 2007-ci ildə çəkilmişdir. Film Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Azərbaycanın əfsanəvi futbolçusu, 9 nömrə altında çıxış edən Anatoli Banişevski haqqındadır. == Məzmun == Film Azərbaycanın əfsanəvi futbolçusu, 9 nömrə altında çıxış edən Anatoli Banişevski haqqında bəhs edir. Anatoli Banişevski 1946-cı il fevralın 23-də Bakıda kökü Polşaya gedib-çıxan ukraynalı ailəsində anadan olub. O, peşəkar karyerası ərzində — 1963-cü ildən 1978-ci ilədək yalnız "Neftçi" klubunda çıxış edib. "Neftçi"nin 1966-cı ildə futbol üzrə SSRİ ççempionatının bürünc medalını qazanmasında onun böyük əməyi olub. 1966-cı ildə "Neftyanik" bürünc medal qazanandan sonra Heydər Əliyev ona ev vermişdi. Ümumiyyətlə, Anatoli Banişevski SSRİ çempionatının güclülər dəstəsində 212 matçda (81 qol), birinci liqada isə 76 qarşılaşmada (40 qol) forma geyinib. Filmdə futbolçunun keçmiş həyat yoldaşı, tanışları və dostları onun haqqında öz xatirələrini bölüşürlər.
NBA Ən Dəyərli Oyunçu Mükafatı
NBA Ən Dəyərli Oyunçu Mükafatı (Most Valuable Player, qısaca MVP), NBAdə oyunçulara verilen bir mükafatdır.Hər il üç dəfə Ən Dəyərli Oyunçu Mükafatı sahibini tapır. Bunlardan ilki All Star Şərq-Qərb Matçı Ən Dəyərli Oyunçu Mükafatıdır. Bu mükafat, hər il şou məqsədli təşkil olunur, Şərq və Qərb komandalarının oyunçularından ibarət olan yığma komandaların oynadığı matçda ən yaxşı performansı göstərmiş olan oyunçuya verilir. Digər iki mükafat isə Normal Mövsüm "Ən Dəyərli Oyunçu Mükafatı" və Pleyoff "Ən Dəyərli Oyunçu Mükafatı"dır. Seçkinin nəyə əsasəm edildiyi məlum olmamaqla yanaşı, ümumiyyətlə qazanan komandaların ən yaxşı oyun sərgiləmiş oyunçularının bu mükafatı alması, bu mövzuda yazılmamış qanunlardan biridir (Məğlub olan bir komandanın oyunçusu yüksək statistik rəqəmlərinə çatsa belə "Ən Dəyərli Oyunçu Mükafatı"na layiq olmaq kimi bir şansı yok kimdir.). Çikaqo Bullz oyun qurucusu Derrik Rouz, 22 yaşında bu mükafatı alaraq ən gənc yaşda MVP olan oyunçu olmuşdur. Dirk Noviçki bu mükafatı qazanan tək Avropalı oyunçudur. Stiv Neş də bu mükafatı qazanan tək Kanadalıdı. 2015-ci il May ayından etibarən bu mükafatı qazanan son ad Stefan Karridir. == Mükafatı qazanan oyunçuların siyahısı == == Ən Çox Qazananlar == == İstinadlar == == Xarici keçidlər == www.nba.com.
Bill Rassell NBA Finalları Ən Dəyərli Oyunçu Mükafatı
Bill Rassell NBA Finalları ən dəyərli oyunçu mükafatı - (əsasən NBA qaliblərinin ən dəyərli oyunçu mükafatı) 1969-cu ildən NBA qaliblərinə təqdim olunur. Bu mükafatın verilməsində 11 nəfər iştirak edir və ən çox səsə malik olan şəxs bu mükafatı qazanır. Bu mükafat ilk olaraq 2005-ci ildə Bill Russellin xatirəsinə həsr olunaraq yeni formatda verilmişdir. Kunokun yeni formatı Larry O'Brien kubokuna bənzər bir qızıl basketbol formalı qara bir kubokdur.Bu dövrdə bu mükafat 30 yaxın müxtəlif oyunçuya təqdim olunub. Maykl Cordan 6 dəfə bu mükafata layiq görülüb. Onunla yanaşı Mecik Conson, Şakil O'Nil, Tim Dunkan və LeBron James də öz karyeraları dövründə 3 dəfə mükafata layiq görülüblər. Cordan və O'Nil bu mükafatı ardıcıl olaraq 3 dəfə sezon oyunlarında alıb. Jonson bu mükafata layiq görülən ən gən oyunçudur. Belə ki, 0 20 yaşında ilk dəfə bu mükafatı almışdır. Cerri Vest NBA qaliblərinin ilk mükafatçısıdır ki, onun oynadığı komanda uduzsa belə, o bu mükafata səs vermə zamanı layiq görülmüş yeganə oyunçudur.
NBA All-Star Oyunu Ən Dəyərli Oyunçu Mükafatı
NBA All-Star Ən Dəyərli Oyunçu Mükafatı hər il NBA finalında ən yaxşı çıxış edən oyunçuya verilən mükafat. İlk dəfə 1953-cü ildə verilmişdir. Bundan əlavə əvvəlki iki ilin ən yaxşı oyunçuları Ed Makauley və Paul Arizinə də bu mükafat verildi.Bob Pettit (1958, 1959) və Rasl Vestbruk(2015, 2016) ardıcıl iki il mükafatı qazanan yeganə basketbolçulardır. Bob Pettit (1956), Bob Kousi (1957), Vilt Çemberlin (1960), Bil Rasl (1963), Oskar Robertson (1964), Uilis Rid (1970), Deyv Couens (1973), Maykl Cordan (1988, 1996, 1998), Mecik Conson (1990), Sakil O'Nil (2000), and Alen Iverson (2001) eyni ildə həm All-Star oyunu Ən Dəyərli Oyunçu mükafatı və NBA Ən Dəyərli Oyunçu mükafatını qazanan oyunçulardır. Maykl Cordan bu nəticəni üç dəfə təkrarlayan yeganə şəxsdir.
Kart oyunçuları
Kart oyunçuları (fr. Les Joueurs de cartes) — Fransız boyakarı Pol Sezannın məşhur əsərlərindən biridir. Əsər Böyük Britaniyanın London şəhərində yerləşən Kortold İnstitutu Qalereyasında saxlanılır. Bu seriyadan Pol Sezann 1890–1895-ci illər arasında 5 rəsm çəkmişdir. Onlardan dördü dünyanın müxtəlif muzeylərində sərgilənir. Yalnız 1 əsər şəxsi kolleksiyadadır. Həmin əsər bu seriyanın ən tutqunu sayılır. Rəsmin əvvəlki sahibi yunan milyarder George Embiricos idi. O, həmin əsəri 2011-ci ilin qışında — ölümündən bir az öncə satışa çıxarmışdır. Qətər əmirliyi bu əsəri 250 milyon dollara almışdır ki, bu da indiyədək açıq və özəl auksionda satışı gerçəkləşdirilən ən bahalı sənət əsəri sayılır.
Liverpul klubunda mövsümün oyunçusu
Bu "Liverpul" klubunda hər mövsüm üzrə parlaq oyunu ilə seçilmiş oyunçuların siyahısıdır. Seçimlər 2001-02 mövsümündən etibarən aparılır.
Oyunçular kralı (film, 1996)
Oyunçular kralı (hind Khiladiyon Ka Khiladi) — Hindistan rejissoru Umeş Mehra tərəfindən döyüş filmi janrında çəkilən filmdir. Filmə Kanadanın bir çox kinokompaniyaları sponsorluq etmişdir. Filmdə baş rollları Rekha, Akşay Kumar, Ravina Tandon və başqaları iştirak edirlər. Filmə çoxlu döyüş növü üzrə məşğul olan idmançılar dəvət edilmişdir. Azərbaycanda ilk dəfə Azərbaycan Televiziyası kanalının gecə efirində göstərilmişdir. Film ABŞ-də "Players of Players" və Rusiyada "Король игроков" adları ilə tanınır. "Oyunçular kralı" filmi "Oyunçu" film seriyasının dördüncü hissəsidir. == Məzmun == "Oyunçular kralı" adlanan ABŞ-də təşkil olunmuş döyüş rinqində, qalib olan şəxs böyük sərvətə sahib olur. Oyunda iştirak edən idmançıların sahibləri arasında böyük mübahisə gedir. Bu sahiblərdən ən böyükləri Xanım Maya və Kral Dondur.
Oyunçuların sayı (futbol)
Üçüncü futbol qaydaları meydanda oyunçuların sayını və oyunçuların dəyişdirilmə üsülünü müəyyən edir. == Oyunçuların sayı == Futbolda iki komanda bir biri ilə qarşılaşır və hər biri, qapıçıda daxil olmaqla, 11 oyunçulardan ibarətdir. Hər komandada ən azı 7 oyunçu olmalıdır, əks halda oyun başlaya bilməz. Ehtiyat oyunçuların sayı isə, yarışın reqlamenti müəyyənləşdirir, amma üç-yeddi civarında olmalıdır. == Əvəzləmələrin maksimum sayı == FİFA və ya başqa milli federasiyalarının bayrağı altında keçirilən oyunlarda, maksimal əvəzləmə üçə bərabərdir. Milli liqaların oyunlarında əvəzləmə maksimum altıya qaldırıla bilər Qalan oyunlarda isə iki komanda arasında razılaşmaya əsasən daha çox əvəzləmə etmək olar, amma hakim oyun başlamdan öncə xəbər olunmalıdı. Əgər hakim xəbərdar olmasa və yaxud komandaları ortaq razılaşmaya gələ bilmədilərsə,onda 6 əvəzləmədən artığ əvəzləmə etmək olmaz.Hər bir halda ehtiyat oyunçuların adları oyun öncəsi müəyyən edilməlidir. Əgər oyunçu hakimə verilən siyahıda yoxdursa, o, oyunda iştirak edə bilməz. == Dəyişiklik proseduru == Hakim əvəzləmə haqda bildiriş almalıdır Əvəzləmə ancaq oyun dəyandıqda baş verə bilər və yeni oyunçu meydanın ortasından girməlidir Ehtiyat oyunçu meydana daxil olmağı üçün, əvəz etdiyi futbolçu oyundan çıxmalıdır. Bundan sonra əvəz edilən oyunçu oyunun qalan vaxtında iştirak edə bilməz.
Premyer Liqada mövsümün oyunçusu
Premyer Liqada mövsümün oyunçusu (ing. Premier League Player of the Season) — hər il İngiltərə Premyer Liqasında ən baxımlı oyunu ilə fərqlənən futbolçuya futbol federasiyası tərəfindən təqdim edilən illik futbol mükafatı. Mükafatın sahibi liqanın sponsoru (hal-hazırda Barkleys) "futbolun idarəetmə orqanları, media və azərkeşlər" üzvlərindən ibarət qurum tərəfindən seçilir və may ayının ikinci və ya üçüncü həftələrində elan edilir. Sponsorluq məqsədləri ilə mükafat 1994-cü ildən 2001-ci ilədək Karlinq ilin oyunçusu kimi, 2001-dən 2004-cü ilədək Barkleykard ilin oyunçusu və 2015-ci ildən etibarən isə Barkleys mövsümün oyunçusu kimi adlandırılır.İngiltərə Premyer Liqasının əsası 1992-ci ildə qoyulmuşdur, nə vaxt ki, birinci divizyonun klubları İngiltərə Futbol Liqasını tərk edərək yeni öz yayım və sponsorluq müqavilələrini müzakirə edən müstəqil liqanın əsası qoyuldu. Yenicə formalaşmış liqanın açılış mövsümündə sponsoru yox idi ta ki Karlinq növbəti mövsümdən başlayacaq, 4 ili əhatə edən və 12 milyon funt sterlinq dəyərində olan anlaşmanı imzaladı. Həmin mövsüm isə Karlinq futbolçular üçün fərdi olaraq Premyer Liqa Qızıl Butsu kimi yeni mükafatlar təsis etməyə başladı. Amma Premyer Liqada ayın futbolçusu və Premyer Liqada mövsümün oyunçusu mükafatları sahibinə yalnız 1994-95 mövsümündən etibarən təqdim edilməyə başlandı. İngiltərə Premyer Liqasında mövsümün oyunçusu mükafatının ilk qalibi isə Blekbörn Roversin hücumçusu Alan Şirer olmuşdur ki, həmçinin o, həmin mövsümdə Premyer Liqa çempionu olmuş və üstəlik mövsümün qızıl butsunu əldə etmişdir.Tyerri Anri, Kriştiano Ronaldo və Nemanya Vidiç hər biri mükafatı 2 dəfə qazanmaqla adlarını mükafatı bir dəfədən artıq qazanan oyunçular siyahısına əlavə etməyi bacarmışdırlar ki, Kriştiano Ronaldo mükafatı ardıcıl olaraq 2 dəfə (2007 və 2008) qazanmaqla xüsusi fərqlənmişdir. Qalib olmuş 8 futbolçu isə həmçinin liqanın bombardiri adını qazanaraq qızıl butsu və əlavə olaraq mövsümün oyunçusu adını qazanmışdırlar. Qaliblərin dördü - Kevin Filips, Henry, Tyerri Anri, Kriştiano Ronaldo və Luis Suarez həmin mövsüm Avropada qızıl buts mükafatına sahib olmuşdurlar.
Tək oyunçulu
Tək oyunçulu oyunlar (İngilis dilində: single-player) — videooyunlarda yalnız bir oyunçunun daxil ola bildiyi və daha çox oyunçunun girməsinə imkan vermədiyi vəziyyət tək oyunçulu oyun adlanır. “Tək oyunçulu oyun” oyunu yalnız bir adamın yönləndirə biləcəyini izah etmək üçün istifadə olunur; “Tək oyunçu formatı” oyun oynamanın multiplayer (ən azı iki oyunçu) olma seçimini gətirir. Tək oyunçu formatı ikiyə bölünür: Virtual rəqiblərə (botlar) qarşı tək oyunçu formatı. Virtual rəqiblər (botlar) və ya oyunçunun özündən başqa real oyunçu yoxdur.Videooyun tarixinin ilk mərhələlərində oyunlar tək oyunçulu idi. İki oyunçu oyunları əvvəlcə fərdi kompüterlərdə görülmüşdür. Beləliklə, çoxnəfərli oyunların da əsası qoyuldu. 1990-cı illərin əvvəllərində lokal şəbəkələr və sıfır modemlərlə real mənada çoxnəfərli oyunlar ilə qarşılaşdıq. Doom, bu tip oyunların ən yaxşı nümunələrindən biridir. Tək oyunçulu oyunların böyük satış rəqəmlərini tuta bilməsi, maraqlı hekayələrində, təsirli qrafikalarında və real personaj detallarında gizlədilmişdir. Bu vəziyyətə Half-Life nümunə göstərilə bilər.
Şotlandiya Futbol Jurnalistləri Assosiasiyasının versiyasına görə ilin oyunçusu
Şotlandiya Futbol Jurnalistləri Assosiasiyasının versiyasına görə ilin oyunçusu (ing. Scottish Football Writers' Association Footballer of the Year) — Şotlandiya futbolunda ilin ən yaxşı futbolçusuna verilən mükafat. Mükafat ilk dəfə 1964-65 mövsümünün yekunlarına əsasən təqdim olunub. Laureat Şotlandiya Futbol Jurnalistləri Assosiasiyası (ŞFJA) (ing. SFWA) üzvləri arasında səsvermə yolu ilə müəyyən edilir. Bu assosiasiyaya bütün ölkə üzrə işləyən yüzdən çox mətbuat nümayəndəsi daxildir. Bu mükafatı almış ilk qeyri-şotland — həmin vaxt "Reyncers" klubunda hücumçu mövqeyində çıxış edən ingilis Mark Heytlidir. Mükafatın hazırkı sahibi "Seltik"in hücumçusu Kyoqo Furuhaşidir. İndiyədək yeddi futbolçu mükafatı iki dəfə qazana bilmişdir. Mükafatı üç dəfə qazana bilmiş yeganə futbolçu, qapıçı mövqeyində çıxış edən Kreyq Qordondur.
FİFA Dünyada İlin Oyunçusu
FİFA Dünyada ilin Oyunçusu (ing. FIFA World Player of the Year) — FİFA tərəfindən təşkil edilən futbol mükafatı. Mükafat, 1991–2015-ci illər arasında, hər ilin sonunda, milli komandaların məşqçiləri, kapitanları və media nümayəndələrinin səsvermələrinə əsasən, ötən təqvim ilində ən yaxşı çıxış edən futbolçuya verilib. Əvvəlcə dünyanın ən yaxşı kişi oyunçusuna verilən mükafat, 2001-ci ildən başlayaraq qadın futbolçular üçün də təsis edilir. 2001–2009-cu illərdə mükafat kişilər və qadınlar üçün paralel verilirdi. Kişilər mükafatı 2010-cu ildə FİFA Qızıl topu mükafatına daxil edildi, qadınların mükafatı isə 2015-ci ilə qədər qaldı. 2015-ci ildən sonra hər iki kişi və qadın mükafatları The Best FIFA Football Awards-ın bir hissəsinə çevrilir. == Səsvermə və seçim prosesi == Mükafatın qalibləri milli komandaların məşqçiləri və kapitanları, həmçinin FİFA tərəfindən dəvət olunmuş beynəlxalq media nümayəndələri tərəfindən seçilir. Mövqe üzrə səsverməyə əsaslanan səsvermə sistemində hər seçiciyə beş bal, üç bal və bir xal dəyərində üç səs verilir və üç finalçının seçdiyi xalların ümumi sayına görə sıralanır. Əvvəlki illərdə namizədlərlə bağlı medianın bəzi bölmələrinin tənqidindən sonra FİFA 2004-cü ildən etibarən seçicilərinin öz seçimlərini seçə biləcəyi qısa siyahılar təqdim edir.

Digər lüğətlərdə

горб координа́тный миози́т нагреши́ть обезмо́лвиться поверста́ть подъе́хать ста́иться за́данный па́костно понаблюда́ть сексуа́льный удо́брить укле́ивание чревосече́ние вынуть сана Barbadian confusable dissipater precipitin мыловаренный отписка предупредить хлебопашество