1. Oyulmuş yer; mağara, kaha.
Qayaların oyuğunda yuva salar kəsəyənlər.
Kəklikli qayanın sinəsində iki böyük daş parçalanıb uçmuş, … dərin oyuqlar açılmışdı.
2. Bir şeyin üzərində dərmə-deşik, deşik, dəlik.
Sanki çay daşların oyuqlarını, ağacların köklərini bu ucdan eşir və yerin tərkinə gedirdi.
// Çuxur, çala.
Su axarkən yeri oyub, çuxurlar, oyuqlar əmələ gətirərdi.
3. sif. İçi oyulmuş, içi oyuq, boşluq əmələ gəlmiş.
Dərə qərbə doğru getdikcə qayalıq, dağlıq, iri və oyuq daşlarla dolu qorxunc yerlərdən ibarətdi.
// Gövdənin oduncağı çürümüş yerində əmələ gələn boşluq; koğuş.
Meşənin içində, bir ağacın oyuğunda pişik göyərçini gizlətdi. ( ).
4. Divarda pəncərə, qapı və s.-nin yeri. Pəncərə oyuğu.